Məhkəmə qərarları › İş №2(078)-1274/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1274/2023

31.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1274/2023 31.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X11 məhkəmə iclas katibliyi, Ərizəçi və ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X6, o cümlədən də, bacıları Salmanova (Qasımova) Lətifə Zeynalabdın qızının və X2 və qardaşları X7, X4 və X12 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X14, X55, X25, X46, X36, X37, X47, X29, X48, X56, X49, X60, X61, X57 və X38 iş üzrə maraqlı şəxs qismində cəlb olunmuşlar. Məhkəmə baxışı iclasında Ərizəçi izahatında, atası X8 16 dekabr 1982-ci il, anası X6 02 fevral 1994-cü il tarixlərdə öldüklərini, onlar arasında 29 yanvar 1959-cu il tarixdə bağlanmış nikahlarından özü də daxil olmaqla, 7 uşaqlarının- Ərizəçi, X7 (05 sentyabr 2015-ci il tarixdə ölüb), X4 (04 iyun 2012-ci il tarixdə ölüb), X12 (01 sentyabr 1999-cu il tarixdə ölüb), Salmanova (Qasımova) Lətifə Zeynalabdın qızının (21 mart 2008-ci il tarixdə ölüb), X5 və X2 (12 yanvar 2001-ci il tarixdə ölüb) doğulduğunu, mərhum atası X16 16 dekabr 1982-ci il tarixdə öləndən sonra onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə miras qaldığını, mərhum atası Z.Qasımovun ölümündən sonra ünvan 1 ünvanında yerləşən evə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə 02 iyun 2023-cü il tarixdə müraciət edib çıxarış alarkən mərhum anası Xanım Nadirova da olmaqla, 7 nəfər bacı-qardaşa miras əmlak olaraq pay ayrılmaqla ********** qeydiyyat və **********08-10301 reyestr nömrəli çıxarış verildiyini, istər valideynlərinin sağlığında, istərsə də, onların ölümündən sonra həmin evdə yaşamaqla, bütün miras əmlakı faktiki olaraq qəbul edib ailə üzvləri ilə birlikdə orada yaşadığını, evdə yaşadığı müddətdə istifadə etdiyi kommunal xidmətlərə və əmlak vergisinə görə bütün ödənişlərin onun tərəfindən aparıldığını, bu günə heç bir borcunun olmadığını, bacı-qardaşlarının hələ atasının sağlığında ailə qurub ayrılıb sözügedən evdən çıxıb öz evlərində yaşayıb bacısı Təranə Qasımovadan başqa hamısının vəfat etdiklərini, hal-hazırda bacısı X44 Respublikasında yaşadığını, onunla bərabər bütün vəfat etmiş bacı-qardaşının vərəsələrinin notarial qaydada ərizə verərək həm onun anası Xanım Nadirovadan, həm də öz valideynlərindən miras əmlak olaraq yaşadığı evdəki paylarından imtina etdiklərini, həmin ümumi əmlakı miras olaraq qəbul edib sahiblənməklə təmir edib əlavə tikililər tikib torpaq sahəsini əkib-becərməklə faktiki olaraq qəbul edib orada yaşadığını, bu səbəbdən də, evi adına rəsmiləşdirmək üçün 17 avqust 2023-cü il tarixdə Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət edib vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiyini, Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinin 17 avqust 2023-cü il tarixli, 402/2023 nömrəli məktubunda mirasın faktiki qəbulu məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət etməyinin tövsiyyə olunduğunu, 2023-cü ildə çıxarış alınarkən vəfat etmiş vərəsələrədə miras əmlakdan pay verildiyini, lakin həmin vərəsələrin miras əmlakı qəbul etmədiklərini, tələbin olmadığını, bu səbəbdən hazırda miras əmlakdan tələblərinin olmadığına dair fikir bildirdiklərini, miras əmlakın bütöv olduğunu, əvvəldən və hazırda özünün həmin əmlakda yaşadığını, abadlaşdırdığını, digər vərəsələrin və onların vərəsələrinin həmin miras əmlakda yaşamadığını, pay istəmədiklərini, digər mərhumlarıdan qalan miras əmlakı da faktiki olaraq qəbul etdiyini göstərərək, mərhum anası X6, o cümlədən də, bacıları Salmanova (Qasımova) Lətifə Zeynalabdın qızının və X2 və qardaşları X7, X4 və X12 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə etdiklərini, ərizəçinin izahatına əlavəsinin olmadığını, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X17, ərizəçi ilə qonşu olduqlarını, ailə qurub həmin məhəlləyə gəlin gələndə Əzimin 2 yaşında olduğunu, qonşu olduqlarını, ailələrini tanıdığını, atası Zeynalabdını və anası Xanımı tanıdığını, onların övladlarını tanıdığını, onların zamanında ailə qurub getdiklərini, onların vəfat etdiyini, Əzimin isə həmin evdə qaldığını, digər vərəsələrin ata-analarının sağlığında köçüb getdiklərini, arada gəlib getdiklərini, lakin həmin evdə yaşamadıqlarını, həmin evdə Əzimin davamlı yaşadığını bildirdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X50, Əzimlə qonşu olduqlarını, bir məhlədə böyüdüklərini, valideyinlərini tanıdığını, atası Zeynalabdının 10-cü sinifdə oxuduğu vaxt vəfat etdiyini, anası Xanımın isə təxminən 1994-cü ildə vəfat etdiyini, həmin vaxtı artıq ailəli olduğunu, bir uşağının olduğunu, digər qardaş bacılarını tanıdığını, onların əvəldən ailə qurub ayrılıb həmin evdən getdiklərini, Əzimin həmin evdə daimi qaldığını, digər qardaş bacılarının övladlarının arasıra gəlib getdiklərini gördüyünü bildirdi. Məhkəmənin 17 oktyabr 2023-cü il tarixli hazırlıq iclasında maraqlı şəxs qismində izahat verən X60, X61, X57 və X38 tələbi qəbul etdiklərini, Ərizəçi miras əmlakı qəbul etdiyini, tələbinin təmin olunmasına etirazlarının olmadıqlarını bildirmişlər. İş üzrə maraqlı şəxslər X9, X39, X18, X30, X26, X27, X31, X22, X32, X40 və X33 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, оnlar məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə baxış iclası maraqlı şəxslərin iştirakı olmadan keçirilmişdir. İş üzrə maraqlı şəxslər X55, X25, X46, X36, X37, X47, X29 və X56 məhkəməyə teleqram göndərərək, iddianı qəbul etdiklərini bildirərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş: Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış"ın surətindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 152.04 kv.m, torpaq sahəsinin ölçüsü 0.1821 ha olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Ərizəçi, X7, X4, X6, X5, X12, X2 və X3 adına daşınmaz əmlakın dövlət reyestrində 18/53 nömrəli reyestr kitabının 10356 nömrəli vərəqində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********08-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023). İ-İE seriyalı, 139732 nömrəli evlənmək haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X16 ilə X19 arasında 29 yanvar 1959-cu il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 23 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Qasımova” soyadı verilmişdir. İİİ-JQ seriyalı, 432833 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X16 16 dekabr 1982-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilmişdir. İV-JQ seriyalı, 386971 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X19 02 fevral 1994-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 93 nömrə ilə qeyd edilmişdir. AZ-İ seriyalı, 295397 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X13 21 mart 2008-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 444 nömrə ilə qeyd edilmişdir. AZ-İİ seriyalı, 296521 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X23 01 sentyabr 1999-cu il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 250 nömrə ilə qeyd edilmişdir. AZ-İ seriyalı, 943883 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X15 04 iyun 2012-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 128 nömrə ilə qeyd edilmişdir. AZ-İ seriyalı, 872767 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X51 13 mart 2022-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 113 nömrə ilə qeyd edilmişdir. AZ-İ seriyalı, 495443 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X67 19 aprel 2014-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 167 nömrə ilə qeyd edilmişdir. 497399 nömrəli, 14 iyul 2023-cü il tarixli çıxarışa əsasən, X20 05 sentyabr 2015-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm kitabında 324 nömrə ilə qeydiyyat aparılmışdır. 079619 nömrəli, 14 iyul 2023-cü il tarixli çıxarışa əsasən, X10 12 yanvar 2001-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm kitabında 19 nömrə ilə qeydiyyat aparılmışdır. 115278 nömrəli, 14 iyul 2023-cü il tarixli çıxarışa əsasən, X62 31 dekabr 2004-cü il tarixdə vəfat etmiş və bu barədə ölüm kitabında 13 nömrə ilə qeydiyyat aparılmışdır. İ-CL seriyalı, 482557 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X52 22 fevral 1986-cı il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 2 nömrə ilə qeyd edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 15 may 2023-cü il tarixli, 1903 nömrəli arayışa əsasən, X16 16 dekabr 1982-ci il tarixdə vəfat edib və aşağıdakı vərəsələri vardır:

1. X19 həyat yoldaşı vəfat edib;

2. X15 oğlu vəfat edib;

3. X10 qızı vəfat edib;

4. X23 oğlu vəfat edib;

5. X13 qızı vəfat edib;

6. X20 oğlu vəfat edib;

7. X14 qızı 1961-ci il təvəllüdlü;

8. Ərizəçi oğlu 1967-ci il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 18 iyul 2023-cü il tarixli, 1124 nömrəli arayışa əsasən, X2 aşağıdakı vərəsələri vardır:

1. X61 həyat yoldaşı 1953-cü il təvəllüdlü;

2. X36 qızı 1986-cı il təvəllüdlü;

3. X46 qızı 1989-cu il təvəllüdlü;

4. X62 oğlu vəfat edib. “Kurort” Səhmdar Cəmiyyəti “Pirşağı” sanatoriya-kurort birliyi tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli, 06 nömrəli arayışa əsasən, X3 aşağıdakı vərəsələri vardır:

1. X25 qızı 1968-ci il təvəllüdlü;

2. X37 qızı 1971-ci il təvəllüdlü;

3. X47 oğlu 1974-cü il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli, 32 nömrəli arayışa əsasən, X12 aşağıdakı vərəsələri vardır:

1. X38 həyat yoldaşı 1955-ci il təvəllüdlü;

2. X57 oğlu 1980-ci il təvəllüdlü;

3. X60 oğlu 1981-ci il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 20 iyul 2023-cü il tarixli, 2377 nömrəli arayışa əsasən, X4 aşağıdakı vərəsələri vardır:

1. X56 həyat yoldaşı 1960-cı il təvəllüdlü;

2. X48 oğlu 1985-ci il təvəllüdlü;

3. X29 qızı 1983-cü il təvəllüdlü. Notarial təsdiqli ərizələrə əsasən, X14, X55, X25, X46, X36, X37, X47, X29, X48, X56, X49, X60, X57 və X38 miras qalmış əmlakdan onlara çatası paylardan imtina etdiklərini bildirmişlər. Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinin 17 avqust 2023-cü il tarixli, 402/2023 nömrəli məktubuna əsasən, mirasın faktiki qəbulu məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizənin dəlillərini araşdırıb işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi ilə vərəsəlik hüququna təminat verilir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Məhkəmə ərizəçinin, ərizəçinin vəkili və nümayəndəsinin, maraqlı şəxslərin izahatlarına, şahidlərin ifadələrinə, toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş üzrə toplanılmış sübutlarla təsdiq olunur ki, miras əmlak vərəsələrdən Ərizəçi tərəfindən yuxarıda sadalanan hərəkətləri həyata keçirməklə faktiki qəbul olunmuşdur. Bu fakt iş üzrə ərizəçinin məhkəməyə verdiyi izahatı, maraqlı şəxslərin izahatları, şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır və mübahisə doğurmur. Belə ki, ərizəçinin atası X16 16 dekabr 1982-ci il tarixdə, anası X19 isə 02 fevral 1994-cü il tarixdə vəfat etmişlər. Qasımov X21 şəhəri, 8-ci küçə, ev 32 ünvanında yerləşən ümumi sahəsi 152.04 kv.m, torpaq sahəsinin ölçüsü 0.1821 ha olan fərdi yaşayış evini sahiblənərək miras əmlakı qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirmişdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin normalarını iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Naxçıvan ASAN Xidmət Mərkəzində Notariat Ofisinin 17 avqust 2023-cü il tarixli, 402/2023 nömrəli məktubuna əsasən, mirasın faktiki qəbulu məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, ərizəçi ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 152.04 kv.m, torpaq sahəsinin ölçüsü 0.1821 ha olan fərdi yaşayış evini miras əmlak olaraq qəbul etməsini təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi öz təsdiqini tapdığından həmin miras əmlakın qəbul edilməsi faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. Ərizəçinin izahatına iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X1, Salmanova (Qasımova) Lətifə Zeynalabdın qızının, X2, X7, X4 və X12 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 152.04 kv.m, torpaq sahəsinin ölçüsü 0.1821 ha olan fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən (təsdiq) edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi :

Ərizə təmin edilsin. X1, Salmanova (Qasımova) Lətifə Zeynalabdın qızının, X2, X7, X4 və X12 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar