Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-127/2025 07.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdeh X1rşı işə bərpa tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, X4 Limanı tərəfindən verilmiş əmrin ləğv olunması və “Feldşer” vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, xx.xx.2011-ci ildən xx.xx.2015-ci ilə qədər X4 Limanında Feldşer məntəqəsində Feldşer üzrə fəaliyyət göstərmişdir. xx.xx.2015-ci il tarixli 37/k nömrəli əmrlə tutduğu vəzifədən azad olunmuşdur. Əmək kitabçasında qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən işinə xitam verilmişdir. Qeyd etmək istəyir ki, ümumiyyətlə əmək funksiyasını pozmamışdır. Uzun illər ərzində həmin müəssisədə qüsursuz olaraq çalışmışdır. Lakin işəgötürən tərəfindən həmin hallar nəzərə alınmamışdır. 02 iyun 2013-cü il tarixdə AZAL QSCnin X4 Limanının direktoru tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. İşdən azad olunma müddəti ərzində müraciət etməli olduğunu bilməmişdir və müdiriyyət də onu bu haqda məlumatlandırmamışdır. Məhz bu baxımdan da müddəti üzürlü səbəbdən buraxmışdır. Mülki iş üzrə 07 yanvar 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə İddiaçı iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Mülki iş üzrə 07 yanvar 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə cavabdeh X4 Limanına mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq X4 Limanı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə cavabdeh X4 Limanının nümayəndəsinin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 07 yanvar 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, X1rşı qaldırdığı əmrin ləğvi və işə bərpa tələbi ilə bağlı iddia ərizəsinin və işə əlavə olunmuş sənədlərin özünə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı 07 yanvar 2025-ci il tarixli ərizəsini nəzərdən keçirib bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hazırki vəziyyətdə isə iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı cavabdeh X1rşı işə bərpa tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-127/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-127/2025
07.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver