Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-135/2021 17.03.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Orucova (Əliyeva) Aidə Ramiz qızına, Orucova (Seferoğlu) Tərlan Ramiz qızına və X4 qarşı yaşayış və istifadə hüququn itirilmiş hesab olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı X6 nümayəndəsi və vəkili Vəkil oğlu məhkəmədə iddia qaldıraraq cavabdehlər Orucova (Əliyeva) Aidə Ramiz qızının, Orucova (Seferoğlu) Tərlan Ramiz qızının və X3 ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X6 nümayəndəsi və vəkili Vəkil oğlu iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısının xx xxxx 2006-cı il tarixli sərəncamına uyğun olaraq ünvan 2 ünvanında yerləşən mənzili icarə müqaviləsi dəyişdirilmiş və iddiaçının adına mənzilin icarə müqaviləsi verilmişdir. Həmin mənzil 1969-cu ildə iddiaçının qayınatası X9 adına sərəncamla verilimişdir. Həmin mənzilə dair icarə müqaviləsinin iddiaçının adına dəyişdirilməsi barədə onunla birlkdə yaşayan ailə üzvləri də razılıq ərizəsi vermişdirlər. Mənzilin pasport qeydiyyatında olan cavabdehlər Orucova (Əliyeva) Aidə Ramiz qızı, Orucova (Seferoğlu) Tərlan Ramiz qızı və X7 iddiaçının ögey övladlarıdır və mənzilin pasport qeydiyyatındadırlar. Lakin uzun müddətdir həmin məznildə yaşamırlar və özlərinə başqa yaşayış yeri seçmişdirlər. Belə ki, cavabdeh Orucova (Əliyeva) Tərlan Ramiz qızı 2011-ci ildən Bakı şəhərinə köçmüş, orada ailə quraraq hazırda yaşayır, digər cavabdeh Orucova (Seferoğlu) Tərlan Ramiz qızı 2015-ci ildən Türkiyə Respublikasına köçərək orada ailə qurmuş və yaşayır, Cavabdeh1 isə 2015ci ildən Türkiyə Respublikasına köçərək orada yaşayır və işləyir. Mənzilin bütün kommunal xərcləri iddiaçı tərəfindən qarşılanır. Həmin cavabdehlərin mənzildə yaşaması və istifadəsi hüququ itirilmişdir və formal olaraq mənzilin qeydiyyatında olmaları iddiaçının həmin mənzili özəlləşdirmək və ya digər hüquqlarını həyata keçirməyə maneə törədir. Hesab edir ki, hazırki işə qüvvədən düşmüş Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə məsələ həll edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdehlər Orucova (Əliyeva) Aidə Ramiz qızına, Orucova (Seferoğlu) Tərlan Ramiz qızına və X4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Orucova (Əliyeva) Aidə Ramiz qızının, Orucova (Seferoğlu) Tərlan Ramiz qızının və X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib,onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 2006-cı il tarixli 180 nömrəli Sərəncamına əsasən Naxçıvan şəhəri, Nizami küçəsi bina 38, mənzil 19-da olan mənzilin icarə müqaviləsi İddiaçı adına dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli aktdan aydın olur ki, X15, Cavabdeh2, Orucov X5 şəhəri Nizami 38 ev 19 ünvanında qeydiyyatda olsalar da orada yaşamırlar. X15 2011-ci ildən ailə quraraq Bakı şəhərində yaşayır. Orucova X10 Respublikasında yaşayır. xx xxxxxx 2019-cu ildə orada ailə qurubdur. Cavabdeh1 arada Naxçıvana gəlib-gedir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2009-cu il tarixli 2(078)-3181/2009 nömrəli qətnaməsindən aydın olur ki, X16 və X1 Gülpəri Əli qızına məxsus Naxçıvan şəhəri Nizami küçəsi ev 38-də yerləşən 19 nömrəli mənzilin pasport qeydiyyatıdan çıxarılmışdır. İş materiallarında olan Naxçıvan MR İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(122)-95/2020 nömrəli qərarından aydın olur ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər Polis İdarəsinə qarşı cavabdehin üzərinə babək rayonu Hacıvar kəndində yaşayan Orucova (Əliyeva0 Aidə Ramiz qızının, türkiyə Respublikasında yaşayan Orucova (Seferoğlu) Tərlan Ramiz qızının və Türkiyə Respublikasında yaşayan Cavabdeh1 icarə müqaviləsi onun adına dəyişdirilmiş ünvan 4 ünvanınd ayerləşən mənzildən istifadə hüquqlarına xitam verilməklə onların həmin mənzilin pasport qeydiyyatından çıxarılmalarına dair iddiası mümkün sayılmamışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil İstismar İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli 6028 nömrəli arayışından aydın olur ki, ünvan 3 ünvanında yaşayan İddiaçı aşağıdakı ailə üzvləri vardır: 1.X15-1991 2.Cavabdeh2-2000 3.Cavabdeh1-2001 İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil İstismar İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli 6016 nömrəli arayışından aydın olur ki, Orucova X8 şəhəri Nizami 38 ev 19 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil İstismar İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli 6018 nömrəli arayışından aydın olur ki, Abbasova X12 şəhəri Nizami 38 ev 19 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil İstismar İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli 6017 nömrəli arayışından aydın olur ki, Orucov X5 şəhəri Nizami 38 ev 19 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İcra Hakimiyyəti 3 saylı Mənzil İstismar İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli 6015 nömrəli arayışından aydın olur ki, X2 şəhəri Nizami 38 ev 19 ünvanında qeydiyyatdadır, lakin 2011-ci ildən yaşamır. Məhkəmə “hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir” prinsipi ilə işə mahiyyəti üzrə yanaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. İddiaçının tələbinin qanuni əsasını analogiyanı tətbiq etməklə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 60, 87-ci maddələri təşkil edə bilər. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri 2006-ci ildə yarandığından hazırki mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. xx.xx.2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda-müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i.a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə-həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə-onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 8) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx xxxx 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki tələblə iddiaçının müraciət etməkdə məqsədi mənzil icarə müqaviləsi adına dəyişdirilmiş evi özəlləşdirmək olmuşdur. Özəlləşdirilmənin həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməsi və müvafiq sənədlərin toplanılması üçün orderdə adı qeyd edilən lakin uzun müddətdir ki, həmin mənzildə yaşamayan şəxsin razılıq ərizəsi tələb edildiyindən iddiaçı istifadəsində olan mənzilin özəlləşdirilməsi hüququnu həyata keçirə bilməmişdir. İşin hallarından görünür ki, cavabdehlər ailə üzvü olaraq mübahisli mənzildə uzun müddətdir ki yaşamır. Bu hal iddiaçı tərəfindən bildirilməklə yanaşı cavabdehlərin uzun müddətdir ki, həmin ünvanda yaşamaması qonşular tərəfindən tərtib edilmiş aktla da təsdiq eidlmişdir. İddiaçının nümayəndəsi və vəkilinin izahatından aydın olur ki, cavabdehlər-Aidə və Cavabdeh2 ailə quraraq mənzildə köçüb getmiş, sonuncu cavabdeh Məhəmməd isə başqa ölkəyə gedərək orada yaşayır. Artıq qeyd edilən hallar onu deməyə əsas verir ki, cavabdehlər özlərinə başqa yaşayış yeri seçmişdir. Məhkəmə bu halı cavabdehlərin mübahisəli mənzildən daimi çıxıb getməsi kimi qiymətləndirir. Beləliklə, icarədarın ailə üzvü kimi cavabdehlərin yaşayış sahəsindən getməsi onların yaşayış sahəsindən daimi olaraq çıxıb getməsi kimi qiymətəndirilərək bu hal cavabdehlərin mübahisəli yaşayış sahəsinə olan istigadə hüquqlarının saxlanılmaması kimi qəbul edilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə şeydiyyat haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəlarının şərh edilməsinə dair” xx xxxxxxxx 2020-ci il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, məhkəmələr hər bir halda şəxsin həmin yaşayış əsində yaşayıb-yaşamaması, istifadə hüququnun olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı hallarda ona xitam verilməsi rəsələsində də söhbət gedə bilməz. Bu mülki iddiada da cavabdehlərin artıq əvvəllər mövcud olmuş yaşayış və istifadə hüquqları o dövrdə qüvvədə olan mənzil qanunvericiliyinə görə itirildiyindən onun xitamından da söhbət gedə bilməz. Burada yalnız həmin şəxslərin yaşayış və istifadə hüquqlarının itirilmiş hesab olunmasından danışmaq olar. Həmçinin müvafiq Plenum qərarında qeyd olunmuşdur ki, "Yaşayış yeri olduğu yer haqqında” AR Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Buradan da belə hesab etmək olar ki, əgər şəxsin məhkəmə qətnaməsi ilə yaşayış və istifadə hüququ itirilmiş hesab olunursa, məhz həmin qətnamə əsasında şəxs pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı yenidən ikinci dəfə qeydiyyatdan çıxarılma ilə bağlı məhkəməyə müraciət etməyəcəkdir. Bu həmçinin yeniidən iddia qaldırılmasının qarşısını almaqla, həmçinin prosesssual qənaət prinsipinə xidmət etmiş olacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, cavabdehlər uzun müddətdir ki, özlərinə başqa yaşayış yeri seçməklə daim olaraq mübahisəli mənzildən getmişdir və sadəcə mənzil qeydiyyatında formal olaraq adlarının olması reallıqda mənzildən istifadə edən şəxsin mənzili üzərində hüquqlarını həyata keçirməyə maneə yaratması ilə nəticələnir. Buna görə də iddia əsaslı olduğundan təmin olunmalı, ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən cavabdehlər Orucova (Əliyeva) Aidə Ramiz qızının, Orucova (Seferoğlu) Tərlan Ramiz qızının və X3 yaşayış və istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Orucova (Əliyeva) Aidə Ramiz qızının, Orucova (Seferoğlu) Tərlan Ramiz qızının və X3 ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-135/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-135/2021
17.03.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver