Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-154/2023 15.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi izahatında, 23 iyun 1989-cu il tarixdə X9 ilə rəsmi olaraq nikah daxil olub evləndiklərini, birgə nikahdan iki övladının olduğunu, 23 yanvar 2021-ci il tarixdə həyat yoldaşı X2 miokard infarktı diaqnozu ilə vəfat etdiyini, Naxçıvan şəhəri, 56-cı məhəlləsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 104.18 m2, o cümlədən, yaşayış sahəsi 54.6 m2 olan 15 nömrəli yaşayış evinin 01 iyun 1992-ci il tarixdə X4 adına qeydiyyata alındığını, məhrum X4 vərəsələrinin 1. Ərizəçi- həyat yoldaşı, 1961-ci il təvəllüdlü, 2. X13- oğlu, 1991-ci il təvəllüdlü, 3. X17- qızı, 1994-cü il təvəllüdlü olduğunu, həyat yoldaşının vəfatından sonra da həmin miras evdə yaşadığını və mirası qəbul etməklə idarə etdiyini, mirası qəbul etsə də, miras hüquqlarını dövlət qeydiyyatına aldıra bilmədiyini, mirasa qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə müraciət etdiyini, ofisin 09 dekabr 2022-ci il tarixli, 314 saylı məktubunda məhkəməyə müraciət etməyinin tövsiyyə edildiyini, ona görə, miras hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət etdiyini, bunları nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxslər Hüseynova (Cəfərova) Gülnar Cəfər qızına və X10 məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə baxış iclasında iştirak etməmişdirlər. Məhkəmə baxış iclası maraqlı şəxslərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X22, Ərizəçi ilə qonşu olduqlarını, onun arvadı mərhum Firəngiz Cəfərovanın vəfat etdiyini, Ərizəçi mübahisəli evdə qaldığını, bu gündə həmin evdə yaşadığını bildirdi. Məhkəmə baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X12, Ərizəçi ilə qonşu olduqlarını, onun arvadı mərhum Firəngiz Cəfərovanın vəfat etdiyini, Ərizəçi mübahisəli evdə qaldığını, bu gündə həmin evdə yaşadığını bildirdi. İş materiallarına əlavə edilmiş: İV-JQ seriyalı, 469536 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X19 ilə X6 arasında 23 iyun 1989-cu il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 13 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Cəfərova” soyadı verilmişdir. AZ-İ seriyalı, 801505 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətinə əsasən, X9 23 yanvar 2021-ci il tarixdə kəskin miokard infarktı səbəbindən vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 129 nömrə ilə qeyd edilmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 06 dekabr 2022-ci il tarixli, 1616 nömrəli arayışa əsasən, Ərizəçi aşağıdakı ailə üzvüləri vardır:
1. X9- həyat yoldaşı, vəfat edib;
2. X13- oğlu, 1991-ci il təvəllüdlü;
3. X17- qızı, 1994-cü il təvəllüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 06 dekabr 2022-ci il tarixli, 1617 nömrəli arayışa əsasən, X8 aşağıdakı vərəsələri vardır:
1. Ərizəçi- həyat yoldaşı, 1961-ci il təvəllüdlü;
2. X13- oğlu, 1991-ci il təvəllüdlü;
3. X17- qızı, 1994-cü il təvəllüdlü. 27 fevral 2023-cü il tarixli ərizəyə əsasən, Hüseynova (Cəfərova) X14 şəhəri, 52-ci məhəllə, ev 18 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum anası X7 miras qaldığını, həmin miras əmlakın mərhum anası ilə atası Ərizəçi birgə nikah dövründə əldə olunduğunu, 2016-cı ildə ailə həyatı quraraq qaynanasına məxsus yaşayış evinə gəlin köçdüyünü, həmin vaxtdan ünvan 2 ünvanında yaşamadığını, faktiki olaraq miras əmlakın idarəçiliyinə daxil olmadığını, miras əmlakın qorunması və mühafizəsinə dair tədbirlər görmədiyini, öz miras hüququnu rəsmiləşdirmək istəmədiyini, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin atası Ərizəçi adına rəsmiləşdirilməsinə, onun mülkiyyətinə verilməsinə razılıq verdiyini, gələcəkdə bununla əlaqədar heç bir iddiasının, tələbinin olmayacağını bildirmişdir. 27 fevral 2023-cü il tarixli ərizəyə əsasən, X3 şəhəri, 52-ci məhəllə, ev 18 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum anası X7 miras qaldığını, həmin miras əmlakın mərhum anası ilə atası Ərizəçi birgə nikah dövründə əldə olunduğunu, hərbi qulluqçu olduğundan xeyli müddətdir ki, orada yaşamadığını, faktiki olaraq miras əmlakın idarəçiliyinə daxil olmadığını, miras əmlakın qorunması və mühafizəsinə dair tədbirlər görmədiyini, öz miras hüququnu rəsmiləşdirmək istəmədiyini, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin atası Ərizəçi adına rəsmiləşdirilməsinə, onun mülkiyyətinə verilməsinə razılıq verdiyini, gələcəkdə bununla əlaqədar heç bir iddiasının, tələbinin olmayacağını bildirmişdir. Naxçıvan şəhər 1 saylı Notariat Ofisinin 314 nömrəli, 09 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, mirasın faktiki qəbulunun məhkəmə tərəfindən təyin olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Məhkəmə ərizənin dəlillərini araşdırıb işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi ilə vərəsəlik hüququna təminat verilir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. İş üzrə toplanılmış sübutlarla təsdiq olunur ki, miras əmlak vərəsələrdən Ərizəçi tərəfindən yuxarıda sadalanan hərəkətləri həyata keçirməklə faktiki qəbul olunmuşdur. Bu fakt iş üzrə ərizəçinin məhkəməyə verdiyi izahatı, şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır və mübahisə doğurmur. Belə ki, 23 yanvar 2021ci il tarixdə X9 vəfat etdikdən sonra həyat yoldaşı Ərizəçi X8 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sahiblənərək miras əmlakı qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirmişdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin normalarını iş materialları ilə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, müvafiq faktın təsdiqi ilə bağlı ünvan 3 ünvanlanmış məktuba əsasən mirasın faktiki qəbulunun məhkəmə tərəfindən təyin olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilə bilinəcəyi bildirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizəçinin X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini miras əmlak olaraq qəbul etməsini təsdiq edən sənədləri başqa qaydada ala bilmədiyi öz təsdiqini tapdığından həmin miras əmlakın qəbul edilməsi faktı məhkəmə tərəfindən müəyyən olunmalıdır. Ərizəçinin izahatına iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X1 miras qalmış ünvan 1 ünvanında yerləşən, 2 otaqlı, ümumi sahəsi 104.18 m2, yaşayış sahəsi 54.6 m2 olan fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən (təsdiq) edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1257.1-ci maddəsinə əsasən, hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, hüquqi nəticəyə gəlmək üçün konkret hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir, mirası lazımi vəziyyətdə saxlayır, sığorta tədiyəsini və miras əmlak üçün vergini ödəyir və s. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi :
Ərizə təmin edilsin. X1 miras qalmış ünvan 1 ünvanında yerləşən, 2 otaqlı, ümumi sahəsi 104.18 m2, yaşayış sahəsi 54.6 m2 olan fərdi yaşayış evinin Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən (təsdiq) edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.