Məhkəmə qərarları › İş №2(078)-157/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-157/2025

04.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-157/2025 04.03.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən məcburi qaydada çıxarılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh1 qarşı onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilindən onun (ailə üzvlərinin) məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzili 26 iyul 2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satın almışdır. Hazırda həmin mənzilin mülkiyyətçisi İddiaçıdur. Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində xx.xx.2024-cü il tarixli, ********** dövlət reyestr nömrəsi ilə qeydiyyatdan keçirməklə İddiaçı adına qeydiyyata alınmışdır. Hazırda həmin əmlak tam mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Faktiki olaraq o, öz mülkiyyətində yaşaya bilmir. Lakin həmin evdə cavabdeh və onun ailə üzvləri yaşayır. Dəfələrlə onlara İddiaçı məxsus mənzildən çıxmaları barədə xəbərdarlıq etsə də heç bir nəticəsi olmamışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Cavabdeh1 pretenziya ərizəsi yazaraq 10 gün ərzində mülkiyyətində olan mənzildən çıxmaları, əks təqdirdə isə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Lakin buna baxmayaraq cavabdeh ona məxsus evdən çıxmamışdır. O artıq məsələ ilə bağlı həll yolu tapa bilmir. Mülkiyyətindən istifadə edə bilmir. Beləliklə də cavabdeh onun Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə nəzərdə tutulmuş hüquqlarını kobud şəkildə pozmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçının vəkili və nümayəndəsi ərizə təqdim edərək Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə ərizə təmin edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, məhkəmə baxış iclasında iştirak etməmişdirlər. Məhkəmə baxışı iclasında üzürlü səbəbdən iştirak etməməsinə dair məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili işi ilə əlaqədar iddiaçının məhkəmə iclaslarında iştirak etmədiyini bildirib onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında izahat verən İddiaçı nümayəndəsi və vəkili X6 iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, qeydiyyatdan keçmiş mülkiyyət sənədinə, əsasən, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi İddiaçıdur. İddiaçı öz mülkiyyətindən istifadə edə bilmir. Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 azyaşlı uşaqları ilə birlikdə mənzildə yaşayır və bir neçə aydır ki, iddiaçı dəfələrlə bildirməsinə baxmayaraq mənzilindən çıxmırlar. Mülkiyyətçi öz mülkündən istifadə edə bilmir. Əmlak xx.xx.2024-cü ildə alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən əldə edilmişdir. xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın reyestr qeydiyyatından keçmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, həmin izahatı iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Naxçıvan Şəhər 4 saylı Mənzil İstismar İdarəsinin məktubundan aydın olur ki, ünvan 1 ünvanında Cavabdeh1, Cavabdeh2, X9 yaşayırlar. İş materiallarında olan RPA********** nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinə, əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi sığortalanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İddiaçı tərəfindən verilmiş Pretenziya ərizəsinə, əsasən, ünvan 3 ünvanında yerləşən tam mülkiyyət hüquqi ilə İddiaçı məxsus olan mənzilin boşaldılması ilə bağlı sizə şifahi müraciət etsə də, bu günədək heç bir nəticə əldə olunmamışdır. Cavabdeh1 sonuncu dəfə yazılı olaraq müraciət edərək xahiş edir ki, 10 gün içərisində mülkiyyətində olan mənzil boşaldılaraq İddiaçı tam təhvil verilsin. Əks təqdirdə məsələnin həlli ilə bağlı məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən ünvan 1 yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2024cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan ünvan 4ismar İdarəsi tərəfindən verilmiş arayışdan aydın olur ki, Talıbov X4 şəhəri, Qoçüstü məhəlləsi, ev 5 (A bloku), mənzil 19 ünvanında yaşayır. İş materiallarında olan ünvan 4ismar İdarəsi tərəfindən verilmiş arayışdan aydın olur ki, Talıbova X7 şəhəri, Qoçüstü məhəlləsi, ev 5 (A bloku), mənzil 19 ünvanında yaşayır. İş materiallarında olan Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş arayışdan aydın olur ki, Talıbov X4 şəhəri, 10cu məhəllə, ev 28 ünvanında qeydiyyatdadır. İş materiallarında olan ünvan 7zil İstismar İdarəsi tərəfindən verilmiş arayışdan aydın olur ki, Əliyev X8 şəhəri, Təbriz 1 küçəsi, ev 84 ünvanında yaşayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. İşin faktiki halları yuxarıda tədqiq edilən sənədlərə əsasən müəyyən edilmiş hallardan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. Konistitusiyanın 29-cu mddəsində qeyd olunur ki, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırki halda iddiaçı mübahisəli evin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli evə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin, cavabdehlərin hər hansı hüququnun olmamasına baxmayaraq, həmin evdən könüllü olaraq çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, iddiaçı ona məxsus evdən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. İddia tələbinə hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Mülkiyyət hüququnun məzmunu Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Məhkəmə hesab edir ki, mövcud şərtlər daxilində iddiaçının iradəsinə zidd olaraq iddiaçıya məxsus evdə cavabdehlərin yaşaması iddiaçının mübahisəli ev üzərində mülkiyyət hüququnun həyata keçirməsini əsassız məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir. Belə ki, mülkiyyət hüququ təbiəti etibarilə mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləri olmaqla, ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan öz əmlakı üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək imkanlarını nəzərdə tutur. İddia tələbinin məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı ona məxsus mənzili qanuni şəkildə əldə etsə də, sahiblik və istifadə hüquqlarını sərbəst şəkildə cavabdehlər tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmir. Bununla da iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Belə olan halda iddiaçı qeyd olunan fərdi yaşayış evindən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır, ona görə də iddiaçının iddia tələbi təmin edilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə həmçinin cavabdehin diqqətinə çatdırır ki, həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədə olan daşınmaz əmlakın reyestrindən çıxarışdan da göründüyü kimi iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisidir və o, qanunvericiliyə uyğun olaraq fərdi yaşayış evinə istənilən qəsdə son qoyulmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında formalaşmış hüquqi mövqeyə görə Daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının ərazisində aparılan vahid qeydiyyat toplumudur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 2.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Belə olan təqdirdə iş üzrə İddiaçı xüsusi mülkiyyətindəki fərdi yaşayış evindən iş üzrə Cavabdeh1 və Cavabdeh2 ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. İddia tələbindən aydın olur ki, iddiaçı Cavabdeh1 (onun ailə üzvlərinin) mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili ailə üzvləri olaraq həyat yoldaşı Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə nəzərə alınaraq Cavabdeh2 cavabdeh qismində işə cəlb edilmişdir. Mülki işin materiallarında olan Naxçıvan şəhər 4 saylı Mənzil İstismar İdarəsi tərəfindən vəkil sorğusuna cavab olaraq verilmiş 16 noyabr 2024-cü il tarixli 04-103/2024 nömrəli məktubdan aydın olur ki, Cavabdeh1, Cavabdeh2, X1 şəhəri, Qoçüstü məhəlləsi ev 5 (A bloku) mənzil 19 ünvanında yaşayırlar. Elektron məhkəmə informasiya sistemində Cavabdeh1 şəxsi məlumatlarından aydın olur ki, övladı X10 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə iddia tələbinin mahiyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbində “ailə üzvləri” sözü yazılması və məhkəmənin bu anlayış altında cavabdehlərin yetkinlik yaşına çatmayan övladlarına münasibətdə də hüquqi qiymətləndirmə aparması iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməməlidir. Hətta bu halda iddia tələbindən kənara çıxılması kimi hüquqi qiymətləndirmə aparılsa belə cavabdehlərin yetkinlik yaşına çatmayan övladlarına dair hissədə aparılan qiymətləndirmə iddia tələbinin əsası və predmeti nəzərə alındıqda müstəsna hal hesab edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49-cu maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinin məzmumuna görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlərinin yeri sayılır, uşaqlar valideynin himayəsində, valideynlərlə bir ailədə yaşamaq hüququna malikdirlər. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehlərin uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzildə yaşaması Azərbaycan Respublikası Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüquqlarına müdaxilə kimi qiymətləndirilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlənrinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edlənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Beləliklə, yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, iş üzrə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə məcburi qaydada çıxarılmalıdırlar. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirlər ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman “PashaPay MMC vasitəsilə xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; -İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə məcburi qaydada çıxarılmalı; - iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Nəticə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin olunsun. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə məcburi qaydada çıxarılsınlar. İddiaçı tərəfindən “PashaPay MMC vasitəsilə xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya qaytarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar