Məhkəmə qərarları › İş №2(078)-1291/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1291/2024

28.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1291/2024 28.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi və ərizəçinin vəkili Vəkil iştirakları ilə, Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum babası X27 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın atası X81 tərəfindən qəbul edilməsi qəbul edilməsi faktının müəyyən olunması, mərhum X3 ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X48, Maraqlı şəxs1, Maraqlı şəxs14, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs9, Maraqlı şəxs15, Maraqlı şəxs10, Maraqlı şəxs11 və Maraqlı şəxs12 maraqlı şəxs qismində prosesə cəlb olunmuşlar. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, mərhum babası X64 xx.xx.1983-cü il tarixdə vəfat edib, ölümündən sonra ünvan 1 ünvanında yerləşən ev və torpaq sahəsi miras qalmışdır. Mərhum babası X27 ölümündən sonra miras qalmış əmlakı atası X81 qəbul etmiş, atası X81 xx.xx.1986-cı il tarixdə vəfat etmişdir. X3 ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən ev və torpaq sahəsini özü qəbul etmiş, hazırda ailə və uşaqları ilə birlikdə ünvan 1 ünvanında yaşayır, vərəsələrin heç bir etirazları yoxdur və bu barədə hər biri mirasdan imtina ərizəsi vermişlər. Mərhum babası X27 aşağıdakı vərəsələri var: 1. Həyat yoldaşı-X10 vəfat edib; 2. Həyat yoldaşı-X11 vəfat edib; 3. X85 oğlu vəfat edib; 4. X42 qızı vəfat edib; 5. X56 qızı vəfat edib; 6. X43 qızı vəfat edib. Mərhum atası X81 xx.xx.1986-cı il tarixdə vəfat etmiş, aşağıdakı vərəsələri var: 1 .Həyat yoldaşı-X17 vəfat edib 2. Oğlu-Maraqlı şəxs6 3. Oğlu-Maraqlı şəxs7 4. Oğlu- X12 vəfat edib 5. X35 qızı 6. X57 qızı 7. Oğlu- Ərizəçi 8. Qızı-Eyvazova-İlhamə Əli qızı. Mərhum bibisi X49 xx.xx.2019-cu il tarixdə vəfat etmiş, aşağıdakı vərəsələri var: 1. Ata-X64 vəfat edib 2. Ana-X10 vəfat edib 3. Həyat yoldaşı-X39 vəfat edib 4. Qızı-Maraqlı şəxs3 5. Oğlu-Maraqlı şəxs4 6. Oğlu- Maraqlı şəxs5 7. X18 vəfat edib. Mərhum bibisi X65 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, aşağıdakı vərəsələri var: 1. Ata-X64 vəfat edib 2. Ana- X10 vəfat edib 3. Həyat yoldaşı- X82 vəfat edib 4. Qızı Maraqlı şəxs12. Mərhum bibisi X50 xx.xx.2012-ci il tarixində vəfat etmiş, aşağıdakı vərəsələri var: 1. Ata-X64 vəfat edib 2. Ana-X10 vəfat edib 3. Həyat yoldaşı-X67 4. Oğlu-Maraqlı şəxs1 5. X44 oğlu 6. Oğlu-Maraqlı şəxs2 7. X58 oğlu. Mərhum qardaşı X12 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, aşağıdakı vərəsələri var: 1. X59 oğlu vəfat edib 2. X9 qızı vəfat edib 3. Həyat yoldaşı-X69 4. Oğlu-Maraqlı şəxs10. Mərhum bibi qızısı X18 xx.xx.1999-cu il tarixdə vəfat etmiş, aşağıdakı vərəsələri var: 1. X26 oğlu vəfat edib 2. X16 qızı vəfat edib 3. Həyat yoldaşı-X70 4. Oğlu-Rəhimli Ay xan Mirzə oğlu. Mərhum babası X64 xx.xx.1983-cü il tarixdə vəfat edib, ölümündən sonra ünvan 1 ünvanında yerləşən ev və torpaq sahəsi miras qalmışdır. Mərhum babası X27 ölümündən sonra miras qalmış əmlakı atası X81 qəbul etmiş, atası X81 xx.xx.1986-cı il tarixdə vəfat etmiş, atasının ölümündən sonra miras əmlakı özü qəbul etmiş və hazırda həmin evdə ailəsi ilə birlikdə yaşayır. Əlavə olaraq bildirmək istəyir ki, mərhum babası X20 miras qalmış ünvan 1 ünvanında yerləşən evə və torpaq sahəsinə vərəsələr onun adına keçməyə razıdırlar və bu barədə notariat ofisində imtina etmişlər. Vərəsəlik şəhadətnaməsinin alınması üçün Naxçıvan şəhər 3 saylı notariat ofisinin notariusuna müraciət etmişdir. Naxçıvan şəhər 3 saylı notariat ofisinin notariusu 21 iyun 2024-cü il tarixli məktubunda vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməli olduqlarını bildirmişdir. Ərizəçi qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı dindirilən ərizəçinin vəkili Vəkil ərizəni müdafiə etdiklərini, ərizəçinin izahatına əlavəsinin olmadığını, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı dindirilən Maraqlı şəxs5 izahatında bildirmişdir ki, ərizə üzrə heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Maraqlı şəxs13, Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs6, Maraqlı şəxs7, Maraqlı şəxs8, Maraqlı şəxs10 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin məhkəməyə teleqram göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ərizəni qəbul etdiklərini, gələcəkdə heç bir tələb və şikayətlərinin olmayacağını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə digər maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs9, Maraqlı şəxs15, X40 və Maraqlı şəxs12 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X52 ifadəsində göstərmişdir, ərizəçi ilə qonşudur. Miras əmlakda İlham yaşayır. Məhkəmə baxışı iclasında şahid X53 ifadəsində bildirmişdir ki, ərizəçi ilə qonşudur. Atasını tam xatırlamır. İlhamın atası xəstə idi, vəfat etdi. Həmin evdə İlham yaşayır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib ərizəçinin, ərizəçinin vəkilinin izahatlarını, maraqlı şəxslərin teleqramını, şahidlərin ifadələrini, işin bütün hallarını nəzərə alıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.1990-ci il tarixdə Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, X12 ilə Vəliyeva (Eyvazova) Mədinə Vəli qızı arasında həmin tarixdə nikah bağlamış və bu barədə 83 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan xx.xx.1952-ci il tarixdə verilmiş evlənmə haqqında şəhadətnamənin surətindən aydın olur ki, X82 ilə X71 arasında həmin tarixdə nikah bağlamış və bu barədə 06 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Şahbuz rayon VVAQ şöbəsi tərəfindən verilmiş çıxarışdan aydın olur ki, X39 ilə Əliyeva (Məmmədova) Fatma Mənsum qızı arasında xx.xx.1965-ci il tarixdə nikah bağlamış və bu barədə 08 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Kəngərli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş çıxarışdan aydın olur ki, X67 ilə X54 arasında xx.xx.1951-ci il tarixdə nikah bağlamış və bu barədə 04 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş çıxarışdan aydın olur ki, X81 ilə Şadlinskaya (Eyvazova) Lətifə Ələs qızı arasında xx.xx.1958-ci il tarixdə nikah bağlamış və bu barədə 140 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş çıxarışdan aydın olur ki, X70 ilə Məmmədova (Rəhimova) Vüsalə Məmməd qızı arasında xx.xx.1996-cı il tarixdə nikah bağlamış və bu barədə 184 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş çıxarışdan aydın olur ki, X39 ilə Əliyeva (Məmmədova) Fatma Mənsum qızı arasında xx.xx.1965-ci il tarixdə nikah bağlamış və bu barədə 08 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər Nikah Evi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışdan aydın olur ki, X49 xx.xx.1948-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur, atası X64, anası X4r. İş materiallarında olan Naxçıvan şəhər Nikah Evi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışdan aydın olur ki, X18 xx.xx.1972-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur, atası X39, anası X13r. İş materiallarında olan Naxçıvan şəhər Nikah Evi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışdan aydın olur ki, X12 xx.xx.1962-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur, atası X81, anası X29r. İş materiallarında olan xx.xx.1973-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən aydın olur ki, Maraqlı şəxs12 xx.xx.1967-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur, atası X82, anası X30r. İş materiallarında olan xx.xx.1949-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən aydın olur ki, X65 xx.xx.1932-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X21 xx.xx.2018-ci ildə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə xx.xx.2018-ci il tarixdə 262 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X12 xx.xx.2021-ci ildə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə xx.xx.2021-ci il tarixdə 54 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1985-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X82 xx.xx.1985-ci ildə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə xx.xx.1985-ci il tarixdə 26 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər Nikah Evi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X65 xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmiş, bu barədə xx.xx.2024-cü il tarixdə 63 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər Nikah Evi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışdan aydın olur ki, X28 xx.xx.2019-cu ildə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə xx.xx.2019-cu il tarixdə 176 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş çıxarışdan aydın olur ki, X81 xx.xx.1986-cı ildə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə xx.xx.1986-cı il tarixdə 60 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışdan aydın olur ki, X39 xx.xx.2002-ci ildə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə xx.xx.2003-cü il tarixdə 07 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər 2 saylı Nikah Evi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışdan aydın olur ki, X18 xx.xx.1999-cu ildə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə xx.xx.1999-cu il tarixdə 53 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 489 nömrəli arayışa əsasən, xx.xx.2023-cü ilədək X27 nikah akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Naxçıvan şəhər Nikah Evi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışdan aydın olur ki, X64 xx.xx.1983-cü ildə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə xx.xx.1988-ci il tarixdə 10 nömrəli bərpa akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər Nikah Evi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışdan aydın olur ki, X10 xx.xx.1994-cü ildə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə xx.xx.1994-cü il tarixdə 154 nömrəli akt qeydi icra edilmişdir İş materiallarında olan Kəngərli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan aydın olur ki, X50 xx.xx.2012-ci ildə Kəngərli rayonu, Təzəkənd kəndində vəfat etmiş, bu barədə xx.xx.2012-ci il tarixdə 10 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Kəngərli rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan aydın olur ki, X67 xx.xx.1991-ci ildə Kəngərli rayonu, Çalxanqala kəndində vəfat etmiş, bu barədə xx.xx.1991-ci il tarixdə 17 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 532 nömrəli arayışdan aydın olur ki, mərhum X37 müəyyən edilən vərəsələri aşağıdakılardır: 1 .Həyat yoldaşı-X17 vəfat edib

2. Oğlu-Maraqlı şəxs6 1956-cı il təvəllüdlü

3. Oğlu-Maraqlı şəxs7 1960-cı il təvəllüdlü

4. Oğlu- X12 vəfat edib

5. X35 qızı 1965-ci il təvəllüdlü

6. X57 qızı 1969-cu il təvəllüdlü

7. Oğlu- Ərizəçi 1972-ci il təvəllüdlü

8. Qızı-Eyvazova-İlhamə Əli qızı 1974-cü il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 316 nömrəli arayışdan aydın olur ki, mərhum X2 müəyyən edilən vərəsələri aşağıdakılardır:

1. X59 oğlu vəfat edib

2. X9 qızı vəfat edib

3. Həyat yoldaşı-X69 1964-cü il təvəllüdlü

4. Oğlu-Maraqlı şəxs10 1996-cı il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 530 nömrəli arayışdan aydın olur ki, mərhum X31 müəyyən edilən vərəsələri aşağıdakılardır:

1. X34 vəfat edib;

2. Qızı Maraqlı şəxs12 1967-ci il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 531 nömrəli arayışdan aydın olur ki, mərhum X27 müəyyən edilən vərəsələri aşağıdakılardır:

1. Həyat yoldaşı-X10 vəfat edib;

2. Həyat yoldaşı-X11 vəfat edib;

3. X85 oğlu vəfat edib;

4. X42 qızı vəfat edib;

5. X56 qızı vəfat edib;

6. X43 qızı vəfat edib. İş materiallarında olan Kəngərli Rayon İcra Hakimiyyəti Xıncab kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 57 nömrəli arayışdan aydın olur ki, mərhum X22 müəyyən edilən vərəsələri aşağıdakılardır:

1. Oğlu-Maraqlı şəxs1 xx.xx.1959-cu il təvəllüdlü;

2. X44 oğlu xx.xx.1963-cü il təvəllüdlü;

3. Oğlu-Maraqlı şəxs2 xx.xx.1966-cı il təvəllüdlü;

4. X58 oğlu xx.xx.1969-cu il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 315 nömrəli arayışdan aydın olur ki, mərhum X5 müəyyən edilən vərəsələri aşağıdakılardır:

1. X26 oğlu vəfat edib

2. X16 qızı vəfat edib

3. Həyat yoldaşı-X70 1963-cü il təvəllüdlü

4. Oğlu-Rəhimli Ay xan Mirzə oğlu 1998-ci il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 327 nömrəli arayışdan aydın olur ki, mərhum X23 müəyyən edilən vərəsələri aşağıdakılardır:

1. Ata-X64 vəfat edib

2. Ana-X10 vəfat edib

3. Həyat yoldaşı-X39 vəfat edib

4. Qızı- Kəmalə Məmməd qızı 1965-ci il təvəllüdlü

5. Oğlu- Nəsir Məmməd oğlu 1966-cı il təvəllüdlü

6. Oğlu- Yunis Məmməd oğlu 1970-ci il təvəllüdlü

7. Qızı- Vüsalə Məmməd qızı vəfat edib. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43.4 kv.m, torpaq sahəsinin ölçüsü 0.0488 ha olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X27 adına daşınmaz əmlakın dövlət reyestrində 18/49 nömrəli reyestr kitabının 9704 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışa əsasən, Eyvazov X73 şəhəri, Nəcməddin Naxçıvani küçəsi, döngə 3, ev 20 ünvanında qeydiyyatdadır. X1, X41, X24, X25, X7, X6, X14, X8, X83, X84, Maraqlı şəxs7 və X88 da həmin ünvanda qeydiyyatdadırlar. X55, Maraqlı şəxs10, Maraqlı şəxs1, Maraqlı şəxs13, Maraqlı şəxs2, X68, Maraqlı şəxs12, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs11, X72, Maraqlı şəxs4, Maraqlı şəxs6, Maraqlı şəxs9, Maraqlı şəxs8 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən aydın olur ki, X33 ölümündən sonra qalmış miras paylarını qəbul etmir və bununla bağlı gələcəkdə heç bir iddiaları olmayacaq. Naxçıvan şəhər 3 saylı Notariat Ofisi tərəfindən Ərizəçi xx.xx.2024-cü il tarixli məktubuna xx.xx.2024-cü il tarixdə verilmiş 150 nömrəli cavab məktubundan məlum olur ki, ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlaşılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur:

1. Miras əmlaka sahiblik etmək üsulu.

2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, ərizəçinin mərhum babası X27 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlak ərizəçinin atası X81 tərəfindən, ərizəçinin mərhum X3 ölümündən sonra isə ünvan 1 ünvanında yerləşən miras əmlak Ərizəçi tərəfindən qəbul edilmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, mərhum X27 vəfatından sonra ondan qalan miras əmlakı X81, mərhum X37 ölümündən sonra isə Ərizəçi faktiki qəbul edərək yaşayır. Bu hal ərizəçinin və ərizəçinin vəkilinin izahatları ilə yanaşı, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə təsdiqini tapmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilən hüquqi mövqeyə uyğun olaraq Ərizəçi miras əmlakda yaşaması vərəsə tərəfindən mirasın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsinə dəlalət edir. Hazırki tələbi üzrə vərəsə Ərizəçi atasının vəfatından sonra həmin fərdi yaşayış evinin idarəçiliyini həyata keçirmişdir. Ərizəçinin izahatından da məlum olmuşdur ki, ərizəçi qanunla müəyyən olunmuş müddətdə notariat orqanına müraciət etmədiyi üçün notariat orqanı tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçinin izahatından məlum olmuşdur ki, bu faktın təsdiqi qeyd edilən əmlaka hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımdır. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin mərhum babası X27 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın ərizəçinin atası X81 tərəfindən qəbul edilməsi faktı, ərizəçinin mərhum X3 ölümündən sonra isə ünvan 1 ünvanında yerləşən miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi: Ərizə təmin edilsin. Ərizəçinin mərhum babası X27 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın ərizəçinin atası X81 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ərizəçinin mərhum X3 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar