Məhkəmə qərarları › İş №2(078)-134/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-134/2025

17.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-134/2025 17.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X9 və cavabdeh “X45 Mərkəzi” publik hüquqi şəxsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə, “Naxçıvan Muxtar Respublikası X6 Birliyi” publik hüquqi şəxsinə və “X45 Mərkəzi” publik hüquqi şəxsinə qarşı əmrin ləğvi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi ilə işə bərpa, ödənilməmiş əmək haqqının (əlavə ödənclərlə birgə) ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin (S.Sadıxov) barəsində verdiyi xx.xx.2024-cü il tarixli, 275 nömrəli əmrinin ləğv edilməsi, “X45 Mərkəzi” PHŞ-nin direktoru vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü ildən vəzifəsinə bərpa ediləcəyi günədək məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsi, məcburi işburaxmaya görə ödənilən əmək haqqının gecikdirilmiş hər günü üçün 1%-i həcmində ödəncin ödənilməsi, “X45 Mərkəzi” PHŞ-nin direktoru olduğu müddətdə az ödənilmiş 9729.15 manat (xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək) məbləğdə əmək haqqının ödənilməsi, həmin gecikdirilmiş 9729.15 manat məbləğin - xx.xx.2024-cü ildən başlayaraq ödənildiyi günədək - hər günü üçün 1%-i həcmində ödəncin ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, "İşəgötürən" qismində Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi (Səhiyyə nazirinin birinci müavini, Nazir vəzifəsini müvəqqəti icra edən S.Sadıxovun şəxsində) ilə onun ("İşçi" kimi) "X45 Mərkəzi" PHŞ-nin direktoru vəzifəsinə qəbul olunmağı barədə xx.xx.2023-cü il tarixdə aralarında müddətsiz Əmək müqaviləsi (kontraktı) bağlanmışdır. Səhiyyə nazirinin birinci müavini, Nazir vəzifəsini müvəqqəti icra edən S.Sadıxovun xx.xx.2023-cü il tarixli, 292 nömrəli əmri ilə o - İddiaçı "X45 Mərkəzi" publik hüquqi şəxsin (bundan sonra - PHŞ) direktoru vəzifəsinə təyin olunmuşdur. xx.xx.2023-cü ildən əmək müqaviləsi üzrə vəzifələrinin icrasına başlamış və işlədiyi müddətdə "X45 Mərkəzi" PHŞ-nin direktoru kimi üzərinə düşən vəzifələri layiqincə icra etmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinə ərizə ilə müraciət edərək 2024-cü il üçün əmək məzuniyyətinə buraxılmağını xahiş etmişdir. Məzuniyyətə buraxılmağını gözlədiyi halda, ona məlum olub ki, nazirin xx.xx.2024-cü il tarixli 275 nömrəli əmri ilə "X45 Mərkəzi" PHŞ-nin direktoru vəzifəsindən azad edilmişdir. Sözügedən Əmrin əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi göstərilmişdir. O, xx.xx.2024-cü il tarixdə qanunvericilik və əmək müqaviləsi ilə malik olduğu əmək məzuniyyəti hüququndan istifadə etmək məqsədilə işəgötürənə ərizə yazmışdır. Əmək müqaviləsinin ləğvinə dair işəgötürənə hər hansı müraciəti olmamışdır. Belə olduğu halda işdən azad olunmağını qanunsuz hesab edərək (İşəgötürən qismində) Səhiyyə naziri S.Sadıxova və əmək qanunvericiliyinə işəgötürənlər tərəfindən riayət edilməsinə, işçilərin hüquqlarının qorunmasına nəzarət edən dövlət orqanına müraciət etmişdir. Cavabdeh tərəfindən ona hər hansı qanuni, əsaslı və ağılabatan izah, əmrin ləğv edilməsinə dair təklifinə cavab verilməmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq pozulmuş əmək hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesinin tətbiqi barədə işəgötürənə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli Mediasiya təklifinə (poçt vasitəsilə göndərmişdir) cavab verilmədiyi üçün İMS Ərizəsi ilə Naxçıvan MR üzrə X7 xx.xx.2024-cü ildə müraciət etmişdir. xx.xx.2024-cü il tarixə təyin olunan İlkin mediasiya sessiyasına gələn Cavabdeh nümayəndəsi tərəfindən mübahisənin həlli üçün barəsində verilmiş qanunsuz əmrin ləğvi və s. təklifləri ilə bağlı məsələnin mediasiya yolu ilə həllinə razılıq verməmişdir. Buna görə də X19 (Mediator Ə.Məmmədov) tərəfindən İlkin Mediasiya sessiyasından sonra Prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayış verilmişdir. X14 Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətində (bundan sonra Xidmət) baxılmasının nəticəsi barədə verilən cavab məktubunda göstərilir: "...Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə göndərilmiş sorğuya əsasən təqdim olunan məlumat və sənədlərdən, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq” altsisteminə baxış zamanı sizinlə bağlanmış 19 oktyabr 2023-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin Məcəllənin (bundan sonra - Məcəllə) 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən 12 sentyabr 2024-cü il tarixdə xitam verildiyi müəyyən edilmişdir. Müvafiq məlumatlara baxılmaqla aparılmış araşdırmadan əmək müqavilənizə xitam zamanı Məcəllənin 69-cu maddəsində (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) qeyd olunan halların olmadığı müəyyənləşdirilmişdir. Qeyd olunan məsələdə inzibati xətanın əlamətləri müəyyən edildiyindən "İnzibati xəta haqqında Protokol"un tərtib olunmasında iştirak etməsi məqsədilə işəgötürənə 27 sentyabr 2024-cü il tarixli bildiriş göndərilmişdir. Bildirişə uyğun olaraq inzibati xətaya dair işə baxılması 4 oktyabr 2024-cü il tarixə təyin olunarkən aşkar olunan inzibati xəta hadisəsinə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-сı maddəsi ilə (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) işəgötürən barəsində 18 oktyabr 2024-cü il tarixdə "İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar" qəbul edilmişdir. Bununla yanaşı qeyd olunan inzibati xətanı törətdiyinə görə işəgötürənə şərti olaraq inzibati cərimə tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət müəyyən olunmuşdur. Bununla yanaşı müraciətdə qaldırdığınız məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır." Əmək müqaviləsinə xitam verilməsi və tutduğu vəzifədən azad olunmağı ilə bağlı tərəfindən ərizə verilmədiyi halda Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi ilə tutduğu vəzifədən azad olunmağı əsassız və qanunsuzdur. Bu qanunsuz əmrlə onun Konstitusion hüququ olan əmək hüququ pozulmuşdur. Əlavə olaraq onun aylıq əmək haqqı (əmək müqaviləsində) elektron sistemdə göstərilən məbləğdən (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə) 9729.15 manat az ödənilmişdir. Hesab edir ki, əmək haqqının az ödənilməsinə görə gecikdirilmiş əmək haqqının gündəlik 1%-i həcmində ödənc məbləği də əlavə olaraq ödənilməlidir. İMS üçün ərizədə digər tələblərlə yanaşı, ödənilməmiş əmək haqqının birdəfəlik ödənilməsinə dair təklif vermişdir. Hesab edir ki, barəsində verilmiş qanunsuz əmr ləğv edilməli və məcburi işburaxmaya görə əmək haqqısı ödənilməklə əmək müqaviləsi üzrə vəzifəsinə bərpa olunmalı və gecikdirilmiş əmək haqqının gündəlik 1%-i həcmində ödənc ödənilməlidir. xx.xx.2023-cü il tarixli Əmək müqaviləsi (Kontraktı) onun "X45 Mərkəzi” PHŞ-nin direktoru vəzifəsinə qəbul olunmağını təsdiq edir. Naxçıvan MR Səhiyyə nazirinin birinci müavini, Nazir vəzifəsini müvəqqəti icra edən S.Sadıxovun xx.xx.2023-cü il tarixli, 292 nömrəli əmri ilə o, "X45 Mərkəzi” PHŞ-nin direktoru vəzifəsinə təyin olunmuşdur. Naxçıvan MR Səhiyyə nazirinin xx.xx.2024-cü il tarixli, 275 nömrəli əmri ilə o, "X45 Mərkəzı PHŞ-nin direktoru vəzifəsindən qanunsuz azad olunmuşdur. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin müraciətinə baxılması barədə məktubunda onun barəsində işəgötürənin xx.xx.2024-cü il tarixli Əmrinin qanunsuz olduğu səlahiyyətli dövlət orqanı tərəfindən bir daha təsdiq edilir. Naxçıvan MR üzrə X3 xx.xx.2024-cü il tarixli arayışı ilə əmək mübahisənin mediasiya vasitəsilə həllinin mümkün olmadığı və məhkəməyə müraciət etmək üçün lazımi prosedurun keçildiyi təsdiq edilir. Yuxarıda qeyd etdiyi kimi, müddətsiz (xx.xx.2023-ci ildən) bağlanmış əmək müqaviləsi çərçivəsində işçi kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyinə və əmək müqaviləsinin ləğvinə dair ərizə vermədiyi halda, Məcəllənin 68.2-ci maddəsinin a) bəndinə əsasən tutduğu vəzifədən azad edilməyinə dair verilmiş əmr qanunsuz olmaqla malik olduğu əmək hüquqlarının işəgötürən tərəfindən kobud şəkildə pozulmasıdır. Yuxarıda qeyd etdiyi kimi, işlədiyi müddətdə ona əmək müqaviləsində nəzərdə tutulduğundan (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə) 9729.15 manat az əmək haqqı ödənilmişdir. İddiaçı 08 yanvar 2025-ci il tarixdə məhkəməyə başqa cavabdehlərin cəlb edilməsinə dair vəsatət göndərərək vəsatətdə qeyd etmişdir ki, tərəfindən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə qarşı “Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin (S.Sadıxov) barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 275 nömrəli əmrinin ləğv edilməsi, “X45 Mərkəzi” PHŞ-nin direktoru vəzifəsinə bərpa edilməyi, xx.xx.2024-cü ildən vəzifəsinə bərpa ediləcəyi günədək məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsi və s.” tələblər üzrə qətnamə qəbul edilməsinə dair iddia qaldırılmışdır. İddia ərizəsi məhkəmənin icraatındadır. İş üzrə başqa cavabdehlərin cəlb edilməsinə zərurət olduğundan hazırki vəsatəti təqdim edərək aşağıdakıları məhkəmənin diqqətinə çatdırır. İcraatda olan iş üzrə iddia ərizəsində məhkəmədən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin (S.Sadıxov) barəsində verdiyi xx.xx.2024-cü il tarixli, 275 nömrəli əmrinin ləğv edilməsi, “X45 Mərkəzi” PHŞ-nin direktoru vəzifəsinə bərpa edilməyi, xx.xx.2024-cü ildən vəzifəsinə bərpa ediləcəyi günədək məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsi, məcburi işburaxmaya görə ödənilən əmək haqqının gecikdirilmiş hər günü üçün 1%-i həcmində ödəncin ödənilməsi, “X45 Mərkəzi” PHŞ-nin direktoru olduğu müddətdə az ödənilmiş 9729.15 manat (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) məbləğdə əmək haqqının ödənilməsi, həmin gecikdirilmiş 9729.15 manat məbləğin - xx.xx.2024-cü ildən başlayaraq ödənildiyi günədək - hər günü üçün 1%-i həcmində ödəncin ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Göründüyü kimi, iddia tələbinin “Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin (S.Sadıxov) barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 275 nömrəli əmrinin ləğv edilməsi” hissəsi üzrə barəsində verilmiş qanunsuz əmr əmək hüququnun pozulması ilə nəticələndiyindən və həmin əmrin ləğv edilmədən pozulmuş hüququnun bərpası, yəni, əvvəlki vəzifəsinə bərpa edilməyi və digər tələblər mümkün olmadığından tələbin bu hissəsi üzrə Cavabdeh olmalıdır. Eyni zamanda, iddia tələbinin digər hissələri - yəni, “X45 Mərkəzi” PHŞnin direktoru vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü ildən vəzifəsinə bərpa ediləcəyi günədək məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsi, məcburi işburaxmaya görə ödənilən əmək haqqının gecikdirilmiş hər günü üçün 1%-i həcmində ödəncin ödənilməsi, “X45 Mərkəzi” PHŞ-nin direktoru olduğu müddətdə az ödənilmiş 9729.15 manat (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) məbləğdə əmək haqqının ödənilməsi, həmin gecikdirilmiş 9729.15 manat məbləğin - xx.xx.2024-cü ildən başlayaraq ödənildiyi günədək-hər günü üçün 1%-i həcmində ödəncin ödənilməsinə” dair hissəsi üzrə isə başqa cavabdehlərin cəlb olunmasına zərurət vardır. Belə ki, məlumat verildiyi kimi, Naxçıvan MR Ali Məclisinin sədrinin xx.xx.2023-cü il tarixli 191-Vİ FR nömrəli Fərmanının və Naxçıvan MR Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli, 133 nömrəli Qərarının icrası qaydasında X45 Mərkəzi PHŞ Cavabdeh tabeliyindən çıxarılaraq Naxçıvan MR X6 Birliyi PHŞnin tabeliyinə verilmişdir. Ona görə də iddia tələblərinə müvafiq olaraq Naxçıvan MR X6 Birliyi PHŞ-nin və X45 Mərkəzi PHŞ-nin iş üzrə cavabdeh kimi cəlb edilməsi zəruridir. Azərbaycan Respublikası MPM-in 51.3-cü maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Yuxarıda göstərilənləri, Azərbaycan Respublikası MPM-in 4, 47, 51-ci maddələrinin tələblərini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikası X6 Birliyi” PHŞ-nin və “X45 Mərkəzi” PHŞ-nin hazırki iş üzrə cavabdeh qismində cəlb edilmələrini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-134/2025 nömrəli, 08 yanvar 2025-ci il tarixli qərardadı ilə İddiaçı vəsatətinin təmin edilməsi və İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə qarşı əmrin ləğvi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi ilə işə bərpa, ödənilməmiş əmək haqqının (əlavə ödənclərlə birgə) ödənilməsi tələbinə dair mülki iş üzrə “Naxçıvan Muxtar Respublikası X6 Birliyi” publik hüquqi şəxsinin və “X45 Mərkəzi” publik hüquqi şəxsinin cavabdeh qismində mülki işə cəlb edilmələri qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X23 08 yanvar 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə yazılı izahat təqdim edərək qeyd etmişdir ki, vətəndaş İddiaçı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə qarşı “əmrin ləğvi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi ilə bağlı işə bərpa, ödənilməmiş əmək haqqının (əlavə ödənclərlə birgə) ödənilməsi” tələbinə dair Naxçıvan Şəhər Məhkəməsində əsassız iddia qaldırmışdır. Belə ki, İddiaçı 19 oktyabr 2023-cü il tarixdə “X45 Mərkəzi” publik hüquqi şəxsin direktoru təyin edilmiş, 12 sentyabr 2024-cü il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 maddəsinin 2.A hissəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı əmək məzuniyyətinə çıxmaq istəməsi haqqında ərizəsi 13 sentyabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə daxil olmuşdur. Bu səbəbdən həmin ərizə baxılmamış saxlanılmışdır. İddiaçı Azərbaycan Dövlət Neft Akademiyasının Elektrotexnika və elektromexanika üzrə ali təhsil almışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Maddə 314.2-ci hissəsinə əsasən (Bu Məcəllənin tətbiqi zamanı yaranan hüquqi tənzimləmə məsələlərinin həlli) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı öz səlahiyyətləri çərçivəsində bu Məcəllənin ayrı-ayrı müddəalarının tətbiqini təmin etmək məqsədi ilə zəruri olan təlimatlar, əsasnamələr, qaydalar və digər normativ hüquqi aktlar qəbul edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 314.2-ci hissəsinə əsasən 19 iyun 2017-ci il tarixli 8 nömrəli qərarı ilə “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X13” təsdiq edilmişdir. “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X13”na əsasən tibb müəssisəsinin rəhbəri işləmək üçün rezidentura təhsilli olmaqla tibb ixtisası üzrə həkim-mütəxəssis və ya bu təhsil səviyyəsi tətbiq edilənədək tibb ixtisası üzrə ali təhsil və 10 ildən az olmayaraq tibb müəssisəsində əmək stajı və ya əsas (baza ali) tibb təhsilli olmaqla 12 ildən az olmayaraq tibb müəssisəsində əmək stajı tələb edilməkdədir. Yuxarıda qeyd olunan normativ hüquqi aktlara əsasən İddiaçı tibb müəssisəsinin direktoru işləməsi qanunvericiliyə əsasən qanunsuz hesab olunur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.2-ci hissəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən ləğv oluna bilər. Həmçinin, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinin 9.1-ci yarımbəndinə əsasən əmək müqaviləsinin 68-ci maddəsi ilə tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə biləcəyi açıqca qeyd olunmuşdur. “İnzibati ərazi vahidləri üzrə ailə sağlamlıq mərkəzlərinin Siyahısı”nın və “Naxçıvan Muxtar Respublikasının X6 Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 26 noyabr tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 oktyabr tarixli 133 nömrəli Qərarının 4-cü bəndinə əsasən “X45 Mərkəzi” publik hüquqi şəxsidə daxil olmaqla bir çox tibb müəssisəsi “Naxçıvan Muxtar Respublikasının X6 Birliyi” publik hüquqi şəxsin tabeliyinə verilmişdir. Bu səbəbdən İddiaçı iddia ərizəsində qeyd etdiyi kimi onun əvvəlki vəzifəsinə bərpası mümkün deyil. Həmçinin, İddiaçı işdən azad olunma əmrində son haqq-hesabın aparılması tapşırılmışdır. Həmin əmrə əsasən İddiaçı əməkhaqqı üzrə bütün proseslərin aparılmasının icrası “X45 Mərkəzi” publik hüquqi şəxsi tərəfində həyata keçirilmişdir. Hazırda “X45 Mərkəzi” publik hüquqi şəxsi Naxçıvan Muxtar Respublikasının tabeliyində olmadığına İddiaçı əməkhaqqı üzrə tələblərinin araşdırılması mümkün deyildir. Əlavə olaraq bildirilir ki, “X45 Mərkəzi” publik hüquqi şəxsi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olduğu zaman “Publik hüquqi şəxslər” haqqında Azərbaycan Respublikası Qanununa əsasən maliyyə- mühasibatlıq məsələləri müəssisənin özü tərəfindən müstəqil surətdə icra edilirdi. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən işçilərin əməkhaqlarının, vəzifə maaşları və digər maliyyə sistemi üzərində heç bir nəzarəti olmamışdır. Bu səbəbdən İddiaçı “X45 Mərkəzi” publik hüquqi şəxsində işlədiyi müddətdə əməkhaqqı ilə iddasına cavabdeh “X45 Mərkəzi” publik hüquqi şəxsidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-cı maddəsinə əsasən mühakimə icraatında olan iddia ərizəsinin rədd edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının X6 Birliyi publik hüquqi şəxsi X45 Mərkəzi publik hüquqi şəxsinin direktorunun inzibati məsələlər üzrə müavini, direktor vəzifəsini müvəqqəti icra edən İlqar Vəliyev tərəfindən 05 fevral 2025-ci il tarixdə məhkəməyə göndərilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı "əmrin ləğvi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi ilə işə bərpa, ödənilməmiş əmək haqqının (əlavə ödənclərlə birgə) ödənilməsi” barədə iddiası ilə əlaqədar olaraq bildirilir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun 19 oktyabr 2023-cü il tarixli, 292 nömrəli əmri ilə İddiaçı "X45 Mərkəzi” publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilmiş, İddiaçıTəvəkkül oğlu ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən arasında 19 oktyabr 2023-cü il tarixdə 3 (üç) ay sınaq müddəti verilməklə əmək müqaviləsi (kontraktı) bağlanmışdır. "X45 Mərkəzi” publik hüquqi şəxsi tərəfindən İddiaçı işlədiyi dövr ərzində aylar üzrə əməkhaqqı ödənilmişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin 12 sentyabr 2024-cü il tarixli, 275 nömrəli əmri ilə İddiaçı tutduğu "X45 Mərkəzi" publik hüquqi şəxsin direktoru vəzifəsindən azad edilmiş və ona son haqq-hesab ödənilmişdir. İddiaçı vəzifədən azad etmək Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin səlahiyyətində olmuşdur. İddiaçının mübahisələndirdiyi əmr də məhz səhiyyə naziri tərəfindən qəbul edilmişdir. "Naxçıvan Muxtar Respublikasının X6 Birliyi" publik hüquqi şəxsi təsisçi göstərilməklə "X45 Mərkəzi" publik hüquqi şəxsi 22 noyabr 2024-cü il tarixdə 4 saylı Ərazi Vergilər İdarəsində (Naxçıvan MR) dövlət qeydiyyatından keçərək çıxarış almışdır. Ona görə də hesab edir ki, hazırkı iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi olmalı, "X45 Mərkəzi" publik hüquqi şəxsi cavabdehlər sırasından çıxarılmalıdır. Hörmətli Məhkəmə, yuxarıda qeyd edilənləri nəzərə alıb, "X45 Mərkəzi" publik hüquqi şəxsin cavabdehlər sırasından çıxarılmasını və ya İddiaçı iddia tələbinin "X45 Mərkəzi" publik hüquqi şəxsinə aid olan hissəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “Naxçıvan Muxtar Respublikasının X6 Birliyi” publik hüquqi şəxsinin nümayəndəsi X10 tərəfindən 11 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə təqdim edilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, 2023-cü il 28 iyul tarixində Naxçıvan Muxtar Respublikasının X44 2023-cü il 28 iyul 194-Vİ FR nömrəli Fərmanına uyğun olaraq “Naxçıvan Muxtar Respublikasının X6 Birliyi” publik hüquqi şəxsinin (bundan sonra Birlik) yaradılması nəzərdə tutulmuşdur. Adı keçən Fərmanın 4.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti 12 oktyabr 2023-cü il tarixli 133 nömrəli Qərar ilə Birliyin tabeliyinə verilmiş dövlət tibb müəssisələrinin siyahısını təsdiq etmişdir. “X45 Mərkəzi” publik hüquqi şəxsi də qeyd olunan Qərara uyğun olaraq Birliyin tabeliyinə verilmişdir. Birliyin 2023-cü il 28 iyul 194-Vİ FR nömrəli Fərmana uyğun olaraq yaradılmasının nəzərdə tutulmasına baxmayaraq, Birlik müəyyən səbəblərdən öz fəaliyyətinə 2024-cü ilin iyun ayında başlamışdır. Belə ki, Birlik publik hüquqi şəxs kimi xx.xx.2024-cü il tarixdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmışdır (dövlət reyestrindən çıxarış əlavə olunur). Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 44-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq (Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.) Birliyin 2024-cü il 24 iyun tarixinədək fəaliyyət göstərmədiyini əsaslı olaraq qeyd edə bilər. Həmin tarixədək müvafiq Qərar əsasında (NK 2023 12 oktyabr 133 nömrəli) Birliyin tabeliyinə verilmiş dövlət tibb müəssisələri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərmiş, qeyd olunan tibb müəssisələrinin nizamnamələri, strukturu, əməyin ödənişi fondu, işçilərinin say həddi və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləği Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən olunmuşdur. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 292 nömrəli əmrinə əsasən İddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmış və o, “X45 Mərkəzi” publik hüquqi şəxsində direktor vəzifəsinə təyin edilmişdir. İddiaçı əmək müqaviləsinə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 275 nömrəli əmrinə əsasən xitam verilmişdir. Müqavilənin tərəfinin işəgötürən qismində (2024-cü il 24 iyun tarixdən - xx.xx.2024cü il tarixədək) Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin çıxış etməsinin başlıca səbəbi “X45 Mərkəzi” publik hüquqi şəxsi xx.xx.2024-cü il tarixdə rəsmi qaydada dövlət qeydiyyatına alındığı zaman təsisçi kimi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi göstərilmiş və müəssisənin rəhbər heyətini vəzifəyə təyin və vəzifədən azad etmək bilavasitə Nazirliyin səlahiyyətində olmuşdur. “X45 Mərkəzi” publik hüquqi şəxsi 2024-cü ilin noyabr ayınadək faktiki olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərmişdir. 2024-cü il 22 noyabr tarixində tibb mərkəzinin təsis sənədinə və qanuni təmsilçilərinə müvafiq dəyişikliklər edilmiş və sonraki dəyişiklikə bağlı yenidən qeydiyyata alınmışdır. Əlavə olaraq İddiaçı xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən müvafiq vəzifəyə təyin edilən zaman Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X13”nın 3-cü abzasının tələbləri nəzərə alınmamışdır. Belə ki, adı çəkilən hissədə tibb müəssisəsinin direktoru vəzifəsinə münasibətdə bir sıra kriteryalar müəyyən olunmuşdur (rezidentura təhsilli olmaqla tibb ixtisası üzrə həkim-mütəxəssis və ya bu təhsil səviyyəsi tətbiq edilənədək tibb ixtisası üzrə ali təhsil və 10 ildən az olmayaraq tibb müəssisəsində əmək stajı; əsas (baza ali) tibb təhsilli olmaqla 12 ildən az olmayaraq tibb müəssisəsində əmək stajı). Yuxarıda qeyd edilənlər əsasən İddiaçı müvafiq vəzifəyə bərpasının mümkün olmadığını əsaslı olaraq qeyd edir. Bu faktı iddiaçının iş materiallarına əlavə etdiyi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 19 oktyabr 2023-cü il tarixli, 292 nömrəli əmrin 1-ci hissəsi də təsdiq edir. Əmrin məzmunundan aydın olur ki, İddiaçı “Azərbaycan Dövlət Neft Akademiyasının Elektrotexnika və elektromexanika” ixtisasını və Azərbaycan Respublikasının Prezidenti yanında DİA-nın Dövət və Bələdiyyə ixtisasını bitirmişdir. İddaçının iddiası təmin olunsa belə Birliyin tabeliyində fəaliyyət göstərən “X45 Mərkəzi” publik hüquqi şəxsində ixtisası uyğun gəlmədiyindən müvafiq vəzifəni tutması mümkün deyil. İddiaçı iddia tələbində qeyd etdiyi xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək əksik ödənilmiş 9729.15 manat dəyərində ödənc barədə qeyd edir ki, istər həmin dövr üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin istərsə də hazırkı dövrdə Birliyin tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqqları “X25” uyğun ödənilmişdir. Həmin Qaydanın 16cı bəndinə uyğun olaraq tibb müəssisələri qrup və kateqoriya üzrə təsnifatlaşdırılmışdır. İddiaçının işlədiyi dövr üçün “X45 Mərkəzi” publik hüquqi şəxsi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə təsdiq edilməklə 2-ci təsnifat qrupunun C kateqoriyası üzrə təsnif edilmişdir. Həmin qrup və kateqoriyadan olan tibb müəssisəsinin direktoru 3-cü təsnifat qrupunun A kateqoriyası üzrə direktorunun aylıq həvəsləndircisinin (12500 manat) 35%-dək hissəsini əlavə kimi ala bilərdi. İddiaçının iş materiallarına əlavə etdiyi cədvəldən aydın olur ki, ona həmin dövr üçün 7500 manat əlavə hesablanmalı idi, lakin həmin dövr üçün ona 5625 manat əlavə hesablanıb. Qeyd edilən rəqəmlər (7500 manat; 5625 manat) yuxarıda adı çəkilən Qaydanın 16-cı bəndinə tamamilə ziddir. Belə ki, iddiaçı həmin dövrdə 3cü təsnifat qrupunun A kateqoriyası üzrə direktorunun aylıq həvəsləndircisinin yəni 12500 manat məbləğin 35%-dək hissəsini həvəsləndirici kimi ala bilərdi bu isə 4375 manata uyğun gəlir. İddiaçının iddia tələbində göstərdiyi 9729.15 manat əlavə ödəncin verilməsi hissəsi əsassız tələbdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı izahatında iddia ərizəsində ətraflı şəkildə qeyd edildiyini, barəsində olan qərarı qanunsuz hesab etdiyini, iddia tələbinin təmin edilməsini istədiyini, əmək haqqı məbləğinin 8333 manat olduğunu, müvafiq olaraq müəyyən tutulmalardan sonra təmiz şəkildə aldığı əmək haqqının 5500 manat olduğunu, məzuniyyətə buraxılmağı ilə əlaqədar Cavabdehnə ərizə göndərdiyini, göndərmə vaxtı ilə əlaqədar sənədləri də iddia ərizəsinə əlavə etdiyini, 13 sentyabr 2024-cü il tarixdə öz ərizəsi əsasında işdən azad edilməyi ilə bağlı elektron poçt vasitəsilə əmrin ona göndərildiyini, 01 noyabr 2024-cü il tarixdə Mediasiya Təşkilatının arayış verdiyini, işdən azad edilməyini 13 sentyabr 2024-cü il tarixdə bildiyini, Mediasiya Təşkilatına oktyabr ayının əvvəlləri müraciət etdiyini, ilk olaraq Əmək Müfəttişliyinə müraciət etdiyini, oradan 22 oktyabr 2024-cü il tarixdə cavab aldıqdan sonra Mediasiya Təşkilatına müraciət etdiyini, əmək kitabçasının ona təqdim olunmadığını, “X45 Mərkəzi” publik hüquqi şəxs olmağına baxmayaraq, üzərində İcbari Tibbi Sığorta Agentliyi və Cavabdeh nəzarəti olduğunu, onların icazəsi olmadan əmək haqqı ilə əlaqədar dəyişiklik edə bilmədiklərini, bu nəzarətin qeyri-rəsmi olduğunu, ancaq vəziyyətin bu olduğunu, “X45 Mərkəzi”nin direktoru olduğu dövr ərzində 5 rayon üzrə 7 xəstəxana idarə etdiyini, 13 sentyabr 2024-cü il tarixdə, saat 14:36-da “X45 Mərkəzi”nin X6 Birliyinə təhvil verilməsinin baş tutduğunu, həmin gün müxtəlif saatlarda başqa rayonların xəstəxanalarının da eyni şəkildə X6 Birliyinə təhvil verildiyini, bütün görüşlərin səs yazısı ilə qeyd edildiyini, 13 sentyabr 2024-cü il tarixdə səhər saatlarında elektron poçt vasitəsilə işdən çıxarılma əmrinin ona göndərildiyini, sonra da Səbuhi müəllimin ona zəng edib “işdən azadsız, idarəni təhvil verin” dediyini, Azərbaycan Dövlət Neft Akademiyasında və Azərbaycan Respublikasının Prezidenti yanında X1 “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil aldığını, hər iki akademiyanı da fərqlənmə diplomu ilə bitirdiyini, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən heç bir xəstəxananın direktorunun ixtisasının həkimlik olmadığını, əgər həmin vəzifədə olmağı qanunsuz idisə, ümumiyyətlə hal-hazırda işdən çıxarılma əmrini verən şəxsin onu vəzifəyə də təyin etməməli olduğunu, izahatda qeyd edilənlərdən Samiq Sadıxovun qeyri-qanuni əmrlər verdiyinin göründüyünü, özünün işdən çıxma ilə bağlı ərizə vermədiyini, məzuniyyət ərizəsini poçtla göndərdiyini, xəstəxanaların X6 Birliyinə təhvil verilməsinin 13 sentyabr 2024-cü il tarixdə başa çatdığını, sənədlərdə saxtalaşma etdiklərini, təhvil-təslimin başa çatmasını 12 sentyabr 2024-cü il kimi qeyd etdiklərini, ancaq 13 sentyabrda olması ilə bağlı sübutları olduğunu, 13 sentyabr 2024-cü il tarixdə Səbuhi müəllimin ona zəng edib təhvil-təslim olacağını dediyini, sonra da işçinin ona elektron poçt vasitəsilə işdən çıxarılma ilə bağlı əmrinin gəldiyini bildirdiyini, əmək haqqına münasibətdə səhiyyə nazirindən icazəsiz heç kimin heç nə edə bilmədiyini, Təranə xanım da şahid kimi iştirak edərsə, bu dediyini təsdiqləyə biləcəyini, izahatda “X45 Mərkəzi” PHŞ-nin Naxçıvan Muxtar Respublikasının tabeçiliyində olmadığını qeyd etdiklərini, X6 Birliyinin rəhbərinin də həkim olmadığını, tibb ixtisası üzrə təhsili olmadığını, işə təyin edilməmişdən qabaq əmək haqqı və ştat sayı ilə bağlı tənzimləmə edildiyini, 2A kateqoriya, çarpayı sayının təqdim etdiyi sənəddə öz əksini tapdığını, “X45 Mərkəzi” PHŞ-ə bu yaxınlarda ixtisası tibb olmayan şəxs təyin edildiyini, bunun X6 Birliyinin səlahiyyətində olduğunu qeyd edə biləcəklərini, X6 Birliyinin rəhbərinin təyin olunma səlahiyyətinin X6 Birliyinin müşahidə şurasında olduğunun qeyd edildiyini, Müşahidə Şurasının üzvlərindən birinin Səhiyyə Nazirliyi olduğunu, bu nəzərə alınsa, Səhiyyə Nazirliyinin də payı olduğunu, ekspert rəyi ilə razı olduğunu, sadəcə olaraq, ekspertiza qərardadın da işə bərpa və bərpa olunduqdan sonrakı əmək haqqı məbləği ilə bağlı heç bir sual qoyulmadığı üçün ekspertin onu müəyyən edə bilmədiyini, 1 günlük əmək haqqının da hesablana bilmədiyini, çünki hər ay məbləğin artdığını, analoji məhkəmə qərarları olduğunu, bərpa olunan günədək əmək haqqının hesablandığını, Samiq Sadıxovun o, vəzifəyə təyin olunmadan rəsmi olaraq imzaladığı ştat cədvəli olduğunu, əmək haqqının tam olaraq orada göstərildiyini, Səhiyyə Nazirliyinin baş mühasibi olduğunu, onlara elektron poçt vasitəsilə aylıq əmək haqqı göndərildiyini və təsdiqi onların etdiklərini, rəsmi olaraq əmək haqqının müəyyənləşdirilməsinin özlərində olduğunu, ancaq qeyri-rəsmi icazə olmadan əmək haqqı ödəmək olmadığını, ödənişin onun imzası ilə edildiyini, lakin göstərişin onlara aid olduğunu, 3 ay əmək haqqının normal şəkildə ödənildiyini, sonradan azaldıldığını, iyul ayında 500-600 manat artırıldığını, maliyyələşmənin əslində İcbari Tibbi Sığorta Agentliyinin səlahiyyətinə aid olduğunu, lakin onların da Samiq Sadıxovun icazəsi ilə hərəkət etdiyini, rəylə razı olduğunu, böyük ehtimalla vəzifəsinin yanlış göstərilməsi məsələsinin texniki səhvlik olduğunu, qarşı tərəfin də izahatında texniki səhvlik olduğunu, özünü vəzifəyə işdən çıxarılma əmrini verən şəxsin təyin etdiyini, TƏBİB-in tabeliyində yüksək vəzifədə olduğunu, onu özünün dəvət etdiyini, kariyerası ilə oynadığını, Səhiyyə nazirinin qanunsuz tələbləri olduğunu, onları icra etmədiyinə görə, onun öhdəliklərini yerinə yetirə bilmədiyinə görə onu işdən azad etdiyini, gənc yaşlarından idarəetmədə işlədiyini, sərbəst maliyyələşsələr də, heç bir xəstəxana rəhbərinin Səhiyyə nazirinin icazəsi olmadan addım ata bilmədiyini, büdcədə kəsir olduğunu, əmək haqqının tam olaraq veriləcəyini bildirdiyini, 2024-cü ilin iyul ayında müəyyən məbləğdə əmək haqqının artırıldığını, özünün əmək haqqını az köçürəcək qədər ağılsız biri olmadığını, ştat cədvəlinin təsdiq olunduğunu, “X45 Mərkəzi” PHŞ üçün 2A kateqoriyası müəyyən edildiyini, qanunsuz əmr verilibsə, onu da Səhiyyə nazirinin özünün etdiyini, özünün Naxçıvan Muxtar Respublikasına işlədiyi dövrdə 76 həkim gətirdiyini, işinə bərpa olunduğu təqdirdə yenə də edəcəyini, Sədərək kimi balaca rayona 3 həkim gətirdiyini, bəzən öz pulu ilə o həkimləri gətirdiyini, özünün işdən azad edilməyi ilə bağlı ərizə vermədiyini, əgər Səhiyyə naziri qanunsuzluq etdiyini qəbul edərsə, özünün də onunla razılaşacağını, öz verdiyi əmri heç bir dəyişiklik olmadan dəyişdirməsinin düzgün olmadığını, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin (S.Sadıxov) barəsində verdiyi xx.xx.2024-cü il tarixli, 275 nömrəli əmrinin ləğv edilməsini, “X45 Mərkəzi” PHŞ-nin direktoru vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü ildən vəzifəsinə bərpa ediləcəyi günədək məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsi, məcburi işburaxmaya görə ödənilən əmək haqqının gecikdirilmiş hər günü üçün 1%-i həcmində ödəncin ödənilməsini, “X45 Mərkəzi” PHŞ-nin direktoru olduğu müddətdə az ödənilmiş əmək haqqının ödənilməsi, həmin gecikdirilmiş əmək haqqı məbləğinin - xx.xx.2024-cü ildən başlayaraq ödənildiyi günədək - hər günü üçün 1%-i həcmində ödəncin ödənilməsini istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X23 izahatında 12 sentyabr 2024-cü il tarixdə elektron poçt vasitəsilə İddiaçı işdən çıxarılması ilə bağlı əmrin surətinin göndərildiyini, 13 sentyabr 2024-cü il tarixdə isə İddiaçı məzuniyyətə çıxmaq ilə bağlı ərizəsinin idarəyə daxil olduğunu, əmək haqqının ödənilməsinin “X45 Mərkəzi” PHŞ-nin özünün səlahiyyəti olduğunu, əmək haqqı ilə bağlı bütün təmzinləməni publik hüquqi şəxsin özünün həyata keçirdiyini, Səhiyyə Nazirliyinin maliyyə ilə heç bir əlaqəsi olmadığını, publik hüquqi şəxslərin öz vəsaitləri hesabına maliyyələşdiyini, Səhiyyə Nazirliyinin hər hansı bir müdaxiləsindən söhbət gedə bilməyəcəyini, əvvəl müdaxilə edildiyini, lakin hal-hazırda belə bir şey olmadığını, Hesablama palatasının keçən il yoxlama apardığını, ondan sonra “X45 Mərkəzi”nin X6 Birliyinin tabeliyinə verildiyini, 12 sentyabr 2025ci ildə tamamilə təhvil verildiyini, özünün də təhvil verilməsi ilə bağlı tədbirdə iştirak etdiyini, Bayram müəllimin də orada olduğunu, əmək kitabçasının İddiaçı təqdim olunub-olunmaması ilə bağlı məlumatı olmadığını, iddiaçının işdən çıxarılması ilə bağlı əmrdə əsas kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2023-cü il tarixli, 193 nömrəli qərarının 4-cü bəndinin göstərildiyini, İddiaçı vəzifə üzrə işləməyinin qanunsuz olduğunu, əvvəlki əmrin yanlış olduğunu, hal-hazırda o yanlışlığın aradan qaldırıldığını, işə götürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildiyini, Mediasiya təşkilatında da İddiaçı ixtisasına uyğun vəzifə təklifi etdiklərini, lakin onun razılaşmadığını, hal-hazırda da həmin təklifin qüvvədə olduğunu, 12 sentyabr 2024-cü il tarixdə saat 12-in yarısı özünün xəstəxanaya çatdığını, bir-bir xəstəxanaların təhvil verildiyini, İqtisadiyyat Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və X6 Birliyinin nümayəndələrinin də iştirak etdiyini, Naxçıvan Muxtar Respublikası ərazisində halhazırda heç bir xəstəxananın direktorunun qeyri-ixtisas olmadığını, izahatda qeyd edilən “X45 Mərkəzi” PHŞ-nin Naxçıvan Muxtar Respublikasının tabeçiliyində olmadığı ifadəsinin texniki səhvlik olduğunu, “NMR Səhiyyə Nazirliyinin tabeçiliyində deyil” olaraq qeyd edilməli olduğunu, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və X6 Birliyinin nümayəndələrinin iştirakı ilə təhvil-təslim məsələsinin 12 sentyabr 2025-ci il tarixdə olduğunu, heç kimin bunu saxtalaşdıra bilməyəcəyini, iddiaçının işdən çıxarılma əmrinin də 12 sentyabr 2025-ci il tarixdə verildiyini və iddiaçıya göndərildiyini, təhvil-təslim yekunlaşana qədər İddiaçı işdən çıxarılma əmrinin verildiyini, işçilərin aylıq əmək haqqına imza çəkənin İddiaçı və “X45 Mərkəzi” PHŞ-nin maliyyə şöbəsi olduğunu, icbari tibbi sığorta əsasında maliyyələşdiklərini, Səhiyyə Nazirliyinin heç bir halda bu məsələyə qarışmadığını, işdən çıxarılma əmrində əsas kimi şəxsin öz ərizəsinin deyil, Nazirlər Kabinetinin qərarının göstərildiyini, inzibati qaydada cərimə edildiklərini, lakin həmin qərarla razı olmadıqları üçün müraciət etdiklərini, yuxarı orqana, DSMF-ə müraciət etdiklərini, X6 Birliyinin rəhbərini təyin etmənin özlərinin səlahiyyətində olmadığını, ödəniş hissəsinin müəssisəsinin özü tərəfindən həyata keçirildiyini, Səhiyyə Nazirliyinin İcbari Tibbi Sığorta Agentliyi ilə birlikdə qəbul etdiyi əməyin ödəniş qaydaları olduğunu, əlavə olaraq da Səhiyyə Nazirliyinin İcbari Tibbi Sığorta Agentliyi ilə çarpayı sayına, kadr ehtiyatına, tibbi avadanlıqlara əsasən kateqoriyalara bölünməsi ilə bağlı sənəd olduğunu, həmin sənədlərdən direktorun nə qədər əmək haqqı almasının müəyyən edilə biləcəyini, X6 Birliyinin müşahidə şurasının üzvlərindən birinin Səhiyyə nazirinin müavini olduğunu, lakin hazırda Səhiyyə nazirinin müavini olmadığı üçün iclaslarda iştirak etmədiyini, ona görə də dolayı olaraq Səhiyyə Nazirliyinin mövqeyinin əks olunmadığını, ekspert rəyi ilə razı olmadıqlarını, əməyin ödəniş qaydaları və Səhiyyə Nazirliyinin İcbari Tibbi Sığorta Agentliyi ilə çarpayı sayına, kadr ehtiyatına, tibbi avadanlıqlara əsasən kateqoriyalara bölünməsi ilə bağlı sənəd nəzərə alınmadığını, çünki əmək haqqının bu iki sənədlə müəyyən edildiyini, icranın direktorun özü tərəfindən həyata keçirildiyini, əmək haqqı cədvəlini iddiaçının özünün hər ay təsdiq etdiyini, təkrar ekspertiza keçirilməsini istədiklərini, Nazirlikdə iddiaçının qeyd etdiyi ştat cədvəli ilə bağlı elə bir sənəd olmadığını, hansı sənəddən söhbət getdiyini bilmədiyini, ştat cədvəlində əmək haqqı miqdarının göstərilmədiyini, əmək haqqı miqdarının əməyin ödəniş qaydaları əsasında tənzimləndiyini, kateqoriyaya uyğun müəyyənləşdirildiyini, Naxçıvan Muxtar Respublikası ərazisində heç bir xəstəxananın A kateqoriyasına düşmədiyini, ən böyük xəstəxananın Respublika xəstəxanası olduğunu, onun da 3C kateqoriyası olduğunu, “X45 Mərkəzi” PHŞ-nin 2C kateqoriyası ilə təsdiqləndiyini, əməyin ödəniş qaydasının yenə də nəzərə alınmadığını, iddiaçının vəzifəsinin düzgün göstərilmədiyini, buna görə də hesablamanın da düzgün olmadığını, rəylə razı olmadıqlarını, iddiaçının işdən çıxarılmağında “X45 Mərkəzi” PHŞ-nin X6 Birliyinə keçməsinin də əsas olduğunu, yeni rəhbərin təyinatlar etməsi üçün çıxış verməli olduqlarını, təhvil-təslim işləri ilə bağlı olaraq əsasın X46 fərmanı olduğunu, əmrin tək iddiaçıya aid olmadığını, iddiaçının özünə münasibətdə əmri mübahisələndirməli olduğunu, Səhiyyə Nazirliyi ilə İcbari Tibbi Sığorta Agentliyinin birgə qərarı əsasında əməyin ödəniş qaydaları olduğunu, əmək haqqının verilməsi, kəsilməsi, müəyyən kəsrlər edilməsi və s. bunların hamısına nəzarəti müəssisənin özünün etdiyini, Səhiyyə Nazirliyinin heç bir nəzarəti olmadığını, Səhiyyə Nazirliyinin yoxlamalar apara biləcəyini, ancaq hər şeyi müəssisənin rəhbərinin özünün etdiyini, müəssisə rəhbərinin imzası, möhürü ilə təsdiq edildiyini, iddiaçının özünün də tapşırığın şifahi olduğunu qeyd etdiyini, yəni rəsmi heç bir əsas olmadığını, qanuna müvafiq olaraq əmək haqqının verilmə qaydalarının müəssisə rəhbərinin səlahiyyətində olduğunu, ekspert rəyi ilə də razı olmadıqlarını, çünki xəstəxananın kateqoriyası nəzərə alınmadan hesablama edildiyini, əsas normativ hüquqi aktın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegial qərarı olduğunu, həmin qərara əsasən də direktor ola biləcək şəxslərin dairəsinin müəyyən edildiyini, iddiaçının əmək haqqının az verilməsi ilə bağlı rəsmi müraciət edə biləcəyini, “X45 Mərkəzi” hüquqi şəxs olaraq hüquq münasibətlərində öz adından müstəqil iştirak etdiyini, maliyyə nəzarətini müstəqil həyata keçirdiyini, bir qayda olaraq da, İddiaçı ixtisasına və əmək stajına uyğun olaraq direktor işləyə bilməyəcəyini, iddiaçının direktor təyin edilməsi məsələsində viza veriləndə özünün məzuniyyətdə olduğunu bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarında iştirak edən cavabdeh “X45 Mərkəzi” publik hüquqi şəxsinin nümayəndəsi X20 izahatında etiraz ərizəsində qeyd edilənlərə əlavəsi olmadığını, həmçinin rəylə razı olmadıqlarını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Keçirilən əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh “Naxçıvan Muxtar Respublikasının X6 Birliyi” publik hüquqi şəxsinin nümayəndəsi X10 izahatında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 19 iyun 2017-ci il tarixli 8 nömrəli Qərarında tibb müəssisəsinin direktoru vəzifəsinə münasibətdə bir sıra kriteriyalar müəyyən olunduğunu, bunlara rezidentura təhsilli olmaqla tibb ixtisası üzrə həkimmütəxəssis və ya bu təhsil səviyyəsi tətbiq edilənədək tibb ixtisası üzrə ali təhsil və 10 ildən az olmayaraq tibb müəssisəsində əmək stajı; əsas (baza ali) tibb təhsilli olmaqla 12 ildən az olmayaraq tibb müəssisəsində əmək stajının daxil olduğunu, İddiaçı iddia tələbində qeyd etdiyi xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək əksik ödənilmiş 9729.15 manat dəyərində ödənc barədə istər həmin dövr üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin istərsə də hazırki dövrdə Birliyin tabeliyində fəaliyyət göstərən dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqqlarının “X25” uyğun ödənildiyini, həmin Qaydanın 16-cı bəndinə uyğun olaraq tibb müəssisələri qrup və kateqoriya üzrə təsnifatlaşdırıldığını, iddiaçının işlədiyi dövr üçün “X45 Mərkəzi” publik hüquqi şəxsinin Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə təsdiq edilməklə 2-ci təsnifat qrupunun C kateqoriyası üzrə təsnif edildiyini, həmin qrup və kateqoriyadan olan tibb müəssisəsinin direktorunun 3-cü təsnifat qrupunun A kateqoriyası üzrə direktorunun aylıq həvəsləndiricisinin (12500 manat) 35%-dək hissəsini əlavə kimi ala biləcəyini, iddiaçının iş materiallarına əlavə etdiyi cədvəldən ona həmin dövr üçün 7500 manat əlavə hesablanmalı olduğunu, lakin həmin dövr üçün ona 5625 manat əlavə hesablandığını, X6 Birliyi ilə bağlı fərman olduğunu, X6 Birliyinin rəhbərini təyin etmək də müşahidə şurasının səlahiyyətində olduğunu, X6 Birliyinin nizamnaməsi olduğunu, fəaliyyətə nəzarət etdiyini, tibbi xidmət göstərmədiklərini, fəaliyyətə nəzarət etdiklərini, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin kollegial qərarı olduğunu, həmin qərara əsasən müəssisəsinin bilavasitə rəhbərinin tibb ixtisası üzrə təhsil almalı olduğun qeyd edildiyini, Səhiyyə Nazirliyinin müvafiq əmr və vəzifə təlimatları olduğunu, Paralel idarəetmə sisteminin olduğu müəssisələrdə isə iki idarəetmə olduğunu, inzibati və tibb idarəetməsi olduğunu, inzibati vəzifə üzrə rəhbərin iqtisadi-hüquq təhsilli ola biləcəyini, iddiaçının isə bu tələblərin heç birinə cavab vermədiyini, Əmək məcəlləsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin müstəqil yox, məcəlləyə əsasən kollegial qərar qəbul etdiyini, direktor olması üçün mütləq tibbi təhsil olmasını dediyini, “X45 Mərkəzi” PHŞ yeni formalışdırıldığını, müəyyən yanlışlıqlar edilmiş ola biləcəyini, bunu qəbul etdiklərini, hal-hazırda həmin yanlışlığın düzəldildiyini bildirmişdir. 30 iyun 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən ekspert X27 izahatında işə bərpa ilə bağlı məhkəmə qərarı olmadığı üçün dövr müəyyən edilə bilmədiyi üçün işə bərpa edildikdən sonra olan ödənişi müəyyən etmələrinin mümkün olmadığını, gecikmənin başladığı tarixdən hesablama aparıldığını, iddianın qaldırıldığı tarixdən hesabladıqlarını, 18781,87 manata əmək haqqının daxil olmadığını, onun sadəcə gecikmə üçün müəyyən edilən məbləğ olduğunu, işlədiyi dövr üçün gecikmə məbləğini hesabladıqlarını, əməyin ödəniş qaydaları nəzərə alınmadan rəy verildiyini, həmin sənədlə tanış olmadığını, özləri istifadə etdikləri hər bir sənədə möhür vurduqlarını, əməyin ödəniş qaydalarının müəyyən qədər rol oynaya biləcəyini, əmək haqqı məbləği hesablananda əsasın həmişə əmək müqaviləsi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X28 ifadəsində 2023-cü ilin oktyabr ayında Səhiyyə naziri Samiq Sadıxovun dəvəti ilə Naxçıvana gəldiyini, Naxçıvan Muxtar Respublikası ərazisində olan bütün xəstəxanaların maliyyə, kadr, satınalma işləri ilə bağlı xəstəxanalara gedib mövcud vəziyyəti yoxladığını, demək olar ki, qeyd etdiyi sahələr üzrə çox pis vəziyyət olduğunu, 2 regionalın yaradılması üçün sənədlərin yığılması ilə bağlı müvafiq sənədləşdirmə işlərinin aparılmasının ona tapşırıldığını, 3 ay təmənnasız olaraq işlədiyini, Culfa və X26 ilə bağlı bütün sənədlərdə düzəlişlər edildiyini, bütün yanlışlıqların aradan qaldırıldığını, səhiyyə naziri ilə görüşəndə əmək haqqı ilə bağlı danışıqlar olduğunu, Bakıdan gələn bütün əməkdaşların əmək haqqının danışıldığını, “X45 Mərkəzi” PHŞ-də maliyyə müdiri kimi işlədiyini, əmək haqqının miqdarının rəsmi olaraq sistemə işləndiyini, normal olaraq qeyd edilən miqdar verilməli olduğunu, yanvar ayından əmək haqlarının kəsilməyə başladığını, bu vəziyyətin düzəlmədiyini, öz əmək haqqının da kəsildiyini, regional yaradıldıqdan sonra məsələnin öz həllini tapacağının deyildiyini, baş qurumun Səhiyyə Nazirliyi olduğunu, regionalın təhvil-təsliminin iyul ayına qədər olduğunu, heç bir sənədləşmənin Səhiyyə Nazirliyinin icazəsi olmadan olmadığını, qəbulda olanda bütün məbləğlər barədə məlumatın nazirə verildiyini, sistemə aylıq əmək haqqı cədvəli əlavə edilməmişdən qabaq göndərilib baxıldığını, kəsilən əmək haqları arasında öz əmək haqqlarının da olduğunu, heç kimin öz əmək haqqını kəsəcəyini düşünmədiyini, heç kimin bunu etməyəcəyini, gecəyə qədər işlədiklərini, saat 3-ə qədər təmənnasız işlədiyini, şənbə, bazar və bayram günlərində Səhiyyə nazirinin xəstəxanalara gəldiyini, onu qarşılayıb xəstəxanalara getdiklərini, saat 6-dan sonra Səhiyyə Nazirliyinin heç bir işçisinin telefonu qaldırmadığını, lakin özlərinin daima işdə olduqlarını, sistemdə uyğunsuzluq olanda təsdiq edilmədiyini, şifahi tapşırıqlar verildiyini, nazirin müsahibə əmək haqqının azaldılması ilə bağlı əlbəttə ki, tapşırıq verməyəcəyini, daha yuxarı şəxsə deyildiyini, uyğun olaraq da həmin tapşırığın deyilib icra edildiyini, onları maliyyələşdirən orqan olaraq hər ay əmək haqqı ilə bağlı cədvəli təsdiq edən İcbari Tibbi Sığorta Agentliyi olduğunu, lakin, onların da Səhiyyə Nazirliyinin şifahi tapşırıqların icra etdiklərini, iyul ayına qədər əmək haqqı ilə bağlı hər şeyi Səhiyyə Nazirliyinin etdiyini, elektron poçt vasitəsilə göndərildiyini, onların baxıb müəyyən dəyişikliklər barədə tapşırıq verdiklərini, Səhiyyə Nazirliyinin müvafiq şifahi tapşırığı əsasında özünün etdiyini, özbaşına olmadığını, Səhiyyə Nazirliyinin verdiyi tapşırığı yerinə yetirdiyini, Samiq müəllim nə deyirdisə onun edildiyini, bütün hər şeyin şifahi tapşırıq əsasında edildiyini, göndərdikləri aylıq əmək haqqına İcbari Tibbi Sığorta Agentliyinin imtina verdiyini, ancaq tapşırığı Səhiyyə nazirinin verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində işlədiyi dövrdə şöbənin müdirinin Təranə xanım olduğunu, özünün sadəcə mühasib olduğunu, o nə göstəriş veribsə, onu etdiyini, özlərinin əmək haqqı cədvəllərin hazırladıqları, sonra Təranə xanımın gəlib müəyyən dəyişikliklər etmələrini dediyini, şöbə müdiri, aparıcı mühasibin təsdiqləmə məsələsinə baxdığını, özünün məlumatı olmadığını, sadəcə hazırlayıb təhvil verdiyini, sistemə işlənmiş əmək haqqı məbləğinə uyğun olaraq hazırladığını, sonra Təranə xanım “azaltdılar” dediyi üçün dəyişdiklərini, hesablanmış əmək haqqının verilmədiyini, əvvəl yüksək olduğunu, sonra azaldıldığını, göstərişi şöbə müdirinin verdiyini, onun da yəqin ki, nəyəsə əsaslanaraq etdiyini, əsassız iş görülmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X21 ifadəsində aparıcı mühasib işlədiyini, oktyabr ayından Bayram müəllimin direktor işlədiyini, İcbari Tibbi Sığorta Agentliyi tərəfindən “X45 Mərkəzi” PHŞ-nin maliyyələşdirildiyini, lakin, Səhiyyə nazirliyinin nəzarəti altında olduğunu, əmək haqqı hesablandığını, İcbari Tibbi Sığorta Agentliyinə onlar təsdiq etsinlər deyə göndərildiyini, müəssisə daxilində təsdiqi regional yaradılana kimi baş həkimin, sonra isə direktorun etdiyini, özlərinin əmək haqqını yanvar ayına qədər tarif cədvəli, ştata görə hesabladıqlarını, hər hansı bir problem olmadığını, lakin sonra dəyişiklik edildiyini, əmək haqqını hesablayıb Səhiyyə Nazirliyinə nəzarət edilsin deyə göndərirdiklərini, bu halın özü işdən çıxana qədər davam etdiyini, özünün işdən 1 il yarım olar çıxdığını, maliyyə-səhiyyə qurumuna göndərdiklərini, hələ bəzən əldə apardıqlarını, onların da baxdıqlarını, göstərişlərin isə 2024-cü ilin yanvar ayından sonra olduğunu, maliyyə şöbəsinin müdiri təyin olunduğunu, ona göstəriş verildiyini, Təranə xanımın da onlara göstəriş verdiyini, oktyabr, noyabr və dekabr ayları üzrə əmək haqlarının normal qaydada, ştata uyğun verildiyini, lakin sonradan azaldıldığını, özlərinin həmişəki qaydada hesabladıqlarını, ancaq sonra dəyişiklik etdiklərini, Təranə xanımın “həvəsləndirici əlavəni azaltdılar” dediyini bildirdi. İddia ərizəsinə əlavə olunmuş işəgötürən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən X35 ilə işçi İddiaçı arasında bağlanılmış 19 oktyabr 2023-cü il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı "X45 Mərkəzi" PHŞ-nin direktoru vəzifəsinə qəbul olunmuş, əmək müqaviləsi müddətsiz olaraq bağlanılmış, işçinin 19 oktyabr 2023-cü il tarixdən işə başlaması qeyd edilmiş, işçiyə hər ay 8333 manat məbləğində əmək haqqı ödənilməsi, əmək haqqının 833 manat məbləğində tarif haqqından (vəzifə maaşından), tarif haqqına (vəzifə maaşına) 7500 manat miqdarda əlavədən ibarət olması, işçinin gündə 8 saatdan, həftə ərizəndə 40 saatdan çox olmayaraq iş saatı, 30 gün müddətində məzuniyyət günü, əmək stajına görə 4 təqvim günü əlavənin verilməsi nəzərdə tutulmuşdur. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi səhiyyə naziri vəzifələrini müvəqqəti icra edən X35 tərəfindən verilmiş 19 oktyabr 2023-cü il tarixli, 292 nömrəli əmrin surətindən görünür ki, Azərbaycan Dövlət Neft Akademiyasının Elektrotexnika və elektromexanika ixtisası üzrə 2009-cu il və Azərbaycan Respublikasının Prezidenti yanında X2 Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə 2019-cu il məzunu İddiaçı "X45 Mərkəzi" publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilmiş, İddiaçı ilə 3 (üç) ay sınaq müddəti verilməklə əmək müqaviləsi bağlanılması əmr edilmişdir. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi səhiyyə naziri X35 tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli, 275 nömrəli əmrin surətindən görünür ki, "Naxçıvan Muxtar Respublikasının X6 Birliyi" publik hüquqi şəxsin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası X44 28 iyul 2023-cü il tarixli 194-VİFR Fərmanının 5-ci bəndinin və "İnzibati ərazi vahidləri üzrə ailə sağlamlıq mərkəzlərinin Siyahısı"xxxx"Naxçıvan Muxtar Respublikasının X6 Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı"nın təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 26 noyabr tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 12 oktyabr 2023-cü il tarixli 133 nömrəli Qərarının 4-cü bəndinin icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin 14.4-cü bəndini və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "а" bəndini əsas tutaraq "X45 Mərkəzi"xxxx"Naxçıvan Muxtar Respublikasının X6 Birliyi" publik hüquqi şəxsin tabeliyinə verilməsi ilə əlaqədar olaraq "X45 Mərkəzi" publik hüquqi şəxsin direktoru İddiaçı xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi, "X45 Mərkəzi" publik hüquqi şəxsin direktorun inzibati məsələlər üzrə müavini X16 xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi, "X45 Mərkəzi" publik hüquqi şəxsin direktorun iqtisadi məsələlər üzrə müavini X17 xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi, "X45 Mərkəzi" publik hüquqi şəxsin keyfiyyətə nəzarətin idareedilmesi komitəsinin rəhbəri X18 xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi, X45 Mərkəzi" publik hüquqi şəxsin direktorun müavini Ordubad Rayon Mərkəzi Xəstəxanası üzrə baş həkimi Əli-X5 xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və "X45 Mərkəzi" publik hüquqi şəxsin direktorun müavini - Ordubad Rayon Uşaq Xəstəxanası üzrə baş həkimi X11 xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və qeyd olunan işçilərin istifadə etmədiyi məzuniyyət günləri üçün son haqq-hesabın aparılmasının təmin edilməsi əmr edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 22 oktyabr 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində (bundan sonra - Nazirlik) əmək müqaviləsinə xitam verilərkən əmək hüquqlarının pozulmasına dair müraciətinə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətində (bundan sonra-Xidmət) baxılmışdır. Müraciətdə qaldırılan məsələyə münasibət bildirilməsi və İddiaçı aid sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə əsasən təqdim edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə göndərilmiş sorğuya əsasən təqdim olunan məlumat və sənədlərdən, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış zamanı İddiaçı ilə bağlanmış 19 oktyabr 2023-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin Məcəllənin (bundan sonra - Məcəllə) 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən 12 sentyabr 2024-cü il tarixdə xitam verildiyi müəyyən edilmişdir. Müvafiq məlumatlara baxılmaqla aparılmış araşdırmadan əmək müqaviləsinə xitam zamanı Məcəllənin 69-cu maddəsində (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) qeyd olunan halların olmadığı müəyyənləşdirilmişdir. Qeyd olunan məsələdə inzibati xətanın əlamətləri müəyyən edildiyindən “inzibati xəta haqqında Protokol”un tərtib olunmasında iştirak etməsi məqsədilə işəgötürənə 27 sentyabr 2024-cü il tarixli bildiriş göndərilmişdir. Bildirişə uyğun olaraq inzibati xətaya dair işə baxılması 4 oktyabr 2024-cü il tarixə təyin olunarkən aşkar olunan inzibati xəta hadisəsinə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) işəgötürən barəsində 18 oktyabr 2024-cü il tarixdə “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar” qəbul edilmişdir. Bununla yanaşı qeyd olunan inzibati xətanı törətdiyinə görə işəgötürənə şərti olaraq inzibati cərimə tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət müəyyən olunmuşdur. Bununla yanaşı müraciətdə qaldırdığı məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ olduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 12 oktyabr 2023-cü il tarixli, 133 nömrəli qərarından görünür ki, İnzibati ərazi vahidləri üzrə ailə sağlamlıq mərkəzlərinin Siyahısının və Naxçıvan Muxtar Respublikasının X6 Birliyi publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısının təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 26 noyabr tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilmiş, Naxçıvan Muxtar Respublikasının X6 Birliyi publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq edilmiş, həmin siyahıda Culfa və Ordubad rayonları üzrə X45 Mərkəzi publik hüquqi şəxsi də qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri və “Naxçıvan Muxtar Respublikası X6 Birliyi” publik hüquqi şəxsin icraçı direktoru tərəfindən təsdiq edilmiş 12 sentyabr 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 16 iyul 2024-cü il tarixli 205 saylı əmri ilə yaradılmış komissiya tərəfindən "inzibati ərazi vahidləri üzrə ailə sağlamlıq mərkəzlərinin Siyahısı”nın və "Naxçıvan Muxtar Respublikasının X6 Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 26 noyabr tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 12 oktyabr 2023-cü il tarixli 133 nömrəli Qərarı ilə təsdiq edimiş “Naxçıvan Muxtar Respublikasının X6 Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”na əsasən “X45 Mərkəzi” publik hüquqi şəxsin balansında olan dövlət əmlakı, avadanlığı və dərman vasitələri “Naxçıvan Muxtar Respublikasının X6 Birliyi” publik hüquqi şəxsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Ləğvetmə prosesində olan “Naxçıvan Muxtar Respublikasının X6 Birliyi" publik hüquqi şəxsinin Ləğvetmə komissiyasının sədri T.Məmmədli tərəfindən məhkəməyə göndərilmiş 02 sentyabr 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 2(078)-134/2025 nömrəli iş üzrə "Naxçıvan Muxtar Respublikasının X6 Birliyi" publik hüquqi şəxsin ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikası X44 2025-ci il 03 iyun tarixli 119- 07/S nömrəli Sərəncamında ləğv edilməsi nəzərdə tutulmuşdur. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin "Naxçıvan Muxtar Respublikasının X6 Birliyi" publik hüquqi şəxsin ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikası X44 2025-ci il 03 iyun tarixli 119-07/S nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında 5 iyun 72s nömrəli Sərəncamında həmin qurumun ləğv edilməsi üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən Ləğvetmə komissiyasının yarıdılması qeyd olunmuşdur. Həmin Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin 05 iyun 2025-ci il tarixli 185 nömrəli əmri ilə Ləğvetmə komissiyası yaradılmışdır. Həmçinin, Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar Naxçıvan Muxtar Respublikası X44 bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi haqqında Naxçıvan Muxtar Respublikası X44 01 may 2025-ci il tarixli 15-Vİİ FR nömrəli Fərmanının 1-ci bəndinə əsasən Naxçıvan Muxtar Respublikasının “X6 Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri əmlakları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Keçmiş TMİB-in tabeliyində olan tibb müəssisələri Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verildiyindən və yuxarıda qeyd edilənləri nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının "X6 Birliyi" publik hüquqi şəxsin (ləğvetmə prosesində olan) 2(078)- 134/2025 nömrəli iş üzrə cavabdeh qismində prosessual iştirakçılığına xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası X46 “Naxçıvan Muxtar Respublikasında səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar Naxçıvan Muxtar Respublikası X44 bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi haqqında” 01 may 2025-ci il tarixli 15-Vİİ FR nömrəli fərmanından görünür ki, Naxçıvan Muxtar Respublikasında tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması və səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə "Naxçıvan Muxtar Respublikasının X6 Birliyi" publik hüquqi şəxsinin tabeliyindəki tibb müəssisələrinin əmlakları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası X46 "Naxçıvan Muxtar Respublikasının X6 Birliyi" publik hüquqi şəxsin ləğv edilməsi barədə 03 iyun 2025-ci il tarixli, 119-07/S nömrəli sərəncamından görünür ki, “Naxçıvan Muxtar Respublikasının X6 Birliyi” publik hüquqi şəxsinin ləğv edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə naziri tərəfindən verilmiş 05 iyun 2025-ci il tarixli, 185 nömrəli əmrdən görünür ki, "Naxçıvan Muxtar Respublikası X6 Birliyi" publik hüquqi şəxsinin ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikası X44 03 iyun 2025-ci il tarixli, 119-07/S nömrəli Sərəncamını və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 05 iyun 2025-ci il tarixli, 72s nömrəli Sərəncamını həyata keçirmək məqsədilə "Naxçıvan Muxtar Respublikasının X6 Birliyi" publik hüquqi şəxsinin ləğv edilməsi ilə əlaqədar ləğvetmə komissiyası yaradılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-134/2025 nömrəli, 09 aprel 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2025-ci il tarixli, 513 nömrəli məhkəmə ekspertizasının rəyində qeyd olunmuşdur ki, iş materiallarından göründüyü kimi, İddiaçı 19 oktyabr 2023-cü ildən işdən azad olunduğu 12 sentyabr 2024-cü il tarixədək aylıq əmək haqqı tam ödənilməmiş, ümumilikdə işdən azad olunduğu 12 sentyabr 2024-cü il tarixədək son haqq hesab da daxil olmaqla 59578,79 (əlli doqquz min beş yüz yetmiş səkkiz manat, yetmiş doqquz qəpik) manat məbləğində ödəniş aparılmışdır. Lakin müqaviləyə uyğun hesablandıqda İddiaçı 19 oktyabr 2023-cü ildən işdən azad olunduğu 12 sentyabr 2024-cü il tarixədək 70138,32 (yetmiş min yüz otuz səkkiz manat, otuz iki qəpik) manat ödəniş aparılmalı idi ki, bu məbləğin 64890,41 (altmış dörd min səkkiz yüz doxsan manat, qırx bir qəpik) manatı əmək müqaviləsinə uyğun əməkhaqqı, qalan 5247,91 (beş min iki yüz qırx yeddi manat, doxsan bir qəpik) manatı isə son haqq hesabdır. Yuxarıda göstərilənlərə əsasən İddiaçı ilə Naxçıvan MR Səhiyyə Naziri arasında bağlanmış əmək müqaviləsinə əsasən iş materiallarında olan əmək haqqının ödənilməsinə dair sənədlər üzrə işlədiyi müddətdə əmək haqqı düzgün hesablanmamış cədvəl məlumatlarından da görüldüyü kimi, müxtəlif aylar üzrə və son haqq hesab da nəzərə alınmaqla ümumilikdə 10559,52 (on min beş yüz əlli doqquz manat, əlli iki qəpik) manat məbləğ gecikdirilmiş, ilkin gecikmənin müəyyən edildiyi noyabr ayından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinnə əsasən hər gecikdirilmiş gün üçün 1 faiz gecikmə faizi hesablandıqda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər ki, işçi hüququnun pozulduğunu aşkar etdildiyi 2023-cü ilin noyabr və 2024-cü ilin noyabr ayları ərzində 1 il üçün ona hesablanan 1 faiz gecikmə faizi məbləği 18781,87 (on səkkiz min yeddi yüz səksən bir manat, səksən yeddi qəpik) manat təşkil edər. Naxçıvan Şəhər Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(078)-134/2025 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 sentyabr 2025-ci il tarixli, 9/3649 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən iş materiallarında olan əmək haqqının ödənilməsinə dair sənədlər üzrə işlədiyi müddətdə İddiaçı ödənilən əmək haqqı məbləği Cavabdeh tərəfindən düzgün hesablanmamışdır. Qeyd edilir ki, İddiaçı ödənilməli olan əmək haqqı məbləğinin və son haqq hesab məbləğinin düzgün hesablanmış forması cədvəl (aşağıda qeyd edilib) məlumatlarında öz əksini tapmışdır. Eskpert tərəfindən tərtib olunmuş cədvəl məlumatında göstərildiyi üzrə Cavabdeh tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilmiş əmək haqqı və son haqq-hesab məbləği ümumilikdə 10.559,58 manat əskik ödənilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçıya ödənilməli olan əmək haqqının bir gününə düşən məbləği 268,88 manat məbləğində müəyyən edilir. Cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verildiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək (ekspert rəyinin tərtib edildiyi tarixədək) ümumilikdə gecikdirilmiş günlər üçün ödənilməli olan əmək haqqı məbləğinin və son haqq hesab məbləğinin gecikdirildiyi hər gün üzrə 1% olmaqla ümumilikdə 50.134,41 manat məbləğində pul vəsaiti ödənilməlidir. Yekun olaraq yuxarıda qeyd olunan epizodlar üzrə bildirilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı ümumilikdə 60.693,99 manat (ödənilməmiş qalan kəsr əmək haqqı məbləği və son haqq hesab məbləği olan 10.559,58 manat + gecikdirilmiş kəsr əmək haqqı məbləği və gecikdirilmiş son haqq hesab məbləği olan 50.134,41 manat) məbləğində pul vəsaiti ödənilməlidir. İddiaçı iddia tələbinin Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin barəsində verdiyi 12 sentyabr 2024-cü il tarixli, 275 nömrəli əmrinin ləğv edilməsi və “X45 Mərkəzi” PHŞ-nin direktoru vəzifəsinə bərpa edilməsi hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı madəsinə əsasən, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımlar atacaqlar. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin 12 sentyabr 2024-cü il tarixli, 275 nömrəli əmrinin qanuniliyi yoxlanılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin maddənin (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi) “Qeyd” hissəsinə əsasən bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. İddiaçının işdən çıxarılması ilə bağlı 12 sentyabr 2024-cü il tarixli, 275 nömrəli əmrdə "Naxçıvan Muxtar Respublikasının X6 Birliyi" publik hüquqi şəxsin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası X44 28 iyul 2023-cü il tarixli 194-VİFR Fərmanının 5-ci bəndinin və "İnzibati ərazi vahidləri üzrə ailə sağlamlıq mərkəzlərinin Siyahısı"xxxx"Naxçıvan Muxtar Respublikasının X6 Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı"nın təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 26 noyabr tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 12 oktyabr 2023-cü il tarixli 133 nömrəli Qərarının 4-cü bəndinin icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin 14.4-cü bəndini və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "а" bəndi əsas tutularaq "X45 Mərkəzi"xxxx"Naxçıvan Muxtar Respublikasının X6 Birliyi" publik hüquqi şəxsin tabeliyinə verilməsi ilə əlaqədar olaraq "X45 Mərkəzi" publik hüquqi şəxsin direktoru İddiaçı xx.xx.2024cü il tarixdən tutduğu vəzifədən azad edilməsi əmr edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "а" bəndini əsas tutulsa da tərəflərdən hansının təşəbbüsü ilə, hansı formada göstərdiyi təşəbbüs ilə iddiaçının tutduğu vəzifədən azad edildiyi və əmək müqaviləsinə xitam verildiyi, həmçinin "X45 Mərkəzi"xxxx"Naxçıvan Muxtar Respublikasının X6 Birliyi" publik hüquqi şəxsin tabeliyinə verilməsinin iddiaçının tutduğu vəzifədən azad edilməsi ilə əlaqəsinin nədən ibarət olması ümumiyyətlə əmrdə göstərilməmişdir. Ümumiyyətlə bununla bağlı iddiaçının heç bir ərizəsi mövcud olmamışdır. İstər sözügedən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin 12 sentyabr 2024-cü il tarixli, 275 nömrəli əmrində, istərsə də cavabdehlər tərəfindən məhkəmə göndərilmiş etiraz ərizələrində və cavabdehlərin nümayəndələrinin məhkəmə iclasında verdiyi izahatlarında iddiaçının işdən azad edilməsinin əsasının "Naxçıvan Muxtar Respublikasının X6 Birliyi" publik hüquqi şəxsin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası X44 28 iyul 2023-cü il tarixli 194-VİFR Fərmanının 5-ci bəndinin və "İnzibati ərazi vahidləri üzrə ailə sağlamlıq mərkəzlərinin Siyahısı"xxxx"Naxçıvan Muxtar Respublikasının X6 Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı"nın təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 26 noyabr tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişiklik edilməsi barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 12 oktyabr 2023-cü il tarixli 133 nömrəli Qərarının 4-cü bəndinin icrasının təmin edilməsi” olduğu qeyd edilmişdir. Qeyd edilən halın isə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "а" bəndi ilə xitam verilməsi və onun həmin maddə ilə tutduğu vəzifədən azad edilməsi barədə əmr verməyə aidiyyəti Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin 12 sentyabr 2024-cü il tarixli, 275 nömrəli əmrində əsaslandırılmamışdır. Həmçinin Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin 22 oktyabr 2024-cü il tarixli məktubdan da görünür ki, İddiaçı "X45 Mərkəzi" publik hüquqi şəxsin direktoru vəzifəsindən azad edilməsi barədə olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin 12 sentyabr 2024-cü il tarixli, 275 nömrəli əmri qanunsuz olduğundan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) işəgötürən barəsində 18 oktyabr 2024-cü il tarixdə “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar” qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi;https://e-qanun.az/framework/46943 əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi cavabdeh tərəf iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "а" bəndi ilə ləğv edərkən yuxarıda sadalanan tələblərə əməl etməli idi. Ancaq cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübut etmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75.1-ci maddəsinə əsasən tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. Lakin mülki iş materiallarından hazırki mübahisə üzrə belə halların olması müəyyən edilmir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə iddiaçı arasında bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "а" bəndi ilə ləğv edilməsi barədə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin 12 sentyabr 2024-cü il tarixli, 275 nömrəli əmri qanuni hesab edilə bilməz. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tələbi Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin 12 sentyabr 2024-cü il tarixli, 275 nömrəli əmrinin ləğvi olsa da, həmin əmrdən görünür ki, qeyd edilən əmrlə sadəcə iddiaçı deyil başqa şəxslər də tutduqları vəzifədən azad edilmişlər. Bu səbəbdən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin 12 sentyabr 2024-cü il tarixli, 275 nömrəli əmri “X45 Mərkəzi” publik hüquqi şəxsin direktoru İddiaçı 12 sentyabr 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsinə dair hissədə ləğv edilməli və iddiaçı əvvəlki iş yerinə bərpa edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin 12 sentyabr 2024-cü il tarixli, 275 nömrəli əmrinin “X45 Mərkəzi” publik hüquqi şəxsin direktoru İddiaçı 12 sentyabr 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsinə dair hissədə ləğv edilməsi hissəsində əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunmalı olduğundan, iddia tələbi işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının iddiaçıya ödənilməsi hissəsində də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İddiaçının digər tələbi olan məcburi işburaxmaya görə ödənilən əmək haqqının gecikdirilmiş hər günü üçün 1%-i həcmində ödəncin ödənilməsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair 11 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində əməyin ödənilməsi ilə bağlı mübahisələrə baxılarkən mülkiyyət hüququnun müdafiəsini təmin edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edilir. Məhkəmə tərəfindən işə baxılması ona əsaslanır ki, əmək haqqının ödənilməsi mülkiyyətin əldə edilməsinin “qanuni gözlənti”sini təşkil edir. Bununla bağlı mübahisələndirilən ödəmə müqavilə və ya normativ aktla müəyyən edilməli və işəgötürənin müvafiq öhdəlikləri yaranmış olmalıdır. Həmin qərarda qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Göstərilən normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Göstərilən qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. İlk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Maddənin tətbiqində qeyri-müəyyənlik yaradan məsələ isə əmək haqqının gecikdirilməsinin fərdi əmək mübahisəsinə səbəb olduğu halda ödəncin verilib-verilməməsi ilə bağlıdır. Əmək Məcəlləsinin 3-cü maddəsinin 16-cı hissəsində və 287-ci maddəsində fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığı kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 288-ci maddəsinin d) bəndinə görə, əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisəsinin predmetinə daxildir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq, bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Qeyd edildiyi kimi, əmək münasibətləri çərçivəsində əmək haqqının gecikdirilməsinə görə ödənilməsi nəzərdə tutulan kompensasiya işəgötürən tərəfindən vəzifələrin lazımi qaydada icra edilməsi üçün tətbiq olunan təsir tədbiri kimi çıxış edir. Digər tərəfdən, bu ödənc bərpaedici funksiya daşımaqla işəgötürənin işçi qarşısında maddi məsuliyyətinin növü kimi çıxış edir. Həmçinin, əmək qanunvericiliyinin tələblərindən irəli gələrək bu ödənc işçinin əmək hüquqlarının əlavə müdafiə təminatı kimi çıxış edir və bu hüquq heç bir halda tərəflər arasında mübahisənin olub-olmaması ilə əlaqələndirilməməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsinin tələbinə görə, işəgötürən ödəncin verilməsindən imtina etdiyi halda işçi yaranmış mübahisəni məhkəmə qaydasında həll etməyə məcbur olur. Bu baxımdan normanın məzmununun fərqli şərhi, yəni ödəncin yalnız fərdi əmək mübahisəsinin yaranmadığı halda ödənilməli olması kimi şərhi hüquqi məntiqə uyğun olmamaqla yanaşı, işçinin əmək münasibətlərinə daxil olmasının əsasını təşkil edən əmək haqqı hüququnun pozulmasına görə işəgötürənin məsuliyyətdən kənar qalmasına gətirib çıxarar. Eyni zamanda bu işçinin əmək haqqı hüququnun pozulması səbəbindən qanunvericiliklə tanınan ödəncin verilməsi tələbinin təmin edilməsi üçün məhkəməyə müraciət etməsini də mənasız edər. Bu halda həmin maddənin tətbiqi mümkünsüz olur və o, əhəmiyyətsiz normaya çevrilməklə faktiki olaraq işçini müvafiq ödənci tələb etmək hüququndan məhrum edir. Halbuki, qanunverici Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsində işəgötürənin maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqının bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borclu olduğunu təsbit etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, fərdi əmək mübahisəsi olduğu halda ödəncin verilməməsi işçilər arasında qeyri-bərabər vəziyyət yaradar. Belə ki, bu halda eyni hüquqi vəziyyətdə olan şəxslərə, yəni işəgötürən tərəfindən əmək haqları gecikdirilmiş və bu səbəbdən ödəncin verilməsi üçün məhkəməyə müraciət etmiş işçilərə münasibətdə fərqli yanaşma sərgilənmiş olar ki, bu da əmək qanunvericiliyinin prinsipləri ilə ziddiyyət təşkil edər. Konstitusiya prinsipi olan bərabərlik prinsipi bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrıseçkiliyin tətbiq olunmasını qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 2014-cü il 28 yanvar tarixli Qərarı). Əmək Məcəlləsinin 2-ci maddəsinə görə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Göründüyü kimi, qanunverici əmək hüquq münasibətlərinin tənzimlənməsinin subyektlərin hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməli olduğunu təsbit etmişdir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsi onu ifadə edir ki, ödənc verilməsi mübahisə yaradarsa, onun həlli Əmək Məcəlləsinin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Yəni ödəncin verilməsi barədə mübahisəyə xüsusi qaydada “Əmək mübahisələri” bölməsində müəyyən edilmiş prosedura uyğun baxılmalıdır. Yuxarıda qeyd edilən Plenum qərarın tələbinə əsasən məhkəmə belə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 sentyabr 2025-ci il tarixli, 9/3649 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən iddiaçıya ödənilməli olan əmək haqqının bir gününə düşən məbləği 268,88 (iki yüz altmış səkkiz manat səksən səkkiz qəpik) manat məbləğində müəyyən edilir. Həmin məbləğin 1% ödənc nəzərə alınmaqla işəgötürənin təqsiri nəticəsindən gecikdirmə hesab edilərək işdən azad edildiyi 12 sentyabr 2024-cü il tarixdən başlayaraq ödənişin həyata keçirildiyi günə qədər hesablanmaqla cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq İddiaçı ödənilməlidir. İddiaçı digər tələbini iddia ərizəsində X45 Mərkəzi” PHŞ-nin direktoru olduğu müddətdə az ödənilmiş 9729.15 manat (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək) məbləğdə əmək haqqının ödənilməsi, həmin gecikdirilmiş 9729.15 manat məbləğin - xx.xx.2024-cü ildən başlayaraq ödənildiyi günədək - hər günü üçün 1%-i həcmində ödəncin ödənilməsi formasında qeyd etsə də, 13 noyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsində 9729.15 manat olaraq qeyd etdiyi məbləğin ekspert rəyində qeyd edilən məbləğdə, yəni 10.559,58 (on min beş yüz əlli doqquz manat əlli səkkiz qəpik) manat olaraq nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçının qeyd edilən ərizəsi nəzərə alınaraq həmin məbləğə münasibətdə zəruri hesablamaların aparılması məqsədəmüvafiq hesab edilmişdir. İddiaçının qeyd edilən tələbinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 sentyabr 2025-ci il tarixli, 9/3649 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı: - xx.xx.2023-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 8.593,28 manat olmuş, lakin 8.000,26 manat əmək haqqı ödənilmiş, həmin ay üzrə 593,02 manat kəsir ödənilmiş, ekspert rəyinin verildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 632 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği (1%) 3747,89 manat təşkil etmişdir; - xx.xx.2023-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 5.983,11 manat olmuş və 6.375,33 əmək haqqı ödənilmiş, həmin ay üzrə kəsir əmək haqqı ödənilməmişdir, - xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 5.983,11 manat olmuş, lakin 5.723,64 manat əmək haqqı ödənilmiş, həmin ay üzrə 259,47 manat kəsir ödənilmiş, ekspert rəyinin verildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 573 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği (1%) 1486,76 manat təşkil etmişdir; - xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 5.983,11 manat olmuş, lakin 4.634,15 manat əmək haqqı ödənilmiş, həmin ay üzrə 1348,96 manat kəsir ödənilmiş, ekspert rəyinin verildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 542 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği (1%) 7311,36 manat təşkil etmişdir; - xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 5.983,11 manat olmuş, lakin 4.634,15 manat əmək haqqı ödənilmiş, həmin ay üzrə 1348,96 manat kəsir ödənilmiş, ekspert rəyinin verildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 525 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği (1%) 7082,04 manat təşkil etmişdir; - xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 5.983,11 manat olmuş, lakin 4.634,15 manat əmək haqqı ödənilmiş, həmin ay üzrə 1348,96 manat kəsir ödənilmiş, ekspert rəyinin verildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 484 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği (1%) 6528,97 manat təşkil etmişdir; - xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 5.983,11 manat olmuş, lakin 4.634,15 manat əmək haqqı ödənilmiş, həmin ay üzrə 1348,96 manat kəsir ödənilmiş, ekspert rəyinin verildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 453 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği (1%) 6110,79 manat təşkil etmişdir; - xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 5.983,11 manat olmuş, lakin 4.634,15 manat əmək haqqı ödənilmiş, həmin ay üzrə 1348,96 manat kəsir ödənilmiş, ekspert rəyinin verildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 425 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği (1%) 5733,08 manat təşkil etmişdir; - xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 5.983,11 manat olmuş, lakin 4.887,27 manat əmək haqqı ödənilmiş, həmin ay üzrə 1095,84 manat kəsir ödənilmiş, ekspert rəyinin verildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 392 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği (1%) 4295,69 manat təşkil etmişdir; - xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 5.983,11 manat olmuş, lakin 4.887,27 manat əmək haqqı ödənilmiş, həmin ay üzrə 1095,84 manat kəsir ödənilmiş, ekspert rəyinin verildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 364 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği (1%) 3988,86 manat təşkil etmişdir; - xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 7.697,10 manat olmuş, lakin 6.534,27 manat əmək haqqı ödənilmiş, həmin ay üzrə 1162,83 manat kəsir ödənilmiş, ekspert rəyinin verildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 331 gün təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği (1%) 3848,97 manat təşkil etmişdir; Ümumilikdə 01 dekabr 2023-cü il tarixdən 02 oktyabr 2024-cü il tarixədək ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 70.138,37 manat olmuş, lakin 59.578,79 manat əmək haqqı ödənilmiş, 10559,58 manat kəsir ödənilmiş, ekspert rəyinin verildiyi tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği (1%) ümumilikdə 50134,41 manat təşkil etmişdir. Məhkəmə iş materiallarına nəzər salaraq belə qeyd edir ki, İddiaçı 19 oktyabr 2023-cü il tarixdə “X45 Mərkəzi” publik hüquqi şəxsinin direktoru vəzifəsinə təyin edilmiş, 12 sentyabr 2024-cü il tarixdə isə həmin vəzifədən azad edilmişdir. Yəni, ümumilikdə 10 ay 24 gün müddətinə öz vəzifəsini icra etmişdir. Bundan sonra iddiaçı vəzifəsini icra etdiyi müddət üçün müqavilədə nəzərdə tutulmuş lakin kəsir ödənilmiş əmək haqqını ala bilmədiyi üçün mediasiya təşkilatına müraciət etmiş, lakin məhkəmədənkənar qaydada mübahisə öz həllini tapmadığından məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sürdüyü tələblərin əksini sübutetmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək münasibətləri ilə əlaqədar bütün sənədləşmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Lakin cavabdeh məhkəməyə iddiaçının tələblərini təkzib edəcək, başqa sözlə, əmək haqqı ödənişinin ondan asılı olmayan səbəblərdən gecikdirilməsini təsdiq edəcək nəinki mötəbər, ümumiyyətlə hər hansı sübut təqdim edə bilmir. Bu səbəbdən, məhkəmə mötəbər sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 sentyabr 2025-ci il tarixli, 9/3649 nömrəli rəyini nəzərə alıb, belə qənaətə gəlir ki, 2023-cü ilin dekabr ayından 2024-cü ilin sentyabr ayınadək müvafiq olaraq hər ay üzrə əmək haqqının verilməsinin gecikdirilməsinə görə ödənc məbləği hesablanmalı, bununla da kəsir əmək haqqı olaraq cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən iddiaçının xeyrinə ümumilikdə (593,02+259,47+1348,96+1348,96+1348,96+ 1348,96+1348,96+1095,84+1095,84+1162,83=10559,58) 10.559,58 (on min beş yüz əlli doqquz manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Həmçinin məhkəmə belə hesab edir ki, iddiaçıya müqavilədə nəzərdə tutulan əmək haqqı məbləğindən az ödənilmiş hər gün üzrə kəsir əmək haqqı məbləğinin gecikdirilmiş günlərin sayına uyğun olaraq 1% ödənc cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, İddiaçı ödənilmiş əmək haqqının kəsir hissəsi 2023-cü ilin noyabr ayı 593,02 manat təşkil etmişdir ki, hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alındıqda bu 5,9302 manat, 2024-cü ilin yanvar ayı 259,47 manat təşkil etmişdir ki, hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alındıqda bu 2,5947 manat, 2024cü ilin fevral, mart, aprel, may, iyun ayları 1348,96 manat təşkil etmişdir ki, hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alındıqda bu 13,4896 manat, 2024-cü ilin iyul və avqust ayları 1095,84 manat təşkil etmişdir ki, hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alındıqda bu 10,9584 manat və 2024-cü ilin sentyabr ayı 1162,83 manat təşkil etmişdir ki, hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alındıqda bu 11,6283 manat təşkil etmişdir. Məhkəmə 1% məbləği yuvarlaqlaşdırma aparılmadan tam formada qeyd edilməsini zəruri hesab edir, ona görə ki, həmin məbləğ yuvarlaqlaşdırıldıqda hesabda konkretlik olmur və ekspert rəyi də yuvarlaqlaşdırma aparılmadan hesablanmışdır. Həmçinin məhkəmə qeyd edir ki, istər ekspert rəyi verildikdən sonra, istər məhkəmə aktı qəbul edildikdən sonra cavabdeh tərəfindən iddiaçıya əmək haqqı ödənişi aparılmaması nəzərə alınmalı və işəgötürənin təqsiri nəticəsindən gecikdirmə olması nəzərə alınaraq ödənişin həyata keçirildiyi günə qədər gecikdirilmiş günlər üzrə 1% üzrə hesablanma aparılmaqla cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq İddiaçı ödənilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, ekspert rəyi verilənə qədər gecikmə günlərinin sayı, kəsir əmək haqqının həmin ay üzrə məbləği tam formada qeyd edilmiş, hesablama aparılaraq rəyin verildiyi tarixdə aylar üzrə gecikmələr tam formada qeyd edilmişdir. Məhkəmə tərəfindən təyin edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının 03 sentyabr 2025-ci il tarixli, 9/3649 nömrəli rəyindən sonra məhkəmə qətnaməsi qəbul edildiyi günə qədər 75 gün keçmişdir ki, məhkəmə bu günlərin sayını ekspert rəyinə əsaslananaraq hesablanmış günlərə əlavə edərək qətnamə qəbul edildiyi gün üzrə konkret rəqəmlərin qeyd edilməsini və bunun üçün xüsusi bilik tələb edilməyən sadə riyazi hesablama aparılmasını mümkün hesab edir. Məhkəmə qətnaməsi qəbul edildikdən sonra isə ödənişin həyata keçirildiyi gün məhkəmə üçün qeyri-müəyyən olduğundan hesablama aparılmasının mümkün olmaması nəzərə alınaraq qətnamə qəbul edildikdən sonra ödəniş həyata keçirildiyi günədək hər gecikdirilən gün üçün 1% ödəncin İddiaçı verilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 sentyabr 2025-ci il tarixli, 9/3649 nömrəli ekspert rəyinə istinad edərək məhkəmə qətnamə qəbul edilən günə münasibətdə İddiaçı ödənilməli olan 1% ödənc məbləğini aşağıdakı formada qeyd edir: - xx.xx.2023-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 8.593,28 manat, ödənilmiş əmək haqqı məbləği 8.000,26 manat olmuş, həmin ay üzrə 593,02 manat kəsir əmək haqqı ödənilmişdir. Məhkəmə qətnaməsinin qəbul edildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 707 gün (632 gün ekspert rəyi verildiyi günə qədər olan müddət+75 gün rəy verildikdən sonra keçən günlərin sayı) təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği (1%) 4192,65 (dörd min yüz doxsan iki manat altmış beş qəpik) manat təşkil edir; - xx.xx.2023-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 5983,11 manat, ödənilmiş əmək haqqı məbləği 6375,33 manat hesablanmış, həmin ay üzrə kəsir əmək haqqı ödənilməmişdir, buna görə də həmin ay üzrə gecikdirilmə olmadığından 1% hesablanma aparıla bilməz. - xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 5.983,11 manat, ödənilmiş əmək haqqı məbləği 5.723,64 manat olmuş, həmin ay üzrə 259,47 manat kəsir əmək haqqı ödənilmişdir. Məhkəmə qətnaməsinin qəbul edildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 648 gün (573 gün ekspert rəyi verildiyi günə qədər olan müddət+75 gün rəy verildikdən sonra keçən günlərin sayı) təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği (1%) 1681,37 (bir min altı yüz səksən bir manat otuz yeddi qəpik) manat təşkil edir; - xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 5.983,11 manat, ödənilmiş əmək haqqı məbləği 4.634,15 manat olmuş, həmin ay üzrə 1348,96 manat kəsir əmək haqqı ödənilmişdir. Məhkəmə qətnaməsinin qəbul edildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 617 gün (542 gün ekspert rəyi verildiyi günə qədər olan müddət+75 gün rəy verildikdən sonra keçən günlərin sayı) təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği (1%) 8323,08 (səkkiz min üç yüz iyirmi üç manat səkkiz qəpik) manat təşkil edir; - xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 5.983,11 manat, ödənilmiş əmək haqqı məbləği 4.634,15 manat olmuş, həmin ay üzrə 1348,96 manat kəsir əmək haqqı ödənilmişdir. Məhkəmə qətnaməsinin qəbul edildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 600 gün (525 gün ekspert rəyi verildiyi günə qədər olan müddət+75 gün rəy verildikdən sonra keçən günlərin sayı) təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği (1%) 8093,76 (səkkiz min doxsan üç manat yetmiş altı qəpik) manat təşkil edir; - xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 5.983,11 manat, ödənilmiş əmək haqqı məbləği 4.634,15 manat olmuş, həmin ay üzrə 1348,96 manat kəsir əmək haqqı ödənilmişdir. Məhkəmə qətnaməsinin qəbul edildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 559 gün (484 gün ekspert rəyi verildiyi günə qədər olan müddət+75 gün rəy verildikdən sonra keçən günlərin sayı) təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği (1%) 7540,69 (yeddi min beş yüz qırx manat altmış doqquz qəpik) manat təşkil edir; - xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 5.983,11 manat, ödənilmiş əmək haqqı məbləği 4.634,15 manat olmuş, həmin ay üzrə 1348,96 manat kəsir əmək haqqı ödənilmişdir. Məhkəmə qətnaməsinin qəbul edildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 528 gün (453 gün ekspert rəyi verildiyi günə qədər olan müddət+75 gün rəy verildikdən sonra keçən günlərin sayı) təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği (1%) 7122,51 (yeddi min yüz iyirmi iki manat əlli bir qəpik) manat təşkil edir; - xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 5.983,11 manat, ödənilmiş əmək haqqı məbləği 4.634,15 manat olmuş, həmin ay üzrə 1348,96 manat kəsir əmək haqqı ödənilmişdir. Məhkəmə qətnaməsinin qəbul edildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 500 gün (425 gün ekspert rəyi verildiyi günə qədər olan müddət+75 gün rəy verildikdən sonra keçən günlərin sayı) təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği (1%) 6744,8 (altı min yeddi yüz qırx dörd manat səksən qəpik) manat təşkil edir; - xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 5.983,11 manat, ödənilmiş əmək haqqı məbləği 4.887,27 manat olmuş, həmin ay üzrə 1095,84 manat kəsir əmək haqqı ödənilmişdir. Məhkəmə qətnaməsinin qəbul edildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 467 gün (392 gün ekspert rəyi verildiyi günə qədər olan müddət+75 gün rəy verildikdən sonra keçən günlərin sayı) təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği (1%) 5117,57 (beş min yüz on yeddi manat əlli yeddi qəpik) manat təşkil edir; - xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 5.983,11 manat, ödənilmiş əmək haqqı məbləği 4.887,27 manat olmuş, həmin ay üzrə 1095,84 manat kəsir əmək haqqı ödənilmişdir. Məhkəmə qətnaməsinin qəbul edildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 439 gün (364 gün ekspert rəyi verildiyi günə qədər olan müddət+75 gün rəy verildikdən sonra keçən günlərin sayı) təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği (1%) 4810,74 (dörd min səkkiz yüz on manat yetmiş dörd qəpik) manat təşkil edir; - xx.xx.2024-cü il tarixə əmək haqqı məbləğinin ödənildiyi tarixə uyğun olaraq ödənilməli əmək haqqı məbləği (vergilər tutulduqdan sonra) 7.697,10 manat, ödənilmiş əmək haqqı məbləği 6.534,27 manat olmuş, həmin ay üzrə 1162,83 manat kəsir əmək haqqı ödənilmişdir. Məhkəmə qətnaməsinin qəbul edildiyi tarixə qədər gecikdirilmiş günlərin sayı 406 gün (331 gün ekspert rəyi verildiyi günə qədər olan müddət+75 gün rəy verildikdən sonra keçən günlərin sayı) təşkil etmiş, həmin tarixə qədər hər gecikdirilən gün üçün faiz məbləği (1%) 4721,09 (dörd min yeddi yüz iyirmi bir manat doqquz qəpik) manat təşkil edir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə yekunda belə qeyd edir ki, iddiaçının iddia tələbi həmin hissədə də təmin edilməli və İddiaçı X45 Mərkəzi” publik hüquqi şəxsinin direktoru olduğu müddətdə kəsir ödənilmiş ümumilikdə 10.559,58 (on min beş yüz əlli doqquz manat əlli səkkiz qəpik) manat (son haqq-hesab daxil olmaqla) əmək haqqı və qətnamənin qəbul edildiyi günə, yəni 17 noyabr 2025-ci il tarixədək hər gecikdirilən gün üçün ödənilməli olan faiz məbləği (1%) ümumilikdə, 58.348,26 (əlli səkkiz min üç yüz qırx səkkiz manat iyirmi altı qəpik) manat (4192,65+1681,37+8323,08+8093,76+7540,69+7122,51+6744,8+5117,57+4810,74+4721,09) məbləğində pul cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, kəsir ödənilmiş əmək haqqı üzrə hər ay ayrı-ayrılıqda hesablanmış məbləğ məhkəmə qətnaməsi qəbul edildiyi günə qədər tam formada hesablanaraq qeyd edilməsini məhkəmə qanuni və əsaslı hesab edir. Qətnamə qəbul edildikdən sonra isə ödənişin həyata keçirildiyi günədək hər gecikdirilən gün üçün 1% hesablanmaqla cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq İddiaçı ödənilməlidir. İddiaçının tələbinin cavabdehlər “Naxçıvan Muxtar Respublikası X6 Birliyi” publik hüquqi şəxsinə və “X45 Mərkəzi” publik hüquqi şəxsinə qarşı olan hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Əsasnaməsinin 14.3-cü bəndinə görə müəyyən edilmiş struktur, əmək haqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştata cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir. Həmin Əsasnamənin 14.3-1-ci bəndinə görə dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə tabeliyindəki müəssisələrin göstərdiyi ödənişli xidmətlərdən əldə olunan gəlirlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür. Ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir. Həmin Əsasnamənin 14.4-cü bəndinə görə Nazirliyin strukturuna daxil olan qurumların rəhbərlərini və işçilərini vəzifəyə təyin və vəzifədən azad edir. Qeyd edilənlərdən də görünür ki, iddiaçının iddia tələbinə cavab verməli olan şəxs “Naxçıvan Muxtar Respublikası X6 Birliyi” publik hüquqi şəxsi və “X45 Mərkəzi” publik hüquqi şəxsi deyil, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyidir. Çünki iddiaçı ilə əmək müqaviləsi bağlayan, işçi-işəgötürən münasibətlərində olan, əmək müqaviləsi üzrə ödənilməli əmək haqqının məbləğini müəyyən edən məhz Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi olmuşdur. Eyni zamanda “X45 Mərkəzi” Publik Hüquqi şəxs tərəfindən mühasibatlıq əməliyyatları aparılsa belə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Əsasnaməsində qeyd edilmişdir ki, Səhiyyə Nazirliyi struktur, əmək haqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştata cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir. Dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin, habelə tabeliyindəki müəssisələrin göstərdiyi ödənişli xidmətlərdən əldə olunan gəlirlərin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür. Ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir. Ona görə də iddiaçıya ödənilməli olan bütün vəsaitlər məhz Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən ödənilməlidir. Həmçinin cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin “X45 Mərkəzi” publik hüquqi şəxsi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olduğu zaman “Publik hüquqi şəxslər” haqqında Azərbaycan Respublikası Qanununa əsasən maliyyə-mühasibatlıq məsələlərinin müəssisənin özü tərəfindən müstəqil surətdə icra edildiyini, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən işçilərin əməkhaqlarının, vəzifə maaşları və digər maliyyə sistemi üzərində heç bir nəzarəti olmadığını, İddiaçı “X45 Mərkəzi” publik hüquqi şəxsində işlədiyi müddətdə əməkhaqqı ilə iddasına cavabdehin “X45 Mərkəzi” publik hüquqi şəxsi olduğunu qeyd etməsinə münasibətdə isə məhkəmə belə qeyd edir ki, 4 saylı Ərazi Vergilər İdarəsinin çıxarışından görünür ki, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi “X45 Mərkəzi” publik hüquqi şəxsi 27 iyun 2024-cü il tarixdə qeydiyyata alınmış, təsisçisi Cavabdehdir. İddiaçı isə 19 oktyabr 2023-cü il tarixdə “X45 Mərkəzi” publik hüquqi şəxsinin direktoru vəzifəsinə təyin edilmiş 12 sentyabr 2024-cü il tarixdə isə azad edilmişdir. Qeyd edilənlərdən də görünür ki, iddiaçının iddia tələbinə cavab verməli olan şəxs “X45 Mərkəzi” publik hüquqi şəxsi deyil, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyidir. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə belə hesab edir ki, iddiaçının iddia tələbi “Naxçıvan Muxtar Respublikası X6 Birliyi” publik hüquqi şəxsinə və “X45 Mərkəzi” publik hüquqi şəxsinə dair hissədə hüquqi əsası olmadığına və iddiaya cavab verməli olmayan şəxslərə qarşı qaldırıldığına görə rədd edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin təkrar məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi qismən təmin edilməli; -Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin 12 sentyabr 2024-cü il tarixli, 275 nömrəli əmri “X45 Mərkəzi” publik hüquqi şəxsinin direktoru İddiaçı 12 sentyabr 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsinə dair hissədə ləğv edilməli; -İddiaçı “X45 Mərkəzi” publik hüquqi şəxsinin direktoru vəzifəsinə bərpa olunmalı; -Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli; -Məcburi iş buraxma müddəti üçün 12 sentyabr 2024-cü il tarixdən başlayaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən əmək haqqının bir gününə düşən məbləği olan 268,88 (iki yüz altmış səkkiz manat səksən səkkiz qəpik) manatın 1% ödənc nəzərə alınmaqla işəgötürənin təqsiri nəticəsindən gecikdirmə hesab edilərək ödənişin həyata keçirildiyi günə qədər hesablanmaqla cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq İddiaçı ödənilməli; -İddiaçı kəsir ödənilmiş əmək haqqı məbləği olan, ümumilikdə 10.559,58 (on min beş yüz əlli doqquz manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq İddiaçı ödənilməli; --2023-cü ilin noyabr ayı üzrə kəsir ödənilmiş məbləği 593,02 manat olan əmək haqqının hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alınaraq 5,9302 manat, 2024-cü ilin yanvar ayı üzrə kəsir ödənilmiş məbləği 259,47 manat olan əmək haqqının hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alınaraq 2,5947 manat, 2024-cü ilin fevral, mart, aprel, may, iyun ayları üzrə kəsir ödənilmiş məbləği hər ay 1348,96 manat olan əmək haqqının hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alınaraq 13,4896 manat, 2024-cü ilin iyul və avqust ayları üzrə kəsir ödənilmiş məbləği hər ay 1095,84 manat olan əmək haqqının hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alınaraq 10,9584 manat və 2024-cü ilin sentyabr ayı üzrə kəsir ödənilmiş məbləği 1162,83 manat olan əmək haqqının hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alınaraq 11,6283 manat işəgötürənin təqsiri nəticəsindən gecikdirmə olması nəzərə alınaraq məhkəmə qətnaməsi qəbul edildiyi günə qədər ümumilikdə 58.348,26 (əlli səkkiz min üç yüz qırx səkkiz manat iyirmi altı qəpik) manat Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq İddiaçı ödənilməli, qətnamə qəbul edildikdən sonra isə ödənişin həyata keçirildiyi günədək hər gecikdirilən gün üçün 1% hesablanmaqla cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq İddiaçı ödənilməli; -iddia tələbi cavabdehlər “Naxçıvan Muxtar Respublikası X6 Birliyi” publik hüquqi şəxsinə və “X45 Mərkəzi” publik hüquqi şəxsinə münasibətdə rədd edilməli; -məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli; -təkrar məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin 12 sentyabr 2024-cü il tarixli, 275 nömrəli əmri “X45 Mərkəzi” publik hüquqi şəxsinin direktoru İddiaçı 12 sentyabr 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsinə dair hissədə ləğv edilsin. İddiaçı “X45 Mərkəzi” publik hüquqi şəxsinin direktoru vəzifəsinə bərpa olunsun. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Məcburi iş buraxma müddəti üçün 12 sentyabr 2024-cü il tarixdən başlayaraq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən əmək haqqının bir gününə düşən məbləği olan 268,88 (iki yüz altmış səkkiz manat səksən səkkiz qəpik) manatın 1% ödənc nəzərə alınmaqla işəgötürənin təqsiri nəticəsindən gecikdirmə hesab edilərək ödənişin həyata keçirildiyi günə qədər hesablanmaqla cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq İddiaçı ödənilsin. İddiaçı kəsir ödənilmiş əmək haqqı məbləği olan, ümumilikdə 10.559,58 (on min beş yüz əlli doqquz manat əlli səkkiz qəpik) manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq İddiaçı ödənilsin. 2023-cü ilin noyabr ayı üzrə kəsir ödənilmiş məbləği 593,02 manat olan əmək haqqının hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alınaraq 5,9302 manat, 2024-cü ilin yanvar ayı üzrə kəsir ödənilmiş məbləği 259,47 manat olan əmək haqqının hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alınaraq 2,5947 manat, 2024-cü ilin fevral, mart, aprel, may, iyun ayları üzrə kəsir ödənilmiş məbləği hər ay 1348,96 manat olan əmək haqqının hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alınaraq 13,4896 manat, 2024-cü ilin iyul və avqust ayları üzrə kəsir ödənilmiş məbləği hər ay 1095,84 manat olan əmək haqqının hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alınaraq 10,9584 manat və 2024-cü ilin sentyabr ayı üzrə kəsir ödənilmiş məbləği 1162,83 manat olan əmək haqqının hər gün üçün gecikmə faizinin 1% olması nəzərə alınaraq 11,6283 manat işəgötürənin təqsiri nəticəsindən gecikdirmə olması nəzərə alınaraq məhkəmə qətnaməsi qəbul edildiyi günə qədər ümumilikdə 58.348,26 (əlli səkkiz min üç yüz qırx səkkiz manat iyirmi altı qəpik) manat Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq İddiaçı ödənilsin, qətnamə qəbul edildikdən sonra isə ödənişin həyata keçirildiyi günədək hər gecikdirilən gün üçün 1% hesablanmaqla cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq İddiaçı ödənilsin. İddia tələbi cavabdehlər “Naxçıvan Muxtar Respublikası X6 Birliyi” publik hüquqi şəxsinə və “X45 Mərkəzi” publik hüquqi şəxsinə münasibətdə rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təkrar məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar