Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-153/2025 24.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, Cavabdeh-iddiaçı X3, iddiaçı-cavabdehin nümayəndəsi X9 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 iştirakları ilə, Cavabdeh-iddiaçı X3 iddiaçı-cavabdeh İddiaçı Firuddin oğluna qarşı evin təmiri, yenidənqurma və abadlıq işlərinə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər X8, cavabdehlər X17 və X18 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh iki azyaşlı uşaqları xx.xx.2013-cü il təvəllüdlü X25 və xx.xx.2017-ci il təvəllüldlü X26 ilə birlikdə məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə cavabdeh X12 xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı məhkəməyə qarşılıqlı iddia ərizəsi göndərdiyini bildirmiş və cavabdeh-İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0.0256 kv.metr torpaq sahəsində yerləşən ümumi sahəsi 82.9 kv.metr fərdi yaşayış mənzilin təmirinə, yenidənqurma işinəçəkdiyi 23680 (iyirmi üç min altı yüz səksən) manat xərcin yarısını və dövlət rüsumu üçün ödənilmiş 125 (bir yüz iyirmi beş) manat pulu cavabdeh İddiaçı alınıb mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 14 yanvar 2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. İddiaçı məhkəmə baxış iclasında bildirmişdir ki, cavabdehə qarşı iddia tələbinə baxılan müddətdə cavabdeh tərəf fərdi yaşayış evindən çıxmış, qaz və elektrik kartlarını, evin açarını vermişdir. Bununla bağlı olaraq iddiadan imtina etdiyini, bu səbəbdən işin icraatına xitam verilməsini xahiş etmiş və ərizəsini təqdim etmişdir. Məhkəmənin 04 sentyabr 2025-ci il tarixli qərardadı ilə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı X8, cavabdehlər X17 və X18 qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair iddiadan imtinası qəbul edilmiş və ilkin iddia tələbi üzrə icraata xitam verilmişdir. Cavabdeh-iddiaçı qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013cü il tarixdə cavabdeh X35 ilə ailə həyatı qurmuşdur. Birgə nikah dövründə 18 dekabr 2013-cü il təvəllüdlü X25 və 31 yanvar 2017-ci il təvəllüdlü X26 doğulmuşlar. Birgə nikah dövründə Naxçıvan MR Heydər Əliyev adına hərbi liseydə qadın hərbi qulluqçu əsgər işləmiş, hal-hazırda işləyir, aylıq qazancı 790 (yeddi yüz doxsan) manat təşkil edir. 30 sentyabr 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsində nikahları pozulmuşdur. Ailə qurduqları müddətdə 2015-ci il tarixdə Aqrar Kredit Bankdan 1500 (min beş yüz) manat, 2016-cı il tarixdə Naxçıvan Bankdan 2000 (iki min) manat kredit götürmüş və 2018-ci il tarixdə Azər-Türk Bankdan 5500 (beş min beş yüz) manat, başqa vaxt isə 9900 (doqquz min doqquz yüz) manat, cəmi 18900 (on səkkiz min doqquz yüz) manat kredit götürmüşdür. Əlavə olaraq banka faizlərlə birlikdə 22630 (iyirmi iki min altı yüz otuz ) manat pul ödəmişdir. Həmin krediti götürməkdə məqsədi qayınatası İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.0256 kv.metr torpaq sahəsində yerləşən ümumi sahəsi 82.9 kv.metr fərdi yaşayış mənzili təmir, tikinti, yenidənqurma və abadlıq işlərinə xərcləmək idi. Qeyd olunan 18900 (on səkkiz min doqquz yüz) manat pul məbləğini banklardan götürüb şəxsən keçmiş qaynatası İddiaçı təqdim etmişdir. Bundan başqa birgə nikah dövründə aşağıda adları qeyd olunan əşyaları ev üçün almışdır: 1. darvaza qapısı 450 (dörd yüz əlli) manat; 2. otaq qapıları 4 qapı - 600 (altı yüz) manat; cəmi: 1050 (min əlli) manat. xx.xx.2013-cü il tarixdə cavabdeh X35 ilə nikaha girdikdən sonra qaynatası İddiaçı evində uşaqları da orada yaşayıb. Neçə ildir ki, bütün qazancını o evə qoyub təmir, yenidən qurma işləri aparmış, hazırda onu, azyaşlı uşaqları xx.xx.2013-cü il təvəllüdlü X19 və xx.xx.2017-ci il təvəllüdlü X20 çıxarmaq istədikləri ev iddiaçı-cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.0256 kv.metr torpaq sahəsində yerləşən ümumi sahəsi 82.9 kv.metr fərdi yaşayış mənzili təmir, tikinti, yenidənqurma və abadlıq işlərinə çəkdiyi xərcləri cavabdeh ödəsin. Hesab edir ki, artıq onun pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan pul tələbi təmin edilməli, tələb etdiyi 23680 (iyirmi üç min altı yüz səksən) manatı cavabdehə ödədiyi pul məbləğinin, yəni ev üçün çəkilmiş təmir, yenidənqurma xərclərinin yarısı cavabdehdən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında cavabdeh-iddiaçı X10 izahatında bildirmişdir ki, o öz əməkhaqqı ilə bağlı arayışı iş materiallarına əlavə etmişdir. Aldığı əmək haqqı məbləği bəllidir və bu barədə şahidləri mövcuddur. O, Afiqlə ailə qurduğu zaman, 2013-cü ildə bina evinə gəlin gəlmişdir. O su İdarəsində işləmiş və mütəmadi olaraq əməkhaqqı almışdır. Evdə aparılan bütün təmir işlərini öz vəsaiti hesabına etdirmişdir. Hazırda onun həmin evdə qala bilməməsinin səbəbi onun, qızının və anasının evdə incidilməsidir. Bu səbəbdən o, məcbur qalaraq müvəqqəti olaraq evi tərk etmişdir.O bankdan kredit götürərkən qayını və qaynatasi zamin durmuşdur. Ən çox zamin duran şəxs qayını olmuşdur. Qarşı tərəfin iddia etdiyi kimi, guya cavabdehin bankdan götürdüyü vəsaiti qardaşlarına göndərməsi barədə deyilənlər həqiqətə uyğun deyil. O yalnız qoyduğu xərclərin geri qaytarılmasını tələb edir və başqa heç bir tələbi yoxdur. O, övladları ilə birlikdə hansı vəziyyətdə qalmalı olduğunu sual edir. O aylıq 900 manat əməkhaqqı almış, eyni zamanda 13-cü əməkhaqqı da əldə etmişdir. Həmin vəsaiti Afiq götürmüşdür. Kreditin götürülməsi zamanı Afiq, onun qardaşı və dostu Hüseyn zamin olmuşdur. O yalnız kredit götürmüş, ustaları isə qarşı tərəf tapmışdır. Fərdi yaşayış evinin dam örtüyünün vurulması, qapı-pəncərənin qoyulması, giriş qapının qoyulması, evin çöl şkaturkasının vurulması, hasarın çəkilməsi, evin laminatının vurulması onların nikahları dövründə onun götürdüyü kredit hesabına görülmüşdür. Ustaların heç birinin adını tanımamışdır. Təmir işləri 2–3 ay davam etmişdir. Hasarın çəkilməsi xərci qonşu ilə birlikdə şərikli ödənilmiş, hasara təxminən 800 manata yaxın vəsait sərf edilmişdir. Evin şkaturası ustalar tərəfindən aparılmışdır, lakin cavabdeh ustaları tanımır. “Aqro Kredit Bank”dan kredit götürüldüyü zaman o Su İdarəsində çalışmışdır. Vəsaitin yarısını cavabdeh, digər yarısını isə iddiaçının kürəkəni Dilanov Zahir adlı şəxs ödəmişdir. Ustaları yalnız Afiq və qaynatəsi Tofiq tanımışdır. Təmir materialları onlar tərəfindən gətirilmişdir.Hazırda evin mətbəxi təmirli deyil. 2019-cu ildə də həmin ev tam hazır vəziyyətdə olmamışdır. O ailə qurduğu zaman ev yarımçıq tikili vəziyyətində olmuşdur. Birinci evin dam örtüyünün vurulması, daxili dörd qapı və çöl seyf qapıları, dörd böyük və bir balaca plastik pəncərə, iki çox kiçik pəncərə, evin çöl şkaturasının aparılması və hasarın çəkilməsi kürəkəndən borc alınmaqla təmir etdirilmişdir. Evin döşəməsi və laminat işləri isə bankdan götürülmüş vəsait hesabına görülmüşdür. O ekspertiza tərəfindən müəyyən edilmiş məbləğlə razı deyil. Ekspertizanın müəyyən etdiyi 7 778 manat 60 qəpik məbləği real xərcləri əks etdirmir. Təmir işlərinə bundan daha çox vəsait sərf olunmuşdur. Bu səbəbdən cavabdeh yenidən təkrar qiymətləndirmənin aparılmasını xahiş edir. Daha sonra isə təkrar ekspertizanın rəyi ilə razı olduğunu, rəyin nəticəsi ilə razılaşdığını bildirərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh-iddiaçının vəkili və nümayəndəsi X36 izahatında bildirmişdir ki, biz qarşılıqlı iddia ərizəsində bütün sübutları təqdim etmişik. Cavabdeh İlahə Abbasova sadəcə həmin evin tikintisinə qoyduğu xərci tələb edir. Evdən çıxan zaman müəyyən xərclər çəkilib. İndi birgə nikah dövründə nə alıbsa qanunən tərəfin haqqı olan ½ payı istəyirlər. Çəkilən xərclərin yarısını tələb edirlər. Lakin ilkin qiymətləndirmə ilə razı deyildirlər. Təkrar qiymətləndirmə təyin edilməsini xahiş edərək, bu barədə vəsatəti təqdim etmişdir. Məhkəmədən qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı-cavabdeh İddiaçı Firuddin oğlu izahatında iddiaçı tərəfindən təqdim edilmiş qarşılıqlı iddia ərizəsini, eləcə də X22 iddiaçı tərəfindən üçüncü şəxs qismində işə cəlb edilməsi ilə bağlı ərizəni qətiyyən qəbul etmir. O qeyd edir ki, mübahisə predmeti olan evi tam şəkildə öz şəxsi vəsaiti hesabına tikmişdir. Bunun üçün kənddə ona məxsus torpaq sahəsini satmışdır. Onun sözlərinə görə, İlahə Abbasovanın həmin evin tikintisində bir qəpik belə payı və hüququ yoxdur. Bu halı təsdiq etmək üçün cavabdeh oğlunun adına götürülmüş bank kreditlərinə dair çıxarışları məhkəməyə təqdim edir. O bildirir ki, evin tikintisinə 2011-ci ildən başlamış, 2016-cı ildə isə evi tam şəkildə başa çatdırmışdır. Ev tualet-hamamdan, mətbəxdən, üç otaqdan, salondan və padvaldan ibarətdir. X46 ailə qurduqdan sonra bir müddət cavabdehlə birlikdə bina evində yaşamışlar. Həmin dövrdə ev tam hazır olmasa da, dam örtüyü vurulmuş vəziyyətdə olmuş və dam örtüyü cavabdeh tərəfindən etdirilmişdir. O qeyd edir ki, Afiq Rəhimov ailəsi ilə birlikdə xidməti vəzifəsi ilə əlaqədar olaraq iki il Ordubad rayonunda yaşamışdır. Bina evi Naxçıvan şəhəri, Əlincə məhəlləsində yerləşmişdir. Oğlunun ailəsi Ordubadda yaşadığı müddətdə cavabdeh ailə üzvləri ilə birlikdə bina evində qalaraq həyət evinin tikintisini davam etdirmişdir. Oğlunun ailəsi geri qayıtdıqdan sonra bir müddət yenidən birlikdə bina evində yaşamış, daha sonra isə həyət evi hazır vəziyyətə gətirilmişdir. Bundan sonra cavabdeh bina evində, Afiq və İlahə Abbasova isə həyət evində yaşamışlar. Onun sözlərinə görə, ev demək olar ki, tam hazır vəziyyətdə olmuşdur. O bildirir ki, əslində Afiq və ailəsinə mənzil evində qalmağı təklif etmişdir, lakin onlar həyətdə yaşamağı üstün tutmuşlar. X39 arasında münasibətlər normal olmamış, hətta cavabdeh onların kirayə evdə qalmasını da təklif etmişdir. Buna baxmayaraq, bütün tikinti və təmir işləri yalnız cavabdeh tərəfindən görülmüş, Afiq və İlahə Abbasova bu işlərdə iştirak etməmişlər. O təkrar ekspertizanın təyin edilməsi ilə razı olmadığını bildirir. O, özünün ailəsinin bütün xərclərinin, hətta nəqliyyat xərclərinin belə özü tərəfindən qarşılandığını və onların uzun müddət cavabdehin evində yaşadıqlarını qeyd edir. Bu səbəbdən nikah müddətində əldə edildiyi iddia olunan əmlakın xərcinin yarıya bölünməsinə etiraz edir. Məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı-cavabdehin nümayəndəsi X23 izahatında İlahənin evə bir qəpik pul qoymadığını, onların əziyyətlə zəhmətlə evlərini satıb üstün özlərinin işləyib düzəldiyini, kirayələrdə sürünməmək üçün zəhmətlə ev tikdiklərini, İlahənin pul qoymadığını bildirmişdir. Məhkəmə baxışı iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X35 iddianı qəbul etməyərək bildirmişdir ki, 2013-cü ildə İlahə Abbasova ilə nikaha daxil olmuşdur. İlahə ilk dəfə olaraq bina evinə gəlin kimi gəlmişdir. Uşaqları 2–3 aylıq olarkən cavabdeh xidməti vəzifə ilə əlaqədar Ordubad Rayon Polis Bölməsinə göndərilmiş, həmin dövrdə Ordubad rayonunda kirayə mənzildə yaşamış və iki il orada işləmişdir. 2016-cı ildə cavabdeh Culfa Rayon Polis Bölməsinə təyin olunmuş və səkkiz ay həmin vəzifədə çalışmışdır. Bu müddətdə cavabdeh İlahəni və azyaşlı övladını anasının yanına göndərmişdir. Daha sonra uşağın xəstəliyi ilə əlaqədar cavabdeh polis orqanlarından təxris edilmişdir. Bundan sonra Naxçıvan Su İdarəsində işə düzəlmiş, Naxçıvan şəhərində anasıgillə birlikdə bina evində yaşamışdır. Qardaşının ailə qurması ilə əlaqədar olaraq cavabdeh atası tərəfindən tikilmiş həyətyanı evə köçmüş və ailəsi ilə birlikdə həmin ünvanda qeydiyyata düşmüşdür. Birlikdə yaşadıqları dövrdə evlilik zamanı həyət evinin hasarı çəkilmiş, lakin hasarın qapısı olmamışdır. Hasarın çəkilməsi üçün 1300 manat məbləğində vəsait xərclənmiş, bunun üçün bankdan cavabdehin qardaşı ilə birlikdə kredit götürülmüşdür. Cavabdeh bildirir ki, götürülən kredit vəsaitinin qalan hissəsi İlahə Abbasova tərəfindən onun qardaşlarına göndərilmişdir. Həmin şəxslər barəsində dəfələrlə hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülmüşdür. Evin digər təmir işləri üçün cavabdeh və İlahə tərəfindən ataya hər hansı vəsait verilməmişdir. Kredit vəsaitinin bir hissəsi hesabına uşaqlar üçün qızılzinət əşyaları alınmış, qalan məbləğ isə İlahə Abbasova tərəfindən öz qardaşlarına göndərilmişdir. Cavabdeh qeyd edir ki, qaynı öz ehtiyacları üçün kredit götürmüş, hətta bu kreditə görə İlahəni zamin kimi göstərmişdir. Bununla bağlı bank tərəfindən cavabdehlə əlaqə saxlanılmış, nəticədə cavabdeh yenidən kredit götürərək həmin borcu bağlamışdır. Cavabdehin sözlərinə görə, İlahə hər dəfə vəsaitin qardaşına göndərildiyini bildirmişdir. Cavabdeh bildirir ki, İlahə Abbasova pəncərəsiz və qapısız evdə yaşamamışdır. Evdə qapı, pəncərə və şkatur işləri mövcud olmuşdur. Cavabdeh tərəfindən İlahə üçün təxminən 4000 manat dəyərində qızıl-zinət əşyaları alınmışdır. Bundan əlavə, İlahə tərəfindən 9900 manat məbləğində kredit götürülmüş və həmin vəsaitin tam olaraq qardaşına göndərildiyi cavabdehə bildirilmişdir. Həmin kredit üzrə cavabdehin qardaşı da zamin durmuşdur. Cavabdeh təkrar ekspertizanın təyin olunması ilə razı olmadığını bildirir. O qeyd edir ki, evlə bağlı görülmüş bütün işlər atasının şəxsi vəsaiti hesabına həyata keçirilmişdir. Cavabdeh həmçinin ekspertiza tərəfindən müəyyən edilmiş qiymətlə də razı olmadığını bildirir. O eyni zamanda ekspertiza tərəfindən müəyyən edilmiş qiymətlə də razı olmadığını bildirir. İlahənin ailə qurduqdan sonra əvvəllər işləmədiyini, özünün polisdə işlədiyini. Maaşının yüksək olduğunu, sonradan işlədiyini, hərbiçi olaraq bir dəfə kredit götürdüyünü, o zamanlar 700 manat əmək haqqı aldığını, 23 min evə pul xərcləmədiyini, 30 min özünün pul çəkdiyini, İlahənin dediyinə görə 23 min və 30 min olmaqla ümumilikdə 53 min manat pul qoyulmuşdur, lakin ozünün evinin hal hazırda 53 minlik ev olmadığını, İlahənin o evin qeydiyyatında olmadığını, əvvəllər bina evində qeydiyyatda olduğunu, sonradan o evə qeydiyyata düşdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X29 ifadəsində bildirmişdir ki, Afiqi 20 ildən artıqdır ki, tanıyır. Afiq ondan xahiş etmişdir ki, bankdan kredit götürsün və o da zamin durmuşdur. Afiq bildirmişdir ki, evin tikintisini tamamlaya bilmir və bunun üçün pula ehtiyacı var. Lakin həmin evi görməmişdir. Hadisə 2018-ci illərə təsadüf edir. "xxxx" ASC-dən 5500 (beş min beş yüz) manat məbləğində kredit götürülmüşdür. Həmin vaxt Tofiq əmi, İlahə və Afiq birlikdə banka getmişlər. Pul kassadan götürülən zaman o da orada olmuşdur. İlahə xanım pulu kassadan götürmüş və səhv etmirsə, həmin məbləği Tofiq əmiyə vermişdir. Banka Tofiq əminin avtomobili ilə getmişlər. Afiq ona bildirmişdir ki, bankdan pul götürməlidirlər ki, evi tikib başa çatdırsınlar, çünki pula ehtiyac var və qardaşı da evlənəcəkdir. Şahid qeyd etsə də ki, guya pulu ona veriblər, o pulu götürməmişdir. Pul İlahə tərəfindən bankdan çıxarılmış və Tofiq əmiyə verilmişdir. Bunu tam əminliklə xatırlayır. Pulun ikisi tərəfindən götürüldüyü iddia edilsə də, o, Hüseynə deyə bilməmişdir ki, qaynını saxlayırlar və pula ehtiyac var. Məcbur qalaraq bildirmişdir ki, evləri üçün pula ehtiyacları vardır. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid ifadəsində bildirmişdir ki, Afiq və İlahə evli olan zaman "xxxx" ASC-dən İlahə kredit götürdüyü üçün ona zamin durmuşdur. Bildirmişdir ki, həmin vaxt bir evdə qalırdılar. O zaman İlahə və Afiq həyət evində qalırdılar. Qardaşı olduğu üçün Afiqin pulları hara göndərdiyi ilə maraqlanmadığını, atası elə hey Afiq bu qədər pulu götürüb kimə və hara verir deyirdi. O zaman qardaşı Afiq və İlahə ondan zamin durmağı xahiş etdiklərini, onun da zamin durduğunu bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin bütün hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, qarşılıqlı iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Naxçıvan MR-in İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın təsdiqlənmiş surətindən və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın surətindən məlum olmuşdur ki, ünvan 5 ünvanında 0.0256 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82.90 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (reyestr nömrəsi: **********37-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2022). Naxçıvan şəhər Nikah Evi tərəfindən 01 noyabr 2024-cü il tarixdə verilmiş AZ-İ 434217 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə və Naxçıvan “Asan Xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 11 yanvar 2025-ci il tarixdə verilmiş 117 nömrəli arayışa əsasən, Rəhimov AfiqTofiq oğlu ilə X13 arasında olan nikah pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 178 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Abasova” soyadı verilmişdir. 4 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən 18 noyabr 2024cü il tarixdə verilmişxx.xx.2024-cü il tarixli 883 saylı və xx.xx.2025-ci il tarixli 19 və 20 nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, Şahid, X25, X14, X35, Cavabdeh və X1 şəhəri, Ə.Qəmküsar küçəsi, döngə 3, ev 5 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə olunan xx.xx.2021-ci il tarixli çıxarışlardan görünür ki, X13 9900 manat məbləğində kredit kredit götürmüşdür. Aylıq ödənişi 352.96 manat təşkilm edir. "xxxx" ASC ilə X13 arasında bağlanmış 04 aprel 2019-cu il tarixli, ******* nömrəli Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi Müqaviləsinin surətinə əsasən, X13 ev təmiri məqsədilə 36 ay müddətinə (04 aprel 2022-ci il tarixədək) illik 22% dərəcəsi ilə 5500 (beş min beş yüz) manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə ödəniş cədvəllərinin surətindən müəyyən edilir ki, tərəflər kredit müqaviləsi üzrə aylıq ödənişlərin hansı qaydada və məbləğdə ödənilməsinə dair razılığa gələrək həmin qrafiki ikitərəfli qaydada imzalamışlar. "xxxx" ASC ilə X29 arasında bağlanmış 04 aprel 2019-cu il tarixli, 1013440/15421 nömrəli Zaminlik Müqaviləsinin surətinə əsasən, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh-iddiaçı X3 adına kart nömrəsi 510307******0849 olan hesabdan xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödəniş kartı üzrə çıxarış iş materiallarına əlavə edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 06 avqust 2024-cü il tarixli, 2(078)-613/2024 nömrəli qətnaməsi ilə, X35 ilə X13 arasında 20 fevral 2013-cü il tarixdə Şərur rayon Xanlıqlar kənd İƏDN-də bağlanmış 03 nömrəli nikahın pozulması, boşanmadan sonra tərəflərin birgə nikahlarından doğulmuş 31 yanvar 2017-cü il təvəllüdlü X15 anası X5 yanında saxlanılması, boşanmadan sonra tərəflərin birgə nikahlarından doğulmuş 18 dekabr 2013-cü il təvəllüdlü X16 atası X21 alınaraq anası X5 himayəsinə verilməsi və onun yanında saxlanılması, məhkəmə-psixoloji ekspertizasının aparılması üçün ekspertiza xərci olan 100 (bir yüz) manatın cavabdeh X21 alınaraq X33 MR İdarəsinə ödənilməsi (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21) qət edilmişdir. İş materiallarına əlavə olunan Naxçıvan Mr X11ni PHŞ tərəfindən verilən xx.xx.2025-ci il tarixli 027 nömrəli arayışda bildirilir ki, ünvan 6 ünvanında yaşayan sakin, xx.xx.2017-ci il təvəllüdlü X18 ondan ötrü ki, o, həqiqətən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci ilədək “Naxçıvan Muxtar Respublikası X11” publik hüquqi şəxsin Reanimasiya şöbəsində “X34 İnfeksiyası” diaqnozu ilə stasionar müalicə almışdır. Xəstə nənəsi, xx.xx.1963-cü il təvəllüdlü X9 himayəsində olmuşdur. İş materiallarına əlavə olunan "xxxx" ASC tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışda bildirilir ki, X35 həqiqətən də, xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən bank çarşısında 2200 (iki min iki yüz) manat məbləğində kredit öhdəliyi olmuşdur.xx.xx.2014cü il tarixdə həmin kredit üzrə tam ödəniş həyata keçirilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdehiddiaçı X3 iddiaçı-cavabdeh İddiaçı Firuddin oğluna qarşı evin təmiri, yenidənqurma və abadlıq işlərinə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir İddiaçı-cavabdeh İddiaçı adına qeydiyyata alınmış ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün vurulması, qapıpəncərənin qoyulması, giriş qapının qoyulması, evin çöl şkaturkasının vurulması, hasarın çəkilməsi, evin laminatının vurulmasına usta xərci və materiallarla birlikdə nə qədər xərc çəkilmişdir? Kimi suallar qoyulmuşdur. Ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının Mərkəzinə həvalə olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdehiddiaçı X3 iddiaçı-cavabdeh İddiaçı Firuddin oğluna qarşı evin təmiri, yenidənqurma və abadlıq işlərinə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə icraat iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 may 2025-ci il tarixli məhkəmə ekspertizasına dair məktubdan məlum olmuşdur ki, həmin iş üzrə məktub və mülki iş ekspert rəyi ilə birlikdə həmin tarixdə məhkəməyə göndərilmiş, mülki iş 16 may 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 may 2025-ci il tarixli, 451 nömrəli ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənləri, Mübahisə predmeti olan fərdi yaşayış evinə ekspert tərəfindən baxış keçirilən zamanı müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evi 3 (üç) tərəfdən qonşu, 1 (bir) tərəfdən küçə ilə əhatə olunmuş torpaq sahəsi daxilində yerləşməklə 2 (iki) mərtəqepeu ibarətdir. Fərdi yaşayış evinin fasad hissəsinə nəzər saldıqda sement məhlulu ilə hamarlanası, dam hissəsinə sinklənmiş dəmir şifer təbəqələrin vurulması müəyyən edilmişdir. Fərdi yaşayış evinin birinci mərtəbəsi anbar, ikinci mərtəbəsi isə yaşayış üçün kimi istifadə olunduğu müşahidə edilmişdir. Evin ikinçi mərtəbəsinə nəzər saldıqda, açıq eyvan tikilisindən müasir tipli giriş-çıxış qapısı (seyf qapı) ilə içəri daxil olduqda 1 (bir) giriş, 3 (üç) yaşayış otağı, 1 (bir) mətbəx, hamam və sanitar qovşağı təyinatlı tikililərin olduğu müəyyən edilmişdir. Tikililərin təmir vəziyyətinə nəzər saldıqda isə müəyyən edilmişdir ki, giriş və 2 (iki) yaşayış otağının döşəməsinə laminat təbəqələr vurulmuş, divarları sulu boya (emulsiya) ilə rənglənmiş, tavanı isə alçı məhlulu ilə hamarlanmış, 1 (bir) yaşayış otağının döşəməsi sement məhlulu ilə hamarlanmış, divar və tavanı isə sulu boya (emulsiya) ilə boyanmışdır. Mətbəx tikilisinin divarlar və tavanı alçı məhlulu ilə hamarlanmış, döşəməsi sement məhlulu ilə hamarlanmışdır. Evin giriş Çıxış-qapısı müasir tipli dəmir seyf qapısı olmaqla daxili tikililərin giriş-çıxış qapısı taxta materialından quraşdırıldığı həmçinin müxtəlif ölçülü "PVC" materialından plastik pəncərələrin quraşdırıldığı müəyyən edilmişdir. Tədqiqatın nəticə hissəsində bildirilmişdir ki, mülki iş materiallarında olan, eləcə də, baxış zamanı əldə edilmiş zəruri məlumatları nəzərə alaraq, iddiaçı-cavabdeh İddiaçı adına qeydiyyata alınmış ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün vurulması, qapı-pəncərənin qoyulması, giriş qapısının qoyulması, evin çöl şkaturkasının vurulması, hasarın çəkilməsi, evin laminatının vurulmasına sərf edilmiş materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdehiddiaçı X3 iddiaçı-cavabdeh İddiaçı Firuddin oğluna qarşı evin təmiri, yenidənqurma və abadlıq işlərinə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçıcavabdeh İddiaçı cavabdeh-iddiaçı X8, cavabdehlər X17 və X18 qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma və cavabdeh-iddiaçı X6 iddiaçı-cavabdeh İddiaçı qarşı evin təmiri, yenidənqurma və abadlıq işlərinə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə qiymətləndirmə təşkil edilmiş, qiymətləndirmə aparılması Naxçıvan şəhərində yerləşən "xxxx" MMC-yə həvalə edilmişdir. Qiymətləndirilən əmlak üzrə "xxxx" MMC-nin daşınar əmlaklar üzrə şəhadətnamə almış müstəqil qiymətləndiricisinin qarşısında Məhkəmə tikinti-texniki eksperti tərəfindən tərtib edilmiş smetada qeyd edilən materiallara və xidmətlərə çəkilən xərc nə qədər təşkil edir? kimi sual qoyulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçıcavabdeh İddiaçı cavabdeh-iddiaçı X8, cavabdehlər X17 və X18 qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma və cavabdeh-iddiaçı X6 iddiaçı-cavabdeh İddiaçı qarşı evin təmiri, yenidənqurma və abadlıq işlərinə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə icraat iş üzrə təyin edilmiş məhkəmə-qiymətləndirmə rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Mülki iş üzrə X2 30 iyul 2025-ci il tarixli, 008-07/25 saylı qiymətləndirmə aparılmasına dair rəyindən məlum olmuşdur ki, həmin iş üzrə qiymətləndirmə yekunlaşdırılmış və mülki iş ekspert rəyi ilə birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmənin 03 iyun 2025-ci il tarixli 2(078)-153/2025 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-153/2025 saylı mülki iş üzrə 03 iyun 2025ci il tarixli qərardadla təyin olunmuş, məhkəmə qiymətləndirmə mərkəzinin tərtib etdiyi 30 iyul 2025-ci il tarixli, 008-07/25 saylı ekspert rəyində aparılan hesablamalar nəticəsində qiymətləndirmə hesabatı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən hazırlanmış və təqdim olunan daşınmaz əmlakın təmiri, yenidənqurma və abadlıq işlərinə çəkilmiş xərclərin qiymətlərinin müəyyənləşdirilməsini əhatə edir. Ekspert tərəfindən tərtib edilmiş smetada qeyd edilən materiallara və xidmətlərə çəkilən xərclərin əşyalarının orta bazar qiymətləri ümumilikdə cəmi 7778.66 manat təşkil etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdehiddiaçı X6 iddiaçı-cavabdeh İddiaçı qarşı evin təmiri, yenidənqurma və abadlıq işlərinə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə təkrar məhkəmə qiymətləndirməsi təyin olunsun. Qiymətləndiricinin qarşısına 1. Məhkəmə tikinti-texniki eksperti tərəfindən tərtib edilmiş smetada qeyd edilən materiallara və xidmətlərə çəkilən xərc nə qədər təşkil edir? Kimi suallar qoyulmuşdur. Qiymətləndirmənin aparılması hüquqi ünvanı ünvan 9aq Bakı şəhəri, Nərimanov rayonu, X28 küçəsi 119c , 1996-cı məhəllə, Afen plaza mərtəbə 6, ofis 18 ünvanında fəaliyyət - göstərən "xxxx" MMC yə həvalə olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçıcavabdeh İddiaçı cavabdeh-iddiaçı X8, cavabdehlər X17 və X18 qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma və cavabdeh-iddiaçı X6 iddiaçı-cavabdeh İddiaçı qarşı evin təmiri, yenidənqurma və abadlıq işlərinə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə icraat iş üzrə təyin edilmiş təkrar məhkəmə-qiymətləndirmə rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Mülki iş üzrə "xxxx" MMC-nin 07 noyabr 2025-ci il tarixli, 0024/25 saylı qiymətləndirmə aparılmasına dair rəyindən məlum olmuşdur ki, həmin iş üzrə qiymətləndirmə yekunlaşdırılmış və mülki iş ekspert rəyi ilə birlikdə məhkəməyə göndərilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-153/2025 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadla təyin olunmuş, məhkəmə qiymətləndirmə mərkəzinin tərtib etdiyi 07 noyabr 2025-ci il tarixli, 0024/25 saylı ekspert rəyində göstərilir ki, ünvan 2 ünvanında yerləşən 0.0256 kv.metr torpaq sahəsində yerləşən ümumi sahəsi 82.9 kv.metr olan fərdi yaşayış evi ilə bağlı məhkəmə tikinti-eksperti tərəfindən tərtib edilmiş smetada qeyd edilən materiallara ve xidmətlərə çəkilən xərc cəmi 9300 (doqquz min üç yüz) manat təşkil edir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2(078)-153/2025 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə mülki qanunvericiliyin norma və tələblərini iddia tələbi ilə əlaqəli şəkildə araşdırıb qeyd edir ki, cavabdeh-iddiaçı X10 hazırki vəziyyətdə çəkilən xərci tələb etmək hüququna malik olmaqla bu cür subyektiv hüququn daşıyıcısı hesab edilir. Hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir. Həmin maddəyə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərinin məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İş materiallarında olan yuxarıda qeyd edilən qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə cavabdeh-iddiaçı X10 ilə X35 arasında nikah pozulmuşdur. Artıq tərəflər arasında etibarlı ailə münasibətlərinə xitam verildiyindən hüquqi əsas olmadan varlanma sonradan aradan qalxmış əsasa (ailə münasibətlərinin xitam verilməsi) söykənmiş və bu halda iddiaçı nikah müddətində yaşadığı cavabdehin mülkiyyətində olan fərdi yaşayış evində birgə nikah dövründə ailənin qazancı nəticəsində aparılmış təmir xərclərini varlanmış şəxsdən-iddiaçı-cavabdehdən (mülkiyyətçidən) tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə məhkəmədə baxılarkən iş üzrə fərdi yaşayış evinə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 may 2025-ci il tarixli, 451 nömrəli ekspert rəyinə əsasən, mübahisə predmeti olan fərdi yaşayış evinə ekspert tərəfindən baxış keçirilən zamanı müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evi 3 (üç) tərəfdən qonşu, 1 (bir) tərəfdən küçə ilə əhatə olunmuş torpaq sahəsi daxilində yerləşməklə 2 (iki) mərtəqepeu ibarətdir. Fərdi yaşayış evinin fasad hissəsinə nəzər saldıqda sement məhlulu ilə hamarlanası, dam hissəsinə sinklənmiş dəmir şifer təbəqələrin vurulması müəyyən edilmişdir. Fərdi yaşayış evinin birinci mərtəbəsi anbar, ikinci mərtəbəsi isə yaşayış üçün kimi istifadə olunduğu müşahidə edilmişdir. Evin ikinçi mərtəbəsinə nəzər saldıqda, açıq eyvan tikilisindən müasir tipli giriş-çıxış qapısı (seyf qapı) ilə içəri daxil olduqda 1 (bir) giriş, 3 (üç) yaşayış otağı, 1 (bir) mətbəx, hamam və sanitar qovşağı təyinatlı tikililərin olduğu müəyyən edilmişdir. Tikililərin təmir vəziyyətinə nəzər saldıqda isə müəyyən edilmişdir ki, giriş və 2 (iki) yaşayış otağının döşəməsinə laminat təbəqələr vurulmuş, divarları sulu boya (emulsiya) ilə rənglənmiş, tavanı isə alçı məhlulu ilə hamarlanmış, 1 (bir) yaşayış otağının döşəməsi sement məhlulu ilə hamarlanmış, divar və tavanı isə sulu boya (emulsiya) ilə boyanmışdır. Mətbəx tikilisinin divarlar və tavanı alçı məhlulu ilə hamarlanmış, döşəməsi sement məhlulu ilə hamarlanmışdır. Evin giriş Çıxış-qapısı müasir tipli dəmir seyf qapısı olmaqla daxili tikililərin giriş-çıxış qapısı taxta materialından quraşdırıldığı həmçinin müxtəlif ölçülü "PVC" materialından plastik pəncərələrin quraşdırıldığı müəyyən edilmişdir. Tədqiqatın nəticə hissəsində bildirilmişdir ki, mülki iş materiallarında olan, eləcə də, baxış zamanı əldə edilmiş zəruri məlumatları nəzərə alaraq, iddiaçı-cavabdeh İddiaçı adına qeydiyyata alınmış ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün vurulması, qapı-pəncərənin qoyulması, giriş qapısının qoyulması, evin çöl şkaturkasının vurulması, hasarın çəkilməsi, evin laminatının vurulmasına sərf edilmiş materialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə evin təmiri, yenidənqurma və abadlıq işlərinə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə qiymətləndirmə təşkil edilmiş, qiymətləndirmə aparılması Naxçıvan şəhərində yerləşən "xxxx" MMC-yə həvalə edilmişdir. Qiymətləndirilən əmlak üzrə "xxxx" MMC-nin daşınar əmlaklar üzrə şəhadətnamə almış müstəqil qiymətləndiricisinin qarşısında məhkəmə tikinti-texniki eksperti tərəfindən tərtib edilmiş smetada qeyd edilən materiallara və xidmətlərə çəkilən xərc nə qədər təşkil edir? kimi sual qoyulmuşdur. Məhkəmə qiymətləndirmə mərkəzinin tərtib etdiyi 30 iyul 2025-ci il tarixli, 008-07/25 saylı ekspert rəyində aparılan hesablamalar nəticəsində qiymətləndirmə hesabatı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən hazırlanmış və təqdim olunan daşınmaz əmlakın təmiri, yenidənqurma və abadlıq işlərinə çəkilmiş xərclərin qiymətlərinin müəyyənləşdirilməsini əhatə edir. Ekspert tərəfindən tərtib edilmiş smetada qeyd edilən materiallara və xidmətlərə çəkilən xərclərin əşyalarının orta bazar qiymətləri ümumilikdə cəmi 7778.66 manat təşkil etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh-iddiaçı X6 iddiaçı-cavabdeh İddiaçı qarşı evin təmiri, yenidənqurma və abadlıq işlərinə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair mülki iş üzrə təkrar məhkəmə qiymətləndirməsi təyin olunmuş, qiymətləndirmə aparılması hüquqi ünvanı ünvan 9aq Bakı şəhəri, Nərimanov rayonu, X28 küçəsi 119c , 1996-cı məhəllə, Afen plaza mərtəbə 6, ofis 18 ünvanında fəaliyyət - göstərən "xxxx" MMC yə həvalə olunmuşdur. Məhkəmə qiymətləndirmə mərkəzinin tərtib etdiyi 07 noyabr 2025-ci il tarixli, 0024/25 saylı ekspert rəyində göstərilir ki, ünvan 2 ünvanında yerləşən 0.0256 kv.metr torpaq sahəsində yerləşən ümumi sahəsi 82.9 kv.metr olan fərdi yaşayış evi ilə bağlı məhkəmə tikinti-eksperti tərəfindən tərtib edilmiş smetada qeyd edilən materiallara ve xidmətlərə çəkilən xərc cəmi 9300 (doqquz min üç yüz) manat təşkil edir. İstər iddiaçının, istər cavabdehin izahatlarından, istərsə də şahid ifadələrindən və yazılı sənədlərdən aydın olmuşdur ki, iddiaçı-cavabdeh İddiaçı Firuddin oğlunun mülkiyyətində olan və dövlət qeydiyyatına alınan fərdi yaşayış evində aparılmış təmir və yenidən qurma işlərinin bir qismində cavabdeh-iddiaçının nikahda olduğu müddətdə ailənin ümumi qazancı hesabına əldə edilmiş vəsait xərclənmişdir. Belə ki, məhkəmə cavabdeh-iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahid ifadələrini və yazılı sübutları tədqiq edərək, onları iddia tələbi ilə əlaqəli şəkildə araşdıraraq bu nəticəyə gəlmişdir. Belə ki, şahid hansı ki, cavabdeh-iddiaçı tərəfindən bank kreditinin əldə edilməsində zamin qismində iştirak etmiş, cavabdeh-iddiaçı tərəfindən əldə edilən vəsaitin iddiaçı-cavabdeh İddiaçı Firuddin oğluna verilməsini bilavasitə görmüşdür. Halbuki şahid cavabdeh-iddiaçının təsiri altında bu cür ifadə verməsi inandırcı hesab edilmir, belə ki, şahid cavabdeh-iddiaçının keçmiş həyat yoldaşının tanışı olmaqla reallıqda iddiaçı-cavabdehin mənafeyinə uyğun ifadə verməsi daha anlaşılan ola bilərdi. Ona görə də bu cür ifadənin məhkəmə düzgünlük, inandırıcılıq xüsusiyyəti ilə uzlaşdığı qənaətinə gəlir. Adları qeyd edilən işlərin iddiaçı-cavabdehin mülkiyyətində olan fərdi yaşayış evində görülməsi həm də onunla təsdiq edilir ki, qeyd edilən işlər məhz cavabdeh-iddiaçının ailə olduğu vaxt sözügedən evdə yaşadığı müddətdə, ailənin ümumi qazancı hesabına aparılmışdır. Görülən işlərin xərci iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməsi barədə qiymətləndirici rəyləri mövcduddur, ona görə də qalan hissədə tələb əsassız olduğundan rədd edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia qismən təmin edilməli, cavabdeh İddiaçı Firuddin oğlundan ünvan 4 ünvanında yerləşən 0.0256 kv.metr torpaq sahəsində yerləşən ümumi sahəsi 82.9 kv.metr fərdi yaşayış mənzilinin təmiri və yenidənqurma işlərində xərcin dəyəri olan 9300 (doqquz min üç yüz) manat pulun ½ hissəsi olan 4650 (dörd min altı yüz əlli) manat pul alınaraq iddiaçı X7 verilməlidir. Ona görə məhkəmə qeyd edilən məbləğə dair qətnamə qəbul edir ki, görülən işlər birgə nikah dövründə ailənin birgə vəsaiti hesabına aparıldığından cavabdeh-iddiaçının ancaq ½ hissə üzrə çəkilmiş xərclərin dəyərini tələb etmək hüququ vardır. Eyni zamanda məhkəmə iş üzrə təkrar qiymətləndirmənin rəyini qanuni və əsaslı hesab edir və qiymətin məhz bunun nəticəsində müəyyən edilməsini əsaslı hesab edir. Məhkəmə çəkilmiş xərcin yarısının cavabdehdən alınaraq iddiaçıya verilməsinə münasibətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsaslanmışdır. Belə ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmamışdırsa onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə yuxarıda qeyd edilən hallara əsasən qarşılıqlı iddianın qalan hissəsinin sübuta yetirilməməsinə əsaslanaraq qarşılıqlı iddianın qalan hissəsinin rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə məsrəfləri ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, məhkəmə tikinti-texniki obyektinin tədqiq dəyəri olan 20 (iyirmi) manat cavabdeh-iddiaçı X10 və iddiaçı-cavabdeh İddiaçı Firuddin oğlundan müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına VÖEN:**********, hesab AZ88NABZ******************** ödənilməlidir. İş üzrə qiymətləndiricinin xidmət haqqı olan 300 (üç yüz əlli) manat cavabdehiddiaçı X10 və iddiaçı-cavabdeh İddiaçı Firuddin oğlundan müştərək qaydada tutularaq X4 MMC-nin hesabına VÖEN:**********, hesab AZ16NİCB**********0001A35090 ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə qiymətləndiricinin xidmət haqqı olan 300 (üç yüz əlli) manat cavabdeh-iddiaçı X10 və iddiaçı-cavabdeh İddiaçı Firuddin oğlundan müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına VÖEN:**********, hesab AZ40AİİB400600K**********118 ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, qarşılıqlı iddia qismən təmin olunduğundan iddiaçı X10 tərəfindən X37 vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 62 (altmış iki) manat hissəsi iddiaçı-cavabdeh İddiaçı Firuddin oğlundan alınaraq cavabdeh-iddiaçı X7 qaytarılmalıdır. Qalan hissədə ödənilən dövlət rüsumu cavabdehiddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Cavabdeh-iddiaçı X3 iddiaçı-cavabdeh İddiaçı Firuddin oğluna qarşı evin təmiri, yenidənqurma və abadlıq işlərinə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı-cavabdeh İddiaçı Firuddin oğlundan mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0.0256 kv.metr torpaq sahəsində yerləşən ümumi sahəsi 82.9 kv.metr fərdi yaşayış evinin təmiri və yenidənqurma işlərində X10 tərəfindən çəkilən xərcin dəyəri olan 9300 (doqquz min üç yüz) manat pulun ½ hissəsi olan 4650 (dörd min altı yüz əlli) manat pul alınaraq cavabdeh-iddiaçı X7 verilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Məhkəmə tikinti-texniki obyektinin tədqiq dəyəri olan 20 (iyirmi) manat cavabdeh-iddiaçı X10 və iddiaçı-cavabdeh İddiaçı Firuddin oğlundan müştərək qaydada tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına VÖEN:**********, hesab AZ88NABZ******************** ödənilsin. İş üzrə qiymətləndiricinin xidmət haqqı olan 300 (üç yüz əlli) manat cavabdeh-iddiaçı X10 və iddiaçı-cavabdeh İddiaçı Firuddin oğlundan müştərək qaydada tutularaq X4 MMC-nin hesabına VÖEN:**********, hesab AZ16NİCB**********0001A35090 ödənilsin. İş üzrə qiymətləndiricinin xidmət haqqı olan 300 (üç yüz əlli) manat cavabdehiddiaçı X10 və iddiaçı-cavabdeh İddiaçı Firuddin oğlundan müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına VÖEN:**********, hesab AZ40AİİB400600K**********118 ödənilsin. Cavabdeh-iddiaçı X10 tərəfindən X37 vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 62 (altmış iki) manat hissəsi iddiaçı-cavabdeh İddiaçı Firuddin oğlundan alınaraq iddiaçıya qaytarılsın. Qalan hissədə ödənilmiş dövlət rüsumu cavabdeh-iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-153/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-153/2025
24.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver