Məhkəmə qərarları › İş №2(078)-1482/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1482/2024

04.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1482/2024 04.12.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 və Ərizəçi1 nümayəndəsi X1 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın onlar tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında ərizəçilər izahatlarında ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə ərizəni və ona əlavə edilən sənədləri araşdırıb belə nəticəyə gəlir ki, mülki işin icraatına Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261-ci maddəsinin tələbinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 170-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.01- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Ərizəyə əlavə edilmiş Naxçıvan şəhər 3 saylı Notariat Ofisinin 27 noyabr 2024-cü il tarixli, 296 nömrəli məktubuna əsasən, mərhum X7 və X8 ilə bağlı Naxçıvan şəhər 3 saylı Notariat Ofisində vərəsəlik işi açılmamışdır. Ərizəyə əlavə edilmiş Naxçıvan Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 26 noyabr 2024-cü il tarixli, 1802/2024 nömrəli və 1803/2024 nömrəli məktublarına əsasən, X3 və X4 adına elektron notariat sistemində qanun və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə aşkar olunmamışdır. Ərizəyə əlavə edilmiş Maraqlı şəxs9 etiraz ərizəsinin surətinə əsasən, o, Naxçıvan şəhəri, H.Əliyev prospekti, ev 21, 2 saylı mənzilin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsinin təmin edilməməsi və ərizənin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəyə əlavə edilmiş 11 dekabr 2009-cu il tarixli, 693 nömrəli orderin surətinə əsasən, X3 Naxçıvan şəhəri, H.Əliyev prospekti, ev 21, 2 nömrəli mənzil sahəsini tutmağa ixtiyarı vardır. Ailənin tərkibi: X8-oğlu, Maraqlı şəxs9-nəvəsi, X6-gəlini. Ərizəyə əlavə edilən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 2-1(122)-403/2023 nömrəli qərardadı ilə müəyyən edilmişdir ki, iddiaçı Ərizəçi1 cavabdehlər Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə və Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2009-cu il tarixli 267 nömrəli sərəncamının ləğv olunması və Naxçıvan şəhər Heydər Əliyev prospekti 21 (Azadlıq prospekti bina 21, mənzil 2) mərhum anası X3 adına texniki pasportun verilməsi öhdəliyinin Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Məhkəmə hesab edir ki, ərizəçilərin ərizədə göstərdiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X2 miras qalan əmlak olmasına dair hər hansı sənəd təqdim edilməmişdir. İş materiallarında olan sənədlərdən isə aydın olur ki, sözügedən yaşayış evi order əsasında verilmiş və X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu halda isə miras əmlak olmadığından onun faktiki olaraq qəbul edilməsi faktına da məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Ona görə də MPM-nin 261.0.1-ci maddəsinin tələblərinə əsasən, işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ərizəçi1 nümayəndəsi X5 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 05 oktyabr 2024-cü il tarixdə 13755 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. Ərizəçi1 nümayəndəsi X5 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına 05 oktyabr 2024-cü il tarixdə 13755 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar