Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-149/2025 18.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi, maraqlı şəxslər X5, Maraqlı şəxs7, Maraqlı şəxs11, Maraqlı şəxs9, Maraqlı şəxs2, Maraqlı şəxs6, X8, Maraqlı şəxs12, Maraqlı şəxs5, Maraqlı şəxs4, Maraqlı şəxs10 iştirakı ilə, Ərizəçi mirasın faktiki qəbulu faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək nənəsi X9 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 29 dekabr 2024-cü il tarixdə Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbini dəqiqləşdirmiş, nənəsi X9 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın atasının sağlığında qəbulu faktının müəyyən edilməsi, X4 vəfatından sonra ondan miras qalmış əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddia tələbinə dəqiqləşdirilmiş çərçivədə baxılmasına qərar verilmişdir. Məhkəmə hazırlıq iclasında X10, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, X23, X24, Maraqlı şəxs6, Maraqlı şəxs7, X25, Maraqlı şəxs9, Maraqlı şəxs10, Maraqlı şəxs11, Maraqlı şəxs12, Maraqlı şəxs13, Maraqlı şəxs14, Maraqlı şəxs15, Maraqlı şəxs16 və Maraqlı şəxs17 maraqlı şəxs qismində prosesə cəlb olunmuşdur. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X57 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestindən çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi nənəm X15 xüsusi mülkiyyətindədir. Mərhum nənəsi Ağayeva Səkinə 28 iyul 1969-cu tarixdə vəfat etmişdir. Bu barədə ölüm akt qeydləri kitabında 05 iyul 2024-cü il tarixdə 01 nömrə ilə qeydiyyat aparılmışdır. X22 şəhəri, 6-cı küçə ev 94 ünvanında yerləşən fərdi yaşayış evi miras olaraq qalmışdır. Mərhum nənəsi X15 aşağıdakı vərəsələri var: -X44 -əri-vəfat edib -X23-qızı-vəfat edib -X26-qızı-vəfat edib -X38-oğlu-vəfat edib. -Ağayev Şəmil onun atasıdır və onun vərəsələri aşağıdakılardır: -X43-arvadı-vəfat edib -X27-qızı-vəfat edib -X39 -oğlu-vəfat edib -X28-qızı-vəfat edib -Maraqlı şəxs16-qızı-1960 -Maraqlı şəxs17-qızı-1963 -Ərizəçi-oğlu-1967 Ağayev Heydər babasıdır. Naxçıvan MR Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyat şöbəsinin 1937-1938-ci illərə dair Naxçıvan şəhəri üzrə ölümün akt qeydi kitablarında mərhum X32 vəfat etməsi haqqında məlumata rast gəlinməmişdir. Naxçıvan MR Daxili İşlər Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilir ki, X45 1937-1938-ci illərdə olan Represiya qurbanları barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində hər hansı bir məlumat yoxdur. Naxçıvan MR Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq X6 Şöbəsi- Naxçıvan şəhəri üzrə Nikah haqqında 1917-1918-ci illərə dair akt qeydi kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən mərhum X32 nikah aktı qeydi barədə hər hansı bir məlumat mövcud deyil. Miras qalan əmlakı faktiki olaraq o qəbul etmişdir. Miras əmlaka vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməsi ilə bağlı mən Naxçıvan şəhər “ASAN XİDMƏT” Notariat ofisinə ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli cavab məktubunda ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclası zamanı Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, miras əmlak nənəsi X11 qalmışdır. Öz adına keçirilməsini istəyir. ünvan 2 ünvanında yerləşir. X52 1969-cu ildə vəfat etmişdir. Onun əri-mərhum babası Heydər Ağayev 1937-ci ilin repressiya qurbanlarındandır. Nənəsi vəfat edəndə iki qızı və bir oğlu vərəsəsi qalıbdır. X2, X26 vəfat etmişdir. X4 vərəsələrinin üçü vəfat edib, bacıları Ağayeva Məlahət və Ağayeva Gülnara, qardaşı Ağayev Heydər. X59 də vəfat edibdir. Digər bacıları Maraqlı şəxs17 və Maraqlı şəxs16 Türkiyə Respublikasında yaşayır. Bibiləri Lətifə və Bülbül vəfat etmişdir və onların övladlarını maraqlı şəxs kimi qeyd etmişdir. Nənəsinin vəfatından sonra həmin evdə X69 və onun ailəsi-yəni onlar yaşamışdır. X7 1999-cu ildə vəfat etmişdir. 1969-cu ildən 1999cu ilə qədər atası həmin evdə yaşamışdır, Maraqlı şəxs17 və özü həmin evdə yaşayıb. Gülsüm 2008-ci ildən Türkiyədə yaşayır. Onun heç bir tələbi və etirazı yoxdur. Atasının vəfatından sonra isə həmin evdə özü və ailəsi yaşamışdır. Bu gün də miras əmlakda yaşamağa davam edir. Nə bibisi övladlarının, nə də bacı-qardaşlarının, vəfat etmiş bacı-qardaşlarının övladlarının miras əmlakla bağlı heç bir mübahisəsi yoxdur. Onların da razılıqları vardır. Ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən maraqlı şəxs X10 izahatında bildirmişdir ki, 2-3 il həmin evdə yaşamışdır, 1984-1986-cı ilə qədər orada yaşamışdır. 1986-cı ildə ev tikib çıxmışlar. Həmin evə gəlin getmişdir. X21 yoldaşıdır. Yoldaşının nənəsini görməmişdir. Qayınatası orada yaşayıb. Qayınatasının vəfatından sonra Ərizəçi yəni qaynı orada yaşayıb. Yoldaşı 2022-ci ildə vəfat edibdir. Mirasın Adilə verilməsinə heç bir etirazı yoxdur. Məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs7 izahatında bildirmişdir ki, anası vaxtilə miras əmlakda yaşayıb. X3r. Miras ev nənə həyətidir. Ananın ailə qurub getməsi barədə tam məlumatı yoxdur. Özü 1951-ci ildə doğulub. Nənəsini görüb. Nənəsinin yanında yaşayan dayısı X38 olub. Anası Lətifə vəfat edənə qədər nənədən qalan miras əmlakla bağlı heç bir tələbi olmayıb. Onun da heç bir tələbi yoxdur. Məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs11 izahatında bildirmişdir ki, anası X17r. X61 1959-cu ildə ailə qurub evdən gedib. 1991-ci ildə vəfat edibdir. Nənəsi tam yadına gəlmir, həmin vaxt balaca olubdur. Nənədən qalan miras əmlakla bağlı heç bir tələbi yoxdur. Məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs9 izahatında bildirmişdir ki, X3r. Mirasla bağlı heç bir mübahisə yoxdur. Məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs2 izahatında bildirmişdir ki, Ərizəçi onun əmisidir. İsmayılova Nərgizin övladıdır. Heç bir mübahisəsi yoxdur. Məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs6 izahatında Almaz, Bayram onun bacı-qardaşıdır. Əmlakla bağlı heç bir mübahisə yoxdur. Məhkəmə iclası zamanı izahat verən maraqlı şəxs X25 izahatında bildirmişdir ki, Almaz, Bayram, Mənsumə onun bacı-qardaşıdır. Əmlaka dair heç bir mübahisəsi yoxdur. Məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs12 izahatında bildirmişdir ki, X12 övladıdır. Əmlaka dair heç bir mübahisəsi yoxdur. Məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs5 izahatında bildirmişdir ki, Ərizəçi onun əmisidir. İsmayılova Nərgizin övladıdır. Əmlaka dair heç bir mübahisəsi yoxdur. Məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs4 izahatında bildirmişdir ki, Ərizəçi onun əmisidir. İsmayılova Nərgizin övladıdır. Heç bir mübahisəsi yoxdur. Məhkəmə iclası zamanı izahat verən Maraqlı şəxs10 izahatında bildirmişdir ki, Almaz, Bayram, Mənsumə, Solmaz onun bacı-qardaşıdır. Əmlaka dair heç bir mübahisəsi yoxdur. Məhkəmə iclası zamanı vatsapp videogörüntüsü vasitəsilə qoşulan Maraqlı şəxs16 izahatında bildirmişdir ki, Türkiyədə əməliyyat olunub və hazırda xəstəxanadadır. Ərizəçi onun qardaşıdır. Mirasla bağlı heç bir etirazı yoxdur. Məhkəmə iclası zamanı vatsapp videogörüntüsü vasitəsilə qoşulan Maraqlı şəxs15 izahatında bildirmişdir ki, Ərizəçi onun dayısıdır. Heç bir mirasla bağlı mübahisəsi yoxdur. Məhkəmə iclası zamanı vatsapp videogörüntüsü vasitəsilə qoşulan Maraqlı şəxs17 izahatında bildirmişdir ki, Türkiyədə yaşayır, Ərizəçi qızının ərizəsinə etirazı yoxdur. 15 il olar ki, Türkiyəyə gedib ailə qurmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə digər maraqlı şəxslər Maraqlı şəxs3, X18, Maraqlı şəxs13, Maraqlı şəxs14 rəsmi qaydada məlumat verilmiş, Maraqlı şəxs13 xx.xx.2025-ci il tarixdə teleqram göndərərək mirasın Ərizəçi adına keçməsinə etiraz etmədiyini, X29 xx.xx.2025-ci il tarixdə teleqram göndərərək mirasın Ərizəçi adına keçməsinə etiraz etmədiyini, Maraqlı şəxs3 xx.xx.2025-ci il tarixdə teleqram göndərərək mirasın Ərizəçi adına keçməsinə etiraz etmədiyini bildirmiş, X24 isə məhkəmə iclasında iştirak etməmiş və hər hansı münasibətini bildirməmişdir. Məhkəmə işə digər maraqlı şəxslər Maraqlı şəxs3, X13, Maraqlı şəxs13, Əliyeva (Qasımova) Cəmilə Kamil qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib ərizəçinin və maraqlı şəxslərin izahatını, işin bütün hallarını nəzərə alıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, ünvan 1 ünvanında 0.0336 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 43 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdə X15 adına tam mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli 13/1572 nömrəli və xx.xx.2024-cü il tarixli 13/174 nömrəli arxiv arayışlarına əsasən mərhum X32 nikah akt qeydi barədə və 1937-1938-ci illərə dair ölümün akt qeydi kitablarında vəfat etməsi barədə məlumata rast gəlinməmişdir. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X33 28 iyul 1969-cu ildə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə 05 iyul 2024-cü il tarixdə 01 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1104 nömrəli arayışdan aydın olur ki, ünvan 3 ünvanında yaşamış mərhum X15 müəyyən edilən vərəsələri aşağıdaklardır:
1. X44 - həyat yoldaşı-vəfat edib; 2.X23-qızı-vəfat edib;
3. X26-qızı-vəfat edib;
4. X38-oğlu-vəfat edib; Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X26 19 avqust 1991-ci ildə Naxçıvan şəhərində infarkt diaqnozu ilə vəfat etmiş, bu barədə 28 avqust 1991-ci il tarixdə 168 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2026 nömrəli arayışdan aydın olur ki, ünvan 4 ünvanında yaşamış mərhum X12 müəyyən edilən vərəsələri aşağıdaklardır:
1. X30 - həyat yoldaşı-vəfat edib; 2.Maraqlı şəxs11-qızı-1960;
3. Maraqlı şəxs12-oğlu-1961;
4. X34-qızı-vəfat edib;
5. Maraqlı şəxs13-qızı-1968;
6. Maraqlı şəxs14-qızı-1973; Nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, X38 ilə X43 03 yanvar 1957-ci il tarixdə nikah bağlamış, bu barədə 2 nömrəli nikah qeydi icra edilmişdir. Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X38 21 iyun 1999-cu ildə Naxçıvan şəhərində avtoqəza nəticəsində qalça sümüyünün sınması diaqnozu ilə vəfat etmiş, bu barədə 13 iyul 1999-cu il tarixdə 174 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1103 nömrəli arayışdan aydın olur ki, ünvan 3 ünvanında yaşamış mərhum X20 müəyyən edilən vərəsələri aşağıdaklardır:
1. X43 - həyat yoldaşı-vəfat edib; 2.X27-qızı-vəfat edib;
3. X39-oğlu-vəfat edib;
4. X31-qızı-vəfat edib;
5. Maraqlı şəxs16-qızı-1960;
6. Maraqlı şəxs17-qızı-1963;
7. Ərizəçi-oğlu-1967; Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X43 15 yanvar 2005-ci ildə Naxçıvan şəhərində qaraciyər serrozu diaqnozu ilə vəfat etmiş, bu barədə 28 yanvar 2005-ci il tarixdə 33 nömrəli akt qeydi icra edilmişdir.
Mülki işin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X23 24 yanvar 2007-ci ildə Naxçıvan şəhərində ürək damar çatışmazlığı diaqnozu ilə vəfat etmiş, bu barədə 26 fevral 2007-ci il tarixdə 53 nömrəli akt qeydi icra edilmişdir. Naxçıvan şəhər 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2025 nömrəli arayışdan aydın olur ki, ünvan 5 ünvanında yaşamış mərhum X14 müəyyən edilən vərəsələri aşağıdaklardır:
1. X40 - həyat yoldaşı-vəfat edib; 2.X24-qızı-vəfat edib;
3. Maraqlı şəxs6-qızı-1951;
4. Maraqlı şəxs7-qızı-1954;
5. X25-qızı-1956;
6. Maraqlı şəxs9-oğlu-1959;
7. Maraqlı şəxs10-qızı-1969; Naxçıvan şəhər 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2027 nömrəli arayışdan aydın olur ki, ünvan 3 ünvanında yaşamış mərhum X21 müəyyən edilən vərəsələri aşağıdaklardır:
1. X10 - həyat yoldaşı-1961; 2.Maraqlı şəxs2-oğlu-1993;
3. X41-qızı-1988;
4. X35-qızı-1990;
5. Maraqlı şəxs5-qızı-1986; Naxçıvan şəhər 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2028 nömrəli arayışdan aydın olur ki, ünvan 3 ünvanında yaşamış mərhum X50 müəyyən edilən vərəsələri aşağıdaklardır:
1. Maraqlı şəxs15 – qızı-1986; Naxçıvan şəhər 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1784 nömrəli arayışdan aydın olur ki, Ağayev X36 şəhəri, B.Abbasov ev 94 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. Mülki prosessual qanunvericiliyin bu normasını rəhbər tutaraq məhkəmə belə hesab edir ki, hazırki iddia tələbinə həm qüvvədə olan, həm də qüvvədən düşmüş mülki qanunvericiliyin əmlak və vərəsəlik hüquq normalarına əsaslanmaqla hüquqi qiymətləndirmə aparılmalıdır. Mülki qanunvericilikdə vərəsəliyin açılması anı miras qoyan şəxsin ölümü ilə şərtləndirilmişdir. Miras qoyan X33 28 iyul 1969-cu ildə və X38 21 iyun 1999-cu il tarixdə vəfat etmişdir. Belə olan halda hazırki tələbə 01 sentyabr 2000-ci ilə qədər qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının qüvvədən düşmüş Mülki Məcəlləsinin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 529-cu maddəsinə görə vərəsəliyin açıldığı yer miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirası yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 556-cı maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsə vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə şəhadətnamə verilməsinə dair ərizə verdikdə mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Həmin Məcəllənin 561-ci maddəsinə görə qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsələr vərəsəlik açılan yerin notariat kontorundan onların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər. Həmin Məcəllənin 562-ci maddəsinə görə vərəsələrə miras hüququ haqqında şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay küçdikdən sonra verilir. Notariat kontorunda şəhadətnamə almaq istədiyini bildirən şəxslərdən əlavə digər vərəsələrin olmaması barədə məlumat olduqda da istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı, miras hüququ haqqında vətəndaşa şəhadətnamə vərəsəlik açıldığı gündən altı ay keçənə qədər verilə bilər. Məhkəmə hesab edir ki, mərhum X38 mərhum anası X15 vəfatından sonra miras əmlakı faktiki idarə etmişdir, bu hal ərizəçinin və maraqlı şəxslərin izahatları ilə təsdiq edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, keçmiş mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin məhz miras əmlakda yaşamaqla, miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki tələb üzrə vərəsə mərhum X38 anası Səkinə Ağayevanın vəfatından sonra miras qalan əmlakda yaşamış, mirasa sahiblik etməklə faktiki idarə etmişdir. Mülki qanunvericiliyin normalarına əsasən miras açıldığı vaxtdan vərəsənin mülkiyyəti hesab edilir. Ona görə də mərhum X20 vəfatından sonra ondan miras qalan əmlakın vərəsəsi Ərizəçi tərəfindən qəbul edilməsi maraqlı şəxslərin izahatları və iş materialları ilə sübut olunur. Belə ki, mərhum X20 vəfatından sonra onun ailə üzvləri-ərizəçinin, Maraqlı şəxs17 sözügedən əmlakda yaşaması öz təsdiqini tapır. Belə olan halda məhkəmə hesab edir ki, mərhum X19 miras qalan ünvan 1 ünvanında yerləşən miras əmlakı Ərizəçi tərəfindən qəbul edilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Ərizəç Ərizəçi miras əmlakda yaşaması vərəsə tərəfindən mirasın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsinə dəlalət edir. Hazırki tələbi üzrə vərəsə Ərizəçi tasının vəfatından sonra həmin mənzilin idarəçiliyini həyata keçirmişdir. Ərizəçi qanunla müəyyən olunmuş müddətdə Notariat orqanına müraciət etmədiyi üçün notariat orqanı tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçinin izahatından məlum olmuşdur ki, bu faktın təsdiqi qeyd edilən əmlaka hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 28 iyul 1969-cu ildə vəfat etmiş X9 miras qalmış ünvan 1 ünvanında 0.0336 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 43 kv.m fərdi yaşayış evindən ibarət miras əmlakın mərhum X1 qəbulu faktının müəyyən edilməli, 21 iyun 1999-cu ildə vəfat edən mərhum X19 miras qalan ünvan 1 ünvanında 0.0336 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 43 kv.m fərdi yaşayış evindən ibarət miras əmlakın isə Ərizəçi tərəfindən qəbulu faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
Ərizə təmin edilsin. 28 iyul 1969-cu ildə vəfat etmiş X9 miras qalmış ünvan 1 ünvanında 0.0336 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 43 kv.m fərdi yaşayış evindən ibarət miras əmlakın mərhum X1 qəbulu faktının müəyyən edilməli, 21 iyun 1999-cu ildə vəfat edən mərhum X19 miras qalan ünvan 1 ünvanında 0.0336 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 43 kv.m fərdi yaşayış evindən ibarət miras əmlakın isə Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva