Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1549/2025 11.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ərazidə qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair ərizəsi üzrə QƏTNAMƏ (Açar sözlər: Ərazidə qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İddiaçı Cavabdeh qarşı ərazidə qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: 1.İddiaçı Cavabdeh qarşı ərazidə qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Naxçıvan şəhəri, 10-cu məhəllə, 4/10 yerləşən torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikilmiş tikilinin Cavabdeh öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2.23.01.2026-cı il tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinə dəqiqləşmə ilə bağlı məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı məxsus olan Naxçıvan şəhəri, 10-cu məhəllə, 4/10-da yerləşən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilmiş tikilinin onun hesabına sökülməsinə və torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan şəhəri 10-cu məhəllə 30 ünvanında yerləşən 849 kv.m torpaq sahəsi 28 iyul 2010-cu il tarixə qədər Naxçıvan Bələdiyyəsinin mülkiyyətinə aid olmuşdur. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Naxçıvan Şəhər İdarəsinin 30 dekabr 2015-ci il tarixli 155 nömrəli məktubuna əsasən İddiaçı adına **********5 reyestr, ******* qeydiyyat nömrəli çıxarışa əsasən Naxçıvan şəhəri 10-cu məhəllə 30 ünvanında 849 kv.m torpaq sahəsi qeydə alınmışdır. 4.Naxçıvan Şəhər Məhkəməsinin 25 yanvar 2016-cı il tarixli, 2(078)-90/2016 saylı qətnaməsi ilə (sədrlik edən Ə.M.Xıdırov) iddia təmin edilmiş, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (haliyyədə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi) tərəfindən Naxçıvan şəhəri 10-cu məhəllə 30 ünvanında yerləşən 849 kv.m torpaq sahəsinə dair İddiaçı adına 06 avqust 2010-cu tarixində aparılmış daşınmaz əmlakın dövlət reyestrindəki **********5 nömrəli reyestr qeydlərinin və bununla əlaqədar **********5 reyestrin, ******* nömrəli çıxarışın (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) ləğv edilməsi qət edilmişdir. 5.Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (haliyyədə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi) tərəfindən Naxçıvan şəhəri 10-cu məhəllə 30 ünvanında yerləşən 849 kv.m torpaq sahəsi məhkəmə qərarından sonra Cavabdeh verilmişdir.
6. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 7 may 2024-cü il tarixli 2(108)- 58/2024 saylı qərarı ilə Naxçıvan Şəhər Məhkəməsinin 25 yanvar 2016-cı tarixli, 2(078)- 90/2016 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti qismən təmin edilmiş və iş üzrə icraata xitam verilmişdir. 7.Sonradan İddiaçı mülkiyyət hüququnun bərpa edilməsi və ona məxsus olan Naxçıvan şəhəri, 10-cu məhəllə, 4/10 yerləşən torpaq sahəsinə dair çıxarışın alınması ilə bağlı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Daşınmaz Əmlakın kadastrı və Reystri" X6inə müraciət etmişdir.
8. Naxçıvan Muxtar Respublikasının İqtisadiyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Daşınmaz Əmlakın kadastrı və Reystri" X6i tərəfindən 16 sentyabr 2024-cü il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə Çıxarış verilmişdir. 9.Naxçıvan Muxtar Respublikasının İqtisadiyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində "Daşınmaz Əmlakın kadastrı və Reystri" X6i tərəfindən xx.xx.2025-ci il tarixli 02/416 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən məlumatın verilməsi barədə sorğu cavabına əsasən Naxçıvan şəhəri, 10-cu məhəllə, 4/10 yerləşən torpaq sahəsində yerləşən tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Cavabdeh tərəfindən Naxçıvan şəhəri, 10-cu məhəllə, 4/10 yerləşən torpaq sahəsində özbaşına tikili tikilmişdir. Həmin torpaq sahəsində öz başına tikilinin olması iddiaçının mülkiyyət hüququnun kobud şəkildə pozulmasına gətirib çıxarır.
10. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının, 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3, 152.1, 166.3, 180.1, 180.2, 180.4, 238.1, 240.1-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5, 111-ci maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3.1.-ci maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
11. 12.01.2026-cı il tarixli məhkəmə hazırlıq iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, 2016-cı ildə çıxarış ləğv edildikdən sonra iddiaçı həmin əraziyə daxil ola bilməmiş, 2024-cü ildə qətnamənin ləğvi ilə bağlı müraciət etdikdən sonra həmin ünvana gedən zaman yarım tikili olduğunu görmüşdürlər. Ona görə də məcbur qalıb məhkəməyə müraciət edilmişdir. İddiaçı bu gündə həmin yerə daxil ola bilmir. 2024-cü ildə çıxarış alınmasına baxmayaraq daxil ola bilmirlər. Həmin tikilidə kim yaşayır məlumat da yoxdur. Getdikləri zaman qapının bağlı olduğunu görmüşdürlər.
12. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilmələrinə baxmayaraq iş üzrə İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, iddiaçı və cavabdeh gəlməməklərinin səbəbi barədə heç bir məlumat verməmişdirlər. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə göndərərək məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir.
13. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Sübutların tədqiqi:
14. İş materiallarında olan, Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 2(108)- 58/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadında Naxçıvan Şəhər Məhkəməsinin 25 yanvar 2016-cı il, 2(078)-90/2016 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Naxçıvan Şəhər Məhkəməsinin 25 yanvar 2016-cı il, 2(078)-90/2016 saylı qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
15. İş materiallarında olan, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Naxçıvan şəhəri, 10-cu məhəllə, 4/10 ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüquq əsasında tam payla İddiaçı adına qeydiyyata alınmışdır.
16. İş materiallarında olan, Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 “Pro Bono” Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış 08 avqust 2025-ci il tarixli, 02/416 saylı məktubunda Naxçıvan şəhəri, 10-cu məhəllə 4/10 ünvanında yerləşən 849,19 m² torpaq sahəsi xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində yerləşən tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Konstitusiyası:
17. 13-cü maddənin İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. 29-cu maddənin İİ hissəsi. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
19. Maddə 6.1.4. Mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır.
20. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 21.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
24. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
25. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.4. Hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Maddə 217.3. Qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır.
Məhkəmənin mövqeyi:
32. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır.
33. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.
34. “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
35. Qeyd olunan normaların məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Qeyd olunan prinsiplərə riayət edildikdə, mülkiyyət hüququnun məhdudlaşdırılmasına yol verilir. Mülkiyyətçilərdən hər hansı birinin əmlaka sahiblik, istifadə və sərəncamla əlaqədar hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır.
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X1rşı” məhkəmə işi üzrə qərarında qeyd etdi ki, mülkiyyət hüququna istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına xidmət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığı bəyan etməsi kifayət deyildir.
37. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X3rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. İstər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır.
38. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin mülkiyyətində olan daşınmaz əmlaka müdaxilə edilməsi üçün ya mülkiyyətçinin aşkar ifadə edilmiş razılığı (iradəsi), ya da hüquqi zərurət (qanuni əsas) mövcud olmalıdır. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə müdaxiləni və orada tikinti işlərinin aparılmasını qanuniləşdirən hər hansı normativ əsas və ya mülkiyyətçinin razılığı müəyyən edilməmişdir. Bu səbəbdən, iddiaçının mülkiyyət hüququna edilən bu müdaxilə qanunsuz hesab edilir.
39. Cavabdeh tərərfindən tikilinin iddiaçının razılığı əsasında aparılması və yaxud həmin tikilinin cavabdeh tərəfindən aparılmaması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.
40. Həmçinin, məhkəmə qeyd edir ki, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına baxmayaraq cavabdeh tərəfindən onun torpaq sahəsindən istifadəyə maneələr yaradılması da mülkiyyət hüququnun digər elementləri olan sahiblik və istifadə hüququnun zədələnməsinə və bütövlükdə mülkiyyət hüququnun pozulmasına səbəb olmaqdadır.
41. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus olan Naxçıvan şəhəri, 10-cu məhəllə, 4/10-da yerləşən torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikilmiş tikili cavabdehin hesabına sökülməli və həmin torpaq sahəsi iddiaçının qanuni sahibliyinə qaytarılmalıdır.
42. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. İddiaçı məxsus olan Naxçıvan şəhəri, 10-cu məhəllə, 4/10-da yerləşən torpaq sahəsində cavabdeh tərəfindən özbaşına tikilmiş tikili cavabdehin hesabına sökülsün və həmin torpaq sahəsi iddiaçının qanuni sahibliyinə qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim: Aslan Heydarov