Məhkəmə qərarları › İş №2(078)-133/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-133/2025

05.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-133/2025 05.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Qurbanəliyeva Günel Bayram qızının katibliyi, İddiaçı, cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə Vidadi oğlunun, cavabdeh təşkilat “Culfa Regional” Tibb X32 Şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdehnə, Naxçıvan MR X14 Birliyinə və X41 X1rşı əmrin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, işə bərpa, ödənilməmiş əmək haqqının (əlavə ödənclərlə birgə) ödənilməsi dair tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qəfərov X13 Muxtar Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan MR Səhiyyə nazirinin (S.Sadıxov) onun barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 275 nömrəli əmrinin ləğv edilməsi, Culfa X35 PHŞ-nin direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə bərpa edilməyi, xx.xx.2024-cü ildən vəzifəsinə bərpa ediləcəyi günədək məcburi iş buraxmaya görə əmək haqqısının hesablanıb ödənilməsi, məcburi iş buraxmaya görə ödənilən əmək haqqısının gecikdirilmiş hər günü üçün 1%-i həcmində ödəncin ödənilməsi, Culfa X35 PHŞ-nin direktorunun inzibati məsələlər üzrə müavini olduğu müddətdə az ödənilmiş 4480.40 manat məbləğində (xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək) əmək haqqısının ödənilməsi, həmin gecikdirilmiş 4480.40 manat məbləğin xx.xx.2024-cü ildən başlayaraq ödənildiyi günədək hər günü üçün 1%-i həcmində ödəncin ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının razılığı ilə Naxçıvan MR X14 Birliyi və X41 X32 Şəxsi cavabdeh qismində işə cəlb edilmişdir. İş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəyi təqdim edildikdən sonra İddiaçı ərizə təqdim edərək iddia ərizəsində az ödənilmiş kəsir əmək haqqının məbləğinin 4480.40 manat məbləğində qeyd etdiyini, lakin ekspert rəyində həmin məbləğin 6100 manat göstərildiyini nəzərə alınmasını, ekspert rəyi ilə razı olduğunu, rəydə göstərilən məbləğin qeyd edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, “işəgötürən” qismində Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi (Səhiyyə nazirinin birinci müavini, Nazir vəzifəsini -müvəqqəti icra edən S.Sadıxovun şəxsində) ilə mənim (“İşçi” kimi) “X41 Çərkəzi” PHŞ-nin direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə qəbul olunmağım barədə xx.xx.2023-cü il tarixdə aramızda 1 (bir) il müddətli Əmək müqaviləsi (kontraktı) bağlanmışdır. Səhiyyə nazirinin birinci müavini, Nazir vəzifəsini "müvəqqəti icra edən S.Sadıxovun xx.xx.2023-cü il tarixli 391 nömrəli əmri ilə mən- İddiaçı - “Culfa X35” X37 bundan sonra - PHŞ) direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin olunmuşam. xx.xx.2023-cü ildən əmək müqaviləsi üzrə vəzifələrimin icrasına başlamışam və işlədiyim müddətdə “Culfa X35” PHŞ-nin direktorunun inzibati məsələlər üzrə müavini kimi üzərimə düşən vəzifələri layiqincə icra etmişəm. Gözləmədiyim halda, xx.xx.2024-cü il tarixində mənə məlum olub ki, nazirin xx.xx.2024-cü il tarixli 275N°-İİ əmri ilə “Culfa X35” PHŞ-nin direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsindən azad edilmişəm. Sözügedən əmrin əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi göstərilmişdir Qeyd edirəm ki, Əmək müqaviləsinin ləğvinə dair işəgötürənə hər hansı müraciətim olmamışdır. Belə olduğu halda işdən azad olunmağımı qanunsuz hesab edərək (İşəgötürən qismində) Səhiyyə naziri S.Sadıxova və əmək qanunvericiliyinə işəgötürənlər tərəfindən riayət edilməsinə, işçilərin hüquqlarının qorunmasına nəzarət edən dövlət orqanına müraciət etmişəm. Cavabdeh tərəfindən mənə hər hansı qanuni, əsaslı və ağlabatan izah, əmrin ləğv edilməsinə dair təklifimə cavab verilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq pozulmuş əmək hüquqlarımın bərpası üçün məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesinin tətbiqi barədə işəgötürənə müraciət etmişəm. xx.xx.2024-cü il tarixli Mediasiya təklifimi poçt vasitəsilə göndərmişəm) cavab verilmədiyi üçün İMS Ərizəsi ilə Naxçıvan MR üzrə X4 xx.xx.2024-cü ildə müraciət etmişəm. xx.xx.2024-cü il tarixə təyin olunan İlkin mediasiya sessiyasına gələn Cavabdeh nümayəndəsi tərəfindən mübahisənin həlli üçün barəmdə verilmiş qanunsuz əmrin ləğvi və s. təkliflərimlə bağlı məsələnin mediasiya yolu ilə həllinə razılıq verməmişdir. Buna görə də X9 (Mediator O.Abbasov) tərəfindən İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayış verilmişdir. X15 Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətində baxılmasının nəticəsi barədə verilən cavab məktubunda göstərilir: “...Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə göndərilmiş sorğuya əsasən təqdim olunan məlumat və sənədlərdən, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirlmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı sizinlə bağlanmış 29 dekabr 2023-cü il tarixli Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 12 sentyabr 2024-cü il tarixdə xitam verildiyi müəyyən edilmişdir, müvafiq məlumatlara baxılmaqla aparılmış araşdırmadan əmək müqavilənizə xitam zamanı Məcəllənin 69-cu maddəsində (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi) qeyd olunan halların olmadığı müəyyənləşdirilmişdir. Qeyd olunan məsələdə inzibati xətanın əlamətləri müəyyən edildiyindən “İnzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etməsi məqsədilə işəgötürənə 27 sentyabr 2024-cü il tarixli bildiriş göndərilmişdir. Bildirişə uyğun olaraq inzibati xətaya dair işə baxılması 4 oktyabr 2024-cü il tarixə təyin olunarkən aşkar olunan inzibati xəta hadisəsinə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cü maddəsi ilə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) işəgötürən barəsində 18 oktyabr 2024-cü il tarixdə “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar” qəbul edilmişdir. Bununla yanaşı qeyd olunan inzibati xətanı törətdiyinə görə işəgötürənə şərti olaraq inzibati cərimə tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət müəyyən olunmuşdur. Bununla yanaşı müraciətdə qaldırdığınız məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır.” Əmək müqaviləsinə xitam verilməsi və tutduğum vəzifədən azad olunmağımla bağlı tərəfimdən ərizə verilmədiyi halda Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci oissəsinin “a” bəndi ilə tutduğum vəzifədən azad olunmağım əsassız və qanunsuzdur. 3u qanunsuz əmrlə mənim Konstitusion hüququm olan əmək hüququm pozulmuşdur. Əlavə olaraq qeyd edirəm ki, mənim aylıq əmək haqqım (əmək müqaviləmdə) elektron sistemdə göstərilən məbləğdən (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə) 4480.40 manat az ödənilmişdir. Hesab edirəm ki, əmək "haqqımın az ödənilməsinə görə gecikdirilmiş əmək haqqının gündəlik 1%-i həcmində ödənc məbləği də əlavə olaraq ödənilməlidir. İMS üçün ərizədə digər tələblərlə yanaşı, ödənilməmiş əmək haqqının birdəfəlik ödənilməsinə dair təklif vermişdim. Hesab edirəm barəmdə verilmiş qanunsuz əmr ləğv edilməli və məcburi işburaxmaya görə əmək "haqqım ödənilməklə əmək müqaviləsi üzrə vəzifəmə bərpa olunmalıyam və gecikdirilmiş əmək haqqının gündəlik 1%-i həcmində ödənc ödənilməlidir. xx.xx.2023-cü il tarixli Əmək müqaviləsi (Kontraktı) mənim Culfa X35” PHŞ-nin direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə qəbul olunmağımı təsdiq edir. Naxçıvan MR Səhiyyə nazirinin birinci müavini, Nazir vəzifəsini müvəqqəti icra edən S.Sadıxovun xx.xx.2023-cü il tarixli 391 N0-li əmrlə mən “Culfa X35” PHŞ-nin direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin olunmuşam. Naxçıvan MR Səhiyyə nazirinin xx.xx.2024-cü il tarixli 275 nömrəli əmri ilə "mən “Culfa X35” PHŞ-nin direktorunun inzibati məsələlər üzrə " müavini vəzifəsindən qanunsuz azad olunmuşam. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidmətinin müraciətimə baxılması barədə məktubda mənim barəmdə işəgötürənin xx.xx.2024-cü il tarixli əmrinin qanunsuz olduğu səlahiyyətli dövlət orqanı tərəfindən bir daha təsdiq edilir. Naxçıvan MR üzrə X2 xx.xx.2024-cü ıl tarixli - arayışla əmək mübahisənin mediasiya vasitəsilə həllinin mümkün olmadığı məhkəməyə müraciət etmək üçün lazımi prosedurun keçildiyi təsdiq edilir. Qeyd edilənləri nəzərə alıb xahiş edirəm Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin barəmdə verilmiş xx.xx.2024-cü il tarixli 275 nömrəli əmrinin ləğv edilməsi, Culfa X35” PHŞ-nin direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə bərpa edilməyim, xx.xx.2024-cü ildən vəzifəmə bərpa ediləcəyim günədək məcburi işburaxmaya görə əmək haqqımın hesablanıb ödənilməsi, məcburi işburaxmaya görə ödənilən əmək haqqımın gecikdirilmiş hər günü üçün 1%-i həcmində ödəncin ödənilməsi, “Culfa X35” PHŞ-nin direktorunun inzibati məsələlər üzrə müavini olduğum müddətdə az ödənilmiş 4480.40 manat (01,02.2024-cü ildən xx.xx.2024-cü il tarixədək) məbləğdə əmək haqqımın ödənilməsi, həmin gecikdirilmiş 4480.40 manat məbləğin - 01,02.2024-cü ildən başlayaraq ödənildiyi günədək hər günü üçün 1%-i həcmində ödəncin ödənilməsinə dair qətnamə qəbul edilsin. İddiaçı tələbinin hüquqi əsaslandırmasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 35, 2, 12, 68, 83, 84.2, 154, 172, 178, 294,300-cü maddələri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən yazılı izahat təqdim edilmişdir. İzahatda qeyd edilmişdir ki, vətəndaş Qəfərov X13 Muxtar Respublikası Səhiyyə Nazirliyinə qarşı “əmrin ləğvi, məcburi iş buraxma müddəti üçün dənilməsi ilə bağlı işə bərpa, ödənilməmiş əmək haqqının (əlavə ödənilməsi” tələbinə dair Naxçıvan Şəhər Məhkəməsində əsassız iddia qaldırmışdır. Belə ki, İddiaçı 29 oktyabr 2023-cü il tarixdə Tibb Mərkəzi” X37 direktorun inzibati məsələlər üzrə vəzifəsinə 1 (bir) il müddətinə müddətli əmək müqaviləsi bağlanaraq təyin edilmiş, 12 sentyabr 2024-cü il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2 A hissəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. “İnzibati ərazi vahidləri üzrə ailə sağlamlıq mərkəzlərinin Siyahısı”nın və Naxçıvan Muxtar Respublikasının X5 Birliyi” X37 tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 oktyabr tarixli 133 nömrəli Qərarının 4-cü bəndinə əsasən “Culfa X35” X42 də daxil olmaqla bir çox tibb müəssisəsi “Naxçıvan Muxtar Respublikasının X29” X37 tabeliyinə verilmişdir. Bu səbəbdən İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi onun əvvəlki vəzifəsinə bərpası mümkün deyil. Həmçinin, İddiaçı işdən azad olunma əmrində son haqq-hesabın aparılması tapşırılmışdır. Həmin əmrə əsasən İddiaçı əməkhaqqı üzrə bütün proseslərin aparılmasının icrası “Culfa X35” X42 tərəfində həyata keçirilmişdir. Hazırda “Culfa X35” X42 Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olmadığına görə İddiaçı əmək haqqı üzrə tələblərinin araşdırılması mümkün deyildir. Əlavə olaraq bildirilir ki, “Culfa X35” X42 Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olduğu zaman “Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikası Qanununa əsasən maliyyəmühasibatlıq məsələləri müəssisənin özü tərəfindən müstəqil surətdə icra edilirdi. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən işçilərin əməkhaqlarının, vəzifə maaşları və digər maliyyə sistemi üzərində heç bir nəzarəti olmamışdır. Bu səbəbdən İddiaçı “X41 X32 Şəxsində işlədiyi müddətdə əməkhaqqı ilə iddasına cavabdeh “Culfa X35” X42dir. Həmçinin İddiaçı ilə bağlanılmış əmək müqaviləsini 9.1-ci yarımbəndinə əsasən əmək müqaviləsinin 68-ci maddəsi ilə tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə biləcəyi açıqca qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-cı maddəsinə əsasən icraatda olan iddia ərizəsinin rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh təşkilat “Culfa X35” X42 tərəfindən iddia ərizəsinə etiraz göndərilmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı əmrin ləğvi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi ilə işə bərpa, ödənilməmiş əmək haqqının (əlavə ödənclərlə birgə) ödənilməsi barədə iddiası ilə əlaqədar olaraq bildirilir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Samiq Sadıxovun 29 dekabr 2023-cü il tarixli 391 nömrəli əmri ilə İddiaçı “Culfa X35” X37 direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin edilmiş, İddiaçı ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini icra edən arasında 29 dekabr 2023-cü il tarixdə işin birinci 3 (üç) ayı sınaq müddəti hesab edilməklə 1(bir) il müddətinə əmək müqaviləsi (kontraktı) bağlanmışdır. “Culfa X35” X42 tərəfindən iddiaçı X11 işlədiyi dövr ərzində aylar üzrə əmək haqqı ödənilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin 12 sentyabr 2024-cü il tarixli 275 nömrəli əmri ilə İddiaçı tutduğu “Culfa X35” X37 direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsindən azad edilmiş və ona son haqq-hesab ödənilmişdir. İddiaçı vəzifədən azad etmək Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin səlahiyyətində olmuşdur. İddiaçının mübahisələndirdiyi əmr də məhz səhiyyə naziri tərəfindən qəbul edilmişdir. “Naxçıvan Muxtar Respublikası X14 Birliyi” X42 təsisçi kimi göstərilməklə “Culfa X35” X42 22 noyabr 2024-cü il tarixdə 4 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatndan keçərək çıxarış almışdır. Hesab edir ki, hazırki iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi olmalı, “Culfa X35” X42 cavabdehlər sırasından çıxarılmalıdır. Qeyd edilənləri nəzərə alaraq “Culfa X35” X42 cavabdehlər sırasından çıxarılmasını və ya İddiaçı iddia tələbinin “Culfa X35” X37ə aid olan hissəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh təşkilat Naxçıvan MR X14 Birliyi tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikasının X5 Birliyi” publik Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan 2(078)-133/2025 nömrəli mülki iş üzrə İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, “Naxçıvan Muxtar Respublikasının X5 X34 şəxsi və “Culfa X35” X24rşı “əmrin ləğvi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi ilə işə bərpa, ödənilməyən əmək haqqının ödənilməsinə dair Qətnamə qəbul edilməsi” tələbinə etirazını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin nəzərinə çatdırır. Bildiririk ki, 2023-cü il 28 iyul tarixində Naxçıvan Muxtar Respublikasının X38 2023-cü il 28 iyul 194-Vİ FR nömrəli Fərmanına uyğun olaraq “Naxçıvan Muxtar Respublikasının X5 Birliyi” X37in yaradılması nəzərdə tutulmuşdur. Adı keçən Fərmanın 4.2-ci yarımbəndinin icrasını etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti 12 oktyabr 2023-cü il tarixli 133 nömrəli Qərar ilə Birliyin tabeliyinə verilmiş dövlət tibb müəssisələrinin siyahısını təsdiq etmişdir. “Culfa X35” X42 də qeyd olunan Qərara uyğun olaraq Birliyin tabeliyinə verilmişdir. Birliyin 2023-cü il 28 iyul 194-Vİ FR nömrəli F olaraq yaradılmasının nəzərdə tutulmasına baxmayaraq, Birlik müəyyən səbəblərdən 2024-cü ilin iyun ayında fəaliyyətə başlamışdır. Belə ki, Birlik publik hüquqi şəxs kimi 24.06. 2024-cü il tarixdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 44-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq (Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andı : ara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.) Birliyin 2024-cü il 24 iyun tarixinədək fəaliyyət göstərmədiyini əsaslı olaraq qeyd edə bilərik. Həmin tarixədək müvafiq Qərar əsasında Birliyin tabeliyinə verilmiş dövlət tibb müəssisələri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərmiş, qeyd olunan tibb müəssisələrinin nizamnamələri, strukturu, əməiyin ödənişi fondu, işçilərinin say həddi və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləği Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 391 nömrəli əmrinə əsasən İddiaçı ilə 1 (bir) il müddətinə əmək müqaviləsi bağlanmış və o, “Culfa X35” X37də direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin edilmişdir. İddiaçı müqaviləsinə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 275 nömrəli əmrinə əsasən xitam verilmişdir. Müqavilənin tərəfinin işəgötürən qismində (2024-cü il 24 iyun tarixdən - xx.xx.2024-cü il tarixədək) Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin çıxış etməsinin başlıca səbəbi “Culfa X35” X42 2024-cü il tarixdə rəsmi qaydada dövlət qeydiyyatına alındığı zaman təsisçi kimi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi göstərilmiş və müəssisənin rəhbər heyətini vəzifəyə təyin və vəzifədən azad etmək bilavasitə Nazirliyin səlahiyyətində olmuşdur. “Culfa -al Tibb Mərkəzi" X42 2024-cü ilin noyabr ayınadək faktiki olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərmişdir. 2024-cü il 22 noyabr tarixində tibb mərkəzinin təsis sənədinə və qanuni təmsilçilərinə müvafiq dəyişikliklər edilmiş və sonraki dəyişiklikə bağlı yenidən qeydiyyata alınmışdır. Əlavə olaraq qeyd edək ki, X30 Respublikası X38 2023-cü il 20 oktyabr tarixli 207-Vİ FR nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinə olaraq tabeliyindəki dövlət tibb müəssisələrinin, həmçinin “Culfa X35” hüquqi şəxsin rəhbər heyətini (direktor; müalicə işləri üzrə müavin, inzibati məsələlər üzrə müavin və sair) vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyətinə malik olduğu üçün X22 “Culfa X35” X37də direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə müvafiq əmrlə yeni işçi təyin etmişdir. İddiaçı iddia tələbində qeyd etdiyi xx.xx.2024-cü il tarixdən-xx.xx.2024-cü il tarixədək əksik ödənilmiş 4480.40 manat dəyərində ödənc barədə edə bilərik ki, iddiaçı həmin dövrdə kifayət qədər yüksək vəzifədə çalışdığından 7(yeddi) ay ərzində əksik əmək haqqı aldığını bilavasitə “Culfa X35” X37 rəhbərliyinə, eyni zamanda Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə və Dövlət Müfəttişliyi Xidmətinə irad kimi bildirə bilərdi, lakin o həmin vaxt öz iradını müvafiq ara bildirməmiş və bu halla razılaşmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatın bildirmişdir ki, iddia ərizəsində hər şeyi bildirmişdir. Əlavə olaraq qeyd edir ki, o işdən azad edilmə səbəbini bilmir. xx.xx.2024-cü il ildə xəbəri olmadan işdən azad edildi. İşə xx.xx.2023-cü ildə 1 illik müqavilə ilə qəbul edilmişdir. Heç müqavilə müddəti bitməmiş onu işdən azad etdilər. İşdən azad edilən zaman X35 Səhiyyə Nazirliyinə tabe idi. Ona hətta dedilər ki, “gəlin işdən azad edilmə ərizəsini yazın. O da etiraz edərək bildirdi ki, işdən çıxarandan sonra niyə ərizə yazmalıdır. Hələ də mənim əmək kitabçasını da verməyiblər. Əmək müqaviləsi bağlanarkən 4499 manatla bağlandı amma onlara 2715 manat pul köçürülürdü. Əmri özü götürmüşdür. xx.xx.2024-cü il tarixdə əmri əldə etmişdir. Azərbaycan Respublikası Cavabdeh şəxs qismində iddia ərizəsində qeyd etmişəm. Əvvəllər Cavabdeh tabeliyində olan Culfa X35ndə işlədiyi üçün və hazırda həmin X23 Naxçıvan MR X14 Birliyi PHŞ-in tabeliyinə verildiyi üçün Naxçıvan MR X14 Birliyi PHŞ-in də cavabdeh qismində işə cəlb edilməsini məhkəmədən xahiş edir. Bununla bağlı ərizəni məhkəməyə təqdim edir. xx.xx.2024-cü ildən onlara xəbər ediblər ki, “xx.xx.2024-cü ildə siz əmrlə öz ərizəniz əsasında işdən azad edilmisiniz. “Heç xəbəri-əmrdən məlumatı belə olmayıb. İşdən azad edilməsi barədə 275 saylı əmrin surətini məhkəməyə təqdim edir. O birbaşa səhiyyə naziri ilə əmək müqaviləsi bağlayıb. Sığorta belə qalan əmək haqqını vermirdi. Deyirdilər ki, birbaşa Səhiyyə Nazirliyinin əmri olmalıdır. Cavabdeh ona qarşı verdiyi qərəzli və ədalətsiz əmrlə bağlı Naxçıvan MR X16 müraciət etmişdir. Orada araşdırıb, Cavabdehnə qarşı cərimə tətbiq edildi. Lakin həmin cərimə qərarı onda yoxdur. xx.xx.2023-cü ildə müqavilə bağlayıb işləyibdir. Səbuhi müəllim keçən dəfə qeyd etdi ki, guya oktyabr ayı o müqavilə bağlayıb. Qeyd edib, guya Culfa X35 Səhiyyə Nazirliyinə tabe deyil. xx.xx.2024-cü ildə Səhiyyə Nazirliyi İnsan resusları bölməsinin nümayəndələri gəldilər və qeyd etdilər ki, bəs idarə artıq X17 Birliyinə tabe edildi. Bəs bu X35 hara tabe olub.?. xx.xx.2024-cü ildə Səbuhi müəllim özü gəlib işçilərlə görüşüb, yığıncaq olub, həmin fotoşəkillər və sənədlər ondadır. Bunları məhkəməyə təqdim edir. İşə qəbul edilən zaman 4499.70 manat müqavilədə göstərilib, ancaq 3357 manat karta köçürülüb, 2715 manat əlinə pul gəlib. Bank hesab köçürülməsi olub. 1 bank sistemi onda olub. 2024-cü ilin yanvar ayında 3637 manat olub. Fevral 2715 manat olub və işdən çıxan günə qədər o cür olub. 3011 manat işdən azad ediləndə son haqq hesab olub. Hər ay 600 manat kəsir hesablanıb. Heç kim də bu barədə heç nə deməyib. Elə hər dəfə Səhiyyə Nazirliyində Qulu müəllimə müraciət edib. Elə deyiblər nəzərə alıb düzələcəkdir. 24 iyun 2024-cü il tarixli əmri də məhkəməyə təqdim edir. Mütəxəssisin verdiyi rəylə qətiyyən razı deyil. Çünki o, 10 il mühasib işləyib. 749 manatın 1% tutulur və bunu vurulur ayın günlərinə növbəti ay 2 dəfə 749 manat, 3-cü ay 3 dəfə 749 manat vurulur. Onlar Bakıda belə bu qaydada hesablayıb işləyiblr. O Səhiyyə Nazirliyinin Təbib bölməsində də neçə illər işləyib. 3357 manat əmək haqqı ilə 2715 manat əlinə maaş gəlirdi. Vəzifə maaş ödənilirdi. Hər gün üçün 4499.70 qəpiyin 1 %-ni tələb edir. Ondan 21.5 faiz tutqu tutulurdu. O hesablayıb. Onda qalıq məbləğ 4480.40 qəpik idi. Bir neçə dəfə 1% ləri də hesablayıb. Mütəxəsis artıq pul hesablayıb. Culfa Regionalda 2000 manatdan az əmək haqqı alan olmayıb. O işə qəbul edilən gündən işdən çıxarılan günə kimi işə qəbul ediləndən 6312 manat təmiz pulu çıxarmışdır. xx.xx.2024-cu ildən işdən çıxan zaman bu günə qədər 12 639 manat əmək haqqını 18795 manat 1 % ni hesablamışdır. Əslində bu cür olmalıdır. Verilən ilk ekspert rəyi ilə razı deyil. Ona görə ki, düzgün hesablama aparılmamışdır. 1% düzgün hesablanmamışdır. Ekspert rəyinin cədvəlindən belə aylar üzrə hesablamanın səhv aparıldığı aydın görünür. Ona görə təkrar ekspertiza aparılmasını xahiş edir. Təkrar eskeprtin rəyi ilə razıdır. Çünki hər ay üzrə gecikmiş əmək haqqı və 1% tam düzgün hesablanıbdır. Həmin rəyin nəzərə alınmasını və qərar qəbul edilərkən rəydə göstərilən məbləğin qeyd edilməsini xahiş edir. İddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclası zamanı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, İddiaçı Cavabdeh tabeliyində olan Culfa X35ndə işləyirdi. Səhiyyə Nazirinin əmri ilə iddiaçı işə götürülüb. İddiaçı işdən azad edilən günü onun işlədiyi mərkəz Nazirliyinin tabeliyindən çıxmışdı. Səhiyyə Nazirliyi bütün təhvil-təslim işlərini aktla Culfa X35 PHŞ vermişdi. Şəxs də həmin X39 fəaliyyət göstərirdi. İşdən çıxarılma əmrini Səhiyyə Nazirliyi verib. Bildirir ki, əmri 12 sentyabr 2024-cü ildə göndərmişlər. O təhvil-təslim aktının tərtib edilməsində iştirak etmişdir. Əmrlə bağlı Culfa X35nə xx.xx.2024-cü ildə iddiaçıya şəxsən məlumat verilib. Əmək haqqı məsələsinə isə Səhiyyə Nazirliyi nəzarət etmir. Əvvəllər nəzarət edirdi. Azərbaycan Respublikası Hesablama Palatası Səhiyyə Nazirliyində yoxlama aparanda qeyd etdi ki, bundan sonra bütün Publik Hüquqi şəxslər özləri maliyyəşməlidir. Ona görə də əmək haqqı məsələsinə onlar baxmır. İddiaçının işdən çıxarılma əmri düzgün verilibdir. Burada Səhiyyə Nazirliyi cavabdeh deyil. Mediasiya prosesində iddiaçıya də bildirdi ki, başqa bir alternativ işlə təmin edilə bilər. Ancaq iddiaçı qəbul etmədi və bildirdi ki, öz keçmiş vəzifəsinə qayıtmaq istəyir. İddiaçının təqdim etdiyi sənədlər şəxsi telefonla çəkdiyi şəkillərdir. Bunun heç bir hüquqi qüvvəsi yoxdur. Həmin vaxt bir neçə aidiyyatı müvafiq qurumların iştirakı ilə təhvil-təslim prosesi gedib. O həmin sənədləri qəbul etmir. Əsas cavabdeh onlar deyil. Culfa X35dir. Mehran müəllim heç vaxt əmək haqqı ilə bağlı Səhiyyə Nazirliyinə heç bir rəsmi müraciət etməyib. İşdən çıxan əmri Səhiyyə Nazirliyinə aid olsa da maliyyə məsələsi nazirliyə aid olmayıb. 13 sentyabrda işdən azad edilmə barədə əmr verilib. Həmin vaxt TMİB bir çox kadrlarını regional Mərkəzlərə təyin edib. Eyni gün həm Mehran müəllim işdən çıxıb və həmin gün müəssisə təhvil TMİB-nə verilib. Culfa X35 özü maliyyə işlərinə baxırdı. Səhiyyə Nazilriyinə adiyyatı yoxdur. Ekspert rəyləri ilə razı deyil. Ona görə ki, əmək haqqının ödənişi əsasları nəzərə alınmamışdır. Düzgün hesablanma aparılmamışdır. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclası zamanı cavabdeh təşkilat “Culfa X35” X37 nümayəndəsi X12 izahatında iddianı qəbul etməyərək bildirmişdir ki, kəsirlə bağlı heç nə deyə bilmir. Mehram Qəfərov o vaxt işləyəndə özü əmək haqqı cədvəlinə nəzarət edirdi və o verirdi direktor təsdiqləyirdi. Ona görə heç nə deyə bilmir. Onun vəsatəti vardır, həmin vaxt pulu hesablayan mühasiblərin dindirilməsini xahiş edir. Çünki onlar bilir nəyə görə əmək haqqı kəsirlə hesablanıb. Özü həmin şəxsləri şahid olaraq təqdim edə bilmir. Maliyyə və pulun buraxılışı barədə heç nə deyə bilmir. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclası zamanı cavabdeh təşkilat Naxçıvan MR “X14 Birliyi” X37 nümayəndəsi X7 izahatında bildirmişdir ki, iddianı rədd edirlər. Belə ki, iddiaçının tələb etdiyi vəzifədə başqa bir şəxs işləyir. Əmək haqqına münasibətdə isə əmək haqqı ilə bağlı heç bir əlaqəsi yoxdur. İddiaçının işə bərpa məsələsi onlara aiddir. Birliyin yaradılması ilə bağlı fərman veriləndə o vaxt birlik fəaliyyətini başlamamışdı. Culfa X35 birliyə rəsmi deyil kağız üzərində verilmişdi. Etirazında hər şeyi qeyd etmişdir. O vaxt bilə bilməzdilər ki, iddiaçı hansı yolla işdən çıxıb. Ona görə də onlar vaxt itirmədən həmin vəzifəyə başqa şəxsi təyin ediblər. xx.xx.2025-ci il tarixli etiraz ərizəsini məhkəməyə təqdim edir. X36 xx.xx.2024-cü ildə X19 Birliyinə verilmişdir. Məhkəmə iclasında mütəxəssis qismində işə cəlb edilən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin nümayəndəsi X27 izahatında bildirmişdir ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən X20 Xidmətinə daxil olan 31 yanvar 2025-cü il tarixli, iş № 2(078)-133/2025 saylı sənədin icrası ilə bağlı icraatda olan İddiaçı cavabdeh X10 Səhiyyə Nazirliyinə qarşı əmrin ləğvi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi ilə işə bərpa,ödənilməmiş əmək haqqının (əlavə ödənclərlə» birgə) ödənilməsi tələbinə dair iddiası ilə bağlı işəgötürən tərəfindən Naxçıvan şəhər Məhkəməsinə təqdim olunan sənədlərə uyğun olaraq baxılmışdır. Məhkəmə tərəfindən təqdim olunan sənədlərə baxılarkən İddiaçı ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 4.1-ci bəndində işçiyə 4499.70 manat məbləğində əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Bunlardan 749.70 manat məbləğ onun vəzifə maaşından, 3750 manat isə vəzifə maaşına əlavə olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra- məcəllə) 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmçinin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən bütün ödənclərtam məbləğdə işdən çıxdığı gün verilir. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən İddiaçı kəsir ödənilən 6910.70 (kirli əmək haqqı olaraq) manat məbləğində əmək haqqı ödənişi Məcəllənin 175ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ( Qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqqları və digər icbari ödəmələr) məcburi tutqulardan sonra 4739.83 manat məbləğində əmək haqqı ödənilməlidir. Həmçinin bildirilir ki, Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Qeyd olunanlara əsasən bildiririk ki, Müəssisə tərəfindən İddiaçı kəsir ödənilən 4739.83 manat əmək haqqısının gecikdirilməsinə görə, əlvə hər gün üçün bir faiz olmaqla 47.40 manat (bir gününə düşən məbləğ) məbləğində pul vəsaiti ödənilməlidir. Bununla bağlı rəyi məhkəməyə təqdim edir. Qeyd edilən rəqəm tutulmayan əmək haqqıdır. Tutulandan sonra yerdə qalan məbləğdir. Gəlir vergisi, həmkərlar ittifaqı, sosial sığıorta pulu faizlə tutulub. 6919 manat çirkli əmək haqqı iddiaçıya pul düşür. İşçi ilə əmək müqaviləsini kim bağlayıbsa və kim işə götürübsə və kim əmək müqaviləsinə xitam veribsə iddiaçıya vəsaiti o verməlidir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan: Naxçıvan Muxtar Respublikası Səhiyyə X8 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən aydın olur ki, sözügedən müqavilə ilə İddiaçı Cavabdeh X41 X32 şəxsi üzrə direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi müddətli bağlanmış, işçinin xx.xx.2023-cü il tarixdən işə başlaması qeyd edilmiş, əmək müqaviləsi xx.xx.2024-cü il tarixədək 1 il müddətinə bağlanmış, işçiyə hər ay 4499.7 manat məbləğində əmək haqqı ödənilməsi, əmək haqqının 749.70 manat məbləğində tarif haqqından (vəzifə maaşından), tarif haqqına (vəzifə maaşına ) 3750 manat miqdarda əlavədən ibarət olması, ayda 1 dəfə əmək haqqı və digər ödənclərin işçilərin bank hesabına köçürülməsi, işçinin gündə 8 saatdan, həftə ərizəndə 40 saatdan çox olmayaraq iş saatı, 30 gün müddətində məzuniyyət günü, əmək stajına 6 təqvim günü əlavənin verilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin 9-cu bəndində əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuşdur. 9.1-ci maddəyə görə əmək Məcəlləsinin 68, 69,70, 73, 74, 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalaraq ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. 9.2-ci maddəyə görə işəgötürən tərəfindən bu əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin 29 dekabr 2023-cü il tarixli 391 nömrəli əmrindən aydın olur ki, İddiaçı 29 dekabr 2023-cü il tarixdən X41 X32 şəxsin direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə təyin edilmiş, İddiaçı ilə 3 (üç) ay sınaq müddəti təyin edilməklə 1(bir) il müddətinə əmək müqaviləsi bağlanması müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin 12 sentyabr 2024-cü il tarixli 275 nömrəli əmrindən aydın olur ki, “Naxçıvan Muxtar Respublikasının X5 Birliyi" X37 yaradılması haqqında Naxçıvan Muxtar Respublikası X38 28 yjl 2023-cü İl tarixli 194-VİFR Fərmanının 5-ci bəndinin və “inzibati ərazi vahidləri üzrə ailə sağlamlıq mərkəzlərinin Siyahısrnın və “Naxçıvan Muxtar Respublikasının X5 Birliyi” X37 tabeliyindəki tibb müəssisələrinin Siyahısının təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 26 ‘oyabr tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyincföki qurumların siyahısı”nda dəyişiklik edilməsi rsrədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 12 oktyabr 2023-cü il tarixli 133 'bmrəli Qərarının 4-cü bəndinin icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin 14.4ci bəndini və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin ”a" bəndini əsas tutaraq “Culfa X35" X37 direktorun inzibati məsələlər üzrə müavini İddiaçı xx.xx.2024-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas Naxçıvan Muxtar Respublikasının X5 Birliyi” X37 yaradılması haqqında Naxçıvan Muxtar Respublikası X38 28 iyul 2023-cü il tarixli 194-V1FR Fərmanının 5-ci bəndinin və “İnzibati ərazi vahidləri üzrə ailə sağlamlıq mərkəzlərinin Siyahısı” nın və “Naxçıvan Muxtar Respublikasının X5 Birliyi” X37 tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci ci il 26 noyabr tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 12 oktyabr 2023-cü il tarixli 133 nömrəli Qərarının 4-cü bəndinin icrasının təmin edilməsi qeyd edilmişdir. 14 sentyabr 2025-ci il tarixdə İddiaçı hüquqlarının bərpa edilməsinin təmin edilməsi üçün Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinə müraciət edilmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin 5 noyabr 2024-cü il tarixli 3-17-9-5/2-Q-1626/2024 nömrəli məktubundan aydın olur ki, vətəndaşın müraciəti araşdırılmış və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə göndərilmiş sorğuya əsasən təqdim olunan məlumat və sənədlərdən, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirlmiş elektron informasiya sisteminin “Əmək və ‘.Asğulluq” altsisteminə baxış zamanı sizinlə bağlanmış 29 dekabr 2023-cü il tarixli Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 12 sentyabr 2024-cü il tarixdə xitam verildiyi müəyyən edilmişdir, müvafiq məlumatlara baxılmaqla aparılmış araşdırmadan əmək müqavilənizə xitam zamanı Məcəllənin 69-cu maddəsində (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi) qeyd olunan halların olmadığı müəyyənləşdirilmişdir. Qeyd olunan məsələdə inzibati xətanın əlamətləri müəyyən edildiyindən “İnzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etməsi məqsədilə işəgötürənə 27 sentyabr 2024-cü il tarixli bildiriş göndərilmişdir. Bildirişə uyğun olaraq inzibati xətaya dair işə baxılması 4 oktyabr 2024-cü il tarixə təyin olunarkən aşkar olunan inzibati xəta hadisəsinə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cü maddəsi ilə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) işəgötürən barəsində 18 oktyabr 2024-cü il tarixdə “İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar” qəbul edilmişdir. Bununla yanaşı qeyd olunan inzibati xətanı törətdiyinə görə işəgötürənə şərti olaraq inzibati cərimə tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət müəyyən olunmuşdur. Bununla yanaşı müraciətdə qaldırdığınız məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır.” İddiaçı təqdim edilmiş ilkin mediasiya sessiayasından sonra prosesin davam etdirilə bilməməsi barədə 01 noyabr 2024-cü il tarixli MŞN/24-Q-01474 nömrəli arayışdan aydın olur ki, tərəflərin mübahisənin məhkəmədənkənar həlli qaydası mümkün olmamışdır. 4 saylı Ərazi Vergilər İdarəsinin Çıxarışından aydın olur ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “Culfa X35” X42 27 iyun 2024-cü il tarixdə qeydiyyata alınmış, təsisçisi Cavabdehdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 12 oktyabr 2023-cü il tarixli 133 nömrəli Qərarından aydın olur ki, İnzibati ərazi vahidləri üzrə ailə sağlamlıq mərkəzlərinin Siyahısının və Naxçıvan Muxtar Respublikasının X5 X34 şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısının təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 26 noyabr tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilmiş, Naxçıvan Muxtar Respublikasının X5 X34 şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı təsdiq edilmiş, həmin siyahıda Culfa və Ordubad rayonları üzrə X41 X32 şəxsi də qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirli ilə Naxçıvan Muxtar Respublikası X5 X34 şəxsin icraçı direktoru arasında 12 sentyabr 2024-cü il tarixli təhvil-təslim aktı ilə “X41 X32 şəxsin balansında olan dövlət əmlakı, avadanlığı və dərman vasitələri Naxçıvan Muxtar Respublikasının X5 X34 şəxsinə təhvil verildi. X41 X32 Şəxsin əmək haqqı cədvəlindən çıxarışdan aydın olur ki, İddiaçı yanvar ayı üzrə hesablanmış məbləğ 4908,76 manat, fevral-avqust ayları üzrə 3562.20 manat, sentyabr ayı üzrə 3995.39 manat hesablanmışdır. Əmək haqqı fərqi 409.06 manat təşkil edir. 2638.36 manat son haqq-hesab ödənilmişdir. İş materiallarına “Culfa X35” X37 Nizamnaməsi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Əsasnaməsi, Naxçıvan Muxtar Respublikasının X5 Birliyinin Nizamnaməsi əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Əsasnaməsinin 14.3-cü bəndinə görə müəyyən edilmiş struktur, əmək haqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştata cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir. Əsasnamənin 14.3-1-ci bəndinə görə dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə tabeliyindəki müəssisələrin göstərdiyi ödənişli xidmətlərdən əldə olunan gəlirlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür. Ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edin. Əsasnamənin 14.4-cü bəndinə görə Nazirliyin strukturuna daxil olan qurumların rəhbərlərini və işçilərini vəzifəyə təyin və vəzifədən azad edir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsindən daxil olan 31 yanvar 2025-cü il tarixli, iş № 2(078)-133/2025 saylı sənədin icrası ilə bağlı icraatda olan İddiaçı cavabdeh X10 Səhiyyə Nazirliyinə qarşı əmrin ləğvi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi ilə işə bərpa,ödənilməmiş əmək haqqının (əlavə ödənclərlə» birgə) ödənilməsi tələbinə dair iddiası ilə bağlı işəgötürən tərəfindən Naxçıvan şəhər Məhkəməsinə təqdim olunan sənədlərə uyğun olaraq baxılmışdır. Məhkəmə tərəfindən təqdim olunan sənədlərə baxılarkən İddiaçı ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 4.1-ci bəndində işçiyə 4499.70 manat məbləğində əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Bunlardan 749.70 manat məbləğ onun vəzifə maaşından, 3750 manat isə vəzifə maaşına əlavə olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonraməcəllə) 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmçinin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən bütün ödənclərtam məbləğdə işdən çıxdığı gün verilir. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən İddiaçı kəsir ödənilən 6910.70 (kirli əmək haqqı olaraq) manat məbləğində əmək haqqı ödənişi ödənilməlidir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti tərəfindən verilmiş mütəxəssis rəyindən aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsindən daxil olan 31 yanvar 2025-cü il tarixli, iş № 2(078)-133/2025 saylı sənədin icrası ilə bağlı icraatda olan İddiaçı cavabdeh X10 Səhiyyə Nazirliyinə qarşı əmrin ləğvi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi ilə işə bərpa,ödənilməmiş əmək haqqının (əlavə ödənclərlə» birgə) ödənilməsi tələbinə dair iddiası ilə bağlı işəgötürən tərəfindən Naxçıvan şəhər Məhkəməsinə təqdim olunan sənədlərə uyğun olaraq baxılmışdır. Məhkəmə tərəfindən təqdim olunan sənədlərə baxılarkən İddiaçı ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin 4.1-ci bəndində işçiyə 4499.70 manat məbləğində əmək haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Bunlardan 749.70 manat məbləğ onun vəzifə maaşından, 3750 manat isə vəzifə maaşına əlavə olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonraməcəllə) 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmçinin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən işçi işdən çıxarkən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən İddiaçı kəsir ödənilən 6910.70 (kirli əmək haqqı olaraq) manat məbləğində əmək haqqı ödənişi ödənilməlidir. Həmçinin Məcəllənin 175-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən ( Qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqqları və digər icbari ödəmələr) məcburi tutqulardan sonra 4739.83 manat məbləğində əmək haqqı ödənilməlidir. Həmçinin bildirilir ki, Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Qeyd olunanlara əsasən bildiririk ki, Müəssisə tərəfindən İddiaçı kəsir ödənilən 4739.83 manat əmək haqqısının gecikdirilməsinə görə, əlvə hər gün üçün bir faiz olmaqla 47.40 manat (bir gününə düşən məbləğ) məbləğində pul vəsaiti ödənilməlidir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinin MN nömrəli ******* nömrəli qərarından aydın olur ki, vətəndaş İddiaçı müraciəti araşdırılmış və X28 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi əsası ilə 2000 (iki min) manat inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin müvafiq qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək ekspert qarşısına aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçı ilə Naxçıvan MR Səhiyyə Naziri arasında bağlanmış əmək müqaviləsinə əsasən iş materiallarında olan əmək haqqının ödənilməsinə dair sənədlər üzrə işlədiyi müddətdə əmək haqqı düzgün hesablanmışdırmı?

2. İddiaçı ilə Naxçıvan MR Səhiyyə Naziri arasında bağlanmış əmək müqaviləsinə əsasən iş materiallarında olan əmək haqqının ödənilməsinə dair sənədlər üzrə işlədiyi müddətdə əmək haqqı düzgün hesablanmamışdırsa ödənilməyən (kəsir) əmək haqqı nə qədərdir və kəsir əmək haqqı hansı müddət aralığında verilmişdir?

3. İddiaçı ilə Naxçıvan MR Səhiyyə Naziri arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçıya ödənilməli olan əmək haqqının bir gününə düşən məbləği nə qədərdir?

4. İddiaçı ilə Naxçıvan MR Səhiyyə Naziri arasında bağlanmış əmək müqaviləsinə əsasən iş materiallarında olan əmək haqqının ödənilməsinə dair sənədlər üzrə işlədiyi müddətdə əmək haqqı düzgün hesablanmamışdırsa ödənilməyən (kəsir) əmək haqqının bir gününü təşkil edən məbləğə münasibət hər gün üçün 1 faiz olmaqla ödəncin ümumi məbləği (kəsir əmək haqqı hansı müddət aralığında verilmişdirsə) nə qədər təşkil edir? Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2025-ci il tarixli 381 nömrəli rəyindən aydın olur ki, ekspert qarşısında qoyulan İ və İİ suallar üzrə iş materiallarından göründüyü kimi, İddiaçı 29 dekabr 2023-cü ildən işdən azad olunduğu (yəni 12 sentyabr 2024-cü il tarixədək) aylıq əmək haqqı tam ödənilməmiş, ümumilikdı işdən azad olunduğu 12 sentyabr 2024-cü il tarixədək son haqq hesab da daxil olmaqla 25655,11 (iyirmi beş min altı yüz əlli beş manat on bir qəpik məbləğində ödəniş aparılmışdır. Lakin müqaviləyə uyğun hesablandıqda İddiaçı 29 dekabr 2023-cü ildən işdən azad olunduğu (yəni 12 sentyabr 2024-cü il tarixədək) 31755,37 (otuz bir min yeddi yüz əlli beş manat otuz yeddi qəpik) ödəniş aparılmalı idi ki, bu məbləğin 29174,87 (iyirmi doqquz min yüz yetmiş dörd manat səksən yeddi qəpik) əmək müqaviləsinə uyğun əməkhaqqı, qalan 2580,50 (iki min beş yüz səksən manat əlli qəpik) manatı isə son haqq təşkil edir. Cədvəl məlumatlarından da görüldüyü kimi 12 sentyabr 2024-cü il tarixədək İddiaçı ödənilməyən (kəsir) əmək haqqı miqdarı 6100,26 (altı min yüz) manat təşkil edir. Ekspert qarşısında qoyulan İİİ və İV suallar üzrə İddiaçı ilə Naxçıvan MR Səhiyyə Naziri arasında bağlanmış əmək müqaviləsinə əsasən iş materiallarında olan əmək haqqının ödənilməsinə dair sənədlər üzrə işlədiyi müddətdə əmək haqqı düzgün hesablanmamış, cədvəl məlumatlarından da görüldüyü kimi müxtəlif aylar üzrə və son haqq hesab da nəzərə alınmaqla ümumilikdə 6100,26 manat məbləğ gecikdirilmiş, ilkin gecikmənin müəyyən edildiyi fevral ayından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinnə əsasən hə gecikdirilmiş gün üçün 1 faiz gecikmə faizi hesablandıqda 06 dekabr 2024-cü il tarixə (iddianın qaldırıldığı tarixə) ödənilməli olan məbləğ 9420,53 (doqquz min dörd yüz iyirmi manat əlli üç qəpik) manat, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər ki, işçi hüququnu rculduğunu aşkar etdildiyi 2024-cü ilin fevral və 2025-ci ilin fevral ayları ərzində 1 il üçün ona hesablanan 1 faiz gecikmə faizi məbləği 14605.75 (on dörd min altı yüz beş manat yetmiş beş qəpik) təşkil edər. Məhkəmənin müvafiq qərardadı ilə iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək ekspertizanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspertin 28 iyul 2025-ci il tarixli 9/3434 nömrəli rəyindən aydın olur ki, hazırki tədqiqatla ekspertiza təyini haqqında qərarda ekspert qarşısına qoyulan birinci suala cavab olaraq bildirilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən iş materiallarında olan əmək haqqının ödənilməsinə dair sənədlər üzrə işlədiyi müddətdə İddiaçı ödənilən əmək haqqı məbləği Cavabdeh tərəfindən düzgün hesablanmamışdır. İddiaçı ödənilməli olan əmək haqqı məbləğinin və son haqq hesab məbləğinin düzgün hesablanmış forması yuxarıdakı cədvəl məlumatlarında öz əksini tapmışdır. İkinci suala cavab olaraq bildirilir ki, ekspert tərəfindən tərtib olunmuş cədvəl məlumatında göstərildiyi üzrə Cavabdeh tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilmiş əmək haqqı və son haqq-hesab məbləği ümumilikdə 6100.23 manat əksik ödənilmişdir. Üçüncü suala cavab olaraq qeyd edilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçıya ödənilməli olan əmək haqqının bir gününə düşən məbləği 160.27 manat məbləğində müəyyən edilir. Cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verildiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək (ekspert rəyinin tərtib edildiyi tarixədək) ümumilikdə gecikdirilmiş günlər üçün ödənilməli olan əmək haqqının məbləği və son haqq-hesab məbləğinin gecikdirildiyi hər gün üzrə 1% olmaqla ümumilikdə 23.630.80 manat məbləğində pul vəsaiti ödənilməlidir. Yuxarıda qeyd olunan epizodlar üzrə bildirilir ki, Cavabdeh tərəfindən İddiaçı ümumilikdə 29.731.03 manat (ödənilməmiş qalan kəsr əmək haqqı məbləği və son haqq hesab məbləği olan 6100.23 manat gecikdirilmiş kəsr əmək haqqı məbləği və gecikdirilmiş son haqq hesab məbləği olan 23630.80 manat məbləğində pul vəsaiti ödənilməlidir. Ekspert rəyində cədvəl məlumatı aşağıdakı kimi qeyd edilmişdir: Əməkhaqqı Ödənilməli Ödənilmiş Hər Ay üzrə Əməkhaqqı Hər məbləğinin olan Əmək əmək ayrı-ayrılıqda məbləği gecikdirilən ödənildiyi tarix haqqı haqqı əskik ödənildiyi gün üçün (cild 2 c.i.v 85- məbləği məbləği ödənilmiş tarixdən düşən faiz 87) (Vergilər (Son haqq məbləğ (son xx.xx.2025-ci il məbləği (1 %) tutulduqdan hesab haqq hesab tarixədək xx.xx.2025-ci 1 2 3 4 5 6 xx.xx.2024 3.637,50 3637,50 0,00 538 0,00 xx.xx.2024 3.357,29 2715,11 642,18 507 3255,85 xx.xx.2024 3.357,29 2715,11 642,18 490 3146,68 xx.xx.2024 3.357,29 2715,11 642,18 449 2883,39 xx.xx.2024 3.357,29 2715,11 642,18 418 2684,31 xx.xx.2024 3.357,29 2715,11 642,18 3 90 2504,50 xx.xx.2024 3.357,29 2715,11 642,18 357 2292,58 xx.xx.2024 3.357,29 2715,11 642,18 329 2112,77 xx.xx.2024 4.616,81 3011,84 1604,97 296 4750,71 Cəmi 31.755,34 25.655,11 6100,23 23630,80 Naxçıvan Muxtar Respublikası X43 01 may 2025-ci il tarixli 15-Vİİ-FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının X5 X34 şəxsin tabeliyindəki tibb müəssisələrinin əmlakları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi müəyyən edilmişdir. Naxçıvan Muxtar Respublikası X43 03 iyun 2025-ci il tarixli 119-07/S nömrəli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının X5 X34 şəxsi ləğv edilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən Naxçıvan Muxtar Respublikasının X5 X34 şəxsin ləğv edilməsi barədə Naxçıvan Muxtar Respublikası X43 03 iyun 2025-ci il tarixli 119-07/S nömrəli sərəncamının icrasının təmin edilməsi haqqında Sərəncam imzalanmışdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən 05 iyun 2025-ci il tarixdə 185 nömrəli əmrlə Naxçıvan Muxtar Respublikasının X5 X34 şəxsin ləğv edilməsi ilə əlaqədar ləğvetmə komissiyası yaradılmışdır. Ləğvetmə prosesində olan “Naxçıvan Muxtar Respublikası X5 Birliyi” X37 02 sentyabr 2025-ci il tarixli məhkəməyə göndərilən məktubunda qeyd olunur ki, 2(078)-133 2025 nömrəli iş üzrə məlum edirik ki, “Naxçıvan Muxtar Respublikasının X5 Birliyi” X37 ləğv edilməsi barədə" Naxçıvan Muxtar Respublikası X38 2025-ci il 03 iyun tarixli 119-07/S nömrəli Sərəncamında ləğv edilməsi nəzərdə tutulmuşdur. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin "Naxçıvan Muxtar Respublikasının X5 Birliyi" X37 ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikası X38 2025-ci il 03 iyun tarixli 119-07/S nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında 5 iyun 72s nömrəli Sərəncamında həmin qurumun ləğv edilməsi üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən Ləğvetmə komissiyasının yarıdılması qeyd olunmuşdur. Həmin Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin 05 iyun 2025-ci il tarixli 185 nömrəli əmri ilə Ləğvetmə komissiyası yaradılmışdır. Həmçinin, Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar Naxçıvan Muxtar Respublikası X38 bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi haqqında Naxçıvan Muxtar Respublikası X38 01 mav 2025-ci il tarixli 15-Yİİ FR nömrəli Fərmanının 1-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının “X5 Birliyi” X37 tabeliyindəki tibb müəssisələri əmlakları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Keçmiş TMİB-in tabeliyində olan tibb müəssisələri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verildiyindən və yuxarıda qeyd edilənləri nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının “X5 Birliyi” X37 (ləğvetmə prosesində olan) 2(078)-133/2025 nömrəli iş üzrə cavabdeh qismində prosessual iştirakçılığma xitam verilməsini xahiş edirik. İşin faktiki halları yuxarıda qeyd edilən sənədlərdən ibarətdir. İşin hüquqi halları ilə əlaqədar məhkəmə hazırki iddia tələbi üzrə tətbiq edilən hüquq normalarını qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3.2-ci maddəsinə görə işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 3.3-cü maddəsinə görə işəgötürən – tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. 3.5-ci maddəsinə görə əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir; Maddə 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: tərəflərdən birinin təşəbbüsü; Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: d) qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). İddia predmetindən görünür ki, iddiaçı aşağıdakı tələblərlə məhkəməyə müraciət etmişdir: birinci tələb- Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin (S.Sadıxov) onun barəsində verilmiş xx.xx.2024-cü il tarixli 275 nömrəli əmrinin ləğv edilməsi, ikinci tələb – “Culfa X35” X37 direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə bərpa edilməsi, üçüncü tələb – xx.xx.2024-cü il tarixdən bərpa ediləcəyi günədək məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsi, məcburi iş buraxmaya görə əmək haqqının gecikdirilmiş hər günü üçün 1% həcmində ödəncin ödənilməsi, dördüncü tələb – “Culfa X35” X37 direktorunun inzibati məsələlər üzrə müavini olduğu müddətdə az ödənilmiş (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) əmək haqqının ödənilməsi, həmin gecikdirilmiş məbləğin xx.xx.2024-cü ildən başlayaraq ödənildiyi günədək hər gün üçün 1% həcmində ödəncin ödənilməsi. İddiaçı dördüncü tələbi üzrə iddia ərizəsində məbləği 4480.40 (dörd min dörd yüz səksən manat qırx qəpik) manat olaraq qeyd etmiş, 04 sentyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında ərizə təqdim edərək həmin məbləğin ekspert rəyində qeyd edilən məbləğdə 6100.23 (altı min yüz manat iyirmi üç qəpik) manat qeyd edilməsi ilə razılaşdığını və həmin məbləğin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən İddiaçı tərəfindən verilən ərizə nəzərə alınaraq kəsir əmək haqqı məbləğinin 6100.23 (altı min yüz manat iyirmi üç qəpik) manat olaraq qiymətləndirmə aparılmışdır. Məhkəmə hər bir tələb üzrə hüquqi qiymətləndirməni aşağıdakı qaydada təhlil etmişdir. Birinci tələb Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin (S.Sadıxov) barəsində verilmiş xx.xx.2024-cü il tarixli 275 nömrəli əmrinin ləğv edilməsi, ikinci tələb iddiaçının öz vəzifəsinə bərpa edilməsi tələbidir. Məhkəmə hər iki tələbi iş materialları və tərəflərin izahatları ilə əlaqəli şəkildə təhlil edib hesab edir ki, tələb əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasları nəzərdə tutmuşdur. Həmin əsaslar: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 73.1-ci maddəsinə görə müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin Məcəllənin 73.2-ci bəndinə görə işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Əmək Məcəlləsinin 84-cü maddəsində əmək müqaviləsinə xitam verilən zaman əmrin məzmunu qeyd edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

3. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. İş materiallarında olan əmrdən aydın olur ki, əmr “Naxçıvan Muxtar Respublikasının X5 Birliyi" X37 yaradılması haqqında Naxçıvan Muxtar Respublikası X38 28 iyul 2023-cü İl tarixli 194-VİFR Fərmanının 5-ci bəndinin və “inzibati ərazi vahidləri üzrə ailə sağlamlıq mərkəzlərinin Siyahısrnın və “Naxçıvan Muxtar Respublikasının X5 Birliyi” X37 tabeliyindəki tibb müəssisələrinin Siyahısının təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 26 ‘oyabr tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyincföki qurumların siyahısı”nda dəyişiklik edilməsi rsrədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 12 oktyabr 2023-cü il tarixli 133 nömrəli Qərarının 4-cü bəndinin icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin 14.4-ci bəndini və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ”a" bəndini əsas tutaraq verilmişdir. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin 14.4-ci bəndində nazirin səlahiyyətlərindən biri olaraq Nazirliyin aparatının işçilərini, strukturuna daxil olan qurumların rəhbərlərini və işçilərini, Naxçıvan muxtar respublikası X38 vəzifəyə təyin və vəzifədən azad etdiyi hallar istisna olmaqla, Nazirliyin nomenklaturasına daxil olan digər işçiləri vəzifəyə təyin və vəzifədən azad etməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görməsi, müvafiq sahədə fərqlənən işçiləri Nazirlik tərəfindən təsis olunmuş fəxri fərmanlarla təltif etməsi qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ”a" bəndində əmək müqaviləsinə xitam verilməsinin əsaslarından olan tərəflərdən birinin təşəbbüsü qeyd edilmişdir. Məhkəmə sözügedən əmrin işçi-iddiaçı barəsində verilməsi üçün heç bir əsas olmadığı qənaətinə gəlir. Belə ki, sözügedən müddətdə “Culfa X35” X37in Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq X5 Birliyinə təhvil verilməsi prosesi aparılmışdır və təhvil-təslim aktları iş materiallarında mövcuddur. İdarə üzrə əmlakı, ləvazimatları ilə balans dəyişikliyi aparılmışdır. Həmin vaxtda orada istər rəhbər vəzifədə olan şəxslərin, istərsə də digər işçilərin işdən azad edilməsi üçün heç bir əsas olmamışdır. İddiaçı ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə naziri arasında bağlanmış əmək müqaviləsi müddətli olaraq bağlanmışdır və müqavilənin başa çatma vaxtı 29 dekabr 2024-cü il tarixə təsadüf edir. Həmin vaxtdan əvvəl işəgötürən tərəfindən əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi üçün heç bir əsas olmamışdır. Bunun nəticəsidir ki, əməyin təşkilinə nəzarət edən orqanın araşdırması nəticəsindən işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozulması nəticəsində işdən azad edilmə prosesi aparıldığından işəgötürən barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Buna görə də əmr Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin (S.Sadıxov) İddiaçı barəsində verdiyi xx.xx.2024-cü il tarixli 275 nömrəli əmri əsassız və qanunsuz şəkildə verildiyindən ləğv edilməli və iddiaçı öz vəzifəsinə-“Culfa X35” X37 direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə bərpa edilməlidir. İddiaçı üçüncü tələbi – xx.xx.2024-cü il tarixdən bərpa ediləcəyi günədək məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsi, məcburi iş buraxmaya görə əmək haqqının gecikdirilmiş hər günü üçün 1% həcmində ödəncin ödənilməsi tələbidir ki, məhkəmə həmin tələbi iş materialları ilə əlaqəli şəkildə təhlil edib hesab edir ki, həmin tələb də əsaslıdır və təmin edilməlidir. Belə ki, birinci və ikinci tələblər üzrə iddiaçının iddiasının əsaslı hesab edilməsi, onun işdən azad edilməsi barədə verilən əmrin qanunsuz və əsassız olduğundan ləğv edilməsi və İddiaçı işə bərpa edilməsi kimi nəticəyə gəlindiyindən iddiaçının məcburi işburaxma müddəti üçün əmək haqqısı da tərəflər arasında bağlanmış əmək müqaviləsində qeyd edilən əmək haqqı məbləğin tam şəkildə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən alınıb iddiaçıya verilməlidir. Məhkəmə ona görə cavabdeh təşkilat olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi olaraq qeyd edir ki, iddiaçı ilə əmək müqaviləsi bağlayan, işçi-işəgötürən münasibətlərində olan, əmək müqaviləsi üzrə ödənilməli əmək haqqının məbləğini müəyyən edən məhz Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi olmuşdur. Eyni zamanda “Culfa X35” Publik Hüquqi şəxs tərəfindən mühasibatlıq əməliyyatları aparılsa belə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Əsasnaməsində qeyd edilmişdir ki, Səhiyyə Nazirliyi struktur, əmək haqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştata cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir. Dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə tabeliyindəki müəssisələrin göstərdiyi ödənişli xidmətlərdən əldə olunan gəlirlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür. Ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edin. Ona görə də iddiaçıya ödənilməli olan bütün vəsaitlər məhz Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən ödənilməlidir və belə olan halda iddia tələbinin “Culfa X35” Publik hüquqi şəxsə və ləğv prosesində olan “X5 Birliyi”nə münasibətdə hər hansı hüquqi əsası olmadığından sözügedən cavabdeh təşkilatlara münasibətdə tələb əsassız hesab edilərək rədd edilməlidir. Əmək Məcəlləsinin 300-cü maddəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Məhkəmə qeyd edilən maddi hüquq normasının tələbinə istinad edərək belə hesab edir ki, iddiaçının məcburi işburaxma müddəti üçün əmək haqqısı və cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən işdən azad edilmə barədə əsassız əmri nəticəsində onun işdən azad edilməsi ilə bağlı məcburi işburaxma müddəti üçün əmək haqqısı və onun təqsiri nəticəsində gecikdirilən günlərə münasibətində 1% ödənc də cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində tutularaq İddiaçı ödənilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2025-ci il tarixli rəyi ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçıya ödənilməli olan əmək haqqının bir gününə düşən məbləği 160.27 (bir yüz altmış manat iyirmi yeddi qəpik) manat məbləğində müəyyən edilir. Həmin məbləğin 1% ödənc nəzərə alınmaqla işəgötürənin təqsiri nəticəsindən gecikdirmə hesab edilərək işdən azad edildiyi 12 sentyabr 2024-cü il tarixdən başlayaraq ödənişin həyata keçirildiyi günə qədər hesablanmaqla cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddiaçının tələbinin dördüncü hissəsini- “Culfa X35” X37 direktorunun inzibati məsələlər üzrə müavini olduğu müddətdə az ödənilmiş (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) əmək haqqının ödənilməsi, həmin gecikdirilmiş məbləğin xx.xx.2024-cü ildən başlayaraq ödənildiyi günədək hər gün üçün 1% həcmində ödəncin ödənilməsinə dair tələbini iş materialları ilə əlaqəli şəkildə təhlil edib həmin tələbin də əsaslı olduğundan təmin edilməsi nəticəsinə gəlir, gəldiyi nəticəni aşağıdakı hallarla əsaslandırır. İddiaçı dördüncü tələbi üzrə iddia ərizəsində məbləği 4480.40 (dörd min dörd yüz səksən manat qırx qəpik) manat olaraq qeyd etmiş, 04 sentyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında ərizə təqdim edərək həmin məbləğin ekspert rəyində qeyd edilən məbləğdə 6100.23 (altı min yüz manat iyirmi üç qəpik) manat qeyd edilməsi ilə razılaşdığını və həmin məbləğin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən İddiaçı tərəfindən verilən ərizə nəzərə alınaraq kəsir əmək haqqı məbləğinin 6100.23 (altı min yüz manat iyirmi üç qəpik) manat olaraq qiymətləndirmə aparılmışdır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında sərgilənmiş hüquqi mövqeyə əsasən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsinin tələbinə görə, işəgötürən ödəncin verilməsindən imtina etdiyi halda işçi yaranmış mübahisəni məhkəmə qaydasında həll etməyə məcbur olur. Bu baxımdan normanın məzmununun fərqli şərhi, yəni ödəncin yalnız fərdi əmək mübahisəsinin yaranmadığı halda ödənilməli olması kimi şərhi hüquqi məntiqə uyğun olmamaqla yanaşı, işçinin əmək münasibətlərinə daxil olmasının əsasını təşkil edən əməkhaqqı hüququnun pozulmasına görə işəgötürənin məsuliyyətdən kənar qalmasına gətirib çıxarar. Eyni zamanda bu işçinin əməkhaqqı hüququnun pozulması səbəbindən qanunvericiliklə tanınan ödəncin verilməsi tələbinin təmin edilməsi üçün məhkəməyə müraciət etməsini də mənasız edər. Bu halda həmin maddənin tətbiqi mümkünsüz olur və o, əhəmiyyətsiz normaya çevrilməklə faktiki olaraq işçini müvafiq ödənci tələb etmək hüququndan məhrum edir. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərini bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Eyni zamanda qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində konkret olaraq «əmək haqqı» anlayışı ifadə olunmuşdur. Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Eləcə də Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Əmək Məcəllənin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən isə Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Hüquq normalarının təhlilindən göründüyü kimi aylıq əmək haqqının ödənilməsi konkret vaxtla məhdudlaşdığı üçün bu konteksdən gecikdirilmiş hər günə görə ödəncin hesablanmasının hansı tarixdən başlamasını müəyyən etmək mümkündür. Maddə 83. 4-cü hissə. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Maddə 173. İşçilərin haqq-hesab sənədləri

1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: hesablanmış əmək haqqının ümumi məbləği; əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği; faktik ödənilən məbləğ; tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.

3. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir.

4. Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter roqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər.

5. Əmək müqaviləsi elektron sənəd formasında bağlanıldıqda bu maddədə nəzərdə tutulan məlumatların verilməsi elektron informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təmin edilir. Maddə 174. Əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi

1. Əmək haqqı, bir qayda olaraq, işin icra olunduğu iş yerində verilir.

2. Əmək haqqı işçinin istəyi ilə onun bankdakı hesabına köçürülə və ya müvafiq ünvana göndərilə bilər.

4. Əmək haqqı Azərbaycan Respublikasının pul vahidi — manatla ödənilir. Maddə 178. Əməyin ödənilməsinin təminatları

1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir 154.1-ci maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur; 157.1-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər; 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir; 195-ci maddənin “d” bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır; Qeyd olunmalıdır ki, göstərilən normalar əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Məhkəmə tərəfindən təyin edilən məhkəmə mühasibatlıq ekspertizasının 28 iyul 2025-ci il tarixli rəyindən aydın olur ki, İddiaçı -31 yanvar 2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 3637.50 manat, ödənilmiş əmək haqqı məbləği 3637.50 manat hesablanmış, həmin ay üzrə kəsir əmək haqqı ödənilməmişdir, - xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 3357.29 manat, ödənilmiş əmək haqqı məbləği 2715.11 manat hesablanmış, həmin ay üzrə 642.18 manat kəsir əmək haqqı ödənilmişdir. Ekspert rəyinin verildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 507 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği 1% 3255.85 manat təşkil etmişdir, -xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 3357.29 manat, ödənilmiş əmək haqqı məbləği 2715.11 manat hesablanmış, həmin ay üzrə 642.18 manat kəsir əmək haqqı ödənilmişdir. Ekspert rəyinin verildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 490 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği 1% 3146.68 manat təşkil etmişdir, -xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 3357.29 manat, ödənilmiş əmək haqqı məbləği 2715.11 manat hesablanmış, həmin ay üzrə 642.18 manat kəsir əmək haqqı ödənilmişdir. Ekspert rəyinin verildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 449 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği 1% 2883.39 manat təşkil etmişdir, -xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 3357.29 manat, ödənilmiş əmək haqqı məbləği 2715.11 manat hesablanmış, həmin ay üzrə 642.18 manat kəsir əmək haqqı ödənilmişdir. Ekspert rəyinin verildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 418 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği 1% 2684.31 manat təşkil etmişdir, -xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 3357.29 manat, ödənilmiş əmək haqqı məbləği 2715.11 manat hesablanmış, həmin ay üzrə 642.18 manat kəsir əmək haqqı ödənilmişdir. Ekspert rəyinin verildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 390 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği 1% 2504.50 manat təşkil etmişdir, -xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 3357.29 manat, ödənilmiş əmək haqqı məbləği 2715.11 manat hesablanmış, həmin ay üzrə 642.18 manat kəsir əmək haqqı ödənilmişdir. Ekspert rəyinin verildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 357 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği 1% 2292.58 manat təşkil etmişdir, -xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 3357.29 manat, ödənilmiş əmək haqqı məbləği 2715.11 manat hesablanmış, həmin ay üzrə 642.18 manat kəsir əmək haqqı ödənilmişdir. Ekspert rəyinin verildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 329 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği 1% 2112.77 manat təşkil etmişdir, -xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 4616.81 manat, ödənilmiş əmək haqqı məbləği 3011.84 manat hesablanmış, həmin ay üzrə 1604.97 manat kəsir əmək haqqı ödənilmişdir. Ekspert rəyinin verildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 296 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği 1% 4750.71 manat təşkil etmişdir, Cəm olaraq ödənilməli olan əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 31755.34 manat, ödənilmiş əmək haqqı məbləği (son haqq hesab daxil olmaqla) 25655.11 manat, hər ay üzrə ayrı-ayrılıqda əskik ödənilmiş məbləğ (son haqqı hesab daxil olmaqla) 6100.23 manat, hər gecikdirilən gün üçün düşən faiz məbləği (1%) xx.xx.2025-ci il tarixdək 23630.80 manat hesablanmışdır. Məhkəmə işin hallarına istinadən qeyd edir ki, iddiaçı 29 dekabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin 391 nömrəli əmrinə əsasən “Culfa X35” X37 direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə qəbul olunmuş, həmin vaxtdan 12 sentyabr 2024-cü il tarixədək ümumilikdə 8 ay 14 gün müddətinə öz vəzifəsini icra etmiş, 12 sentyabr 2024-cü il tarixdə tutduğu bu vəzifədən azad edilmişdir. Bundan sonra iddiaçı vəzifəsini icra etdiyi müddət üçün müqavilədə nəzərdə tutulmuş lakin kəsir ödənilmiş əmək haqqını ala bilmədiyi üçün mediasiya təşkilatına müraciət etmiş, lakin məhkəmədənkənar qaydada mübahisə öz həllini tapmadığından məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək münasibətləri ilə əlaqədar bütün sənədləşmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Lakin cavabdeh məhkəməyə iddiaçının tələblərini təkzib edəcək, başqa sözlə, əmək haqqı ödənişinin ondan asılı olmayan səbəblərdən gecikdirilməsini təsdiq edəcək nəinki mötəbər, ümumiyyətlə hər hansı sübut təqdim edə bilmir. Bu səbəbdən, məhkəmə mötəbər sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyul 2025-ci il tarixli, 9/3434 saylı rəyini nəzərə alıb, belə qənaətə gəlir ki, 2024-cü ilin fevral-sentyabr ayları üzrə əmək haqqının verilməsinin gecikdirilməsinə görə ödənc məbləği hesablanmalı, bununla da kəsir əmək haqqı olaraq cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən iddiaçının xeyrinə ümumilikdə (642.18+642.18+642.18+642.18+642.18+642.18+642.18+1604.97=6100.23) 6100.23 (altı min yüz manat iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Həmçinin məhkəmə iddiaçıya müqavilədə nəzərdə tutulan əmək haqqı məbləğindən az ödənilmiş hər üzrə kəsir əmək haqqı məbləğinin gecikdirilmiş günlərin sayına uyğun olaraq 1% ödənc Cavabdehndən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, İddiaçı 2024cü ilin fevral-avqust ayları üzrə kəsir ödənilmiş məbləği hər ay 642.18 (altı yüz qırx iki manat on səkkiz qəpik) manat təşkil etmişdir ki, hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alındıqda bu 6.4218 manat təşkil etmişdir. Sentyabr ayı isə 1604.97 (bir min altı yüz dörd manat doxsan yeddi qəpik) manat kəsir əmək haqqı olmuşdur ki, hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alındıqda bu məbləğ 16.0497 manat təşkil etmişdir. Məhkəmə 1% məbləği yuvarlaqlaşdırma aparılmadan tam formada qeyd edilməsini zəruri hesab edir, ona görə ki, həmin məbləğ yuvarlaqlaşdırıldıqda hesabda konkretlik olmur və ekspert rəyi də yuvarlaqlaşdırma aparılmadan hesablanmışdır. Həmçinin məhkəmə qeyd edir ki, istər ekspert rəyi verildikdən sonra, istər məhkəmə aktı qəbul edildikdən sonra cavabdeh təşkilat tərəfindən iddiaçıya əmək haqqı ödənişi aparılmaması nəzərə alınmalı və işəgötürənin təqsiri nəticəsindən gecikdirmə olması nəzərə alınaraq ödənişin həyata keçirildiyi günə qədər gecikdirilmiş günlər üzrə 1% üzrə hesablanma aparılmaqla cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq İddiaçı ödənilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, ekspert rəyi verilənə qədər gecikmə günlərinin sayı, kəsir əmək haqqının həmin ay üzrə məbləği tam formada qeyd edilmiş, hesablama aparılaraq rəyin verildiyi tarixdə aylarq üzrə gecikmələr tam formada qeyd edilmişdir. Məhkəmə tərəfindən təyin edilən məhkəmə mühasibatlıq ekspertizasının 28 iyul 2025-ci il tarixli rəyindən sonra məhkəmə qətnaməsi qəbul edildiyi günə qədər 39 gün keçmişdir ki, məhkəmə bu günlərin sayını ekspert rəyinə əsaslananaraq hesablanmış günlərə əlavə edərək qətnamə qəbul edildiyi gün üzrə konkret rəqəmlərin qeyd edilməsini və bunun üçün xüsusi bilik tələb edilməyən sadə riyazi hesablama aparılmasını mümkün hesab edir. Məhkəmə qətnaməsi qəbul edildikdən sonra isə ödənişin həyata keçirildiyi gün məhkəmə üçün qeyri-müəyyən olduğundan hesablama aparılmasının mümkün olmaması nəzərə alınaraq qətnamə qəbul edildikdən sonra ödəniş həyata keçirildiyi günədək hər gecikdirilən gün üçün 1% ödəncin İddiaçı verilməsini qanuni və əsaslı hesab edir. 28 iyul 2025-ci il tarixli ekspert rəyinə istinad edərək məhkəmə qətnamə qəbul edilən günə münasibətdə İddiaçı ödənilməli olan 1% ödənc məbləğini aşağıdakı şəkildə qeyd edir: -31 yanvar 2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 3637.50 manat, ödənilmiş əmək haqqı məbləği 3637.50 manat hesablanmış, həmin ay üzrə kəsir əmək haqqı ödənilməmişdir, buna görə də həmin ay üzrə gecikdirilmə olmadığından 1% hesablanma aparıla bilməz. - xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 3357.29 manat, ödənilmiş əmək haqqı məbləği 2715.11 manat hesablanmış, həmin ay üzrə 642.18 manat kəsir əmək haqqı ödənilmişdir. Məhkəmə qətnaməsinin qəbul edildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 507 gün ekspert rəyi verildiyi günə qədər olan müddət+39 gün rəy verildikdən sonra keçən günlərin sayı =546 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği 1% 3506.3(üç min beş yüz altı manat otuz qəpik) manat təşkil etmişdir, -xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 3357.29 manat, ödənilmiş əmək haqqı məbləği 2715.11 manat hesablanmış, həmin ay üzrə 642.18 manat kəsir əmək haqqı ödənilmişdir. Məhkəmə qətnaməsinin qəbul edildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 490 gün ekspert rəyi verildiyi günə qədər olan müddət+39 gün rəy verildikdən sonra keçən günlərin sayı =529 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği 1% 3397.1 (üç min üç yüz doxsan yeddi manat on qəpik) manat təşkil etmişdir, -xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 3357.29 manat, ödənilmiş əmək haqqı məbləği 2715.11 manat hesablanmış, həmin ay üzrə 642.18 manat kəsir əmək haqqı ödənilmişdir. Məhkəmə qətnaməsinin qəbul edildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 449 gün ekspert rəyi verildiyi günə qədər müddət+39 gün rəy verildikdən sonra qətnamə qəbul edilən günə qədər keçən müddət =488 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği 1% 3133.81 (üç min üç yüz otuz üç manat səksən bir qəpik) manat təşkil etmişdir, -xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 3357.29 manat, ödənilmiş əmək haqqı məbləği 2715.11 manat hesablanmış, həmin ay üzrə 642.18 manat kəsir əmək haqqı ödənilmişdir. Məhkəmə qətnaməsinin qəbul edildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 418 ekspert rəyi verildiyi günədək olan müddət +39 gün rəy verildikdən sonra qətnamə qəbul edilən günədək keçən müddət =457 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği 1% 2934.76 (iki min doqquz yüz otuz dörd manat yetmiş altı qəpik) manat təşkil etmişdir, -xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 3357.29 manat, ödənilmiş əmək haqqı məbləği 2715.11 manat hesablanmış, həmin ay üzrə 642.18 manat kəsir əmək haqqı ödənilmişdir. Məhkəmə qətnaməsinin qəbul edildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 390 gün ekspert rəyi verildiyi günədək keçən müddət +39 gün rəy verildikdən sonra qətnamə qəbul edilən gün olan müddət =429 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği 1% 2755 (iki min yeddi yüz əlli beş) manat təşkil etmişdir, -xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 3357.29 manat, ödənilmiş əmək haqqı məbləği 2715.11 manat hesablanmış, həmin ay üzrə 642.18 manat kəsir əmək haqqı ödənilmişdir. Məhkəmə qətnaməsinin qəbul edildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 357 gün ekspert rəyi verildiyi günə qədər keçən müddət +39 gün rəy verildikdən sonra qətnamə qəbul edilən günədək olan müddət =396 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği 1% 2543 (iki min beş yüz qırx üç) manat təşkil etmişdir, -xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 3357.29 manat, ödənilmiş əmək haqqı məbləği 2715.11 manat hesablanmış, həmin ay üzrə 642.18 manat kəsir əmək haqqı ödənilmişdir. Məhkəmə qətnaməsinin qəbul edildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 329 gün ekspert rəyi verildiyi günədək keçən müddət +39 gün rəy verildikdən sonra qətnamə qəbul edilən gün üçün keçən müddət =368 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği 1% 2363.2 (iki min üç yüz altmış üç manat iyirmi qəpik) manat təşkil etmişdir, -xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 4616.81 manat, ödənilmiş əmək haqqı məbləği 3011.84 manat hesablanmış, həmin ay üzrə 1604.97 manat kəsir əmək haqqı ödənilmişdir. Məhkəmə qətnaməsinin qəbul edildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 296 gün ekspert rəyi verildiyi günə qədər müddət +39 gün rəy verildikdən sonra keçən günlərin sayı =335 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği 1% 5376.60 (beş min üç yüz yetmiş altı manat altmış qəpik) manat təşkil etmişdir, Cəm olaraq hər ay üzrə ayrı-ayrılıqda kəsir ödənilmiş məbləğ (son haqq-hesab daxil olmaqla) 6100.23 manat, hər gecikdirilən gün üçün düşən faiz məbləği (1%) qətnamə qəbul edilən günə-xx.xx.2025-ci il tarixədək 26009.77 (iyirmi altı min doqquz manat yetmiş yeddi qəpik) manat təşkil edir. Həmçinin məhkəmə qeyd edir ki, kəsir ödənilmiş əmək haqqı üzrə hər ay ayrıayrılıqda hesablanmış məbləğ məhkəmə qətnaməsi qəbul edildiyi günə qədər tam formada hesablanaraq qeyd edilməsini məhkəmə qanuni və əsaslı hesab edir. Qətnamə qəbul edildikdən sonra isə ödənişin həyata keçirildiyi günədək hər gecikdirilən gün üçün 1% hesablanmaqla cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Nəticə: Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin edilməli; -İddiaçı işdən azad edilməsi barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin 12 sentyabr 2024-cü il tarixli, 275 nömrəli əmri ləğv edilməli; -İddiaçı “Culfa X35” X37 direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə bərpa edilməli; -İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı əmək müqaviləsinə əsasən tam formada ödənilməli, -Məcburi iş buraxma müddəti üçün 12 sentyabr 2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən əmək haqqının bir gününə düşən məbləği 160.27 (bir yüz altmış manat iyirmi yeddi qəpik) manat məbləğinin 1% ödənc nəzərə alınmaqla işəgötürənin təqsiri nəticəsindən gecikdirmə hesab edilərək ödənişin həyata keçirildiyi günə qədər hesablanmaqla cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq İddiaçı ödənilməli, -2024-cü ilin fevral-sentyabr ayları üzrə əmək haqqının verilməsinin gecikdirilməsinə görə kəsir əmək haqqı olaraq cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən ümumilikdə(642.18+642.18+642.18+642.18+642.18+642.18+642.18+1604.97=6100.23) 6100.23 (altı min yüz manat iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, -2024-cü ilin fevral-avqust ayları üzrə kəsir ödənilmiş məbləği hər ay 642.18 manat əmək haqqının hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alınaraq 6.4218 manat, 2024-cü ilin sentyabr ayı üzrə 1604.97 manat kəsir ödənilmiş əmək haqqının hər gün üçün gecikmə faizinin 1% olmaqla 16.0497 manat işəgötürənin təqsiri nəticəsindən gecikdirmə olması nəzərə alınaraq məhkəmə qətnaməsi qəbul edildiyi günə qədər ümumilikdə 26009.77 (iyirmi altı min doqquz manat yetmiş yeddi qəpik) manat Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq İddiaçı ödənilməli, qətnamə qəbul edildikdən sonra isə ödənişin həyata keçirildiyi günədək hər gecikdirilən gün üçün 1% hesablanmaqla cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq İddiaçı ödənilməli, -İddia tələbi “Culfa X35” Publik hüquqi şəxsə və ləğvetmə prosesində olan “X5 Birliyi”nə münasibətdə rədd edilməlidir. Məhkəmə məsrəflərinə münasibətdə məhkəmə belə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq büdcə təsnifatının kodu 142330, X26 MR İdarəsi, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi ********** hesab AZ21NABZ******************** köçürülməlidir. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq büdcə təsnifatının kodu 142595, X6, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

qətetdi:

İddia tələbi qismən təmin edilsin. İddiaçı işdən azad edilməsi barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin 12 sentyabr 2024-cü il tarixli, 275 nömrəli əmri ləğv edilsin. İddiaçı “Culfa X35” X37 direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə bərpa edilsin. İddiaçı 12 sentyabr 2024-cü il tarixdən “Culfa X35” X37 direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsinə bərpa edilənədək olan müddət üzrə məcburi iş buraxma dövrü üçün əmək haqqı əmək müqaviləsinə əsasən tam formada cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq iddiaçıya ödənilsin. Məcburi iş buraxma müddəti üçün 12 sentyabr 2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən əmək haqqının bir gününə düşən məbləği 160.27 (bir yüz altmış manat iyirmi yeddi qəpik) manat məbləğinin 1% ödənc nəzərə alınmaqla işəgötürənin təqsiri nəticəsindən gecikdirmə hesab edilərək ödənişin həyata keçirildiyi günə qədər hesablanmaqla cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq İddiaçı ödənilsin. İddiaçı 2024-cü ilin fevral-sentyabr ayları üzrə əmək haqqının verilməsinin gecikdirilməsinə görə kəsir əmək haqqı olaraq cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən ümumilikdə (642.18+642.18+642.18+642.18+642.18+642.18+642.18+1604.97=6100.23) 6100.23 (altı min yüz manat iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. 2024-cü ilin fevral-avqust ayları üzrə kəsir ödənilmiş məbləği hər ay 642.18 manat əmək haqqının hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alınaraq 6.4218 manat, 2024-cü ilin sentyabr ayı üzrə 1604.97 manat kəsir ödənilmiş əmək haqqının hər gün üçün gecikmə faizinin 1% olmaqla 16.0497 manat işəgötürənin təqsiri nəticəsindən gecikdirmə olması nəzərə alınaraq məhkəmə qətnaməsi qəbul edildiyi günə qədər ümumilikdə 26009.77 (iyirmi altı min doqquz manat yetmiş yeddi qəpik) manat Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq İddiaçı ödənilsin, qətnamə qəbul edildikdən sonra isə ödənişin həyata keçirildiyi günədək hər gecikdirilən gün üçün 1% hesablanmaqla cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq İddiaçı ödənilsin. İddia tələbi “Culfa X35” Publik hüquqi şəxsə və ləğvetmə prosesində olan “X5 Birliyi”nə münasibətdə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq büdcə təsnifatının kodu 142330, X26 MR İdarəsi, müxbir hesab AZ88NABZ********************, SWİFT BİK NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi ********** Hesab AZ21NABZ******************** köçürülsün. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq büdcə təsnifatının kodu 142595, X6, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar