Məhkəmə qərarları › İş №2(078)-1254/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1254/2025

19.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1254/2025 19.01.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı yaşayış evindən məcburi çıxarma və evin öz vəsaiti hesabına boşaldılması tələbinə dair və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı 27 dekabr 2024-cü il tarixli, 4Ə-2409 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı yaşayış evindən məcburi çıxarma və evin öz vəsaiti hesabına boşaldılması tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış evindən məcburi qaydada çıxarılması və həmin evin öz vəsaiti hesabına boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkil və nümayəndəsi Vəkil iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evini İddiaçı 50000 (əlli min) manata satmışdır. Müqaviləyə əsasən alıcı İddiaçı ilkin olaraq 38000 (otuz səkkiz min) manatı satıcı Cavabdeh notariusun bankda açılan depozit hesabına ödəmiş, qalan 12000 (on iki min) manat məbləği isə xx.xx.2025-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Həmin zaman 2000 (iki min) manat əlavə ödəniş aparılmış, qalıq məbləğ 10000 (on min) manat təşkil etmişdir. Evi aldıqdan sonra Ramin evin dam örtüyünü dəyişmiş, buna 2000 (iki min) manat pul sərf etmişdir. İddiaçı müqavilə üzrə öhdəlyiyi vaxtından əvvəl icra etmək məqsədi ilə qalıq pul məbləğini satıcıya vermək üçün ona müraciət etmişdir. Lakin Cavabdeh daha artıq məbləğ istəməklə, yaşayış evinin sənədlərini alıcıya verməkdən imtina edir, evin açarlarını Raminə vermir və evi boşaltmır. Bu səbəbdən də Ramin aldığı evə köçə bilmir. Cavabdeh 15 sentyabr 2025-ci il tarixdə 27 dekabr 2024-cü il tarixli, 4Ə-2409 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair qarşılıqlı iddia ərizəsini məhkəməyə göndərərək ərizədə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı yaşayış evindən məcburi çıxarılma və evin öz vəsaiti hesabına boşaldılması barədə iddia tələbinin əsassız olduğundan rədd olunması və Naxçıvan “ASAN xidmət" mərkəzinin notariat ofisində 27 dekabr 2024-cü il tarixdə 4Ə-2409 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və iş üzrə ödənilmiş 100.00 manat məbləğində dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində tələbini əsaslandıraraq qeyd etmişdir ki, iddiaçıcavabdeh İddiaçı, cavabdeh-iddiaçı Cavabdeh qarşı yaşayış evindən məcburi çıxarılma və evin öz vəsaiti hesabına boşaldılması tələbi barədə Naxçıvan şəhər Məhkəməsində 19 avqust 2025-ci il tarixdə iddia qaldırmışdır. Həmin iddianı qəbul etmir. İddia ərizəsində göstərilənlər həqiqəti özündə əks etdirmir. Əvvəla qeyd edir ki, aralarında ev alqı-satqısı olub. O, 27 dekabr 2024-cü il tarixdə Naxçıvan "ASAN xidmət" mərkəzində notariat ofisinin Xüsusi notariusunda mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini əşyaları ilə birlikdə 60000 (altmış min) manata İddiaçı ilə öz aralarında şifahi olaraq razılaşıb ona satmışdır. Lakin Ramin həmin vaxt notariusda xərci az çıxsın deyə alqı-satqı müqaviləsində 38000 (otuz səkkiz min) manat bankda açılmış hesab vasitəsilə ona ödəmişdir. 12000 (on iki min) manatını 27 dekabr 2025-ci il tarixdə ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Qalan 10000 (on min) manatını isə “atam bilməsin evi qoymayacaq alam, əlimdəki olan bu pul da xərclənib gedəcək” demişdir . Özü də ona inanıb, onun dediyi kimi razılaşıb, evi əşyaları ilə birlikdə ona satmışdır. Ona görə də aralarında belə razılaşmışlar ki, evin pulunu tam şəkildə ona ödəyəndən sonra o, evin çıxarışını Raminə verəcək, gedib öz adına rəsmiləşdirib çıxarış alacaqdır. Aralarında olan belə bir razılaşmadan sonra Ramin bildirmişdir ki, “mən gedirəm Türkiyəyə atam bilməsin 10000 (on min) manatını göndərəcəm, müqavilədə qalıq kimi göstərilən 12000 (on iki min) manatı isə hər ay 1000 (bir min) manat olaraq ödəyib, gəlib çıxarışı alaraq aparıb öz adıma keçirəcəm”. Ramin Türkiyəyə gedəndən sonra 19 fevral 2025-ci il tarixdə atasının vasitəsilə 2000 (iki min) manat gətirib, ASAN xidmətdə ona vermişdir. Lakin həmin vaxtdan sonra heç bir ödəniş etməyərək atasından gizlətmiş olduğu 10000 manatı da danaraq heç bir ödəniş etməmişdir. Raminin ümumilikdə ona 20000 (iyirmi min) manat borcu var. Həmin borcunu ona qaytarmaqdan müxtəlif bəhanələr gətirməklə boyun qaçırıb, ona olan borcunu ödəməyə-ödəməyə onu məhkəməyə verib evindən məcburi qaydada çıxarmaq istəyir. Bütün bunlara görə də o, məcburiyyət qarşısında qaldığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, onun Azərbaycan Respublikasının Konstitusiyası və mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş mülkiyyət hüququ pozulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1254/2025 nömrəli, 16 sentyabr 2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı yaşayış evindən məcburi çıxarma və evin öz vəsaiti hesabına boşaldılması tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunması və mülki işə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı yaşayış evindən məcburi çıxarma və evin öz vəsaiti hesabına boşaldılması tələbi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı 27 dekabr 2024-cü il tarixli, 4Ə-2409 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbi çərçivəsində baxılması qərara alınmışdır. Mülki iş üzrə 19 yanvar 2026-cı il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə iddiaçı-cavabdeh İddiaçı, iddiaçı-cavabdehin vəkili nümayəndəsi Vəkil, cavabdeh-iddiaçı Cavabdeh və cavabdeh-iddiaçının vəkili və nümayəndəsi Nümayəndə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iddiaçı-cavabdeh İddiaçı, iddiaçı-cavabdehin vəkili nümayəndəsi Vəkil, cavabdehiddiaçı Cavabdeh və cavabdeh-iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakları olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı-cavabdehin vəkili və nümayəndəsi Vəkil 19 yanvar 2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək ərizəsində vəkili və etibarnamə üzrə nümayəndəsi olduğu iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı yaşayış evindən məcburi çıxarılma və evin öz vəsaiti hesabına boşaldılması tələbi barədə və cavabdeh-iddiaçı Cavabdeh iddiaçıcavabdeh İddiaçı qarşı 27 dekabr 2024-cü il tarixli, 4Ə-2409 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbi barədə Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırdığını, lakin hər iki tərəfin məhkəmədən kənar qaydada qarşılıqlı razılığa gələrək mübahisəni öz aralarında həll etdiklərini, ona görə də iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh 19 yanvar 2026-cı il tarixdə məhkəməyə ərizə göndərərək iddiaçı-cavabdeh İddiaçı özünə-cavabdeh-iddiaçı Cavabdeh qarşı yaşayış evindən məcburi çıxarılma və evin öz vəsaiti hesabına boşaldılması tələbi barədə və özünün-cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı 27 dekabr 2024-cü il tarixli, 4Ə-2409 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbi barədə Naxçıvan Şəhər Məhkəməsində iddia qaldırdıqlarını, lakin onların-hər iki tərəfin məhkəmədən kənar qaydada qarşılıqlı razılığa gələrək mübahisəni öz aralarında həll etdiklərini, belə ki, ona evin alqı-satqısı ilə bağlı İddiaçı tərəfindən ödənilmiş 40000 (qırx min) manat məbləğində pulu Naxçıvan "ASAN xidmət" Mərkəzində İddiaçı geri qaytardığı üçün evin alqı-satqı müqaviləsinin ləğv olunduğunu, ona görə də iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iddiadan imtinaya dair ərizələri araşdırıb hesab edir ki, iddiaçı-cavabdeh İddiaçı ilkin iddia tələbindən və cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtinalar məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı-cavabdeh İddiaçı tərəfindən "xxxx" MMC vasitəsilə 18 avqust 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Həmçinin cavabdeh-iddiaçı Cavabdeh tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 12 sentyabr 2025-ci il tarixli, 30073 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh geri qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı yaşayış evindən məcburi çıxarma və evin öz vəsaiti hesabına boşaldılması tələbinə dair və cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı 27 dekabr 2024-cü il tarixli, 4Ə-2409 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə iddiaçı-cavabdeh İddiaçı ilkin iddiadan və cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı-cavabdeh İddiaçı tərəfindən "xxxx" MMC vasitəsilə 18 avqust 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Cavabdeh-iddiaçı Cavabdeh tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 12 sentyabr 2025-ci il tarixli, 30073 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar