Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1513/2023 28.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X4 miras qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3 və Maraqlı şəxs2 maraqlı şəxs qismində prosesə cəlb olunmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Ərizəçi məhkəmə iclaslarında iştirak etməmiş, o, məhkəmədə vəkili və nümayəndə vasitəsilə təmsil olunmuşdur. Məhkəmə iclası zamanı dindirilən ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, ərizəçinin atası X6 04 iyun 2014-cü ildə vəfat edib. Ərizəçinin atası və anası arasında 1946-cı nikah bağlanmışdır. Nikahlarından ərizəçi də daxil olmaqla övladları doğulmuşdur. Bunlar Qurbanova (Bağırova) Esmira Məmməd qızı, Maraqlı şəxs3, Məmmədova (Bağırova) Yeganə Məmməd qızı, Bağırov;Kəmaləddin Məmməd oğludur. X2 04 iyun 2014-cü il tarixdə öləndən sonra onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə miras qalmışdır. Məmməd Bağırovun ölümündən sonra mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən çıxarış almışdır. İstər valideynlərinin sağlığında, istərsə də onların ölümündən sonra ərizəçi həmin evdə yaşamaqla bütün miras əmlakı faktiki olaraq qəbul edib, sahiblənərək ailə üzvlərində birlikdə orada yaşamışdır. Evdə yaşadığı bu müddətdə torpaq sahəsini əkib becərməklə əlavə olaraq 1 otaq və 1 sanitar qovuşaq inşa edərək təmir etmişdir. İstifadə etdiyi kommunal xidmətlərə və əmlak vergisinə görə bütün ödənişlər ərizəçi tərəfindən aparılmışdır, bu günə heç bir borcu yoxdur. Bacı-qardaşları hələ atasının sağlığında ailə qurub. Sözügedən evdən çıxıb öz evlərində yaşayırlar. Ərizəçinin anası və qardaş-bacıları notariat qaydada ərizə verərək ataları Məmməd Bağırovdan miras əmlak olaraq evdəki paylarından imtina ediblər. Ərizəçi miras hüquqlarını dövlət qeydiyyatına aldıra bilmir. Sadəcə olaraq müddət keçdiyindən notarius miras əmlaka dair şəhadətnamə vermir. Ona görə miras hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət edir. Ərizəçinin vəkili və nümayəndəsi Vəkil sonda qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3 və Maraqlı şəxs2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin onlar xx.xx.2023-cü il tarixdə məhkəmənin ünvanına teleqram göndərərək Bakı şəhərində yaşadıqları üçün məhkəmə iclasında iştirak edə bilməyəcəklər, işə onların iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs4, Maraqlı şəxs3 və Maraqlı şəxs2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X7 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşu olmuşdur. Kəmaləddinin atası Mamed əmini də yaxşı tanıyırdı. Onun dəfn mərasimində də iştirak etmişdir. Hazırda həmin həyətdə Kəmaləddin və ailəsi bir də ərizəçinin anası Pəri xala yaşayır. Kəmaləddinin bacıları Esmira, Yeganə və qardaşı Qurban neçə illərdir Bakı şəhərində yaşayır. Kəmaləddin də hazırda Pəri xalanın müalicəsi üçün Bakı şəhərində yaşayırlar. Məhkəmə baxışı iclasında şahid X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. Neçə illər ki, ərizəçini tanıyır. Həmin həyətdə ancaq Kəmaləddin, həyat yoldaşı və anası Pəri xala qalır. Pəri xala xəstə olduğu üçün hazırda Kəmaləddin Pəri xalanı Bakı şəhərinə müalicə üçün aparıb. 2-3 aydır Kəmaləddin, həyat yoldaşı və anası Bakı şəhərindədirlər. Evə ancaq Kəmaləddin baxıb, qulluq edib və yaşayıb. Kəmaləddinin 2 bacı, 2 qardaş olublar. Bacıları və qardaşı da ailə qurub həmin evdən ayrılıblar. Onlar da həmçinin Bakı şəhərində yaşayır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib ərizəçinin vəkili və nümayəndəsinin, maraqlı şəxslərin teleqramını, şahidlərin ifadəsini, işin bütün hallarını nəzərə alıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.1953-cü il tarixdə verilmiş evlənmək haqqında şəhadətnamənin surətindən aydın olur ki, X6 ilə Rzayeva (Bağırova) Pəri Dünyamalı qızı arasında xx.xx.1946-cı il tarixdə nikah bağlamış və bu barədə 104 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər Nikah Evi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli çıxarışdan aydın olur ki, Ərizəçi xx.xx.1953-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur, atası X6, anası Maraqlı şəxs1dır. İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X6 xx.xx.2014-cü ildə beyinə qansızma diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə xx.xx.2014-cü il tarixdə 217 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1180 nömrəli arayışdan aydın olur ki, ünvan 6 ünvanında yaşamış X2nun müəyyən edilən vərəsələri aşağıdaklardır:
1. Maraqlı şəxs1-həyat yoldaşı-1929;
2. Maraqlı şəxs2-qızı-1947;
3. Maraqlı şəxs3-oğlu-1952;
4. Ərizəçi-oğlu-1953;
5. Maraqlı şəxs4-qızı-1959. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhər M.F.Axundov küçəsi, döngə 1-də 0.0610 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 81.30 kv.m olan 4 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında xx.xx.2023-cü il tarixdə X5 adına tam mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən və Maraqlı şəxs1 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən aydın olur ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X4 miras qalmış daşınmaz və daşınar miras əmlakdan ona düşən payı qəbul etmir və bununla bağlı gələcəkdə heç bir iddiası olmayacaq. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 846 nömrəli arayışından aydın olur ki, Bağırov X3 şəhəri, M.F.Axundov küçəsi döngə 1, ev 4 ünvanında qeydiyyatdadır. Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi xx.xx.2023cü il tarixli məktubuna xx.xx.2023-cü il tarixdə verilmiş 572/2023 nömrəli cavab məktubundan məlum olur ki, ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlaşılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur:
1. Miras əmlaka sahiblik etmək üsulu.
2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, X2nun vəfatından sonra ondan qalmış ünvan 1 ünvanında yerləşən miras əmlak Ərizəçi tərəfindən qəbul etmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, X2nun vəfatından sonra ondan qalan miras əmlakı Ərizəçi faktiki qəbul edərək yaşayır. Bu hal ərizəçinin vəkili və nümayəndəsinin izahatı ilə yanaşı, şahid ifadəsi və iş materiallarında olan digər sənədlərlə təsdiqini tapmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilən hüquqi mövqeyə uyğun olaraq Ərizəçi miras əmlakda yaşaması vərəsə tərəfindən mirasın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsinə dəlalət edir. Hazırki tələbi üzrə vərəsə Ərizəçi atasının vəfatından sonra həmin mənzilin idarəçiliyini həyata keçirmişdir. Ərizəçinin vəkili və nümayəndəsinin izahatından da məlum olmuşdur ki, ərizəçi qanunla müəyyən olunmuş müddətdə Notariat orqanına müraciət etmədiyi üçün notariat orqanı tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçinin vəkili və nümayəndəsinin izahatından məlum olmuşdur ki, bu faktın təsdiqi qeyd edilən əmlaka hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımdır. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X1 miras qalan ünvan 1 ünvanında yerləşən əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. X1 qalan ünvan 1 ünvanında yerləşən 81.30 kv.m yaşayış sahəsi və 0.0610 ha torpaq sahəsindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva