Məhkəmə qərarları › İş №2(078)-143/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-143/2023

22.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-143/2023 22.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdeh təşkilat Cavabdeh2 nümayəndəsi X2 və cavabdeh təşkilat Cavabdeh2 Babək Rayon İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh təşkilat Cavabdeh2nə və Cavabdeh2 Babək Rayon İdarəsinə qarşı özbaşına tutulmuş ərazinin zəbtdən azad edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: Vəliyev X5 Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naxçıvan şəhəri, 52-ci məhəllə, döngə 1/2 ünvanında yerləşən torpaq sahəsinin zəbtdən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli qərardadı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı özbaşına tutulmuş ərazinin zəbtdən azad edilməsi tələbinə dair mülki işdə cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti Cavabdeh2 və Cavabdeh2 Babək Rayon İdarəsi ilə əvəz olunmuşdur. İddiaçı məhkəmə hazırlıq iclasında ərizə yazaraq, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlir ki, İddiaçı ərizəsi nəzərə alınmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu da qaytarılır. Odur ki, İddiaçı tərəfindən "xxxx" ASCnin Naxçıvan filialı vasitəsilə 14 dekabr 2022-ci il tarixli, 17724 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh2nə və Cavabdeh2 Babək Rayon İdarəsinə qarşı özbaşına tutulmuş ərazinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 14 dekabr 2022-ci il tarixli, 17724 nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar