Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-161/2021 28.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qanuni nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, X6, Cavabdeh5 və Cavabdeh6 qarşı paylı mülkiyyətdə olan əmlakın boşaldılaraq açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında bölüşdürülməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, X6, Cavabdeh5 və Cavabdeh6 qarşı paylı mülkiyyətdə olan ünvan 1 mənzil 12 ünvanında yerləşən daşınmaz əmlakın boşaldılaraq açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək izahatında illərdir ki, mülkiyyətçisi olduğu evdə yaşaya bilmədiyini, ailəsi və övladları ilə kirayələrdə qaldığını, onunla eyni payı olan mülkiyyətçi Cavabdeh1 təkbaşına bütün evdə yaşadığını, dəfələrlə müraciət edərək dörd otağın bir otağını ona verməsini tələb etsə də cavabdehin onu evə qoymadığını, həmin evə dair barışıq sazişinin şərtlərinə əməl edilmədiyindən yenidən bütün mərhələləri əvvəldən keçdiyini, bütün iddiaların qaldırılması onun üçün əlavə xərc olduğunu, evin sənədlərinin də özünün düzəltdiyini, Xaliqin təkbaşına evdə oturduğunu, o evdə yaşadığı müddətdə evin satılmasının mümkün olmadığını, evi almaq istəyən bütün müştəriləri evə qoymadığını, illərdir kirayələrdə çətinliklə yaşadığını bildirib evin boşaldırlaraq hərraca çıxarılması və satışdan öz payına düşən hissənin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmən xahiş etdi. Cavabdeh1 iddianı qismən qəbul etməyərək izahatında bildirmişdir ki, o paylı mülkiyyətçidir və atasının vəfatından sonra evdə yalnız o və ailəsi yaşayıbdır. Həmin mənzilin boşaldılması, onun çıxması barədə iddianı qəbul etmir. Lakin mənzilin hərraca çıxarılmasına o da razıdır. Uzun müddət davam edən məhkəmə proseslərindən artıq yorulmuşdur və o da artıq evin hərraca çıxarılaraq hər bir mülkiyyətçinin payına düşən hissənin bölünüb verilməsini istəyir. Qeyd etdiklərinə əsasən iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında əmlakın hərraca çıxarılması ilə razı olduğunu, evin boşaldırlması ilə razı olmadığını bidirib iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh5 və Cavabdeh4 qanuni nümayəndəsi X2 iddianı qismən qəbul edərək izahatında əmlakın hərraca çıxarılması ilə razı olduğunu, evin boşaldırlması ilə razı olmadığını bidirib iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barədə digər cavabdehlər X4 və Cavabdeh6 qanunvericilklə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bunu nəzərə alan məhkəmə işə cavabdehlər X3 və Cavabdeh6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli "Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış"a əsasən, ünvan 2 mənzil 12 ünvanında yerləşən ümumi sahəsi 83.27 kv.m olan mənzil paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 3/15 hissə, Cavabdeh2 adına 3/15 hissə, İddiaçı adına 3/15 hissə, X3 adına 3/15 hissə, Cavabdeh6 adına 1/15 hissə, Cavabdeh5 adına 1/15 hissə, Cavabdeh4 adına 1/15 hissə olmaqla, daşınmaz əmlakın dövlət reyestrində 12/18 nömrəli reyestr kitabının 3472 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli rəyindən aydın olur ki, ünvan 2 mənzil 12 ünvanında yerləşən mənzilin xx xxxxxx 2020-ci il tarixə bazar dəyəri 79600 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsinin tələbinə görə ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli qərarında müəyyən edilmişdir ki, “Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılımasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmalkın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Yuxarıda sadalanan işin hallarından da göründüyü kimi, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən mövqeyinə uyğun olaraq mübahisəyə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsinə əməl olunmuşdur. Belə ki, qeyd olunan halların araşdırılması zamanı iddiaçının sübut kimi təqdim etdiyi və iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(078)-76/2020 nömrəli qətnaməsinin surətindən məlum olmuşdur ki, İddiaçı Cavabdeh1 qarşı əmlakın natura bölgüsünün aparılması tələbinə dair iddiası rədd edilmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş Naxçıvan Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(078)-454/2020 nömrəli qətnaməsinin surətindən məlum olmuşdur ki, İddiaçı Cavabdeh1 qarşı iddiaçı X7 Cavabdeh1 qarşı paylı mülkiyyətdə olan əmlakın-payın dəyərinin ödənilməsi tələbinə dair ddiası rədd edilmişdir. Beləliklə, yuxarıda qeyd olunan qətnamələrin surətindən də göründüyü kimi Azərbaycan Respublikası Mülki Məcəlləsində və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında göstərildiyi kimi, iş üzrə İddiaçı ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi ilə bağlı məhkəmədə iddia qaldırmazdan əvvəl Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsi şərtlərinə əməl etmiş, lakin hər iki tələb üzrə iddialar rədd edilmişdir. Məhkəmə iclası zamanı işdə iştirak edən şəxslərin verdiyi belə məlum olmuşdur ki, əmlakın açıq hərracdan satılaraq satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi cavabdehlərin mühüm mənafelərinə ziyan vurulması, eyni zamanda mülkiyyət hüquqlarının pozulması ilə nəticələnməyəcəkdir. Məhkəmə cavabdehlərin əmlakın açıq hərracdan satılması barədə iddianı qəbul etdiklərini də nəzərə alır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalı, ünvan 3 mənzil 12 ünvanında yerləşən mənzil açıq hərracdan satılaraq satış pulu paylara uyğun tərəflər arasında bölünməlidir. Məhkəmə daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi üçün daşınmaz əmlakın qiymətləndirilməsi ekspertizasının rəyini nəzərə alır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx xxxxxx 2020-ci il tarixli rəyindən aydın olur ki, ünvan 2 mənzil 12 ünvanında yerləşən mənzilin xx xxxxxx 2020-ci il tarixə bazar dəyəri 79600 manat təşkil edir. Məhkəmə mübahisəli daşınmaz əmlakın ilkin satış qiymətinin 79600 (yetmiş doqquz min altı yüz) manat manat məbləğində müəyyən edilməsini ədalətli hesab edir. Məhkəmə iddiaçının əmlakın boşaldılmasına dair hissədə rədd edir və gəldiyi nəticənin onunla əsaslandırı ki, mübahisəli daşınmaz əmlak paylı mülkiyyətdə olmaqla 3/15 hissə iddiaçının mülkiyyətində olduğu halda 3/15 hissə Cavabdeh1 mülkiyyətindədir. Həmin mübahisəli əmlakda hazırda Cavabdeh1 yaşayır. Mülki qanunvericiliyə əsasən mülkiyyətçi öz yaşadığı əmlakdan məhrum edilə bilməz, mülkiyyətçinin çıxarılması və əmlakın boşaldırlması yalnız mülki qanunvericilikdə nəzərdə tutulan müstəsna hallarda mümkündür. Hazırki hal isə müstəsna hal hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, mübahisə paylı mülkiyyətin bölünməsi ilə əlaqədar yarandığından əmlakın açıq hərracdan satılması paylı mülkiyyətin bölgüsünün son mərhələsidir. Bu halda əmlak açıq hərracdan satıldığı halda paylı mülkiyyətin mövcudluğuna son qoyulmaqla, ondan gələn gəlir mülkiyyətçilər arasında öz payına mütənasib surətdə bölüşdürülür. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən edildiyinə görə, iddia verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manatı iş üzrə cavabdehlərdən alınaraq iddiaçıya qaytarılmalıdır. Nəticə: Yuraxıda qeyd edilən halları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, X6, Cavabdeh5 və Cavabdeh6 qarşı paylı mülkiyyətdə olan ünvan 4 mənzil 12 ünvanında yerləşən mənzil açıq hərracdan satılmaqla satışdan əldə olunacaq məbləğ paylı mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməli, ünvan 2 mənzil 12 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 79600 (yetmiş doqquz min altı yüz) manat müəyyən olunmalı, iddia qalan hissədə rədd edilməlidir. Beləliklə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, X6, Cavabdeh5 və Cavabdeh6 qarşı paylı mülkiyyətdə olan əmlakın boşaldılaraq açıq hərracda satılması və satış pulunun mülkiyyətçilər arasında bölüşdürülməsi tələbinə dair iddiası qismən təmin edilsin. ünvan 2 mənzil 12 ünvanında yerləşən mənzil açıq hərracdan satılsın və satışdan əldə olunacaq məbləğ paylı mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülsün. ünvan 2 mənzil 12 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 79600 (yetmiş doqquz min altı yüz) manat müəyyən olunsun. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən “Kapital Bank” Naxçıvan filialına xx.xx.2020-ci il tarixdə 69049 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 15 (on beş) manatı cavabdehlərdən tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-161/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-161/2021
28.01.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver