Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-153/2022 17.03.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X16 və iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsindən istifadə olunmasına maneənin aradan qaldırılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən е t d i: İddiaçı 16 dekabr 2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Naxçıvan şəhəri, Qaraçuq kəndində mülkiyyətlərində olan 0.53 hektar torpaq sahəsindən istifadə etməyinə Cavabdeh tərəfindən olunan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli 29 nömrəli qərarı ilə Babək rayonunun Cavidabad kəndində 0.53 hektar torpaq sahəsi X5, onun, X6, X7 mülkiyyətinə verilmişdir. X17 30 aprel 2007-ci il tarixdə, həyat yoldaşı X18 isə 08 aprel 2017-ci il tarixdə vəfat etmişdir. X1 22 noyabr 1994-cü il tarixdə Qazax bölgəsində Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Kənd sakini Cavabdeh mülkiyyətlərində olan 0.53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etmiş, həmin sahədən istifadə etməklərinə imkan vermir. Məhkəmə 14 fevral 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında X5 vərəsələri X14, X15 və X10 (həmçinin torpağa mülkiyyət hüququna dair dövlət aktında adı göstərilən) iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb etmişdir. 17 mart 2022-ci il tarixə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında nümayəndəsi X22 vasitəsilə təmsil edilmişdir. Cavabdehin nümayəndəsi X16 nümayəndəsi olduğu Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirməsini nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X8 və X11 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarına gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X3 və X7 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə məhkəmə iclasında izahat verən İddiaçı izahatında Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli 29 nömrəli qərarı ilə Babək rayonunun Cavidabad kəndində 0.53 hektar torpaq sahəsinin X5, onun, X6, X7 mülkiyyətinə verildiyini, X6 30 aprel 2007-ci il tarixdə, həyat yoldaşı X5 isə 08 aprel 2017-ci il tarixdə vəfat etdiklərini, X1nun 22 noyabr 1994-cü il tarixdə Qazax bölgəsində Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə həlak olduğunu, mübahisəli torpağı mərhum həyat yoldaşı Əbülfəzin Cavabdeh əkmək üçün müvəqqəti istifadəyə verdiyini, torpağı Mərhum əri Əbülfəzin cavabdehə birdəfəlik vermədiyini, sonradan özünün torpağı istifadə etmək üçün cavabdehdən qaytarmasını istədiyini, lakin cavabdehin torpağı qaytarmadığını, torpaqdan istifadə etməyə davam etdiyini, cavabdehin həmin torpağı həyat yoldaşı Əbülfəzin ona satdığını, qarşılığında Əbülfəzə 4000 (dörd min) manat pul verdiyini dediyini, lakin nə özünün nə də ailə üzvlərinin Əbülfəzin torpağı cavabdehə satmasından xəbərlərinin olmadığını, Əbülfəzin cavabdehə torpaq satmadığını, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş ərizədə onun da adının qeyd olunaraq həmin adın qarşısında imza edildiyini, həmin imzanın onun tərəfindən icra edilmədiyini, həmçinin övladlarının da həmin ərizəyə imza etmədiklərini, həmin ərizədə 1994-cü ildə şəhid olan X1nun da adının göstərilərək həmin adın qarşısında imza edildiyini, həmin ərizədə tarixin 2002-ci il göstərildiyini, şəhid olan oğlunun adından imza edilməsinin həmin ərizədən onların xəbərinin olmadığını sübut etdiyini, cavabdehin torpağı satın aldığını bildirməsinə baxmayaraq torpağın sənədinin hələ də özlərində olduğunu, əgər torpaq satılmış olsa idi həmin sənədin də cavabdehə verilməli olduğunu, torpaq sahəsinin neçə illərdir ki, bütün xərclərinin cavabdeh tərəfindən ödənildiyini, hazırda cavabdehin onların qanuni mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneə yaratdığını, bu maneənin aradan qaldırılmasını istədiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə məhkəmə iclasında izahat verən iddiaçının vəkili Vəkil izahatında hüquqlarını müdafiə etdiyi İddiaçı izahatına əlavəsi olmadığını, iddianı müdafiə etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə məhkəmə iclasında izahat verən iddiaçı tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 izahatında mübahisəli torpağın mərhum atası Əbülfəzin Cavabdeh əkmək üçün müvəqqəti istifadəyə verdiyini, torpağı mərhum atası Əbülfəzin cavabdehə birdəfəlik vermədiyini, sonradan anasının torpağı istifadə etmək üçün cavabdehdən qaytarmasını istədiyini, lakin cavabdehin torpağı qaytarmadığını, torpaqdan istifadə etməyə davam etdiyini, atasının torpağı cavabdehə satmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mülki iş üzrə 14 fevral 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında izahat verən Cavabdeh izahatında mübahisəli torpaqdan 2002-ci ildən istifadə etdiyini, əkibbecərdiyini, iddiaçının mərhum həyat yoldaşı Əbülfəzin həmin torpağı 4000 (dörd min) manat pul qarşılığında ona satdığını, bunu təsdiqləmək üçün də icra nümayəndəliyində ona ərizə verildiyini, həmin ərizədə həm Əbülfəzin həm də onun ailə üzvlərinin imzası olduğunu, pul qarşılığında torpağı satın aldığını, mübahisəli torpağı zəbt etmədiyini, 2002-ci ildən həmin torpağın bütün xərclərini özünün ödədiyini, iddiaçı tərəfin torpaq üçün ödənilən vergidən və digər xərclərdən xəbərinin olmadığını, iddiaçının qızının əri torpağı istifadə etmək üçün istədiyindən iddiaçının da torpağı ondan tələb etdiyini, bunun ədalətli olmadığını, əgər iddiaçı torpağı qaytarmağını istəyirsə onun torpaq üçün ödədiyi 4000 (dörd min) manat pulu qaytarmalı olduğunu, yalnız bundan sonra torpağı qaytaracağını bildirdi. Mülki iş üzrə məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi X22 izahatında atası Cavabdeh mübahisəli torpaqdan 2002-ci ildən istifadə etdiyini, atasının həmin torpağı iddiaçının mərhum həyat yoldaşı Əbülfəzdən 4000 (dörd min) manat pul qarşılığında aldığını, bunu təsdiqləmək üçün də icra nümayəndəliyində atasına ərizə verildiyini, həmin ərizədə həm Əbülfəzin həm də onun ailə üzvlərinin imzası olduğunu, 2002ci ildən həmin torpağın bütün xərclərini atasının ödədiyini, iddiaçı tərəfin torpaq üçün ödənilən vergidən və digər xərclərdən xəbərinin olmadığını, əgər iddiaçı atasının torpağı qaytarmağını istəyirsə atasının torpaq üçün ödədiyi 4000 (dörd min) manat pulu qaytarmalı olduğunu, yalnız bundan sonra atasının torpağı qaytaracağını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, sübutları tədqiq edib və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş “Torpağa mülkiyyət hüququna” dair JN-374, KOD 10304018 nömrəli dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Babək rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə Babək rayon Cavidabad kəndində ümumi mülkiyyətə verilmiş 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 mülkiyyətinə verilmiş, İddiaçı, X17 və X20 ailə üzvləri kimi göstərilmişdir. İddia ərizəsinə əlavə olunmuş və Naxçıvan MR Babək rayon Cavidabad kənd icra nümayəndəliyi tərəfindən 22 noyabr 1994-cü il tarixdə verilmiş İİ-ЖГ seriyalı, 419649 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X19 22 noyabr 1994cü il tarixdə Qazax bölgəsində döyüşdə şəhid olmuş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 34 nömrə ilə qeyd aparılmışdır. İddia ərizəsinə əlavə olunmuş və Naxçıvan MR Babək rayon Qaraçuq kənd icra nümayəndəliyi tərəfindən 07 may 2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 117067 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X17 30 aprel 2007-ci il tarixdə yemək borusunun blastoması səbəbi ilə Qaraçuq kəndində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 nömrə ilə qeyd aparılmışdır. İddia ərizəsinə əlavə olunmuş və Naxçıvan MR Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən 18 aprel 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 702651 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X18 08 aprel 2017-ci il tarixdə durğunluq pnevmoniyası səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 170 nömrə ilə qeyd aparılmışdır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 fevral 2022-ci il tarixli, 262 nömrəli arayışdan məlum olur ki, mərhum X6 vərəsələri atası X18 (vəfat edib), anası 1954-cü il təvəllüdlü İddiaçı, qardaşı X19 (vəfat edib), bacısı 1976-cı il təvəllüdlü X14, bacısı 1977-ci il təvəllüdlü X12 və qardaşı 1981-ci il təvəllüdlü X13r. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 yanvar 2022-ci il tarixli, 261 nömrəli arayışdan məlum olur ki, mərhum X9 vərəsələri atası X18 (vəfat edib), anası 1954-cü il təvəllüdlü İddiaçı, bacısı 1976-cı il təvəllüdlü X14, bacısı 1977-ci il təvəllüdlü X12, qardaşı X17 (vəfat edib) və qardaşı 1981-ci il təvəllüdlü X13r. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 fevral 2022-ci il tarixli, 260 nömrəli arayışdan məlum olur ki, mərhum X5 vərəsələri arvadı 1954-cü il təvəllüdlü İddiaçı, X1 (vəfat edib), qızı 1976-cı il təvəllüdlü X14, qızı 1977-ci il təvəllüdlü X12, oğlu X17 (vəfat edib) və oğlu 1981-ci il təvəllüdlü X13r. İş materiallarında olan 29 may 2002-ci il tarixli Babək rayon Qeydiyyat şöbəsinə Qaraçuq kənd sakini X18 tərəfindən yazılmış notarial təsdiq edilmiş ərizədə göstərilmişdir ki, onun ailəsinə verilmiş 0.5 hektar özəl torpaq payını ailə üzvləri ilə birlikdə və razılıqları ilə həmin kənd sakini Cavabdeh bir yolluq satır. Qeyd olunan ərizədə X18, İddiaçı, Məmmədov Habil, Məmmədov Qabil, Məmmədov Abbas adları qeyd olunaraq həmin adların qarşısında imzalar icra edilmişdir. Cavabdeh tərəf məhkəmədə verdiyi izahatında iddiaçının mərhum həyat yoldaşı Əbülfəzin həmin torpağı 4000 (dörd min) manat pul qarşılığında ona satdığını, bunu təsdiqləmək üçün də icra nümayəndəliyində ona ərizə verildiyini, həmin ərizədə həm Əbülfəzin həm də onun ailə üzvlərinin imzası olduğunu, pul qarşılığında torpağı satın aldığını bildirsə də, bununla bağlı məhkəməyə mərhum Əbülfəz Məmmədovun ərizəsini təqdim etsə də, mübahisəli torpaq sahəsini iddiaçının mərhum ərindən 4000 (dörd min) manat pul verərək aldığını sübuta yetirə bilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan 29 may 2002-ci il tarixli Babək rayon Qeydiyyat şöbəsinə Qaraçuq kənd sakini X18 tərəfindən yazılmış notarial təsdiq edilmiş ərizə cavabdehin həqiqətən də mübahisəli torpağın iddiaçının mərhum ərindən pul ödəyərək satın almasını sübuta yetirmir, qeyd olunan halı təsdiq edən əsaslı sübutlar olmalıdır. Bununla bağlı məhkəmə cavabdeh tərəfin diqqətinə çatdırır ki, qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın başqasının mülkiyyətinə keçməsi üçün tərəflər arasında alqı-satqı müqaviləsi olmalı, həmin müqavilə notariat qaydasında təsdiq edilməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: “Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında formalaşmış hüquqi mövqeyə görə Daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının ərazisində aparılan vahid qeydiyyat toplumudur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən də, məhkəmədə verilən izahatından da görünür ki, cavabdeh tərəf qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməsini təsdiq edən sübutları, həmçinin mərhum Əbülfəz Məmmədova 4000 (dörd min) manat pul ödəyərək torpaq sahəsini ondan almasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir, eyni zamanda məhkəmə araşdırması zamanı da cavabdehin qeyd olunan torpaq sahəsini pul ödəyərək almasını təsdiq edən hallar ortaya çıxmamışdır. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən cavabdeh etirazının əsasını təşkil edən halları sübut etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı madəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Məhkəmə işin yuxarıda şərh olunmuş hallarını qeyd edilən maddi hüquq normalarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəf onlara məxsus torpaq sahəsini qanuni şəkildə əldə etsələr də, sahiblik və istifadə hüquqlarının sərbəst şəkildə cavabdeh tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmirlər. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Belə olan halda iddiaçı qeyd olunan torpaq sahəsindən isifadəyə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını tələb etməkdə haqlıdır, ona görə də iddiaçının iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə müvafiq olaraq məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. İddia ərizəsinə əlavə edilmiş 001808 nömrəli vəsiqədən görünür ki, iddiaçı şəhid ailəsidir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli olduğundan dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunduğundan 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -paylı mülkiyyət hüququ əsasında İddiaçı məxsus Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0.53 ha torpaq sahəsindən istifadəyə Cavabdeh tərəfindən yaranmış maneə aradan qaldırılmalı; -Cavabdeh 100 (bir yüz) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Paylı mülkiyyət hüququ əsasında İddiaçı məxsus Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0.53 ha torpaq sahəsindən istifadəyə Cavabdeh tərəfindən yaranmış maneə aradan qaldırılsın. Cavabdeh 100 (bir yüz) manat miqdarında dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №2(078)-153/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-153/2022
17.03.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver