Məhkəmə qərarları › İş №2(078)-1396/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1396/2024

27.11.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1396/2024 27.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili X1, Cavabdeh və iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faktiki olaraq ailə üzvləri ilə birlikdə yaşadığı, onunla sosial kirayə müqaviləsi bağlamış, ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh yaşayış binasının tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli 2-1(122)-43/2024 nömrəli qərarı ilə ünvan 2 ünvanında yerləşən mənzilə onunla sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərarlaşdırılmışdır. Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsi, ev 4 ünvanında yerləşən mənzil Naxçıvan Şəhər İcra Hakimiyyətinin 22 avqust 2024-cü il tarixli 171 nömrəli sərəncamına əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin onun adına bağlanmasının müəyyən olunması qərarlaşdırılmış, qərarın icrası Naxçıvan şəhər 1 saylı Mənzil İstismar İdarəsinə tapşırılmış və onun mənzilin kirayəçisi olması arayışla təsdiq olunmuşdur. Həmin evin pasport qeydiyyatında İddiaçı (1968-ci il təvəllüdlü), X5 (1978-ci il təvəllüdlü), X10 (1997-ci il təvvəllüdlü), X14 (1999-cu il təvəllüdü) və Cavabdeh (1963-cü il təvəllüdlü) adlı şəxslər durur. Cavabdeh ailə həyatı qurduqdan sonra uzun müddətdir ki, artıq onunla birgə yaşamır. Babək rayonu, Babək qəsəbəsində daima yaşayır. Onun mənzilin pasport qeydiyyatında dayanması səbəbindən həmin ünvanda anadan olduğu və uzun illər ərzində və haliyyədə yaşadığı mənzili özgəninkiləşdirə bilmir. Məhz bu baxımdan da onun həmin evin tərkib hissəsindən istifadə hüququnun itirilmiş hesab edilməsini istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında 1968-ci ildən, yəni doğulduğu bir gündən həmin ünvan 4 ünvanında yerləşən evdə yaşadığını, 1988-ci ildə əsgərlikdən gəldiyini, 1989-cu ildə Əkbərin evləndiyi, evlənib 3 ay həmin evdə yaşadığını, sonra 1990- 1991-ci illərdən çıxıb getdiyini, Tumbulda yaşadığını, onun 1996-cı ildə tutulduğunu, 1998ci ildə azadlığa buraxıldığını, 2004-cü ildə anasının rəhmətə getdiyini, Əkbərin onun yasına da gəlmədiyini, uzun müddətdir Əkbərin həmin evdə yaşamadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X6 izahatında cavabdehin özünün də izahatında uzun illərdir ünvan 4 ünvanında yerləşən evdə yaşamadığını bildirdiyini, iddiaçının evi özgəninkiləşdirmək istədiyini, ancaq cavabdeh həmin evdə qeydiyyatda olduğu üçün özgəninkiləşdirə bilmədiyini, iddia ərizəsində bütün halları ətraflı olaraq qeyd etdiklərini, şahid ifadələri ilə də bu halların öz təsdiqini tapdığını, cavabdehin həmin evdə uzun illərdir yaşamadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında qanunda elə bir hal olmadığını, onun həmin evdən yaşamaq hüququnun itirilə bilməyəcəyini, 1992-ci ildən ünvan 4 ünvanında yerləşən evdən ailəsi ilə birlikdə çıxdığını, həmin vaxtdan 2006-cı ilə kimi Babək rayonunda yaşadığını, 1996-cı ildən 1998-ci ilədək həbsdə olduğunu, sonra 2006-cı ildən 2008-ci ilə kimi təkrar həbsdə olduğunu, 2008-ci ildə boşandığını, anasının 2004-cü ildə vəfat etdiyini, özünün həmin vaxta kimi gedib-gəldiyini, ancaq 1992-ci ildən həmin evdə daimi yaşamadığını, iddiaçıya ona yaşaması üçün 1 otaq verməsini dediyini, iddiaçının vermədiyini, özünün də yaşamağa yeri olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X15 izahatında İddiaçı ünvan 4 ünvanında yerləşən evdə qeydiyyatda olduğunu və yaşadığını, Cavabdeh ünvan 4 ünvanında yerləşən evdə qeydiyyatda olsa da uzun müddətdir həmin ünvanda yaşamadığını, şəxs 6 aydan artıq yaşamadıqda onun yaşayış və istifadə hüququnun itirilmiş hesab edilə biləcəyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində iddiaçı ilə qonşu olduqlarını, 1983-cü ildən Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsində yerləşən binada yaşadığını, Məmmədi, onun ailəsini, mərhum anası Xalidəni orada gördüyünü, Əkbəri 30 ildən çoxdur ümumiyyətlə həmin evdə görmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadəsində 1982-ci ildən Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsində yerləşən binaya gəlin köçdüyünü, neçə illərdir Əkbəri orada görmədiyini, Əkbəri toyu olduqdan sonra ümumiyyətlə həmin evdə görmədiyini, Babəkə köçüb getdiyini, orada yaşadığını bildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində iddiaçı ilə qonşu olduqlarını, 1992-ci ildən Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsində yaşadığını, 32 ildir Əkbəri görmədiyini, Məmmədi, onun həyat yoldaşını, iki övladını gördüyünü, onların orada yaşadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində 1993-cü ildən Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsində yerləşən binada yaşadığını, Əkbəri ümumiyyətlə orada görmədiyini, Məmməd və ailəsinin həmin ünvanda yaşadıqlarını, əvvəllər anasının da həmin evdə yaşadığını bildirdi. Məhkəmə iddiaçının, iddiaçının vəkilinin, cavabdehin, iddiaçı tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda, işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil- İstismar İdarəsi tərəfindən verilmiş 03 sentyabr 2024-cü il tarixli, 1498 nömrəli arayışdan görünür ki, İddiaçı (1968-ci il təvəllüdlü), X5 (yoldaşı, 1978-ci il təvəllüdlü), X10 (oğlu, 1997ci il təvəllüdlü), X14 (oğlu, 1999-cu il təvəllüdlü) və Cavabdeh (qardaşı, 1963-cü il təvəllüdlü) ünvan 7 ünvanında qeydiyyatdadırlar. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 24 iyun 2024-cü il tarixli, 2-1(122)-43/2024 nömrəli qərarı ilə, ünvan 6 ünvanında yerləşən mənzilə İddiaçı ilə sosial kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi öhdəliyi cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 22 avqust 2024-cü il tarixli, 171 nömrəli sərəncamına əsasən, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi tərəfindən verilmiş 24 iyun 2024-cü il tarixli 2-1(122)-43/2024 saylı qərarın icra edilməsi, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin İddiaçı adına bağlanması, sərəncamın icrasının Naxçıvan şəhər 1 saylı Mənzil İstismar İdarəsinə tapşırılması qərara alınmışdır. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil- İstismar İdarəsi tərəfindən verilmiş 03 sentyabr 2024-cü il tarixli, 1497 nömrəli arayışa əsasən, ünvan 7 ünvanında qeydiyyatda olan İddiaçı X5 (yoldaşı, 1978-ci il təvəllüdlü), X10 (oğlu, 1997-ci il təvəllüdlü) və X14 (oğlu, 1999-cu il təvəllüdlü) adlı ailə üzvləri vardır. İş materiallarına əlavə olunmuş Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 sentyabr 2008-ci il tarixli, AZ-İ seriyalı, 058718 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətinə əsasən, Cavabdeh ilə X8 arasında olan nikah pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 03 sentyabr 2008-ci il tarixdə 48 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 saylı Mənzil- İstismar İdarəsi tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli, 51 nömrəli arayışdan görünür ki, Məmmədov X9 şəhəri, Ə.Qəmküsar küçəsi, bina 4, mənzil 6-da qeydiyyatdadır və həmin ünvanda yaşayır. Məmmədov X12 şəhəri, Ə.Qəmküsar küçəsi, bina 4, mənzil 6da qeydiyyatdadır, lakin uzun müddətdir həmin ünvanda yaşamır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 23 oktyabr 2023-cü il tarixli, 661 nömrəli arayışından görünür ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilən 20 oktyabr 2023-cü il tarixli, 710 nömrəli arayışda mənzilin ünvanı ünvan 10indən həmin çoxmərtəbəli yaşayış binasında mənzillərin ünvanları dəqiqləşdirilən zaman unikallığın pozulduğu aşkarlanmışdır. Bundan sonra mənzillər yenidən nömrələnmiş və buna müvafiq olaraq vətəndaş İddiaçı qeydiyyatda olduğu mənzilin yeni ünvanı ünvan 4 olmuşdur. Cavabdeh mübahisəli evdən istifadə ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə, mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 54-cü maddəsinə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli, 2 №-li qərarının (1994-cü il 20 may tarixli, 4 №-li və 1998-ci il 25 mart tarixli, 4 №-li qərarlarında edilmiş dəyişikliklərlə) 8-ci bəndində göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qanunla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh 30 ildən artıq müddətdir ki, mübahisəli mənzili daimi əsaslarla tərk etmişdir. Həmçinin məhkəmə onu da bildirir ki, Cavabdeh qardaşı İddiaçı onun həmin evdə yaşamağına icazə vermədiyini qeyd etsə də bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir, eyni zamanda məhkəmə araşdırması zamanı da cavabdehin izahatında qeyd etdiyi bu halların əsaslı olmasını təsdiq edən hallar ortaya çıxmamışdır. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi, mülki-prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən cavabdeh etirazının əsasını təşkil edən halları sübut etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Qeyd edilənlərə əsasən müəyyən edildi ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir və cavabdeh evləndikdən sonra mübahisəli mənzildə yaşamamışdır, oranı daimi əsaslarla tərk etmişdir və onun qeydiyyatı formal xarakter daşıyır. Cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıya mənzildən maneəsiz istifadə etməyə imkan vermir. Cavabdehin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması onun özünə başqa daimi yaşayış yeri seçməsi qənaətinə gəlməyə imkan verir. Cavabdehin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşımaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsində təsbit edilmiş bu qanunun məqsədlərinin təmin edilməsinə xidmət etmir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz (dinc) istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzildən yaşayış və istifadə hüququ itirilmiş hesab edilməli; -iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzildən yaşayış və istifadə hüququ itirilmiş hesab edilsin. İddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar