Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1481/2024 02.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi İddiaçı, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs2 Fərzalı qızının iştirakı ilə, Ərizəçi İddiaçı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 ünvan 1 ünvanında 0.0603 ha torapq sahəsi və üzərində 86.68 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin onun tərəfindən mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs2 Fərzalı qızı maraqlı şəxs qismində məhkəməyə dəvət olunmuşdur. Maraqlı şəxslər Maraqlı şəxs5 və Maraqlı şəxs2 Fərzalı qızı 02 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında bildirmişdir ki, onlar ərizəni qəbul etmir. Belə ki, ev onların atasının evidir. Onların da bir övlad kimi həmin evdə haqqı var. Öz haqqını övlad kimi tələb edir. Maraqlı şəxslər Maraqlı şəxs5 və Maraqlı şəxs2 Fərzalı qızı tələbin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cü maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə hakim ərizəni baxılmamış saxlayır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 10.1-ci maddəsinə görə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. İşə baxılarkən müəyyən edilmişdir ki, hüquq haqqında mübahisə vardır və maraqlı şəxslər Maraqlı şəxs5 və Maraqlı şəxs2 Fərzalı qızı ərizədə tələb olaraq göstərilən ünvan 1 ünvanında 0.0603 ha torapq sahəsi və üzərində 86.68 kv.m yaşayış sahəsindən ibarət olan miras əmlakın ərizəçi İddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinə etiraz edir. Belə olan halda hüquq haqqında mübahisə yarandığından ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə iddia icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə görə ərizə baxılmamış saxlanıldığından ərizəçi İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 19340 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənləri, Azərbaycan Respublikası MPM-in 259.0.10, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi İddiaçı miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 19340 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-1481/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1481/2024
02.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver