Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1424/2023 11.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1, anası X3 olmaqla onun xx xxxxxx 1964-cü il tarixində Naxçıvan şəhərində doğulması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, o, xx xxxxxx 1964-cü il tarixində Naxçıvan şəhərində anadan olub. X1 ilə anası X3 03 iyun 1961-ci il tarixində ailə həyatı qurmuşdur. 6 bacı 2 qardaş olmuşlar. Böyük bacısı Sədaqət rəhmətə gedib. Evin 2-ci övladı odur. Ondan sonra qardaşı İlqar doğulub. Evin ən kiçiyi Vüqardır. Atası 08 noyabr 2006-cı ildə vəfat etmişdir. O, X9 ilə 23 noyabr 1992-ci il tarixində ailə həyatı qurub. Ailə həyatı qurmadan əvvəl soyadı Hacıyeva olmuş, ailə qurandan sonra Heydərova olaraq dəyişdirilmişdir. O, ailə qurduqdan sonra ata evindən ayrılıb. İlqar qardaşı ata evini adına sənədləşdirmək istəyir. Bu səbəbdən də onun doğum haqqında şəhadətnamə lazımdır. Buna görə də Naxçıvan şəhər 2 saylı Nikah evinə müraciət edərək doğum haqqında şəhadətnaməni almaq istəmişdir. Naxçıvan şəhər Nikah evi tərəfindən 03 iyul 2023-cii il tarixli məktubunda ona bildirmişdir ki, Naxçıvan şəhər Nikah evinin arxivində akt qeydləri kitabı 1936-cı ildən saxlanılır. Doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Buna görə də məsələnin həlli üçün məcbur qalaraq məhkəməyə müraciət etdiyini bildirən Ərizəçi sonda qeyd olunanların nəzərə alınaraq ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin vəkili Vəkil izahatında hüquqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiq etdiyini, əlavəsinin olmadığını bildirib qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə rəsmi qaydada məlumat verilsə də, həmin təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir. Bunu nəzərə alan məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X4 ifadəsində bildirmişdir ki, ərizəçi onun qızıdır. Həqiqət onun 2-ci övladımdır. 1-ci övladı vəfat edib. Axırıncı övladı isə Vüqardır. Ailə qurduqdan sonra övladları dünyaya gələndə onların bütün sənədləşmə işlərini rəhmətlik həyat yoldaşı həll edibdir. Uşaqlarının hamısının doğum haqqında şəhadətnaməsi olub. Amma Həqiqətin doğum şəhadətnaməsi hardadırsa tapa bilmirlər. Necə yoxa çıxdığı barədə də məlumatı yoxdur. Həqiqət ailə quran zaman onun doğum şəhadətnaməsi onların evində olub. Sonrasından məlumatı yoxdur. Məhkəmə baxışı iclasında şahid X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Həqiqət yaşca ondan böyükdür. Böyük bacısı Sədaqət rəhmətə gedib. Hamısının doğum haqqında şəhadətnamələri anasının yaşadığı evində qalıb. Lakin təkcə Həqiqətin doğum şəhadətnaməsi yoxa çıxıb. Hətta Qeydiyyat orqanında şəhadətnamənin kötüyü belə yoxdur. Məhkəmə baxışı iclasında şahid X12 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Həqiqət yaşca ondan 1 yaş böyükdür. Böyük bacısı Sədaqət rəhmətə gedib. Hamısının doğum haqqında şəhadətnamələri anasının yaşadığı evində qalıb. Lakin təkcə Həqiqətin doğum şəhadətnaməsi yoxa çıxıb. O, özünə məxsus şəhadıtnamənin kökünü notarius orqanından alıb. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə ərizəçinin və onun vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ərizəçinin məhkəməyə təqdim etdiyi AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, Vİ-JQ 310982 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən, ərizəçinin adı qeyd olunan sənədlərdə həqiqətən “Həqiqət”, doğum tarixi xx.xx.1964-cü il kimi qeyd olunmuşdur. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 03 iyul 2023-cii il tarixli məktubunda qeyd olunmuşdur ki, doğum haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və doğum akt qeydi aşkar olunmamışdır. Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 03 iyul 2023-cii il tarixli məktubunda qeyd olunmuşdur ki, Naxçıvan şəhər Nikah evinin arxivində akt qeydləri kitabı 1936-cı ildən saxlanılır. Doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli məktubu ilə Naxçıvan MR Daxili İşlər Nazirliyi Naxçıvan Şəhər Polis İdarəsi Pasport və X6 sorğu göndərilmiş və iş üçün zəruri əhəmiyyət daşıdığından Ərizəçi AZE******** nömrəli xx.xx.2018-ci il tarixli şəxsiyyət vəsiqəsinin verilməsi nəzərə alınaraq vətəndaşın adına olan kartoçkada ümumiyyətlə vətəndaşın ilk dəfə şəxsiyyət vəsiqəsi almaq üçün müraciət edən zaman hüquqmüəyyənedici sənəd olaraq doğum haqqında şəhadətnamənin təqdim edilibedilməməsi haqqında məlumat verilməsini, həmin sənəd təqdim edildiyi halda surətinin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, Ərizəçi Naxçıvan Şəhər Polis İdarəsinin qeydiyyat və X13 tərəfindən AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edildiyi zaman doğum haqqında şəhadətnaməni təqdim etməmişdir. Naxçıvan MR Dövlət Arxivi tərəfindən xx.xx.2023-cü il tarixdə ərizəçinin ərizəsinə cavab olaraq verilmiş 13/1943 nömrəli məktubda qeyd olunmuşdur ki, Dövlət Arxivində mühafizə olunan Naxçıvan şəhər Təhsil şöbəsi Naxçıvan şəhər E.Sultanov adına 7 nömrəli orta məktəbin sənədlərində 1972-1973 tədris illərində məktəbin İ sinfinə daxil olan şagirdlərin adlı siyahısında X2 adı göstərilmişdir. (əsas:fond-309, siyahı-1, sax/vah-571). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə ərizəçinin izahatına və iş materiallarında olan digər sənədlərə mülki prosessual məcəllənin sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə uyğun qiymət verərək belə qənaətə gəlir ki, ərizəçinin ərizəsinin əsası kimi göstərdiyi hallar sübuta yetir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları, hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları, şahidlərin ifadəsini, ərizəçinin bacıqardaşlarına aid doğum haqqında şəhadətnamələrin, şəxsiyyət vəsiqələrinin surətini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, Ərizəçi xx xxxxxx 1964cü ildə Naxçıvan şəhərində dğulması faktı müəyyən edilməli, valideynləri qrafasında X1milliyəti azərbaycanlı, anası X3-milliyəti azərbaycanlı kimi qeyd olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1964-cü ildə Naxçıvan şəhərində doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən vətəndaş qrafasında Ərizəçi, gün, ay, il qrafasında xx xxxxxx 1964-cü il, doğulduğu yer qrafasında Naxçıvan şəhəri, valideynləri qrafasında X1-milliyəti azərbaycanlı, anası X3-milliyəti azərbaycanlı kimi qeydiyyat aparılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1424/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1424/2023
11.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver