Məhkəmə qərarları › İş №2(078)-1311/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1311/2024

06.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1311/2024 06.09.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Ərizəçi nümayəndə vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, ərizəçinin müraciəti əsasında Naxçıvan Şəhər Məhkəməsinin 17 mart 2024-cü il tarixli 2(078)-107/2023 nömrəli qətnaməsi ilə mirasın qəbul edilməsi müddəti uzadılmış, qətnamə əsasında Ərizəçi vəkil və nümayəndəsi Vəkil 22 iyul 2023-cü il tarixdə notariat ofisinə ərizə ilə müraciət edərək miras əmlakı qəbul etdiyini bildirmiş və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Artıq miras əmlak notariat ofisinə müraciət edilərək formal olaraq qəbul edildiyindən faktiki qəbul edilməsi barədə müraciət edilməsi yolverilməzdir. Artıq ərizənin məhkəmə icraatında baxılması yolverilməzdir. Ərizəçinin notariat orqanının hərəkət və hərəkətsizliyindən şikayətlə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2-ci maddəsinə görə hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1 ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Ərizənin icraata qəbul edilməsindən imtina edildiyindən Ərizəçi tərəfindən "xxxx" ASC-nin Xəzər Naxçıvan filialı vasitəsilə 06 iyun 2024-cü il tarixli, 12638 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Çünki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçi tərəfindən "xxxx" ASC-nin Xəzər Naxçıvan filialı vasitəsilə 06 iyun 2024-cü il tarixli, 12638 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar