Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1565/2023 18.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim SəfərMaraqlı şəxs4 Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X8 miras qalan Naxçıvan şəhəri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs4 və X11 maraqlı şəxs qismində prosesə cəlb olunmuşdur. Məhkəmə iclası zamanı dindirilən Ərizəçi ərizəni müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, atası X20 06 iyun 1984-cü il tarixdə vəfat etmişdir. Atasından ünvan 2 ünvanında yerləşən əmlak miras qalmışdır. Mərhum atası X12 ölümündən sonra qeyd olunan mirası o qəbul edib. Ailə qurmayıb. Həmin evdə yaşayır. X3 və qardaşı X13 vəfat edib. Bacıları Ərizəçi, Maraqlı şəxs2 və qardaşı Maraqlı şəxs1 mirasdan onun xeyrinə imtina ediblər. X1 vərəsələri olan Maraqlı şəxs3, X9, X14 da mirasın rəsmi və faktiki qəbul edilməməsi və gələcəkdə də bununla bağlı heç bir iddia və tələblərinin olmaması ilə bağlı ərizələrni notariusa təqdim ediblər. Sadəcə olaraq müddət keçdiyindən notarius miras əmlaka dair şəhadətnamə vermir. Ona görə miras hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət edir. Ərizəçi sonda qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs4 və X6 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin onlar məhkəmənin ünvanına teleqram göndərərək Bakı şəhərində yaşadıqları üçün məhkəmə iclasında iştirak edə bilməyəcəklər, işə onların iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs4 və X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid X15 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudur. 35 ildir həmin məhəllədə yaşayır. O həmin evdə ancaq Zeynəb xanımı görüb. Həm anasının sağlığında həm də anası öldükdən sonra Zeynəb xanım həmin evində yaşayıb. Bacı-qardaşları ara-sıra gəlib gedib. Məhkəmə baxışı iclasında şahid X19 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. Zeynəbi qonşu kimi neçə illərdir ki tanıyır. Həmin evdə ancaq Zeynəb xanımı görüb. Həm anasının sağlığında həm də anası öldükdən sonra Zeynəb xanım həmin evində yaşayıb. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib ərizəçinin izahatını, maraqlı şəxslərin teleqramını, şahidlərin ifadəsini, işin bütün hallarını nəzərə alıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan xx.xx.1953-cü il tarixdə verilmiş evlənmək haqqında şəhadətnamənin surətindən aydın olur ki, X20 ilə Qafarova (Kazımova) Zenfira Əsgər qızı arasında xx.xx.1953-cü il tarixdə nikah bağlamış və bu barədə 171 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan rayon ZAQS bürosu tərəfindən xx.xx.1956-cı il tarixdə verilmiş evlənmək haqqında şəhadətnamənin surətindən aydın olur ki, Ərizəçi xx.xx.1956-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur, atası X20, X3dır. İş materiallarında olan Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.1984-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X20 xx.xx.1984-cü ildə amerosklerotik kardioskleroz diaqnozu ilə Naxçıvan şəhərində vəfat etmiş, bu barədə xx.xx.1984-cü il tarixdə 107 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X13 xx.xx.2015-ci ildə kardiogen şok diaqnozu ilə Bakı şəhərində vəfat etmiş, bu barədə xx.xx.2015-ci il tarixdə 354 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X18 xx.xx.2015-ci ildə ürəyin dayanması diaqnozu ilə Bakı şəhərində vəfat etmiş, bu barədə xx.xx.2015-ci il tarixdə 439 nömrəli akt qeydi icra edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 980 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhəri, ünvan 1 ünvanında yaşamış mərhum X12 müəyyən edilən vərəsələri aşağıdaklardır:
1. X18-həyat yoldaşı-vəfat edib;
2. X13-oğlu-vəfat edib;
3. Ərizəçi-qızı-1956;
4. Maraqlı şəxs2-qızı-1958;
5. Maraqlı şəxs1-oğlu-1968. İş materiallarında olan Naxçıvan şəhər 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1135 nömrəli arayışdan aydın olur ki, Naxçıvan şəhəri, ünvan 1 ünvanında yaşamış mərhum X7 müəyyən edilən vərəsələri aşağıdaklardır:
1. X20-həyat yoldaşı-vəfat edib;
2. X21-oğlu-1947;
2. X13-oğlu-vəfat edib;
3. Ərizəçi-qızı-1956;
4. Maraqlı şəxs2-qızı-1958;
5. Maraqlı şəxs1-oğlu-1968. İş materiallarında olan Naxçıvan şəhər 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1134 nömrəli arayışdan aydın olur ki, ünvan 4 ünvanında yaşamış mərhum X4 müəyyən edilən vərəsələri aşağıdaklardır:
1. X16-həyat yoldaşı-1957;
2. Maraqlı şəxs3-oğlu-1980;
3. X9-qızı-1979;
4. X14-qızı-1989. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Naxçıvan şəhər Füzuli küçəsi, döngə 2də 0.0241 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 27.6 kv.m olan 17 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında xx.xx.2023-cü il tarixdə X12 adına tam mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs4, X11 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən aydın olur ki, xx.xx.1984-cü il tarixdə vəfat etmiş X8 miras qalmış daşınmaz və daşınar miras əmlakdan ona düşən payı qəbul etmir və bununla bağlı gələcəkdə heç bir iddiası olmayacaq. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1238 nömrəli arayışından aydın olur ki, Qafarlı X17 şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi xx.xx.2023cü il tarixli məktubuna xx.xx.2023-cü il tarixdə verilmiş 493/2023 nömrəli cavab məktubundan məlum olur ki, ərizəçiyə aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi anlaşılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur:
1. Miras əmlaka sahiblik etmək üsulu.
2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin tələbinə əsasən mirasın qəbul edilməsi faktı və vərəsəliyin açılma yeri məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə belə hesab edir ki, mərhum X12 vəfatından sonra ondan qalmış Naxçıvan şəhəri ünvan 1 ünvanında yerləşən miras əmlak Ərizəçi tərəfindən qəbul etmişdir. İşə məhkəmədə baxılarkən müəyyən edilmişdir ki, mərhum X12 vəfatından sonra ondan qalan miras əmlakı Ərizəçi faktiki qəbul edərək yaşayır. Bu hal ərizəçinin izahatı ilə yanaşı, şahid ifadəsi və iş materiallarında olan digər sənədlərlə təsdiqini tapmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə və ya həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilən hüquqi mövqeyə uyğun olaraq Ərizəçi miras əmlakda yaşaması vərəsə tərəfindən mirasın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsinə dəlalət edir. Hazırki tələbi üzrə vərəsə Ərizəçi atasının vəfatından sonra həmin mənzilin idarəçiliyini həyata keçirmişdir. Ərizəçinin vəkili və nümayəndəsinin izahatından da məlum olmuşdur ki, ərizəçi qanunla müəyyən olunmuş müddətdə Notariat orqanına müraciət etmədiyi üçün notariat orqanı tərəfindən vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Bundan sonra ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ərizəçinin izahatından məlum olmuşdur ki, bu faktın təsdiqi qeyd edilən əmlaka hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımdır. Nəticə: Beləliklə, toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X2 miras qalan Naxçıvan şəhəri ünvan 1 ünvanında yerləşən əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə görə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi: Ərizə təmin edilsin. X2 qalan Naxçıvan şəhər Füzuli küçəsi, döngə 2-də 0.0241 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 27.6 kv.m olan 17 nömrəli fərdi yaşayış evindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Gülnar Səfərəliyeva