Məhkəmə qərarları › İş №2(078)-141/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-141/2024

28.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-141/2024 28.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı qızının və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və cavabdehlə arasında əvvəlcədən olan hasar divarını sökdüyünə görə yenidən bərpa etməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən ona məxsus olan Naxçıvan şəhəri Ağamalıoğlu küçəsi ev 14 ünvanında qanunsuz olaraq zəbt etdiyi 6 kv.m torpaq sahəsinin geri qaytarılması və onunla arasında əvvəlcədən olan hasar divarını sökdüyünə görə yenidən bərpa etməsi barədə qətnamə qəbu edilməsini xahiş etmişdir. 12 fevral 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ilkin iddia ərizəsində cavabdehlə arasında olan 6 kv.m torpaq sahəsini mübahisələndirdiyini, lakin mütəxəssis baxışı zamanı həmin hissəsinin ölçülərək mübahisələndirdiyi ərazinin 4.94 kv.m olduğu müəyyən edildiyindən və özünün də mütəxxəsisin ölçüsü ilə razılaşdığından iddia tələbini dəqiqləşdirilməsi zərurətinin yarandığını bildirmiş və iddia tələbinə cavabdeh tərəfindən ona məxsus olan Naxçıvan şəhəri Ağamalıoğlu küçəsi ev 14 ünvanında qanunsuz olaraq zəbt etdiyi 4.94 kv.m torpaq sahəsinin geri qaytarılması və onunla arasında əvvəlcədən olan hasar divarını sökdüyünə görə yenidən bərpa etməsi tələbi çərçivəsində işə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə nəzərə alınaraq iddia tələbinə “Cavabdeh ona məxsus olan Naxçıvan şəhəri Ağamalıoğlu küçəsi ev 14 ünvanında qanunsuz olaraq zəbt etdiyi 4.94 kv.m torpaq sahəsinin geri qaytarılması və cavabdehlə arasında əvvəlcədən olan hasar divarını sökdüyünə görə yenidən bərpa etməsi” tələbi çərçivəsində baxılmasına qərar verilmişdir. İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, mərhum həyat yoldaşı X4 2007-ci ilin iyun ayında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini alqısatqı müqaviləsi əsasında alıb. Həmin ünvanda 2 övladı dünyaya gəlib və həyat yoldaşı X4 dünyasını həmin evdə dəyişib. Hal-hazırda övladları ilə birlikdə sözügedən ünvanda yaşayır. Bu müddət ərzində qonşuluqda yaşayan kiminləsə hər hansı bir mübahisəsi olmayıb. Bir neçə aydır ki, onunla sol tərəfdən qonşuluqda yerləşən ev satıldığından həmin evi yeni alan şəxs Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsinin müəyyən hissəsini zəbt edib. O, bununla bağlı 17 noyabr 2023-cü il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə rəsmi şəkildə müraicət edib. Xidmətdən nümayəndə gəlib, hər ikisinə məxsus olan torpaq sahələrinə naturada yerində baxış keçirildi və məlum oldu ki, Cavabdeh onun mülkiyyətində olan evə tərəf qapı açmaq istədiyi torpaq sahəsi ona aiddir və evin aşağı hissəsində isə ona məxsus olan 4.94 kv.m torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilərək orada qanunsuz tikili aparılmışdır. Buna görə də 23 noyabr 2023-cü il tarixdə akt tərtib edərək cavabdehə bu barədə xəbərdarlıq edildi. Bundan başqa cavabdeh həm də ona məxsus olan evin pəncərəsinin bir hissəsini pirket vasitəsilə hörərək üzünü suvaqla suvatdırmışdır. Nəinki onun əvvəlcədən, o cümlədən də Daşınmaz Əmlakın nümayəndələri tərəfindən ona bu qanunsuz hərəkətlərinə görə irad tutulub xəbərdarlıq edilməsinə baxmayaraq o qanunsuz hərəkətlərini yenə də davam etdirməkdədir. Bu səbəbdən məcburiyyət qarşısında qaldığından məhkəməyə pozulmuş hüquqlarının bərpa olunması ilə bağlı müraciət edib. Qeyd etdiklərinə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, sözügedən tikilini sökəcək. İddiaçının pəncərəsinin qarşısındakı tikinti onun tərəfimdən söküləcək. Həmin iddiaçının əriazisinə keçən divar da geri çəkiləcək. İddiaçının mübahisləndirdiyi evlərinin arxa hissəsindəki hasar çox köhnə uçulmuş bir hasardı və iddiaçı ilə onun torpağı aldığı evin sahibinə məxsusdur. Hətta qonşular belə dedi ki, həmin hasar sökülmüş uçulmuş bir hasardır. Bir də həmin mübahisli hasar düzgün ölçülsün ki, dəqiq bilinsin. O razılıq olmadan deyil, qayınatasının razılığı ilə bu işləri görübdür. Buna görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında mütəxəssis Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin baş məsləhətçisi X7 izahatında bildirmişdir ki, yerində müayinə və tədqiq aparılmış, baxış zamanı hüquqi sənəddə müyyən edilmiş torpaq sahələrinin ölçüləri ilə faktiki mövcud vəziyyətdə torpaq sahələrinin ölçülərinin müqayisəsi aparılmışdır. Belə ki, müəyyən olunmuşdur ki, cavabdeh Vəliyev X8 şəhəri, Ağamalıoğlu küçəsi, döngə 1, ev 1 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin daxilində dəyişiklik etmişdir. Dəyişiklik zamanı açıq eyvan yerləşkəsini sökmüş yerində yeni tikinti aparmışdır. Tikinti apararkən qonşusu İddiaçı məxsus 4.94 kv.m torpaq sahəsinə keçmişdir. Həmin sahənin 2.99 kv.m hissəsində tikinti apararaq qonşuya məxsus fərdi yaşayış evinin pəncərəsinin yarı hissəsini bağlamış, qalan 1.95 kv.m sahədə isə sərhədqoruyucu hasar divarinı sökülmüşdür. Hal-hazırda qeyd olunan mübahisələndirilən 4.94 kv.m torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin və mütəxəssisin izahatını dinləyib, həmçinin işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onları əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki iş üzrə təyin edilmiş mütəxəssis Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin baş məsləhətçisi H.Mahmudov tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş rəydə qeyd olur ki, ünvan 1 ünvanında 158.26 m2 həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 86.08 kv.m, yaşayış sahəsi 35.61 kv.m və 50.47 kv.m köməkçi sahəsi olan fərdi yaşayış evi xx.xx.2023cü il tarixdə paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı, X3 və X1 adına **********70 nömrəli reyestrlə qeydiyyata alınmışdır. Cavabdehə məxsus ünvan 3 ünvanında 250.82 kv.m həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 62.62 kv.m, yaşayış sahəsi 30.40 kv.m və 32.22 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına **********58 nömrəli reyestrlə qeydiyyata alınmışdır. Yerində aparılmış ölçülərdən məlum olur ki, mübahisələndirilən 4.94 kv.m torpaq sahəsi İddiaçı məxsus torpaq sahəsidir. Cavabdeh Vəliyev X8 şəhəri, Ağamalıoğlu küçəsi, döngə 1, ev 1 ünvanında yerləşən 1 mərtəbəli fərdi yaşayış evinin daxilində dəyişiklik etmişdir. Dəyişiklik zamanı açıq eyvan yerləşkəsini sökmüş yerində yeni tikinti aparmışdır. Tikinti apararkən qonşusu İddiaçı məxsus 4.94 kv.m torpaq sahəsinə keçmişdir. Həmin sahənin 2.99 kv.m hissəsində tikinti apararaq qonşuya məxsus fərdi yaşayış evinin pəncərəsinin yarı hissəsini bağlamış, qalan 1.95 kv.m sahədə isə sərhədqoruyucu hasar divarinı sökülmüşdür. Hal-hazırda qeyd olunan mübahisələndirilən 4.94 kv.m torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Mülki işin materiallarından olan xx.xx.2020-ci il tarixdə tərtib edilmiş 3223 inventar nömrəli texniki pasportunun surətindən məlum olur ki, Naxçıvan şəhəri Ağamalıoğlu küçəsi ev 14 İddiaçı, X3 və X1 adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan aydın olur ki, Naxçıvan şəhər Ağamalıoğlu küçəsi küçəsində olan 0.0158 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 86.08 kv.m olan 14 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı, X3 və X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə 18/40 nömrəli reyestr kitabının 7880 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 512040 nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, X4 ilə Gülmalıyeva (Abdullayeva) Sona Nazim qızı arasında həmin tarixdə nikah bağlanmış və bu barədə 351 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti Naxçıvan şəhər 2 nömrəli SİƏDN tərəfindən xx.xx.2023-cü il tarixli 1579 nömrəli arayışına əsasən İddiaçı Naxçıvan şəhəri Ağamalıoğlu küçəsi ev 14 ünvanında qeydiyyatdadır. Naxçıvan Şəhər İcra Hakimiyyəti Naxçıvan şəhər 4 nömrəli SİƏDN tərəfindən xx.xx.2023-cü il tarixli 2996 nömrəli arayışına əsasən Vəliyev X8 şəhəri, N.Naxçıvani küçəsi döngə 4, ev 6 ünvanında qeydiyyatdadır. xx.xx.2023-cü il tarixli aktın surətindən məlum olur ki, həmin aktı imzalayan şəxslər münahisəli qonşuların müraciəti əsasında ölçmə aparılmışdır. Müəyyən edilmişdir ki, həqiqətən də ünvan 6 ünvanında yaşayan Vəliyev X8 şəhəri Ağamalıoğlu küçəsi ev 14 ünvanında yaşayan İddiaçı torpaq sahəsinə daxil olaraq qanunsuz tikili aparmışdır. (Cavabdeh aktı imzalamaqdan imtina etmişdir). Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş: xx.xx.2018-ci il tarixdə tərtib edilmiş 3224 inventar nömrəli texniki pasportunun surətindən məlum olur ki, ünvan 6 X5 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən aydın olur ki, X2 şəhəri Ağamalıoğlu küçəsi döngə 1, ev 1 ünvanında yerləşən ümumi sahəsi 0.025 ha olan torpaq sahəsini və üzərində yerləşən 62.62 kv.m olan fərdi yaşayış evini 26000 manata Cavabdeh satmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə işin yuxarıda sadalanmış faktiki və hüquqi hallarını yuxarıda qeyd olunan hüquq normalarına uyğun təhlil edib hesab edir ki, cavabdeh tərəfindən hasar-divar iddiaçının mülkiyyətində olan toorpaq sahəsində tikilmişdir. Torpaq sahəsinin cavabdehə verilməsinə dair hər hansı sbüut iddiaçının razılığı mövcud deyildir. Eyni zamanda yerində müayinə və tədqiq aparılarkən, həmçinin mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, hasardivar tikilisi iddiaçıya məxsus olan torpaq sahəsində tikilmişdir. İş üzrə tərəflərin izahatlarından aydın olur ki, torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunması ilə bağlı qonşular arasında mübahisə yaranmış, bu halda iddiaçının sərbəst şəkildə öz mülkiyyət hüququnu həyata keçirməsi cavabdeh tərəfindən məhdudlaşdırılmış və iddiaçının mülkiyyət hüququna müdaxilə olunmuşdur “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Məhkəmə o hala diqqət yetirir ki, göstərilən normalar nəinki fərdi mülkiyyəti təşkil edən əmlaklarla bağlı, hətta ümumi mülkiyyətdə olan əmlaklara dair mülkiyyətçilərin malik olduqları hüquqlarının üstünlüyünü tamamilə inkar edir. Konstitusiyada təsbit edilmiş hər hansı hüquqların, o cümlədən mülkiyyət hüququnun məhdudlaşdırılması mütənasiblik prinsipi gözlənilməklə həyata keçirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, mülkiyyət hüququ müəyyən əsasların mövcud olduğu halda məhdudlaşdırılmaya məruz qala bilər. İlk növbədə buna qanuni əsas, mülkiyyətçinin razılıqla ifadə olunan iradəsi, cəmiyyətin və dövlətin mühüm mənafeyi mövcud olmalıdır. Hazırkı işin halları baxımından belə bir zərurətin mövcud olmasını əsaslandıra biləcək heç bir hal müəyyən edilməmişdir. Məhkəmə bu baxımdan hesab edir ki, cavabdeh tikinti apararkən qonşusu İddiaçı məxsus 4.94 kv.m torpaq sahəsinə keçmiş, həmin sahənin 2.99 kv.m hissəsində tikinti apararaq qonşuya məxsus fərdi yaşayış evinin pəncərəsinin yarı hissəsini bağlamış, qalan 1.95 kv.m sahədə isə sərhədqoruyucu hasar divarını sökmüşdür ki, bu qanuni olmamış və bu baxımdan qanuni olmayan hərəkəti dəstəkləyən cavabdehin mövqeyi əsaslı hesab edilə bilməz. Məhkəmə belə nəticəyə gəlir ki iddiaçı mülkiyyət hüququna müdaxilə təşkil edən fərdi yaşayış evinin pəncərəsinin bağlamış hissəsinin sökülməlisini və torpaq sahəsinin zəbt edilməsinin aradan qadırılmasını tələb etməkdə haqlıdır. Nəticə: Beləliklə işin yuxarıda şərh olunan hallarını ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia tam əsaslı olduğundan təmin olunmalı, İddiaçı məxsus ünvan 7erləşən torpaq sahəsinin 4.94 kv.m olan hissəsi geri qaytarılmalı, yəni həmin sahənin 2.99 kv.m hissəsində tikinti apararaq fərdi yaşayış evinin pəncərəsinin bağlanmış hissəsi cavabdehin öz vəsaiti hesabına sökülməli, qalan 1.95 kv.m sahədə isə sərhədqoruyucu hasar divarı cavabdehin öz vəsaiti hesabına bərpa edilməlidir. İddia təmin edildiyindən məhkəmə məsrəflərinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına 2xx.xx.2023-cü il tarixdə 13844 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı məxsus ünvan 7erləşən torpaq sahəsinin 4.94 kv.m olan hissəsi geri qaytarılsın, yəni həmin sahənin 2.99 kv.m hissəsində tikinti apararaq fərdi yaşayış evinin pəncərəsinin bağlamış hissəsi cavabdehin öz vəsaiti hesabına sökülsün, qalan 1.95 kv.m sahədə isə sərhədqoruyucu hasar divarı cavabdehin öz vəsaiti hesabına bərpa edilsin. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına 2xx.xx.2023-cü il tarixdə 13844 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb iddiaçıya ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar