Məhkəmə qərarları › İş №2(078)-138/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-138/2024

15.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-138/2024 15.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum atası X5 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini əsaslandıraraq ərizədə qeyd etmişdir ki, atası-mərhum X15 26 dekabr 1980-ci il tarixdə “Divar aralığının şişi” diaqnozu ilə vəfat etmişdir. Mərhumdan 1980-ci ildən ünvan 2 ünvanında yerləşən əmlak miras qalmışdır. Mərhum atası X5 ölümündən sonra qeyd olunan mirası o qəbul etmişdir. Mərhum atası X5 həyat yoldaşı-X6 (vəfat edib), qızı-X7, qızı- X8, oğlu-X16 (vəfat edib) adlı vərəsələri var. Mərhum atası X5 ölümündən sonra ünvan 1 ünvanında yerləşən miras əmlakı faktiki olaraq o qəbul etmiş və o idarə etmişdir. Mərhumun ölümündən sonra həmin mirasda qalıb yaşamaqla mirasın onun tərəfindən qəbul olunmasını hamıya nümayiş etdirmişdir. Həmçinin digər vərəsələrin X2 və mərhum qardaşı X9 vərəsələri olan X10, X11, X21 və X4 mirasın rəsmi və faktiki qəbul edilməməsi və gələcəkdə də bununla bağlı heç bir iddia və tələblərinin olmaması ilə bağlı ərizələri mövcuddur. Həmin ərizələri də iddia ərizəsinə əlavə etmişdir. Vərəsəlik şəhadətnaməsinin alınması üçün Naxçıvan “Asan Xidmət” mərkəzinin notariat ofisinə müraciət etmişdir. Naxçıvan “Asan Xidmət” mərkəzinin notariat ofisi 29 sentyabr 2023-cü il tarixli məktubunda vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Hazırda həmin evə o sahiblik edir və onun istifadəsindədir. Göstərdiyi faktlar kommunal xərclərlə və həmçinin mirasın onun tərəfindən qəbul edilib idarə olunmasını məhkəmədə şahidlər də təsdiq edə bilər. Göstərilən mirası qəbul etsə də maddi durumu ilə bağlı müvafiq rəsmiləşdirmə aparıb miras qalmış evi adına sənədləşdirə bilməmişdir. Qeyd olunan iddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Mülki Prosessual Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 18 yanvar 2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında Ərizəçi, maraqlı şəxslər X3, X10, X11, X12, X21 və X8 iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmiş, həmçinin maraqlı şəxs Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisi nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş üzrə ərizəçi və maraqlı şəxslər iştirak etmədiyindən qeyd olunan məhkəmə iclası təxirə salınaraq 15 fevral 2024-cü il tarixə təyin edilmişdir. 15 fevral 2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə iş üzrə ərizəçi və maraqlı şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, iş üzrə ərizəçi və maraqlı şəxslər isə məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə işin yuxarıda qeyd olunan hallarını və qanunvericiliyin sadalanan tələblərini nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsi tətbiq olunmalı və Ərizəçi verdiyi ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-ci maddələrinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallardan da aydın olur ki, hazırki iş üzrə ərizəçi və maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmış, məhkəmə iclasında iştirak etməmiş və işə onların iştirakı olmadan baxılıb-baxılmaması barədə məhkəməyə məlumat verməmişlər. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi hazırki vəziyyətdə yaranmış hüquqi şərait mülki işə baxmağa imkan vermir. İş üzrə tərəflərə izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, həmin Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 23 noyabr 2024-cü il tarixli, 19158 nömrəli qəbzlə ödənilmiş 103 (yüz üç) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizə verilərkən Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 23 noyabr 2024-cü il tarixli, 19158 nömrəli qəbzlə ödənilmiş 103 (yüz üç) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. İş üzrə ərizəçi və maraqlı şəxslərə izah olunsun ki, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edərsə, bu zaman məhkəmə ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar