Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-131/2025 07.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi və ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxslər X1, X4, Maraqlı şəxs3, Maraqlı şəxs4, X2 və X5 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum atası Maraqlı şəxs7 İman oğlundan miras qalmış ünvan 1 ünvanında 0.2029 ha həyətyanı torpaq sahəsinin və üzərində yerləşən ümumi sahəsi 101.1 kv.m təşkil edən fərdi yaşayış evinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki-Prosessual Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Mülki-Prosessual Məcəllənin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Naxçıvan Şəhər Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, 2(078)-1611/2024 nömrəli qərardadı ilə Ərizəçi maraqlı şəxslər X1, X4, Maraqlı şəxs3, Maraqlı şəxs4, X2 və X5 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, Maraqlı şəxs6, X7, X10, Maraqlı şəxs10, Maraqlı şəxs12, X8, Maraqlı şəxs7 və Maraqlı şəxs8 maraqlı şəxs qismində cəlb olunmuşlar. Məhkəmə tərəfindən maraqlı şəxslər X1, X4, Maraqlı şəxs3, Maraqlı şəxs4, X2, X5, X7, X10, Maraqlı şəxs10, Maraqlı şəxs12, X8, Maraqlı şəxs7 və Maraqlı şəxs8 07 yanvar 2025-ci il tarixə, saat 1030-a təyin edilmiş mülki iş üzrə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə hazırlıq iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə maraqlı şəxslərin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxs qismində cəlb edilmiş Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat Ofisinə 07 yanvar 2025-ci il tarixə, saat 1030-a təyin edilmiş mülki iş üzrə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə hazırlıq iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə göndərərək, mülki iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, bu səbəbdən onların iştirakı olmadan işə baxıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə göndərdiyi ərizəni nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq maraqlı şəxs Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat Ofisini nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Maraqlı şəxs6 07 yanvar 2025-ci il tarixə, saat 1030-a təyin edilmiş mülki iş üzrə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə hazırlıq iclasında iştirak etməmiş, ancaq 24 dekabr 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda 07 yanvar 2025-ci il tarixə, saat 1030-da olan məhkəmə prosesində səhhəti ilə əlaqədar iştirak edə bilmədiyini qeyd etmişdir. Məhkəmə Maraqlı şəxs6 məhkəməyə göndərdiyi teleqramı nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq Maraqlı şəxs6 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Maraqlı şəxs6 24 dekabr 2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək teleqramda 07 yanvar 2025-ci il tarixə, saat 1030-da olan məhkəmə prosesində səhhəti ilə əlaqədar iştirak edə bilmədiyini, öz etirazını bildirdiyini, özünə verilən payı istədiyini, özü gələnə kimi heç kimin onun yerinə imza atmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iş üzrə Maraqlı şəxs6 məhkəməyə göndərdiyi teleqramdan görünür ki, hazırki iş üzrə tərəflər arasında hüquq haqqında mübahisə yarandığı üçün ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.5-ci bəndinə əsasən, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.10-cu maddələrinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən, xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 29 oktyabr 2024-cü il tarixli, 10266 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Ərizəçi maraqlı şəxslər X1, X4, Maraqlı şəxs3, Maraqlı şəxs4, X2 və X5 qarşı miras əmlakın faktiki olaraq qəbul edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə verilərkən Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 29 oktyabr 2024-cü il tarixli, 10266 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Ərizəçiyə ümumi əsaslarla iddia vermək hüququ izah edilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-131/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-131/2025
07.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver