Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1572/2025 02.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzildən məcburi çıxarılma tələbinə dair ərizəsi üzrə QƏTNAMƏ (Açar sözlər: Mənzildən məcburi çıxarılma tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən məcburi çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: 1.İddiaçı Cavabdeh qarşı mənzildən məcburi çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tam mülkiyyətində olan Naxçıvan şəhəri, Qoçüstü məhəlləsi, ev-3, mənzil-27 ünvanında yerləşən mənzilindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2.İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanındakı mənzil 2019- ildə anası tərəfindən ona (hədiyyə edilmiş) bağışlanmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə mülkiyyət olaraq onun adına qeydiyyata alınmışdır.
3. Bacısı, Cavabdeh 2011-ci il birlikdə ailə quraraq həyat yoldaşının yaşadığı Sumqayıt şəhərinə köçmüş, 2024-cü ilədək ailəsi birlikdə Sumqayıt şəhərində yaşamış, 2024-cü ildə nikahı pozulduğuna görə uşaqları ilə Naxçıvan şəhərinə qayıtmışdır. Naxçıvan şəhərində də onun evinə gəldiklərindən razılaşmışlar ki, qısa müddət onun evində yaşadıqdan sonra iddiaçının da köməkliyi ilə uşaqları ilə birlikdə kirayə mənzilə köçəcək. Bu müddət ərzində də Cavabdeh uşaqları rahat olsun deyə iddiaçı müvəqqəti olaraq kirayə evə köçmüşdür. 4.Yuxarıda qeyd etdiklərinə baxmayaraq Cavabdeh razılıqlarına əhəmiyyət verməyərək ona məxsus evdə yaşamağa davam edir və bununla da onun mülkiyyət hüquqlarını həyata keçirməyinə mane olur. Onu da qeyd edir ki, Cavabdeh onun mülkiyyətində olan mənzilin pasport qeydiyyatında da deyil. Cavabdehə özbaşınalığına son qoyması və onun evindən çıxması ilə bağlı dəfələrlə şifahi xəbərdarlıq etsə də, yazılı bildiriş göndərsə də, evindən çıxmayacağını bildirir. Hətta tədbir görməsi ilə bağlı Naxçıvan şəhər Polis İdarəsinə də, şikayət ərizəsi göndərmiş, lakin heç bir müsbət nəticəsi olmamışdır 5.İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının, 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 165.1-ci maddələrinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. 6.02.02.2026-cı il tarixli məhkəmə baxış iclasında İddiaçı bildirdi ki, məhkəmə tərəfindən izah edilsin ki, anası qeydiyyatda olsa belə, onun icazəsi olmadan bacısı daxil yaşayış sahəsinə hər hansı şəxsi gətirə bilməz. Bacısına izah edilsin ki, o, artıq mübahisə predmeti olan yaşayış sahəsinə daxil ola və orada yaşaya bilməz. Gələcəkdə bu halların təkrarlanmasının qarşısının alınması üçün müvafiq hüquqi mövqe formalaşdırılsın.Halhazırda bacısı mənzildən çıxmışdır. Bir neçə əşyası qalmışdır. 7.02.02.2026-cı il tarixli məhkəmə baxış iclasında cavabdeh X3 bildirdi ki, mənzildən çıxmışdır. Axşamlar növbədə olur, 5 yaşlı uşağı anası ilə yaşayır, lakin o mənzilə gedibgələcəkdir. Ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi. 8.02.02.2026-cı il tarixli məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X5 ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi.
Sübutların tədqiqi:
9. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsində ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 93.12 kv/m, yaşayış sahəsi 56.4 kv/m, yardımçı sahəsi 22.96 kv/m olan 4 otaqlı mənzili X1 Xəyal İsmayıl oğluna bağışlamışdır.
10. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2019-cu il tarixdə tam payla İddiaçı adına qeydiyyata alınmışdır.
11. İş materiallarında olan Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 saylı Mənzil- İstismar İdarəsinin xx.xx.2025-ci il tarixli, 467 saylı arayışında Cavabdeh həqiqətən xx.xx.2024-cü il tarixdən xx.xx.2025 -ci il tarixədək Qoçüstü məhəlləsi bina 3 mənzil 27 ünvanında qeydiyyatda olub və hal - hazırda həmin ünvanda yaşadığı qeyd olunmuşdur.
12. İş materiallarında olan İddiaçı tərəfindən Naxçıvan şəhəri Polis İdarəsinə ünvanlamış ərizədə Naxçıvan şəhər Qoçüstü məhəlləsi,bina 3,mənzil 27 ünvanında yerləşən fərdi yaşayış yeri tam mülkiyyət hüququ ilə ona məxsusdur. Ona məxsus olan mənzildə icazəsi olmadan Cavabdeh və uşaqları yaşayır və həmin mənzildə heç bir mülkiyyət hüququ və qeydiyyatı yoxdur.Hal hazırda həmin şəxsin evini tərk etməməsinə görə maddi və mənəvi zərər çəkir. Həmin şəxsin ona aid olan mənzildən məcburi qaydada çıxarılmasına köməklik göstərilməsini xahiş etmişdir.
13. İş materiallarında olan, İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdə, Cavabdeh və uşaqları onun evində qeydiyyatda olmadıqları halda, razılığından kənar yaşayırlar. Qanuni sahib kimi tələb edir ki, bu bildirişin çatdırılmasından etibarən 7 (yeddi) gün müddətində mənzili boşaldaraq tərk etsinlər.
14. İş materiallarına əlavə olunmuş, İddiaçı tərəfindən Naxçıvan Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2026-cı il tarixli ərizədə iş üzrə cavabdeh şəxs (Cavabdeh) mübahisə predmeti olan yaşayış sahəsini könüllü şəkildə tərk etmişdir. Cavabdeh bu halı məhkəmə iclasında da şəxsən təsdiq etmişdir. Cavabdehin yaşayış sahəsini yenidən tutması və ya hüquqlarının pozulması ehtimalını nəzərə alaraq, iddianın açıq saxlanılmasını xahiş edir. Əlavə olaraq bildirmişdir ki, üzrlü səbəblərdən məhkəmə iclaslarında şəxsən iştirak edə bilmədiyi hallarda, işə baxılmasının dayandırılmamasını, mövcud materiallar və təqdim etdiyim yazılı ərizə əsasında baxılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsı:
15. 60-cı mаddənin İ bəndi. Hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir.
16. 43-cü maddənin İ bəndi. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın
17. Maddə 255.8. Daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir.
Azərbaycan Respublikası 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin:
18. 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
19. 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
20. 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
21. 87-ci maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı:
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qərara almışdır ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu:
23. Yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarına əsasən:
24. Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.4. Hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 217.3. Qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Məhkəmənin mövqeyi:
31. Məhkəmə iddiaçı və cavabdehi dinləyib, iş materiallarına əlavə olunmuş vəsatətlə əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir.
32. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh doğulduğu gündən 2011-ci il tarixədək ünvan 3 ünvanında yaşadığından, hüquq münasibəti həmin vaxtdan yarandığından onun istifadə hüququnun olub-olmamasına münasibətdə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq ounmalıdır.
33. Azərbaycan Respublikası 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
34. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları əsasında cavabdehin həmin mənzildə istifadə hüququ yaranmış, lakin, cavabdeh 2011-ci il tarixindən ailə həyata qurmaqla daimi əsaslarla mənzili tərk etdiyindən onun mənzildən istifadə hüququ itirilmişdir.
35. Məhkəmə qeyd edir ki, cavabdeh həmin mənzildən istifadə hüququnu itirdiyindən, sonrada onun həmin mənzilə təkrar gəlməsi istifadə hüququnun yaranmasına səbə olmamışdır.
36. Məhkəmə araşdırmasının gedişində cavabdeh əşyalarını götüməklə könüllü şəkildə mənzili tək etmişdir.
37. Məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etməyin əsas şərti pozulmuş və ya mübahisə edilən bir hüququn mövcudluğudur. Əgər tərəflər arasında faktiki bir ziddiyyət yoxdursa, məhkəmə "hüquqi marağın olmaması" əsası ilə hərəkət edir. Konstitusiya Məhkəməsinin qərarlarında formalşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ yalnız qərarın çıxarılması ilə bitmir. Məhkəmə qərarının icrası məhkəmə araşdırmasının tərkib hissəsidir. Əgər çıxarılan qərarın icrası qeyri-mümkündürsə və ya xəyali xarakter daşıyırsa, bu, faktiki olaraq şəxsin məhkəmə müdafiəsi hüququnun pozulması deməkdir.
38. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
39. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qaydada olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.
40. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyl, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir.
41. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
42. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh iddiaçının tələbini təmin edərək mübahisəli mənzili könüllü şəkildə tərk etdiyindən, hazırki halda iddia tələbinin təmin edilməsi əsası aradan qalxmışdır. Odur ki, iddia tələbi rədd edilməlidir.
44. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddia rədd edildiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, İddiaçı tərəfindən "xxxx" ASC-nə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Q Ə T E T D İ:
İddiaçı Cavabdeh tam mülkiyyətində olan Naxçıvan şəhəri, Qoçüstü məhəlləsi, ev-3, mənzil-27 ünvanında yerləşən mənzilindən məcburi çıxarılması barədə iddiа tələbi təmin edilməsin. İddiaçı tərəfindən "xxxx" ASC-nə xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elekton Məhkəmə” İnformasiya Sistemində yaradılan Elektron Kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Aslan Heydarov