Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-131/2023 13.02.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən əmlakın məcburi qaydada götürülməsi və kirayə yaşayanın çıxarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 7-də yerləşən 34 nömrəli mənzildən Cavabdeh1 məxsus əmlakın məcburi qaydada götürülməsi, mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 7-də yerləşən 34 nömrəli mənzildə yaşayan Cavabdeh2 məcburi qaydada çıxarılması, hüquqi yardım üzrə 04/565 nömrəli 03 noyabr 2022-ci il tarixli xidmət müqaviləsi əsasında vəkilə ödədiyi 300 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, alqı-satqı müqaviləsini 01 sentyabr 2022-ci il tarixdə Babək rayon notariat ofisində rəsmiləşdirməklə Cavabdeh1 mülkiyyətində olan Naxçıvan şəhəri Çənlibel məhəlləsi ev 7-də yerləşən 34 nömrəli 3 otaqlı mənzili almışdır. Alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra Cavabdeh1 mənzilə aid hüquq müəyyənedici sənədləri ona təqdim etdiyindən o müvafiq sənədləri Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə təqdim edərək mənzili 22 sentyabr 2022-ci il tarixdə qeydiyyata aldıraraq qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Mülkiyyətində olan mənzilə köçmək istəyərkən orada kirayə yaşayanın, müxtəlif daşınar əşyaların saxlanıldığını görmüşdür. Kirayə yaşayan Cavabdeh2 mənzildən çıxmasını və oradakı daşınar əşyaların götürülməsini Cavabdeh1 tələb etməyinə baxmayaraq , onlar onun tələbinə əməl etməmiş, bu səbəbdən də onun mülkiyyətində olan mənzildən istədiyi kimi istifadə etmək imkanından məhrum olmaqla köçüb orada yerləşə bilməmişdır. Kirayə yaşayan Cavabdeh2 və mənzilinin boşaldılmasını, açarlarının ona təhvil verilməsini, mənzildə olan əmlakın Cavabdeh1 tərəfindən götürülməsi barədə göndərdiyi pretenziya məktublar;na heç bir münasibət bildirməməklə tələblərini təmin etməmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 31 yanvar 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Naxçıvan şəhəri Çənlibel məhəlləsi ev 7-də yerləşən 34 nömrəli mənzildən Cavabdeh1 məxsus əmlakın məcburi qaydada götürülməsi, Naxçıvan şəhəri Çənlibel məhəlləsi ev 7-də yerləşən 34 nömrəli mənzildə kirayə yaşayan Cavabdeh2 məcburi qaydada çıxarılması və hüquqi yardım üzrə 04/565 nömrəli 03 noyabr 2022-ci il tarixli xidmət müqaviləsi əsasında vəkilə ödədiyi 300 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini qeyd edərək haliyyədə iddia tələbinin həcmini artıraraq Cavabdeh2 məxsus 2 nəfərlik divanın, jurnal stolunun, divar saatının, qazla işləyən İİR-sı istehsalı olan sobanın, iki ədəd stolun, 2 nəfərlik yataq çarpayısının, şifonerin, tirmonun, 3 ədəd tumbuçkanın, ventilyatorun, Cavabdeh2 məxsus geyim əşyalarının, iki ədəd çarpayının, velosipedin, 1.40x2.20 metr ölçüdə xalçanın, paltar qurutmaq üçün dəmir asqının, 10 ədəd bankanın, 4 gözlü stol üstü qaz piltəsinin, divar üçün sabun və şampun qabının, 5 ədəd plastmas tabletkanın, Beko markalı soyuducunun, şirə çəkən maşının, 2 ədəd qasturkanın, 4 ədəd boşqabın, 4 ədəd nəlbəkinin, 4 ədəd stəkandan ibarət əmlakların məcburi qaydada götürülməsi tələbini də əlavə edərək yeni tələb daxilində baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-131/2023 nömrəli, 31 yanvar 2023-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin təmin edilməsi, iddia tələbinə iddiaçının mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 7-də yerləşən 34 nömrəli mənzildən Cavabdeh1 məxsus əmlakın məcburi qaydada götürülməsi, iddiaçının mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 7-də yerləşən 34 nömrəli mənzildə yaşayan Cavabdeh2 məcburi qaydada çıxarılması, iddiaçının mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 7-də yerləşən 34 nömrəli mənzildən Cavabdeh2 məxsus 2 nəfərlik divanın, jurnal stolunun, divar saatının, qazla işləyən İİR-sı istehsalı olan sobanın, iki ədəd stolun, 2 nəfərlik yataq çarpayısının, şifonerin, tirmonun, 3 ədəd tumbuçkanın, ventilyatorun, Cavabdeh2 məxsus geyim əşyalarının, iki ədəd çarpayının, velosipedin, 1.40x2.20 metr ölçüdə xalçanın, paltar qurutmaq üçün dəmir asqının, 10 ədəd bankanın, 4 gözlü stol üstü qaz piltəsinin, divar üçün sabun və şampun qabının, 5 ədəd plastmas tabletkanın, Beko markalı soyuducunun, şirə çəkən maşının, 2 ədəd qasturkanın, 4 ədəd boşqabın, 4 ədəd nəlbəkinin, 4 ədəd stəkandan ibarət əmlakların məcburi qaydada götürülməsi və hüquqi yardım üzrə 04/565 nömrəli 03 noyabr 2022-ci il tarixli xidmət müqaviləsi əsasında vəkilə ödədiyi 300 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb ona verilməsi həddində baxılması qərara alınmışdır. 13 fevral 2023-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə Cavabdeh2 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh hazırlıq iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. 13 fevral 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclası zamanı İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Naxçıvan şəhəri Çənlibel məhəlləsi ev 7-də yerləşən 34 nömrəli mənzildən Cavabdeh1 məxsus əmlakın məcburi qaydada götürülməsi, Naxçıvan şəhəri Çənlibel məhəlləsi ev 7-də yerləşən 34 nömrəli mənzildə kirayə yaşayan Cavabdeh2 məcburi qaydada çıxarılması, Cavabdeh2 məxsus 2 nəfərlik divanın, jurnal stolunun, divar saatının, qazla işləyən İİR-sı istehsalı olan sobanın, iki ədəd stolun, 2 nəfərlik yataq çarpayısının, şifonerin, tirmonun, 3 ədəd tumbuçkanın, ventilyatorun, Cavabdeh2 məxsus geyim əşyalarının, iki ədəd çarpayının, velosipedin, 1.40x2.20 metr ölçüdə xalçanın, paltar qurutmaq üçün dəmir asqının, 10 ədəd bankanın, 4 gözlü stol üstü qaz piltəsinin, divar üçün sabun və şampun qabının, 5 ədəd plastmas tabletkanın, Beko markalı soyuducunun, şirə çəkən maşının, 2 ədəd qasturkanın, 4 ədəd boşqabın, 4 ədəd nəlbəkinin, 4 ədəd stəkandan ibarət əmlakların məcburi qaydada götürülməsi və hüquqi yardım üzrə 04/565 nömrəli 03 noyabr 2022-ci il tarixli xidmət müqaviləsi əsasında vəkilə ödədiyi 300 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, məhkəmədə izahat verərkən Cavabdeh1 həmin mənzildə ona məxsus 1 ədəd divanın və mətbəx mebelinin olduğunu həmin əşyaların mənzillə birlikdə iddiaçıya satdığını bu səbəbdən də mənzildə olan həmin əşyaları götürməyəcəyini bildirdiyini, Cavabdeh2 məhkəmədə izahat verərkən haliyyədə ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığını və işi ilə əlaqədar bir neçə günlüyə Naxçıvan şəhərinə gəldiyini bildirdiyini, haliyyədə onun Cavabdeh2 mülkiyyətində olan Naxçıvan şəhəri Çənlibel məhəlləsi ev 7-də yerləşən 34 nömrəli mənzildən məcburi qaydada çıxarılması tələbindən və Cavabdeh1 məxsus əmlakların həmin mənzildə olmadığından ona məxsus əmlakların məcburi qaydada götürülməsi tələbindən imtina etdiyini qeyd edərək iddia tələbinə həmin hissələrdə xitam verilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(078)-131/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən əmlakın məcburi qaydada götürülməsi və kirayə yaşayanın çıxarılması tələbinə dair mülki iş üzrə iddiaçının iddia tələbinin mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 7-də yerləşən 34 nömrəli mənzildən Cavabdeh1 məxsus əmlakın məcburi qaydada götürülməsi və mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 7-də yerləşən 34 nömrəli mənzildə yaşayan Cavabdeh2 məcburi qaydada çıxarılmasına dair hissəsindən imtinasının qəbul olunması və iddiaçının iddia tələbinin mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 7-də yerləşən 34 nömrəli mənzildən Cavabdeh1 məxsus əmlakın məcburi qaydada götürülməsi və mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 7-də yerləşən 34 nömrəli mənzildə yaşayan Cavabdeh2 məcburi qaydada çıxarılmasına dair hissəsinə münasibətdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında izahat verən İddiaçı izahatında alqı satqı müqaviləsi ilə 01 sentyabr 2022-ci il tarixdə Babək rayon Notariat ofisində rəsmiləşdirməklə Cavabdeh1 mülkiyyətində olan Çənlibel məhəlləsi ev 7-də yerləşən 34 nömrəli 3 otaqlı mənzili aldığını, Cavabdeh1 müvafiq hüquq müəyyənedici sənədləri ona təqdim etdiyindən o da həmin sənədləri Naxçıvan MR Daşınmaz Əmlak və Dövlət Xidmətinə təqdim edərək mənzili 22 sentyabr 2022-ci il tarixdə qeydiyyata aldıraraq müvafiq qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldığını, evi aldıqdan sonra Mirhüseynin ona evdə kirayəçi yaşadığını, bir neçə aya çıxacağını bildirdiyini, özünün də müvəqqəti olaraq buna razı olduğunu, lakin evdə kirayə qalan şəxslə aralarında bu barədə hər hansı bir yazılı və ya şifahi razılaşma olmadığını, sadəcə Mirhüseyn dediyinə görə bir müddət sonra evdən çıxmaq şərtilə kirayəçinin müvəqqəti qalmasına razılıq verdiyini, bir müddət sonra həmin evi təmir etdirib evə köçmək istəsə də kirayə yaşayanın həmin evdən çıxmadığını, əşyalarını götürmədiyini, o kirayə yaşayandan həmin evdən əşyalarını götürməsini tələb etsə də onun bu tələbinə əməl etmədiyini, Cavabdeh2 hazırda ona məxsus evdə yaşamasa da onun əşyalarının qanunsuz olaraq onun evində saxlanıldığını, onun əşyaları evində olduğu üçün mülkiyyətində olan evdən istifadə edə bilmədiyini, Cəlilin onun mülkiyyət hüququnu pozduğunu, evindən özünün və ailəsinin istifadə etməyə haqqı olduğunu, cavabdeh Cəlilin isə heç bir əsas olmadan onun evindən əşyalarını götürməkdən imtina etdiyini, cavabdehlər arasında olan pul mübahisəsinin ona aidiyyəti olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən iddiaçının vəkili Vəkil izahatında iddiaçının qeyd etdiklərinə əlavəsinin olmadığını bildirərək iddiaçının qeyd etdiklərinin nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh1 izahatında 01 sentyabr 2022-ci il tarixdə Babək rayon Notariat ofisində iddiaçı ilə aralarında alqı-satqı müqaviləsi bağlayaraq mülkiyyətində olan Çənlibel məhəlləsi ev 7-də yerləşən 34 nömrəli 3 otaqlı mənzili İddiaçı satdığını, iddiaçının mənzilin pulunu tam olaraq ona ödədiyini, evin iddiaçının adına qeydiyyata alındığını, iddiaçı ilə aralarında müqavilə bağlanan vaxt həmin evdə yaşayan Cavabdeh2 evin açarını alıb iddiaçıya təqdim edə bilmədiyini, Cəlillə aralarında olan pul haqq-hesabına görə Cəlilin evin açarını verməkdən imtina etdiyini, Cəlilin hazırda Bakı şəhərində yaşadığını, Cəlillə aralarında məhkəmə mübahisəsi olduğunu, Cəlillə aralarındakı mübahisənin iddiaçıya aidiyyəti olmadığını, ancaq Cəlilin onunla olan probleminə görə hazırda iddiaçının hüquqlarını pozduğunu, iddiaçının evindən əşyalarını götürmədiyini, mübahisəli mənzildə özünə məxsus 1 ədəd divanın və mətbəx mebelinin olduğunu, həmin əşyaları mənzillə birlikdə iddiaçıya satdığını, bu səbəbdən də mənzildə olan həmin əşyaları götürməyəcəyini, həmin əşyalardan başqa mübahisəli mənzildə ona məxsus heç bir əşya olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 31 yanvar 2023-cü il tarixə təyin edilmiş mülki iş üzrə məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 izahatında Cavabdeh1 ilə aralarında olan razılaşmaya əsasən Çənlibel məhəlləsi ev 7, mənzil 34 ünvanında yerləşən Mirhüseynə məxsus mənzildə 2 il ərzində qalmağı şərtilə ona 16 min manat borc pul verdiyini, lakin Mirhüseynin ona olan borcunu qaytarmadığını, özünün də buna görə əvvəllər Mirhüseynə məxsus olmuş mənzilin açarlarını ona vermədiyini, hazırda aralarında olan borc mübahisəsi ilə əlaqədar məhkəməyə müraciət etdiyini, mənzilin İddiaçı satıldığından əvvəlcədən məlumatının olmadığını, sonradan həmin mənzilin satıldığını bildiyini, lakin buna baxmayaraq yenə də həmin mənzilin açarlarını Mirhüseynə vermədiyini, özünün haliyyədə ailəsi ilə birlikdə Bakı şəhərində yaşadığını, işi ilə əlaqədar bir neçə günlüyə Naxçıvan şəhərinə gəldiyini, daimi olaraq mübahisəli mənzildə yaşamadığını, iddiaçının tələbin həcminin artırılması ilə bağlı ərizədə göstərdiyi əşyaların həqiqətən də iddiaçının evində olduğunu, həmin əşyaların özünə məxsus olduğunu, həmin əşyaları götürməyəcəyini, çünki cavabdeh Mirhüseynin onu aldatdığını, cavabdeh Mirhüseyn nə vaxt onun borcunu ödəsə özünün də mübahisəli evdə olan özünə məxsus əşyaları götürəcəyini, evin açarını iddiaçıya verəcəyini, əks halda əşyaları götürməyəcəyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, sübutları tədqiq edib və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 01 sentyabr 2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən satıcı Cavabdeh1 Çənlibel məhəlləsi bina 7 ev 34 ünvanında yerləşən ümumi sahəsi 64.46 kv.m, yaşayış sahəsi 38.12 kv.m, yardımçı sahəsi 26.34 kv.m olan 3 otaqlı mənzili 50000(əlli min manat) qiymətinə alıcı İddiaçı mülkiyyətinə verməsi aydın olur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan ünvan 1 ünvanında yerləşən fərdi mənzilin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 12/7 nömrəli reyestr kitabının 1353 nömrəli vərəqində qeydiyyata alınması aydın olur. İddia tələbinin Cavabdeh2 məxsus əşyaların iddiaçının mülkiyyətində olan evdən məcburi götürülməsi ilə bağlı hissəsinə hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Mülkiyyət hüququnun məzmunu Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq iddiaçıya məxsus mənzildə cavabdehin əşyalarının olması iddiaçının mənzil üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. İddia tələbinin məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ona məxsus mənzili qanuni şəkildə əldə etsə də, sahiblik və istifadə hüquqlarını sərbəst şəkildə cavabdeh tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmir. Bununla da iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Belə olan halda iddiaçı qeyd olunan mənzildən cavabdehə məxsus əşyaların götürülməsini tələb etməkdə haqlıdır, ona görə də iddiaçının iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). İddiaçı həmçinin hüquqi yardım üzrə 04/565 nömrəli 03 noyabr 2022-ci il tarixli xidmət müqaviləsi əsasında vəkilə ödədiyi 300 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınıb ona verilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(078)-131/2023 nömrəli qərardadı ilə iddiaçının iddia tələbinin mülkiyyətində olan Naxçıvan şəhəri, Çənlibel məhəlləsi, ev 7-də yerləşən 34 nömrəli mənzildən Cavabdeh1 məxsus əmlakın məcburi qaydada götürülməsinə dair hissəsinə münasibətdə iş üzrə icraata xitam verilməsi qərara alındığından hazırda iddiaçının iddia tələbinin hüquqi yardım üzrə vəkilə ödədiyi pulun və ödənilmiş dövlət rüsumunun Cavabdeh1 alınmasına dair hissəsi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia tələbi Cavabdeh2 tərəfindən ona məxsus əşyaların məcburi götürülməsinə dair hissədə təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh2 məxsus 2 nəfərlik divan, 1 ədəd jurnal stolu, 1 ədəd divar saatı, qazla işləyən İİR-sı istehsalı olan 1 ədəd soba, iki ədəd stol, 2 nəfərlik yataq, 1 ədəd şifoner, 1 ədəd tirmo, 3 ədəd tumbuçka, 1 ədəd ventilyator, Cavabdeh2 məxsus geyim əşyaları, iki ədəd çarpayı, 1 ədəd velosiped, 1.40x2.20 metr ölçüdə xalça, paltar qurutmaq üçün 1 ədəd dəmir asqı, 10 ədəd banka, 4 gözlü 1 ədəd stol üstü qaz plitəsi, 1 ədəd divar üçün sabun və şampun qabı, 5 ədəd plastmas tabletka, 1 ədəd Beko markalı soyuducu, 1 ədəd şirə çəkən maşın, 2 ədəd qasturka, 4 ədəd boşqab, 4 ədəd nəlbəki və 4 ədəd stəkan cavabdeh tərəfindən məcburi qaydada götürülməli; -iddiaçının iddia tələbi hüquqi yardım üzrə vəkilə ödədiyi pulun və ödənilmiş dövlət rüsumunun Cavabdeh1 alınmasına dair hissədə rədd edilməli; - iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh2 məxsus 2 nəfərlik divan, 1 ədəd jurnal stolu, 1 ədəd divar saatı, qazla işləyən İİR-sı istehsalı olan 1 ədəd soba, iki ədəd stol, 2 nəfərlik yataq, 1 ədəd şifoner, 1 ədəd tirmo, 3 ədəd tumbuçka, 1 ədəd ventilyator, Cavabdeh2 məxsus geyim əşyaları, iki ədəd çarpayı, 1 ədəd velosiped, 1.40x2.20 metr ölçüdə xalça, paltar qurutmaq üçün 1 ədəd dəmir asqı, 10 ədəd banka, 4 gözlü 1 ədəd stol üstü qaz plitəsi, 1 ədəd divar üçün sabun və şampun qabı, 5 ədəd plastmas tabletka, 1 ədəd Beko markalı soyuducu, 1 ədəd şirə çəkən maşın, 2 ədəd qasturka, 4 ədəd boşqab, 4 ədəd nəlbəki və 4 ədəd stəkan cavabdeh tərəfindən məcburi qaydada götürülsün. İddiaçının iddia tələbi hüquqi yardım üzrə vəkilə ödədiyi pulun və ödənilmiş dövlət rüsumunun Cavabdeh1 alınmasına dair hissədə rədd edilsin. İddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-131/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-131/2023
13.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver