Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1333/2024 20.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X11 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X12 vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6rşı ərizənin etibarsız hesab edilməsi, əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı öz ərizəsi əsasında işdən azad edilməsinə dair xx.xx.2024-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi, İddiaçı öz ərizəsi əsasında işdən azad edilməsinə dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X12 baş direktorunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı "Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X12 Naxçıvan şəhər şöbəsinin rəisi-məhkəmə tibb eksperti vəzifəsinə bərpa edilməsi və İddiaçı məcburi iş buraxdığı - xx.xx.2024-cü il tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixdən Tibb sahəsində əmək fəaliyyətimə başlamışdır. xx.xx.2010-cu il tarixdən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X13 məhkəmə tibb-eksperti vəzifəsinə təyin edilmişdir. Məhkəmə tibb-eksperti vəzifəsində işlədiyi dövrdə birliyin tərkibində məhkəmə tibb-eksperti olaraq müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2021-ci il tarixdə 38 nömrəli əmrlə canlı şəxslərin məhkəmə tibb ekspertizası şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 2024-cü ilin may ayının 1-də Məhkəmə Tibbi Ekspertiza və X12 baş direktoru X7 onu çağırıb “nazir deyir iş yerin dəyişib Culfa-Ordubad rayonlararası şöbəyə keçsin” dediyini, özünün ailə vəziyyətini-himayəsində bir yetkinlik yaşına çatmayan qız uşağının olduğunu, tək qadın olaraq Naxçıvan şəhərində yaşadığını bildirib buna etiraz etmişdir. Bundan sonra Səhiyyə Nazirliyinin kadrlar şöbəsinin işçisi Ayşən xanım, aparat rəhbəri Vüsal müəllim onu çağırıb qəbul etmiş və nazirin işini dəyişməyini istədiyini bildirmişlər. O qeyd edilən təzyiqlərdən sonra 30 may 2024-cü il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinə, Naxçıvan Muxtar Respublikası Respublika Prokurorluğuna və Baş nazirə iradəsi əleyhinə işindən çıxarılmaq istənildiyni və ona köməklik edilməsini xahiş etmişdir. 24 iyun 2024-cü il tarixdə onu Əmək Müfəttişliyindən çağırıb ünvanladığı ərizələrin baxılması üçün Əmək Müfəttişliyinə göndərildiyini və burada baxılacağını bildirmişlər. Bundan sonra Səhiyyə Nazirliyinin hüquqşünası Səbuhi müəllimin ona zəng edib şikayətlərini geri götürməyini istəmişdir. O da Səbuhi müəllimə onlara inanmadığını, özü ilə təkrar əmək müqaviləsi bağlanacağı təqdirdə şikayətini geri götürəcəyini bildirmişdir. Bundan sonra özü ilə yeni əmək müqaviləsi bağlanmışdır. 27 iyun 2024-cü il tarixdə ona zəng edib X8 müəllimin onunla görüşmək istədiyini bildirmişlər. Amil müəllimin yanında olmuş və ona Azərbaycan Respublika Prokurorluğunda olmalı olduğunu bildirmişdir. O da Azərbaycan Respublika Prokurorluğuna gedib qayıtmışdır. 09 iyul 2024-cü il tarixdə Məhkəmə Tibbi Ekspertiza və X12 həkimləri Malik Əliyev, Fəxrəddin Cəfərov, Elşad Cəfərov, həmkarların sədri Yamən həkim nahar saatlarında işlədiyi tibb müəssisəsinə gələrək onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç„ bəndinə əsasən işdən çıxarılmağına dair əmri elan etmişlər. O sabahı gün-10 iyulda Ramin həkimin yanına gedib onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç„ bəndinə əsasən işdən çıxardıqlarına etiraz edərək onun əmək fəaliyyətinin ləkələndiyini bildirib öz ərizəsi əsasında işdən çıxarılmağını xahiş etmişdir. Ramin həkim isə ona Səhiyyə Nazirliyinə getməyini bildirmişdir. Bundan sonra o məcbur qalıb xx.xx.2024-cu il tarixli ərizəni diktə ilə yazıb işdən azad olunmağını bildirmişdir. Ona qarşı sərgilənən bu davranış, mənfi münasibət onu artıq dərəcədə məyus etmişdir. O uzun illər öz peşəsini layiqincə yerinə yetirmiş, bu müddət ərəzində dəfələrlə təltif edilmiş, bu sahədə əmək fəaliyyəti müsbət qiymətləndirilmiş, əmək fəaliyyəti dövründə hər hansı intizam tənbehi almamışdır. Ona qarşı sərgilənən bu mənfi münasibət, onun əmək vəzifələrini kobud şəkildə pozmaqla işdən çıxarılacağı ilə bağlı hədə-qorxu gəlinməsi öz ərizəsi əsasında tutduğu vəzifəsindən azad edilməyi üçün 09 iyul 2024-cü il tarixli ərizə ilə işəgötürənə müraciət etmək məcburiyyətində qalmağı ilə nəticələnmişdir. Həmçinin işdən azad olunmağı barədə xx.xx.2024-cü il tarixli ərizəsində məhz xx.xx.2024-cü il tarixdən işdən azad edilmək istəyi ilə bağlı qeyd Ramin həkimin diktə etməsi ilə yazılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Halbuki, qeyd edilən normada sadalanan hallara dair hər hansı fakt müəyyən edilməmiş və xx.xx.2024-cü il tarixli ərizədə məhz həmin gün-xx.xx.2024-cü il tarixdə işdən azad edilmək istəyinin səbəbi kimi qeyd edilən hallardan hər hansı birinə istinad edilməmişdir. Həmçinin müvafiq əmr faktiki hallar və hüquqi əsaslar baxımından əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84cü maddəsinin 4-5 bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda əmək müqaviləsinə xitam verilməsinin əsası həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilir. Müvafiq əmrdə işdən əmək müqaviləsinə xitam verilməsi əsası göstərilsə də bu əsasın tətbiqinə dair Məcəllədə müəyyən edilmiş maddə, hissə və bənd göstərilməmişdir. Qeyd etdiyi təhlillər də onu göstərir ki, xx.xx.2024-cü il tarixdən işdən azad edilmək istəyi ilə bağlı xx.xx.2024-cü il tarixli ərizə özünün hürr iradəsinin ifadəsi olmamışdır. Müvafiq əmrlə razı deyil, əmr faktiki hallar və hüquqi əsaslar baxımından əsaslandırılmamışdır. İddiaçı 31 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək ərizəsində qeyd etmişdir ki, “Mən İddiaçı, yazaraq sizdən xahiş edirəm ki, mənə yardım edin. Mənim duyulmayan səsimi duyaraq, sadəcə mənim deyil kimsəsiz bütün qadınların imdadına yetişmiş, onların haqqını harınlamış məmurlara təslim etməmiş olarsınız. Mən bu iddiamda vəkil ilə çıxış etmirəm. Çünki düşünürəm ki, mən aylardır işsizəm haqqlı olduğumu isbat edə bilmək üçün vəkilə pul ödəyərək məni haqlı çıxartmağına ehtiyacım yoxdur. Nəyi necə yaşadığımı mən bilirəm və mən özüm öz haqlarımı müdafiə edə bilərəm. Hasbinallahi və niməl vəkil-vəkilim Allahdır. Mən sizə təhdid, zorakılıq və aldadılaraq ərizə yazdırılıb işdən çıxarıldığımı isbat etmək üçün dəlillər göstərmək istəyirəm. Bu proses “mənim iş yerimin dəyişdirilməsi” xx.xx.2024-cü ildə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin baş direktoru X9 Muxtar Respublikası səhiyyə naziri Samiq Sadıxovun təkidi ilə başlayıb. Mən buna etiraz edərək, 1 ay müddətində dirənmiş, dəfələrlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə gedərək, kadrlar və aparat rəhbəri ilə görüşmüş, nazirə məktub yazmışam. Bu dediyimi nazirliyin vətəndaş qəbulunda aparılmış qeydiyyatım, səhiyyə naziri S.Sadıxova ünvanladığım məktub və onun qəbzi ilə sübut edə bilərəm. Səsimin səhiyyədə duyulmaması məni muxtar respublikanın güc orqanlarına müraciyyət etməyə məcbur edib. xx.xx.2024-cü il tarixdə DTX, Naxçıvan Muxtar Respublikası prokurorluğu və Naxçıvan Muxtar Respublikası Nazirlər kabinetinə bu barədə şəxsən müraciət etmiş və məktub ünvanlamışam. Bu dediyimi ünvanladığım məktubların qəbzləri və müvafiq idarələrdəki məsul şəxslərin adlarını verərək isbatlaya bilərəm. Müraciət etdiyim rəsmi qurumlar aidiyyatı üzrə işin araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Əmək müfəttişliyinə məktub ünvanlanmış və nəticədə xx.xx.2024-cü il tarixdə əmək müfəttişliyinə çağrılaraq izahatım alınmışdır. Həmin gün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin hüquqşünası Səbuhi İbrahimov dəfələrlə mənə zəng edərək, “həkim xahiş edirəm ərizəni geri götür, biz səninlə nə desən razıyıq” demişdir. Bunu həmin gün mənim telefonuma dəfələrlə Səbuhi İbrahimovun mobil telefonundan gələn zənglərinin siyahısı ilə isbat edə bilərəm. Mən isə onlara güvənmədiyimi, məni aldatdıqlarını, fürsət düşən kimi işdən atacaqlarını deyərək onlara inanmağım üçün rəsmi sənəd vermələrini istəmişəm. Səbuhi İbrahimov mənimlə razılaşaraq, həmin gün təkrar müqavilə bağlanmağını və bu müqavilə əsasında mənim onlara inanmağımı istəyib və mən bununla razılaşıb həmin gün xx.xx.2024-cü il tarixdə təkrar müddətsiz əmək müqaviləsi bağlamış, sonra isə xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Əmək müfəttişliyinə gedərək ərizəmin baxılmamış qalması üçün ərizə yazmışam. X31 Respublikası Əmək müfəttişliyində yazdığım xx.xx.2024-cü il tarixli izahatım və xx.xx.2024-cü il tarixli ərizəm ilə isbat edə bilərəm. Mən hüquqşünas olmasam da əvvəlcədən müddətsiz əmək müqaviləsi olan işçi ilə təkrar müddətsiz əmək müqaviləsi bağlamağın Azərbaycan Respublikasının qanunlarına zidd olduğunu bilirəm. Lakin, Naxçıvan Muxtar Respublikası Səhiyyəsinin qocaman hüquqşünasının bunu bilməməsi məni dəhşətə saldı və mən anladım ki, Səbuhi İbrahimov haqq-hüquqdan bixəbər, sifarişlə çalışan hüquqşünasdır və Naxçıvan Səhiyyəsi qanuna uyan deyil, qanunları özünə uydurmağa çalışan, olmazsa, Azərbaycan Respublikasının qanunlarını yox saya bilən bir hüquqşünasın əlindədir. Onlar öz istəklərinə çata bilmək üçün hər qanunsuzluğu edə biləcək performansa sahibdirlər. xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə Səbuhi İbrahimov dəfələrlə mobil telefonuma zəng edərək, məni nazirliyə çağırmış (bunu telefonumdakı zənglərin qeydiyyatı ilə isbat edə bilərəm) təklikdə və nazirlik əməkdaşlarının önündə təhdid və hədələyərək “ərizə yazarsan sənə iş verərik, amma yazmasan biz səni 70Ç ilə çıxardarıq, ömürlük işləməyə həsrət qalarsan” demişdir. Bu dediklərimə Ramin, Yamən, Süleyman, Rəhim doktor şahiddir. Sonradan idarəmizdə 2 dəfə MTE və PA Birliyinin baş direktoru əvəzi Ramin həkim iclas edərək Səbuhi İbrahimovun dediklərini səsləndirmiş və məni idarə heyətinin önündə (Abdulla, Fəxrəddin, Malik, Ulduz, Şərqi, Elşad həkim) kiçik düşürmüşdür. xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ombudsmanına şəxsən, xx.xx.2024-cü il tarixdə Azərbaycan Hərbi Prokuroru Xanlar Vəliyevə və Azərbaycan Respublika X17ine, xx.xx.2024-cü ildə ənənəvi məktub yazaraq imdat diləmişəm. Bunu məktubların qəbzi ilə isbat edə bilərəm. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA X3 rəhbərliyi ilə rəsmi qaydada iclas keçirilərək mənim əmrim oxunmuş və mənə 70Ç ilə işdən azad edildiyim bildirilmişdir. Mən çarəsiz və anlaqsız vəziyyətdə xx.xx.2024-cü ildə Ramin Allahverdiyevə müraciət edərək, tək qadın olduğumu, öhdəmdə yetkinlik yaşına çatmamış, oxutmağa məcbur olduğum qızımın olduğunu, Kapital Bank ilə ipoteka müqaviləmin olduğunu bildirərək onlarla razılaşmaq istədiyimi, 70 Ç ilə işdən çıxma əmrimi ləvğ etsələr ərizə yazaraq işdən çıxıb, yeni bir iş verilməsinə razı olduğumu bildirərək onlar ilə razılaşmışam. Ərizəmi yazdıqdan sonra mən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə iş üçün müraciət edəndə TMİB-nin rəhbəri Vüsal müəllimin mənə “iş nədir, səni bağışladı nazir şükür et” dediyində mən aldadıldığımı görüb təkrar xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Əmək müfəttişliyinə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə və MTE və PA Birliyinin direktoruna məktub ünvanlayaraq ərizəmin ləvğ olunmasını istəmişəm. Bunu müvafiq idarələrə yazdığım məktubların qəbzləri ilə isbat edə bilərəm. Kəçən dəfəki məhkəmə iclasında sizə qarşı tərəfin vəkil tərəfindən xx.xx.2024-cü ildə mən işdən azad olarkən həmkarların keçirilmiş iclası əsasında tərtiblənmiş sənədi görmək istəyirəm. Bu sənədin saxta və təsadüfən hazırlanmış olduğunu sizə aşağıdakı faktlar ilə sübut edə bilərəm. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin həmkarlar ittifaqının sədri xx.xx.2024-cü il qədər, yəni işdən azad olana qədər mən idim və mən öz haqlarımı müdafiə edə bilmirdim, müavini Rza Vəliyev isə məzuniyyətdə idi. O zaman mən sizdən soruşuram, kimdir həmkarlar ittifaqı adından bu iclasda iştirak edib rəy tərtib edən şəxs və biz niyə görmədik??? Həmin gün orada səhiyyə nazirliyinin həmkarlar ittifaqının heç bir nümayəndəsi yox idi. Əgər var idisə niyə öhdəliyinə düşən işi yerinə yetirmirdi. Həmkarlar ittifaqının amalı haqlının haqlarını qorumaq, gücsüzün və çarəsizin yanında olmaqdır, sifarişlə iş görüb güclünün dediklərini təsdiq etmək yox. Mən sizdən həmin gün iclasda olub rəy tərtibləmiş naməlum həmkarlar ittifaqının nümayəndəsini də məhkəməyə çağıraraq mənimlə üzləşdirilməsininin təmin etməyinizi və o ədalətsiz həmkar ilə məni də tanış etməyinizi xahiş edirəm. Mən xx.xx.2024-cü il tarixdə şəxsən Naxçıvan Muxtar Respublikası Həmkarlar ittifaqının sədri Qəzənfər Abdullayev cənablarının şəxsən qəbulunda olub, bu mövzuda mənə dəstək olmasını xahiş etmişəm. O isə mənə səbrli olub işin sonunu gözləməyimi, lazım gələrsə onların dəstəyi üçün təkrar müraciət etməyimi bildirib. Ən əsası da demək istəyirəm ki, hörmətli hakim 18 ilin zəhmətkeş işçisini, 3 il müddətinə öz işi ilə yanaşı həkim çatışmazlığına görə bir manat əlavə ödəniş almadan “Culfa-Ordubad rayonlararası şöbəsinin” işinidə tək başına gecə-gündüz demədən yerinə yetirən, illik məzuniyyət haqqından istifadə etməmiş həkimi, öhdəliyində yetkinlik yaşı çatmamış qız uşağı olan qadını hansı vicdansız həmkar bircə manat “son hesab ödənilməmiş” işdən çıxarılmasına razılıq vermişdir??? Naxçıvan Muxtar Respublikası DTX-ya-şəxsən və məktubla (2 dəfə), Naxçıvan Muxtar Respublikası Şəhər Prokurorluğuna-şəxsən (3 dəfə), Naxçıvan Muxtar Respublikası Prokurorluğuna-şəxsən və məktubla (2 dəfə), Naxçıvan Muxtar Respublikası Ombusdmanınaşəxsən (1 dəfə), Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqına-şəxsən və məktubla (1 dəfə), Naxçıvan Muxtar Respublikası Nazirlər kabinetinə-şəxsən və məktubla (1 dəfə), Azərbaycan Hərbi Prokurorluğuna-şəxsən, ənənəvi və online məktubla (1 dəfə), Azərbaycan Respublika Prokurorluğuna-online məktubla (1 dəfə), Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirliyinə-şəxsən və məktubla (dəfələrlə) və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi yanında Əmək müfəttişliyinə şəxsən və məktubla (2 dəfə) müraciət etmişəm. Daha nə etməli idim bilmirəm? Mən tək qadınam, gücüm buna yetib, ağlım bu qədər kəsib. Son çıxış yolum məhkəməyə müraciət etmək olub. Gerisini mənim kimi neçə insanın haqqını arayan, biz çarəsizlərə əlac olan, dövlətinə və millətinə hörmətlə, işini layiqincə yerinə yetirən siz hörmətli hakimə buraxıram. Atacağınız ədalətli hər addım muxtar respublikada ədalət işığının gur yanmasına, özbaşınalıq, mənəm-mənliyin məhv olmasına səbəb olacaq”. Mülki iş üzrə məhkəmə iclasında İddiaçı hər şeydən öncə bir qadın, bir ana və şərəfli insan olduğunu, heç vaxt adına ləkə gətirmədiyini, iş fəaliyyətində həmişə yaxşı olduğunu, heç bir günahı olmadan işdən çıxarıldığını, həkim xalatının onun üçün hər şey olduğunu, illərinin əziyyəti olduğunu, hədə-qorxu ilə həmin xalatı əlindən aldıqlarını, Naxçıvan şəhərində olan yeganə qadın ekspertin özü olduğunu, fəaliyyət dövrü ərzində bütün çətinliklərə baxmayaraq işlədiyini, müraciətlərindən sonra Səhiyyə Nazirliyinin hüquqşünası Səbuhi İbrahimovun onu dəvət edərək etdiyi şikayət ərizələrini geri götürməyini, onu əvvəlki vəzifəsinə geri qaytaracaqlarını bildirdiyini, özünün də onlara inanmadığını bildirdiyini, inanmağı üçün onunla yenidən əmək müqaviləsi bağladıqlarını, bu hadisənin onu işdən azad etmələri üçün sadəcə bir bəhanə olduğunu, bunu Səhiyyə Nazirliyinin hüquqşünasının da dediyini, aylardır yerini dəyişməyini istədiklərini, lakin razı olmadığını, Prokurorluğa çağırıldığı zaman iş yerini dəyişdirmələrini, bir müddət işləməməyini onlara dediyini, lakin onu öz vəzifəsi olmadığı halda etdiyi ekspertizanın nəticəsinə görə işdən azad etdiklərini, onunla birgə orada başqa şəxslər də olduğunu, sadəcə özünün işdən azad edilməyinin düzgün olmadığını, ona yerdəyişmə edəcəklərini, yerinə başqasını götürəcəklərini, bu səbəbdən də ya Culfa, ya da Ordubad şəhərinə getməli olduğunu bildirdiklərini, özünün də qızının Naxçıvan şəhərində təhsil aldığını, qızına özü tək baxdığı üçün başqa yerə gedə bilməyəcəyini bildirdiyini, 01 may 2024-cü il tarixindən 19 iyun 2024-cü il tarixinə kimi hər gün yerdəyişmə etməyi ilə bağlı ərizə yazmağının deyildiyini, 26 iyun 2024-cü il tarixdə müqaviləsinin yeniləndiyini, 27 iyun 2024-cü il tarixdə ərizəsini geri götürdüyünü, hərbi ekspert olmadığını, şifahi şəkildə ilkin olaraq düşündüklərini dediyini, dəfələrlə videogörüntü aparılarkən də dediklərinin şifahi olduğunu, yanılma payının ola biləcəyini qeyd etdiyini, götürdüyü nümunələri 2 yerə göndərdiyini, yanlış rəy vermək istəsə təcrübəsindən istifadə edərək bunun bilinməməsi üçün başqa yollarla edə biləcəyini, həmçinin rəy tərtib etmədiyini, heç bir yerə imza atmadığını, may ayından bəri onu süründürdüklərini, 10 may və 30 may 2024-cü il tarixlərində müraciət ərizələri yazdığını, əsgər meyitinin ekspertizasını aparmağın onun vəzifə təlimatında olmadığını, lakin əmr elə verildikdən sonra başqa nəsə demək olmadığını, həmin vaxt hərbi ekspert məzuniyyətdə olduğu üçün özünün çağırıldığını, həmin ekspertiza aparılan zaman özünün orada tək olmadığını, Məmmədtağı həkimin, hərbi kriminalistin də orada olduğunu, əsgərin 3-4 gün itkin olduğu üçün qanın quruduğunu, özünün verdiyi rəy olmadığını, bunu Bakıda olarkən də qeyd etdiyini, səhv rəy vermədiyi üçün barəsində heç bir tədbir görülmədiyini, məsuliyyətə cəlb edilmədiyini, ortada heç bir sənəd olmadığını, özünün may ayından təhdid olunduğunu, Səhiyyə Nazirliyinin hüquqşünasının onu təhdid edərək “getməsən, maddə ilə çıxaracağıq” dediyini, 3 ay onlarla savaşdığını, özünün qul kimi işlədiyini, əməyinin ortada getdiyini, həmin ekspertiza ilə bağlı video olduğunu, hər şeyin baxılıb görülə biləcəyini, mərminin sol tərəfdən girib sağ tərəfdən çıxdığını, özünün hərbi eksperti olmadığını, təcrübəsi olmadığını, dilində dəyərləndirdiyini, işdən çıxarılmağının tam qanunsuz olduğunu, şərəfini ləkələdiklərini, bunun heç kimin həddi olmadığını, özünün heç vaxt işini itirməyəcəyini, 60000 manat ipoteka borcu olduğunu, himayəsində azyaşlı qız uşağı olduğunu, qızının bu il universitetə qəbul olunduğunu, həm Türkiyəyə həm Bakıya qəbul olunduğunu, ona kömək edəcək heç kimin olmadığını, bunların hamısını bildikləri üçün onu bu vəziyyətə saldıqlarını, iş verəcəklərini dediklərini, sadəcə qızını oxutmaq üçün qəbul etdiyini, o işi də vermədiklərini, işlədiyi müddət ərzində 3 dəfə attestasiyadan keçdiyini, 40 yaşında onu işindən atdıqlarını, yerinə 70 yaşlı bir kişini götürmək üçün etdiklərini, anasının 1 ay xəstəxanada xəstə yatdığını, özünün xəstəxanaya girə bilmədiyini, yalan dediklərini ərizəni könüllü yazmadığını, Ramin həkimin cümlə-cümlə dediyini, özünün də yazdığını, buna məcbur qaldığını, iş verəcəklərini dedikləri üçün etdiyini, uşağını oxutmaq üçün etdiyini, üzünə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən çıxarılması ilə bağlı olan əmri oxuduqlarını, ona görə də məcbur qalaraq ərizə verib işdən çıxdığını, Səhiyyə Nazirliyinin hüquqşünası Səbuhinin onu çağırdığını, “gəl ərizəni ver, yoxsa səni Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə çıxaracağam” dediyini, özü Səbuhinin yanında olarkən nazirin Səbuhiyə zəng etdiyini, “Günellə Məmmədtağını tulla” dediyini, bunu özünün eşitdiyini, həmin vaxt Səbuhiyə “məni Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə çıxarın, çıxarmasanız özümü yandıracam” dediyini, sonradan qızına görə məcbur qalıb ərizə verdiyini, özü ərizə verdikdən sonra aparat rəhbərinin yanına getdiyini, ona iş veriləcəyini dediklərini dediyini, aparat rəhbərinin isə cavabdında ona “hələ nazir səni bağışlayıb get şükür et” dediyini, həmin an aldadıldığını başa düşdüyünü, bir ana, bir qadın, bir həkim kimi həkim xalatının özünə verilməsini istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclasında iştirak edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X12 vəkili və nümayəndəsi Nümayəndə izahatında may ayına aid sadəcə 1 sənəd olduğunu, digər hamısının iyun ayına aid olduğunu, iddiaçının gəldiyi səhv rəyin bir çox nəticələrə səbəb olduğunu, hadisənin münasibətləri yaxşı olmayan iki dövlətin münasibətlərinin daha da korlanmasına səbəb olduğunun nəzərə alınmalı olduğunu, istintaqın gedişatına təsir göstərdiyini, İddiaçı işdən çıxarılması ilə bağlı rəsmi sənədin Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin məktubu olduğunu, İddiaçı öz xahişi ilə ərizə verərək işdən azad edildiyini, İddiaçı işdən azad edilməsi üçün səbəbin özünün ərizəsi olduğunu, onun yol verdiyi nöqsana görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılması qərara alındığı vaxt onun öz xahişi ilə həmin maddə ilə deyil öz ərizəsi əsasında işdən çıxarılmasını xahiş etdiyini, burada heç bir məcburiyyət olmadığını, iddia tələbini qəbul etmədiklərini, iddia tələbinin əsassız olduğunu bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində may ayında ştat cədvəlinin yeniləndiyini, bu zaman nazirlikdən yazılı göstəriş gəldiyini, bunun işçilərin iş yerlərinin dəyişdirilməsi ilə bağlı olduğunu, Günelin adının qarşısında Babək-Şahbuz yazıldığını, Günelin bununla razılaşmadığını, 3 dəfə bunun dəyişildiyini, sonda Culfa-Ordubad yazıldığını, Günelin ondan da imtina etdiyini, yeni nazirlə yola getmədiklərini, belə ki, yeni nazirin ilk gələndə onu təbrik etməyə getdikdə onu çox xoş qarşıladığını, ona “siz mənim müəllimim olmuşunuz” dediyini, özünün də şad olduğunu, yaxşı yola gedəcəklərini düşündüyünü, bir müddət keçdikdən sonra onu çağırıb pul istədiyini, özünün də “biz heç kimdən pul almırıq, heç kimə də pul vermirik” dediyini, bundan sonra ona Fəxrəddin həkimi, onun iki bacısını, iki bacısı qızını, Gültəkin həkimi və bacısını işdən azad etməsini dediyini, özünün də cavabında “mən nə əsasla onları azad etməliyəm, nə qoyum çıxarım?” dediyini, onun da “sən yaxşı bilərsən” dediyini, heç birini işdən çıxarmadığını, bir müddət keçdikdən sonra Vüsal müəllimin onu, Fəxrəddin həkimi, onun iki bacısını, iki bacısı qızını, Gültəkin həkimi və bacısını çağırdığını, onlara hədə-qorxu gəldiyini, ərizələrini aldığını, özünə də əmrlərini verməsini dediyini, özünün də ərizələri əsasında əmrlərini verdiyini və azad etdiyini, sonra özünə də “müdirliyi qoy yerə sənə başqa iş verim” deyildiyini, ona 52 illik müdir stajı olduğunu, 47 ildir də ekspertiza sahəsində olduğunu, özünü sındırmayacağını, çıxarmaq istəyirsə birbaşa çıxarmasını dediyini, nazirin Günelin də şəhərdə işləməsini istəmədiyini, ancaq Culfaya getməsini dediyini, Günel xanımın nöqsanı olmadığını, əsgərin ekspertizası olan gün hərbi ekspertin Bakı şəhərində olduğunu, Əliabadda intihar hadisəsi olduğunu, Günelin onu götürüb gəldiyini, sonra əsgər məsələsinin olduğunu, Günelin hadisə yerinə getdiyini, qayıdanda ona zəng etdiyini, ona Culfaya getməsini dediklərini, sonradan guya Kərəmin sifarişini yerinə yetirdiklərini dediklərini, halbuki elə bir şey olmadığını, sonra özünü çağırdıqlarını, Səhiyyə Nazirliyinin hüquqşünası Səbuhinin ona hədəqorxu gəldiyini, ərizəsini verməsini dediyini, özünün də evdə məsləhətləşməsini deyib nazirlikdən çıxdığını, sonra yenidən zəng gəldiyini, ona nazirliyə qayıtmasını dediyini, kürəkəninin onun ərizəsini verib işdən çıxmağını dediyi üçün də ərizəsini verdiyini, Günellə heç bir ədavətinin olmadığını, əslində məqsədlərinin özünün əli ilə Güneli çıxarmaq, Günel də respublikada hər yerə müraciət edərkən də onun özünü işdən çıxarmaq olduğunu, Günelin işdən çıxarılmağında iştirak etmədiyini, ona hədə-qorxu gəldiklərini, Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə çıxaracaqlarını dediklərini, buna görə məcbur qalıb ərizəsini verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X21 ifadəsində Azərbaycan Respublikasın Hərbi Prokurorluğundan məktub gəldiyini, həm İddiaçı, həm də Məmmədtağı İbrahimovun barəsində tədbir görülməsinin tələb olunduğunu, nazirliyin hüquqşünası olduğu üçün məktubun üstünə məktubun icrası ilə bağlı özünün adının yazıldığını, ümumiyyətlə ilk dəfə belə bir məktub daxil olduğunu, özlərinin Hərbi Prokurorluqdan aşağı qurum olduqlarını, məcbur olaraq onların tələbini yerinə yetirməli olduqlarını, Günel həkimi çağırdığını, ona bu barədə məlumat verdiyini, Günel həkimə “ya ərizəni ver get, ya da barəndə tədbir görüləcək” dediyini, ona Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən azad ediləcəyi barədə hədə-qorxu gəlmədiyini, Günel həkimin ilk əvvəl qəbul etmədiyini, Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən azad etmələrini dediyini, “etməsəniz özümü yandıracağam” dediyini, sonra ərizəsini təqdim etdiyini, öz ərizəsi əsasında işdən azad olunduğunu, Günel həkimə heç vaxt hədə-qorxu gəlmədiyini, onu 8 ilə yaxındır tanıdığını, neçə dəfə onunla bağlı şikayətlər gəldiyini, danışdıqlarını, ancaq bunun fərqli, daha ağır bir şey olduğunu, bir hüquqşünas kimi dediyi sözün nəticələrini əvvəlcədən gördüyü üçün elə bir hala yol verməyəcəyini bildirdi. İş materiallarına əlavə olunmuş İddiaçı məxsus əmək kitabçasından: -01 iyul 2021-ci il tarixli, 38 nömrəli əmrlə həmin tarixdən Naxçıvan Muxtar Respublikası MTE və PA Birliyinin Culfa-Ordubad rayonlararası şöbəsinin rəisi –məhkəmə tibb eksperti İddiaçı xx.xx.2021-ci il tarixdən tutduğu vəzifəsindən azad edilərək canlı şəxslərin məhkəmə X16 rəisi vəzifəsinə təyin edilməsi və Culfa-Ordubad rayonlararası şöbəsinin rəisi – məhkəmə tibb eksperti vəzifəsi kadrla təmin olunanadək İddiaçı həvalə edilməsi; -09 iyul 2024-cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz ərizəsi əsasında) əsasən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Naxçıvan şəhər şöbəsinin rəisiməhkəmə tibb eksperti X4 09 iyul 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi aydın olur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertiza və X12 09 iyul 2024-cü il tarixli, 15 nömrəli əmrindən görünür ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 Naxçıvan şəhər şöbəsinin rəisi-məhkəmə-tibb eksperti İddiaçı 09 iyul 2024cü il tarixdən öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilməsi və İddiaçı istifadə etmədiyi məzuniyyət günləri üçün son haqq-hesabının aparılması əmr edilmiş, əsas olaraq İddiaçı şəxsi ərizəsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 05 avqust 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində əmək hüquqlarının pozulması, həmçinin təyziq göstərilməklə Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi Ekspertiza və X12 Naxçıvan Şəhər Şöbəsinun rəisi vəzifəsində əmək müqaviləsinə xitam verilməsinə dair Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X26 Xidmətinə ünvanlanan 11 iyul 2024-cü il tarixli müraciətinə baxılmışdır. Qeyd olunan məsələyə aydınlıq gətirilməsi və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ona aid müvafiq sənədlərin təqdim olunmasına dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə 18 iyun 2024-cü il tarixli məktubla ünvanlanan sorğuya əsasən təqdim olunan sənədlərdən, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron İnformasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə baxış zamanı onunla bağlanmış əmək müqaviləsinə 9 iyul 2024-cü il tarixli ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verildiyi məlum olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Baş prokurorunun müavini Azərbaycan Respublikası Hərbi prokuroru Xanlar Vəliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Samiq Sadıxova ünvanlanmış 01 iyul 2024-cü il tarixli, 3-3- 020/2-3206/24 nömrəli məktubda qeyd edilmişdir ki, “11 iyun 2024-cü il tarixdə Naxçıvan hərbi prokurorluğuna X19 Ordusunun tabeliyindəki N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər X14 meyitinin hərbi hissənin Şərur rayonunun Günnüt kəndi ərazisində, Ermənistan Respublikasının döyüş mövqeləri ilə üzbəüz yerləşən neytral ərazidə aşkar edilməsi barədə daxil olmuş məlumatla əlaqədar Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordusunun Məhkəmə-X16 rəisi, tibb xidməti mayoru Fariz Məmmədov həmin gün məzuniyyətdə olduğundan, meyitin müayinəsinin aparılmasına Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X12 Naxçıvan şəhər X24 rəisi İddiaçı Fərahim qızı cəlb olunaraq onun hadisə yerinə aparılması təmin edilmişdir. Əsgər C.T.Hüseynovun meyiti elə həmin gün Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X12 meyitxanasına gətirildikdən sonra, meyitin xarici müayinəsinə başlanmazdan öncə həmin birliyin baş direktoru X7 meyitin müayinəsinin aparılmasına cəlb olunmadığı halda, orada öz səlahiyyətlərindən açıq-aşkar kənara çıxaraq və qeyri-peşəkarlıq nümayiş etdirərək, həmin vaxtadək kənar məsafədən odlu silah güllə yaralanmasından ölmüş şəxslərin meyitlərini müayinə etməmiş ekspert İddiaçı yanında hadisə ilə bağlı meyitxanaya gəlmiş X19 Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevə və Naxçıvan hərbi prokurorluğunun nümayəndələrinə qəti əminliklə, meyitin kənardan sadəcə vizual müşahidəsini aparıb əsgər C.T.Hüseynovun uzaq məsafədən açılmış atəş nəticəsində öldüyünü, güllənin baş nahiyəsinin sol tərəfindən girərək sağ tərəfindən çıxdığını bildirib, atəşin məsafəsi yə güllənin giriş-çıxış yaraları barədə heç bir elmi əsası olmayan yönləndirici fikirlər söyləmişdir. Eyni zamanda, ekspert İddiaçı müayinəyə başladıqdan sonra, öz məsuliyyətini unudaraq, səthi və keyfiyyətsiz müayinə apanb bilavasitə rəisi olan M.Q.İbrahimovun bildirdiyi rəyə qoşulmaqla sonuncunun dediklərinin təsiri altında istintaq orqanının nümayəndələrinə meyit üzərində olan odlu silah güllə yaralanmasının giriş və çıxış zədələrinin yerləşmə yeri və atəşin istiqamətinə dair qabaqcadan yanlış fikir bildirmişdir. Nəticədə göstərilənlər Əsgər C.T.Hüseynovun erməni hərbi qulluqçuları tərəfindən uzaq məsafədən açılmış atəş nəticəsində qəsdən öldürülməsi barədə yanlış fikirlər yaratmaqla, eyni zamanda sosial şəbəkələrdə baş vermiş hadisənin şəraiti ilə əlaqədar yanlış rəy formalaşdırmış, ilkin mərhələdə istintaqı yanlış istiqamətləndirmişdir. Lakin, istintaqın sonrakı-mərhələsində əsgər C.T.Hüseynovun bilavasitə yaxın məsafədən açılmış atəş nəticəsində öldüyü müəyyən edilmiş, həmçinin meyitdən götürülmüş dəri və digər nümunələrin histoloji və kriminalistik tədqiqatları nəticəsində atəşin istiqaməti düzgün müəyyən edilməklə güllənin C.T.Hüseynovun baş nahiyəsinin sağ tərəfindən girib sol tərəfindən çıxdığı məlum olmuşdur. O da nəzərə alınmalıdır ki, adi gözlə baxdıqda belə, meyitin müayinəsi zamanı başın sağ nahiyəsindəki yaranın ətrafından götürülmüş dəri nümunəsi üzərində atəşin əlavə faktorlarının izləri (yaranın ətrafındakı yanıq izləri) açıq-aşkar müşahidə edilmişdir ki, bu da ekspertlər tərəfindən müayinə zamanı tamamilə yalnış fikir bildirilməsini bir daha təsdiq etməklə yanaşı, onların qeyri-peşəkarlığını nümayiş etdirir. Odur ki, qeyd edilənləri Sizə bildirməklə, göstərilənlərlə bağlı Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X12 baş direktoru X2 və həmin Birliyin Naxçıvan şəhər X24 rəisi İddiaçı barəsində ciddi tədbirlər görülməsi məsələsinə baxıb nəticəsi barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna məlumat verilməsini xahiş edirəm”. İş materiallarında olan 09 iyul 2024-cü il tarixli, 01 nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertiza və X12 və Naxçıvan Muxtar Respublikası SN həmkarlar təşkilatının sədri ilə iclas keçirilmiş, iclasda 7 nəfər iştirak etmiş, SN Hİ sədri X22, sədr X1 və katib X5 dəvət olunmuş, Azərbaycan Respublikası Baş prokurorunun müavini Azərbaycan Respublikası Hərbi prokuroru general - leytenant Xanlar Vəliyevin təqdimatı əsasında MTE və PA Birliyinin Naxçıvan şəhər şöbəsinin şöbə müdiri İddiaçı Fərahim qızının barəsində tədbir görülməsi məsələsi müzakirə edilmiş, İddiaçı əmək fəaliyyəti nəticəsində yol verdiyi kobut səhvi səbəbindən Birliyin qanuni mənafeyinə ciddi xələl gətirməsini nəzərə alaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad olunmasına qarar verilmiş, lakin, İddiaçı təkrar çıxış edərək himayəsində bir qızının və tək ailə başçısı olmasını eləcə də qərarla çıxarıldıqdan sonra heç bir yerdə işə düzələ bilməyəcəyini bildirərək tutduğu vəzifədən öz ərizəsi əsasında işdən azad edilməsini xahiş etmiş və işdən çıxarılması barədə ərizə təqdim etmiş, iclas iştirakçıları qeyd olunanları nəzərə alaraq İddiaçı qərarla deyil öz ərizəsi əsasında işdən azad olunmasına şərait yaradılmasına razılıq vermiş və həmin tarixdə yəni, xx.xx.2024-cü ildə öz ərizəsi əsasında işdən azad edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X12 baş direktoru Ramin Allahverdiyevə ünvanlandığı 09 iyul 2024-cü il tarixli ərizəsində qeyd etmişdir ki, “Yazaraq sizdən xahiş edirəm ki, məni xx.xx.2024-cü il tarixdən öz ərizəm əsasında tutduğum vəzifədən azad edəsiniz”. İş materiallarında olan işəgötürən Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X12 baş direktoru X7 ilə işçi İddiaçı arasında bağlanmış 18 iyul 2012-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X12 Culfa-Ordubad rayonlararası şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan işəgötürən Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X12 baş direktoru X7 ilə işçi İddiaçı arasında bağlanmış 01 iyul 2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X13 Canlı şəxslərin ambulatoriya və məhkəmə X16 rəisi vəzifəsinə təyin edilmiş, onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı madəsinə əsasən, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımlar atacaqlar. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertiza və X12 baş direktorunun 09 iyul 2024-cü il tarixli, 15 nömrəli əmrinin qanuniliyi yoxlanılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Yuxarıda qeyd olunan normaların tələbini iş materialları ilə əlaqəli formada tədqiq edərək məhkəmə belə qeyd edir ki, iş materiallarına əlavə edilmiş 09 iyul 2024-cü il tarixli, 01 nömrəli protokoldan görünür ki, İddiaçı əmək fəaliyyəti nəticəsində yol verdiyi kobud səhvi səbəbindən Birliyin qanuni mənafeyinə ciddi xələl gətirməsini nəzərə alaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad olunmasına qərar verilmiş, lakin İddiaçı təkrar çıxış edərək himayəsində bir qızının və tək ailə başçısı olmasını eləcə də qərarla çıxarıldıqdan sonra heç bir yerdə işə düzələ bilməyəcəyini bildirərək tutduğu vəzifədən öz ərizəsi əsasında işdən azad edilməsini xahiş etmiş və işdən çıxarılması barədə ərizə təqdim etmiş, iclas iştirakçıları qeyd olunanları nəzərə alaraq İddiaçı qərarla deyil öz ərizəsi əsasında işdən azad olunmasına şərait yaradılmasına razılıq vermiş və həmin tarixdə yəni, xx.xx.2024-cü ildə öz ərizəsi əsasında işdən azad edilmişdir. Həmçinin iş materiallarında olan İddiaçı tərəfindən yazılmış 09 iyul 2024-cü il tarixli ərizədən də görünür ki, o, xx.xx.2024-cü il tarixdən öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Qeyd olunan hal iddiaçının və cavabdehin vəkil və nümayəndəsinin də məhkəmə iclasında verdiyi izahatı əsasında sübuta yetirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad olunmasına dair qərar verildikdən sonra işəgötürənə öz ərizəsi əsasında işdən çıxarılmasını təklif etmiş, bununla bağlı ərizə verərək işdən çıxarılmasını xahiş etmişdir. Qeyd olunanlardan da görünür ki, işçi İddiaçı öz təşəbbüsü ilə və yazılı ərizə əsasında müraciət edərək tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində və məhkəməyə verdiyi izahatlarında həmin 09 iyul 2024-cü il tarixli ərizəni ona hədə-qorxu gəlindiyi və ona təzyiqlər edildiyi üçün, hədə-qorxu və təzyiq altında yazdığını bildirsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və işin araşdırılması zamanı bu kimi hallar öz təsdiqini tapmamışdır. Əksinə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad olunmasına dair əmr verilməməsi üçün öz istəyi əsasında ərizə verərək işdən çıxarılmasını xahiş etmişdir.Göründüyü kimi işəgötürən tərəfindən iddiaçı işdən çıxarılması barədə ərizə yazmağa məcbur edilməmiş, öz istəyi əsasında ərizə yazmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. İddiaçı isə tələbinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin İddiaçı həm iddia ərizəsində, həm də məhkəməyə verdiyi izahatında ərizə verdikdən sonra 1 ay müddətində işinə qaytarılması üçün müraciət etməsinin nəzərə alınmamasının qanunsuz olduğunu bildirməsi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən azad olunmasına qarar verilərkən onun tutduğu vəzifədən öz ərizəsi əsasında ərizə verdiyi tarixdən işdən azad edilməsini xahiş etməsini, işdən çıxarılması barədə ərizə təqdim etməsini və bu əsasda işdən azad edilməsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsində göstərilmiş ərizəsində göstərdiyi gün əmək müqaviləsinin ləğv edilə biləcəyi hallarından biri olan “qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda” siyahısına daxil etmək olar. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə öz istəyi əsasında xitam verilməsi ilə bağlı ərizəsinin nəzərə alınmamaqla əmək münasibətlərinin davam etdirilməsi barədə verdiyi ərizənin işəgötürən tərəfindən təmin edilməməsi düzgün olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı öz ərizəsi əsasında işdən azad edilməsinə dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X12 baş direktorunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli əmri qanunidir. Bu səbəbdən İddiaçı öz ərizəsi əsasında işdən azad edilməsinə dair xx.xx.2024-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi, İddiaçı öz ərizəsi əsasında işdən azad edilməsinə dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X12 baş direktorunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli əmrinin ləğv edilməsi tələbi rədd edilməlidir. Həmçinin İddiaçı iddiası öz ərizəsi əsasında işdən azad edilməsinə dair xx.xx.2024-cü il tarixli ərizəsinin etibarsız hesab edilməsi və İddiaçı öz ərizəsi əsasında işdən azad edilməsinə dair Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X12 baş direktorunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli əmrinin ləğv edilməsi tələbinə dair hissədə rədd edilməli olduğundan İddiaçı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X12 Naxçıvan şəhər şöbəsinin rəisi-məhkəmə tibb eksperti vəzifəsinə bərpa edilməsi və İddiaçı məcburi iş buraxdığı - xx.xx.2024-cü il tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqının ödənilməsinə dair hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6rşı ərizənin etibarsız hesab edilməsi, əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6rşı ərizənin etibarsız hesab edilməsi, əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1333/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1333/2024
20.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver