Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1371/2023 21.09.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə yaşayış hüququnun tanınması tələbinə dair iddia ərizəsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh ilə paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yaşayış və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 21 sentyabr 2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində Naxçıvan Şəhər Məhkəməsinə Cavabdeh qarşı yaşayış sahəsinə yaşayış hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə müraciət etdiyini qeyd edərək həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasının təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.9-cu maddələrinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki vəziyyətdə iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etdiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 15 sentyabr 2023-cü il tarixdə, 8225 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə yaşayış hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 15 sentyabr 2023-cü il tarixdə, 8225 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-1371/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1371/2023
21.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver