Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-129/2021 10.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı iki azyaşlı uşaqları ilə birlikdə mənzildən məcburi qaydada çıxarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh qarşı iki azyaşlı uşaqları ilə birlikdə onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 2 C ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. X2 xx xxxxxxx 2011-ci ildə Cavabdeh ilə nikaha daxil olmuş, birgə nikahlarından xx xxxxxx 2012-ci il tarixdə X9 və xx xxxx 2016-cı il təvəllüdlü X6 adlı övladları doğulmuşdur. Oğlu ilə gəlini arasındakı nikah məhkəmənin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə pozulmuş və nikah pozulduqdan sonra gəlini onun evində yaşamağa davam etmişdir. Dəfələrlə tələb etsə də cavabdeh evdən çıxmamışdır. İddiaçı öz tələbini əsaslandırmaq üçün mülki qanunvericiliyin müvafiq norma və prinsiplərini, Azərbaycan Respublikasının Konstitusiyasının, Konstitusiya Məhkəməsinin Plenum Qərarına istinad edərək Cavabdeh iki azyaşlı uşaqları ilə birikdə məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə İddiaçı dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, məhkəmə hazırlıq iclasında iştirak etmişdir. Məhkəmə baxışı iclasında üzürlü səbəbdən iştirak etməməsinə dair məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili işi ilə əlaqədar iddiaçının məhkəmə iclaslarında iştirak etmədiyini bildirib onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında izahat verən İddiaçı Xlil qızının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, iddiaçının bu iddianı qaldırmasına səbəb Cavabdehdır. Hələ iddiaçının oğlu ilə gəlini ayrılarkən iddiaçı nəvələrinə hər cür qayğı göstərmişdir. Cavabdeh Naxçıvanda işlədiyi üçün evin bir hissəsində uşaqları ilə yaşamağa davam etmiş, iddiaçı da nəvələrinin xatirinə evdən çıxarılmasını tələb etməmişdir. İddiaçı həm pensiyaçıdır, həm də xadimə işləyir. Onun işləməsinin məqsədi nəvələrinə baxmaq olubdur. Hələ iddiaçının oğu ilə gəlininin nikahları pozulduqdan sonra cavabdeh uşaqlarını da götürüb kəndə ailəsinin yanına gedibdir. İddiaçı ancaq işləyib ərzaq, paltar alıb nəvələrinə aparıbdır. Ancaq son vaxtlar iddiaçının dediyinə görə onun bu yaxşılıqlarının qarşılığında cavabdeh həmişə ona hörmətsizlik edibdir. İddiaçı öz evində rahat yaşamasına cavabdehin imkan vermədiyini, tez-tez narahatçılıq yaratdığını bildirmişdir. Buna görə də iddiaçı cavabdeh və övladlarının onun evindən çıxarılmasını tələb edir və qərarında israrlıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, 2011-ci ildə iddiaçının oğlu Elməddin Məmmədovla ailə qurmuş və birgə nikahlarından iki övladları doğulmuşdur. 2018-ci ildə nikahları pozulduqdan sonra övladlarını da götürüb valideynlərinin evinə getmişdir. Daha sonra iddiaçının oğlu onu evə gətirmiş və rəsmi nikaha düşməsələr də bir müddət bir evdə yaşamışlar və iddiaçı evin bir hissəsini ayırıb onlara vermişdir. İki aydan sonra iddiaçının oğlu anasının yanında yaşamağa başlamış, o da uşaqları ilə birlikdə onların yaşadığı tərəfi təmir edib düzəltdirmişdir. Artıq üç ildir ki, iddiaçının evində onun verdiyi hissədə yaşayır, müəllim işləyir, övladları məktəbə gedir. Onun valideyni kənddə yaşayır, evdən çıxacağı halda həm öz işi, həm uşaqlarının təhsili yarımçıq qalacaqdır. Başqa yerdə kirayə yaşamaq üçün maddi imkanı yoxdur. Ona görə də iddiaçının evindən özünə və uşaqlarına yaşayış hüququ tələb edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib, həmin izahatları iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan Naxçıvan MR Nazirlər kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Naxçıvan şəhəri, Sabir küçəsində yerləşən 103.9 kv.metr torpaq sahəsində 14C nömrəli ümumi sahəsi 73.5 kv.metr, yaşayış sahəsi 53.4 kv.metr olan 3 otaqlı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabında xx xxxx 2006-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(078)-163/2018 nömrəli qətnaməsindən aydın olur ki, X8 ilə Məmmədova (Vəliyeva) Səidə Səyyad qızı arasında xx xxxxxxx 2011-ci il tarixdə Naxçıvan şəhər Nikah Evində bağlanmış 423 nömrəli nikah pozulmuş, iş üzrə tərəflərin uşaqları xx xxxxxx 2012-ci il tarixdə doğulmuş X9 və xx xxxx 2016-cı il tarixdə doğulmuş X3 anaları Məmmədova (Vəliyeva) Səidə Səyyad qızının yanında qalması müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx xxxxxx 2021-ci il tarixli ərizədən aydın olur ki, cavabdeh iddianın rədd edilməsini və ailəsinin maddi vəziyyətini, o cümlədən başqa yerdən ev almağının, kirayə qalmasının mümkünsüzlüyünü, övladı X5 xəstəliyini nəzərə alaraq həmin mənzildən müəyyən müddətə istifadə hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Naxçıvan şəhər 10 nömrəli uşaq bağçasının xx xxxxxxx 2020-ci il tarixli 218 nömrəli arayışından aydın olur ki, həmin bağçanın müəllimi Cavabdeh 375 (üç yüz yetmiş beş) manat əmək haqqı alır, əmək stajı 5 ildir. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş arayışdan aydın olur ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan şəhər 10 nömrəli uşaq bağçasının xx xxxxxx 2020ci il tarixli 218 nömrəli arayışından aydın olur ki, X6 2020-2021-ci il tədris ilində Naxçıvan şəhər 10 saylı uşaq bağçasının İ orta qrupunda məktəbəqədər təhsil alır. İş materiallarında olan Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəb tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixdə 4028 nömrəli arayışdan aydın olur ki, X9 2020/2021-ci il tədris ilində Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin İİİ sinifində təhsil alır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. İşin hüquqi halları baxımından məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Konistitusiyanın 29-cu mddəsində qeyd olunur ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2014-cü il tarixli Qərarında göstərilir: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2005-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir. Məhkəmə hazırki iş üzrə hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarlarındakı hüquqi mövqelərindən yanaşaraq qeyd edir ki, mübahisəli fərdi yaşayış evi xx xxxx 2006-cı il tarixdə xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Məhkəmə cavabdehlə iddiaçının övladı X4 rəsmi nikah qeydiyyatından 2011-ci il tarixdə keçərək iddiaçının mülkiyyətində olan evə gəlin gəldiyi tarixi nəzərə alıb hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarındakı hüquqi mövqeyinə uyğun olaraq iddiaçının tələbinə münasibətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cü maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Dogər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanılmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Lakin iş üzrə Cavabdeh iş üzrə iddiaçının ailə üzvü deyil və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslərdən biri olmasını sübut edə bilməmişdir. Belə olan təqdirdə iş üzrə İddiaçı xüsusi mülkiyyətindəki fərdi yaşayış evindən iş üzrə Cavabdeh məcburi qaydada çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilmişdir ki, X8 ilə Cavabdeh qızının birgə nikahlarından xx xxxxxx 2012-ci il tarixdə X9 və xx xxxx 2016-cı il təvəllüdlü X6 doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49-cu maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinin məzmumuna görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərinin yeri sayılır, uşaqlar valideynin himayəsində, valideynlərlə bir ailədə yaşamaq hüququna malikdirlər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildə yaşaması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. İş materiallarında olan nikahın pozulmasına dair məhkəmə qətnaməsi ilə, həmçinin məhkəmə baxışında tərəflərin verdiyi izahatlarla müəyyən edilmişdir ki, X8 ilə Cavabdeh qızının ər-arvad münasibətlərindən doğulmuş yetkinlik yaşına çatmayan uşaqları Cavabdeh yanında saxlanılmış və onun himayəsində yaşayırlar. Həmin uşaqların yaşayış yeri cavabdehin yaşayış yeri sayıldığından, onların da cavabdehlə birlikdə mübahisəli mənzildən çıxarılması qanunun tələblərindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1 və 27.2-ci maddələrinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüququnu itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlənrinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edlənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə cavabdehin izahatında və məhkəməyə ünvanladığı ərizəsində maddi vəziyyətini, o cümlədən başqa yerdən ev almasının, kirayədə qalmasının mümkünsüzlüyünü, övladının xəstəliyini nəzərə alaraq həmin mənzildən müəyyən müddətə istifadə hüququnun verilməsi barədə arqumentlərini işin tədqiq olunmuş halları ilə əlaqəli şəkildə yoxlayıb hesab edir ki, qeyd edilən hallar hazırki iddia tələbinin müstəsna halı kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, x xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarmı tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmada hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfındən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Maddənin məzmunundan da göründüyü kimi bu normanın tətbiqi mülkiyyətçinin keçmiş ailə üzvü olduğu halda mümkündür. Hazırki işdə mülkiyyətçi keçmiş ailə üzvü-yəni keçmiş ər X8 deyil, mülkiyyətçi İddiaçıdır və mənzil qanunvericiliyində cavabdeh iddiaçının ailə üzvləri sırasına daxil edilməmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1ci maddəsi mülkiyyətçinin ailə üzvlərini konkret olaraq göstərmişdir. Bunlar mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri hesab edilir. Buna görə də cavabdehin barəsində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəlarının tətbiqini məhkəmə qeyri-mümkün hesab edir. Beləliklə, yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə məcburi qaydada çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən X16 Filialına xx xxxxxx 2020-ci il tarixli 68434 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddiaçı Cavabdeh qarşı iki azyaşlı uşaqları ilə birlikdə mənzildən məcburi qaydada çıxarılması iddia tələbi təmin olunsun. Cavabdeh və onun iki azyaşlı övladı X11 və X1 şəhəri, Sabir küçəsi 14C ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılsınlar. İddiaçı tərəfindən X16 Filialına xx xxxxxx 2020-ci il tarixli 68434 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-129/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-129/2021
10.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver