Məhkəmə qərarları › İş №2(078)-1508/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-1508/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1508/2023 18.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, İddiaçı Cavabdehnə qarşı bağışlama müqaviləsinin rəsmiləşdirilməsinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq müəyyənetdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək **********05-10301 reyestr nömrəli çıxarışa və 13583 inventar nömrəli daşınmaz əmlakın texniki pasportuna əsasən paylı mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 ünvanında 0.0107 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77.69 kv.m olan fərdi yaşayış evinin ona məxsus olan payının oğlu X1 bağışlamaq üçün “bağışlama” müqaviləsinin və müqavilənin rəsmiləşdirilməsi üçün digər hüquqi prosedurların aparılmasının 3 saylı Notariat ofisinə aid edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinə uyğun olaraq İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin mümkünlüyünə dair məsələ tərəfimdən araşdırılarkən müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə əməl edilmədən verilmişdir. İddiaçı tələbini konkret ifadə etməmişdir. Belə ki, o, tələbində bağışlama müqaviləsinin rəsmiləşdirilməsinin cavabdeh orqanın üzərinə qoyulmasını tələb etmiş, tələbini 14 avqust 2023-cü il tarixdə Cavabdeh tərəfində 274 saylı imtina məktubu ilə bağışlama müqaviləsinin aparılmasından imtina etdiyini bildirməklə və müvafiq sənədləri əlavə etməklə əsaslandırmışdır. Halbuki iddiaçının müraciətinə dair müvafiq notariat ofisi qərar formasında imtina etməli idi və iddiaçı həmin qərarın ləğv edilərək rəsmiləşdirilmə aparılması vəzifəsinin notariat ofisinin üzərinə qoyulması barədə şikayət verə bilərdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305-ci maddəsində məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər sadalanmışdır. Həmin Məcəllənin 305.1.8. notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə işlərə də xüsusi icraat qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarında müəyyən edilmişdir ki, notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143- İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsinə əsasən aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. İstər sadalanan qanunvericiliyin, istərsə də yuxarıda qeyd olunan Plenum Qərarından aydın olur ki, şəxs mülki qaydada notariat hərəkətlərinin aparılması və ya aparılmasından imtina ilə bağlı şikayət formasında və xüsusi icraat qaydasında (mübahisə varsa iddia icraatı qayasında) şikayət verə bilər. Lakin məhkəməyə daxil olan materiallardan aydın olur ki, iddiaçı notariat hərəkətinin mübahisələndirərək notariusun bu barədə qərarı olmadan, onun qərarının əsassızlığını mübahisələndirmədən üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də ərizəyə əlavə olunmuş İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 23998 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdehnə qarşı bağışlama müqaviləsinin rəsmiləşdirilməsinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 23998 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Hakim: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar