Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1457/2025 17.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, Ərizəçi, iddiaçının vəkili X3 və Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi irsi transmissiya ilə mirasın faktiki qəbulu faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi X1 miras qalmış ünvan 1 ünvanında 0.0645 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 39.2 kvm təşkil edən fərdi yaşayış evinin atası X4 tərəfindən faktiki qəbulu faktının müəyyən olunması, irsi transmissiya ilə atası tərəfindən qəbul edilmiş miras əmlakın onun ölümündən sonra ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, ərizəçinin verdiyi izahatdan və eləcə də iş materiallarından aydın olur ki, Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla ünvan 1-da mülkiyyətində olan 0.0645 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 39.2 kvm fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2025ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Çıxarışdan da göründüyü kimi, sözügedən əmlak xüsusi mülkiyyət hüququ əsasında X2 adına qeydiyyata alınmışdır. Məhkəməyə 14 noyabr 2025-ci il tarixində daxil olmuş Maraqlı şəxs3, Maraqlı şəxs4 Mirzəli qızı və Maraqlı şəxs1 tərəfindən verilmiş 12 noyabr 2025-ci il tarixli ərizələrində Ərizəçi tərəfindən mirasın qəbulu ilə əlaqədar tələbinə dair iddia ərizəsinin təmin edilməsində narazı olduqlarını və ərizənin təmin edilməsinə etiraz etdiklərini və buna görə də ərizələrinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdirlər. Buna görə də məhkəmə hesab edir ki, belə vəziyyətdə işə mahiyyəti üzrə baxmaq mümkün olmadığından ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, ərizə baxılmamış saxlanıldığından Ərizəçi tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2025-ci il tarixdə 22238 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılmalıdır. Göstərilənləri, Azərbaycan Respublikası MPM-in 259.0.10, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi irsi transmissiya ilə mirasın faktiki qəbulu faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2025-ci il tarixdə 22238 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1457/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1457/2025
17.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver