Məhkəmə qərarları › İş №2(078)-164/2021

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-164/2021

29.01.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-164/2021 29.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh təşkilatın nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh təşkilat «X7 Mərkəzi» X14rşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «X7 Mərkəzi» X14rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «X7 Mərkəzi» X16 xx xxxxxx 2020-ci il tarixli, 358 nömrəli əmrinin ləğv edilməklə, onun «X7 Mərkəzi» X16 Reanimasiya bölməsində həkim anestezioloq-reanimatoloq vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxdığı xx xxxxxx 2020-ci ildən tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2018-ci il tarixli əmək müqaviləsi əsasında «X7 Mərkəzi» X16 Reanimasiya bölməsində həkim anestezioloqreanimatoloq vəzifəsinə təyin edilərək əmək fəaliyyətinə başladığını, 25 ildir ki müxtəlif tibb müəssisələrində həkim işlədiyini, əmək fəaliyyəti dövründə hər hansı intizam tənbehi almadığını, «X7 Mərkəzi» X16 baş həkimi X5 xx xxxxxx 2020-ci il tarixli, 358 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən tutduğu vəzifədən azad edildiyini, müvafiq əmrlə razı olmadığını, əmrin faktiki hallar və hüquqi əsaslar baxımından əsaslandırılmadığını, mübahisələnən əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verildiyini, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində göstərilən əsaslarla əmək müqaviləsinin ləğv edilməsinin həmin məcəllədə təsbit edilmiş müvafiq əsaslara və qaydalara riayət edilməsi ilə şərtləndirildiyini, əmr verilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqini şərtləndirən Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci, 3-cü və 80-ci maddəsinin 1-ci, 2-ci bəndlərinin müddəalarından irəli gələn tələblərə riayət edilmədiyini, işəgötürən tərəfindən Həmkarlar İttifaqı qarşısında hər hansı təqdimatla çıxış edilmədiyini, belə bir təqdimata baxılmadığını, eləcə də, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada zərər vurulmasını təsdiqləyən hər hansı əsaslandırmaya yer verilmədiyini, həmçinin bu kimi halları təsdiqləyən hər hansı sənəd əlavə olunmadığını, bunları nəzərə alaraq, «X7 Mərkəzi» X16 xx xxxxxx 2020-ci il tarixli, 358 nömrəli əmrinin ləğv edilməklə, onun «X7 Mərkəzi» X16 Reanimasiya bölməsində həkim anestezioloq-reanimatoloq vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxdığı xx xxxxxx 2020-ci ildən tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində qeyd etdiyi fikirlərini bildirərək əlavə olaraq onun işdən çıxarılması zamanı qanunsuzluğa yol verildiyini, iş yerində olduğu halda onun iş yerini icazəsiz tərk etməsi kimi saxta sənədlər hazırlanaraq əmr verildiyini, xx xxxxxx 2020-ci il tarixdə işdə olduğunu, həmin günü iş vaxtının sonunda axşam növbətçiliyini qəbul etdiyini, növbəsinin xx xxxxxx 2020-ci il saat 09:00-da başa çatdığını, həmin saatda növbəni təhvil verib evə getdiyini, xx xxxxxx 2020-ci il tarixdə evdə olarkən baş həkimin müavininin ona mobil telofonla təxminən saat 11:00 radələrində zəng vuraraq işdən getdiyinə görə gəlib izahat yazmalı olduğunu, istirahət gününün olduğunu bildirdikdə baş həkimin izahat verməli olduğunu tələb etdiyini bildirib gəlməsini bildirdikdə istirahət hüququ olduğundan gəlməyəcəyini bildirdiyini, xx xxxxxx 2020-ci il tarixdə işdə olarkən Aynur Əhmədovanın ona iş yerini özbaşına tərk etməsi ilə əlaqədar iclas keçiriləcəyini bildirdiyini, lakin saatını bildirmədiyini, ona işdə olduğunu, iş yerini tərk etmədiyini bildirdiyini, iclasda iştirak etməyəcəyini bildirdiyini, sonra A.Əhmədovadan iclasda nə qərar verdiklərini soruşduqda “sən iştirak etmədin keçirilmədi” dediyini, iclasın keçirilməməsi barədə ona sənəd təqdim edərək tanış olmasını bildirdiyini, ona eynəyinin üzərində olmadığını bildirib otağında oxuması üçün apardığını, A.Əhmədovanın onun otağına zəng vuraraq sənədi qaytarmasını bildirdikdə oxumadığı üçün sonra oxumaq məqsədi ilə telofonla şəklini çəkdiyini, xx xxxxxx 2020-ci il tarixədək işinə davam etdiyini, xx xxxxxx 2020-ci il tarixdə A.Əhmədovanın işdən çıxarılması əmrini ona təqdim etdiyini, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasının sübuta yetirilmədiyini, illər boyu göstərdiyi fəaliyyətinə ləkə vurulduğunu, qeyd edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili qismində izahat verən Vəkil iddia tələbini müdafiə edərək, iddiaçının iş yerini özbaşına tərk etmək halının olmadığını, cavabdeh təşkilatın bu halla əlaqədar qanuni sübutunun olmadığını, sənədləşmə aparılmasında qanun pozuntularına yol verildiyini, həmçinin işin təşkilində natamamlığın olduğunu, iddiaçının hansı əmək vəzifə öhdəliyini pozmasının müəyyən olunmadığını, iclasların təşkil olunaraq keçirilməsində formallığın olduğunu, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmasının sübuta yetirilmədiyini qeyd edərək çıxışında fikirlərini geniş göstərərək yazılı çıxışını məhkəməyə təqdim edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdeh təşkilatın nümayəndəsi qismində izahat verən X9 iddianı qəbul etməyərək, iddiaçı tərəfindən əsassız iddia qaldırıldığını, iddiaçının ən önəmli səhiyyə ocağında intizam qaydalarını, əmək intizamını kobud surətdə pozaraq, heç bir üzürlü səbəb olmadan, xəbər vermədən xx xxxxxx 2020-ci il tarixdə saat 07:19 radələrində cavabdehlik daşıdığı ən ağır xəstələrin müalicə olunduğu Reanimasiya və anesteziologoya şöbəsini özbaşına tərk etdiyini, həmin vaxtı ağır cərrahi əməliyyatı keçirmiş xəstə X2 nəzarətsiz qoyduğunu, xəstənin həyatına cinayətkərcasına etinatsız yanaşmaqla xəstənin həyatını ciddi təhlükəyə qoyduğunu, xəstənin yaxın qohumları tərəfindən narazılığın olunduğunu, bu barədə baş həkim X20-İntizamı Komissiyasına müraciət etdiyini, İddiaçı baş həkimin müavini tərəfindən izahat tələb olunduğunu, lakin qərəzli olaraq izahat verməkdən imtina etdiyini, komissiyanın iclasında iştirak etməkdən imtina etdiyini, bu hərəkətlərin sənədləşdirildiyini, intizam komissiyasının xx xxxxxx 2020-ci il tarixdə iclasının keçirilərək İddiaçı işdən çıxarılmasına qərar verildiyini, həmçinin İddiaçı intizamsızlığı məsələsinin Həmkərlar İttifaqı Komitəsində müzakirə olunaraq işdən çıxarılmasına etiraz olunmaması barədə rəy verildiyini, İddiaçı Azərbaycan Respublikasının Konstitusiyasına əsasən vəzifələrini yerinə yetirmədiyini, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğunu, İddiaçı qanunla nəzərdə tutulmuş peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədiyini, əmək müqaviləsinin şərtlərini kobud şəkildə pozduğundan onun işdən azad olunmasının qanuni olduğunu, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə iş vaxtından sonra saat 20:00-dan xx xxxxxx 2020-ci il tarixdə saat 09:00-dək növbətçilik işində olduğunu, nöbətçilik işinin təşkilinin əmr əsasında olduğunu, buna görə işçilərin əmək haqqına əlavə ödənişlərin olduğunu, növbətçiliyin cədvəl şəklində nizamlandığını, İddiaçı işdən getməsinin vacib olması halı olardısa bölmə müdirindən və ya baş həkimin müavinindən icazə almalı olduğunu, İddiaçı iş yerini özbaşına tərk etməsini mühavizənin xəbər verdiyini, bu barədə Reanimasiya və anesteziologiya bölməsinin müdiri tərəfindən rəsmi məlumat yazıldığını, A.X3 sədri Aynur Əhmədova tərəfindən keçirilən iclaslar barədə telofon vasitəsilə məlumat verilib dəvət olunsada iştirakdan imtina etdiyini, İddiaçı dəfələrlə intizamsızlıq etdiyi halların olduğunu, işə gəlmədiyini, iş yerini özbaşına tərk etdiyi halların olduğunu, bütün bunların nəzərə alınaraq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə əməl olunduğndan, iddiaçının iddiasının əsassız olduğundan rədd olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X13, X7 X8 Komitəsinin sədri, eyni zamanda kadrlar bölməsinin rəisi kimi fəaliyyət göstərdiyini, xx xxxxxx 2020-ci il tarixdə İddiaçı intizam qaydalarını, əmək intizamını kobud surətdə pozaraq, heç bir üzürlü səbəb olmadan, xəbər vermədən xx xxxxxx 2020-ci il tarixdə saat 07:19 radələrində cavabdehlik daşıdığı Reanimasiya və anesteziologoya şöbəsini özbaşına tərk etdiyinin məlum olduğunu, ondan bu barədə izahat verməsi tələb olunduqda imtina etdiyini, bu barədə akt tərtib olunduğunu, həmin günü məsələnin müzakirəsi üçün iclasların təyin olunduğunu, İddiaçı onun tərəfindən iclaslarda iştirak etməli olması barədə xəbərdar olunduğunu, əlavə olaraq bölmə müdiri Ənvər həkimə İddiaçı iclasa dəvət etməsini dediyini, lakin iştirakdan imtina etdiyini, iclasların iş vaxtından sonra təxminən saat 17:25-də keçirildiyini, Əmək-İntizam Komissiyasının və Həmkarlar İttifaqı Komitəsinin iclaslarının keçirilərək İddiaçı ağır cərrahi əməliyyat keçirmiş xəstəni nəzarətsiz qoyub getdiyindən əmək intizamını kobud şəkildə pozması qənatinə gəlindiyini, bu barədə özünün rəy verdiyini, İddiaçı iş yerini özbaşına tərk etməsi barədə mühavizəçinin məlumat verdiyini, həmçinin bölmə müdiri Ənvər həkimin məlumat yazdığını, baş həkimin bununla bağlı Əmək-İntizam Komissiyasına müraciət etdiyini, gecə növbətçiliyinin təşkilinə əsasən növbədə olanlar saat 20:00-dan sabahı gün saat 09:00-dək davam etdiyini, iclasın keçirilməməsi barədə İddiaçı sənəd təqdim etmədiyini bildirmişdir. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixli baxış iclasında şahid qismində dindirilərək ifadəsi alınan X10, X7 Mərkəzində Reanimasiya və anesteziologiya bölməsinin müdiri kimi fəaliyyət göstərdiyini, xx xxxxxx 2020-ci il tarixdə İddiaçı intizam qaydalarını, əmək intizamını kobud surətdə pozaraq, heç bir üzürlü səbəb olmadan, xəbər vermədən saat 07:19 radələrində cavabdehlik daşıdığı Reanimasiya və anesteziologoya şöbəsini özbaşına tərk etdiyinin məlum olduğunu, tibb bacısının bu halı ona bildirdikdən sonra özünün yazılı məlumat hazırladığını, xx xxxxxx 2020-ci il tarixdə məsələnin müzakirəsi üçün iclasların təyin olunduğunu, İddiaçı onun tərəfindən iclaslarda iştirak etməli olması barədə xəbərdar olunduğunu, lakin iştirakdan imtina etdiyini, iclasların iş vaxtından sonra təxminən saat 17:15-dən sonra keçirildiyini, Əmək-İntizam Komissiyasının və Həmkarlar İttifaqı Komitəsinin iclaslarının keçirilərək İddiaçı ağır cərrahi əməliyyat keçirmiş xəstəni nəzarətsiz qoyub getdiyindən əmək intizamını kobud şəkildə pozması qənatinə gəlindiyini, Həmkarlar İttifaqı Komitəsinin iclasında özünün çıxış edərək İddiaçı əmək intiazmını kobud pozmasını, xəstənin həyatı təlükədə qoymasını, dəfələrlə etdiyi səhvlərə güzəşt olunduğunu, İddiaçı kimsəyə demədən iş yerini tərk etdiyini, gecə növbətçiliyinin cədvəl şəklində müəyyən olunaraq bölmənin işçilərinə bildirildiyini, İddiaçı şəxsən təqdim olunduğunu, İddiaçı iş yerini özbaşına tərk etməsi barədə mühavizəçinin məlumat verdiyini, baş həkimin bununla bağlı Əmək-İntizam Komissiyasına müraciət etdiyini, İddiaçı əvvəllərdə intizamsılığa yol verdiyini, bu olanlardan sonra xx xxxxxx 2020-ci il tarixdə də işə gəlmədiyini, gecə növbətçiliyinin təşkilinə əsasən növbədə olanlar saat 20:00-dan sabahı gün saat 09:00-dək davam etdiyini bildirdi. İş materiallarına əlavə edilmiş: «X7 Mərkəzi» X16 baş həkimi X11 (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanmış Əmək Müqaviləsinin (Kontraktının) surətinə əsasən, İddiaçı xx xxxx 2018-ci il tarixdə «X7 Mərkəzi» X16 Reanimasiya bölməsində həkim anestezioloq-reanimatoloq vəzifəsinə təyin edilmişdir. «X7 Mərkəzi» X16 Reanimasiya və Anesteziologiya bölməsinin müdiri X10 tərəfindən yazılmış məlumatın surətinə əsasən, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə səhər saat 07:19 dəqiqədə növbəni heç kəsə təhvil vermədən, bölmə müdirinə və mərkəzin rəhbərliyinə heç bir məlumat vermədən xəstəni nəzarətsiz qoymuş və mərkəzi icazəsiz tərk etmişdir. Bu da xəstənin həyatı üçün təhlükə yarada bilər. xx xxxxxx 2020-ci il tarixli aktın surətinə əsasən, «X7 Mərkəzi» X16 Reanimasiya və Anesteziologiya bölməsinin həkim anestezioloq-reanimatoloqu İddiaçı əmək intizamını kobud şəkildə pozması ilə əlaqədar izah verilməsi tələb olunduqda, İddiaçı izahat verməkdən imtina etmişdir. «X7 Mərkəzi» X16 Əmək intizamı Komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 33 nömrəli iclas protokolunun surətinə əsasən, Reanimasiya və Anesteziologiya bölməsinin həkim anestezioloq-reanimatoloqu İddiaçı əmək intizamı qaydalarına riayət etməməsinə və əmək funksiyasını kobud şəkildə pozmasına görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə, eyni zamanda əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəzərə alaraqdan tutduğu vəzifədən azad olunması fikri irəli sürülmüşdür. «X7 Mərkəzi» X16 Əmək intizamı Komissiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının surətinə əsasən, «X7 Mərkəzi» X16 Reanimasiya və Anesteziologiya bölməsinin həkim anestezioloq-reanimatoloqu İddiaçı əmək intizamını və müəssisədaxili nizamintizam qaydalarını kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən tutduğu vəzifədən azad olunması qərara alınmışdır. «X7 Mərkəzi» X16 Həmkarlar İttifaqı Komitəsinin xx xxxxxx 2020-ci il tarixli, 32 nömrəli iclas protokolunun surətinə əsasən, «X7 Mərkəzi» X16 Reanimasiya və Anesteziologiya bölməsinin həkim anestezioloq-reanimatoloqu İddiaçı işdən azad olunmasına etiraz olunmamışdır. «X7 Mərkəzi» X16 Həmkarlar İttifaqı Komitəsinin sədrinin xx xxxxxx 2020-ci il tarixli rəyinin surətinə əsasən, «X7 Mərkəzi» X16 Reanimasiya və Anesteziologiya bölməsinin həkim anestezioloq-reanimatoloqu İddiaçı əmək intizamını kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən tutduğu vəzifədən azad olunmasına etiraz edilməmişdir. «X7 Mərkəzi» X16 Reanimasiya və Anesteziologiya bölməsinin müdiri X10 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə yazılmış məlumatın surətinə əsasən, Reanimasiyaanesteziologiya bölməsinin həkim-ordinatoru İddiaçı xx xxxxxx 2020-ci il tarixdə naməlum səbəbdən, heç kimə məlumat vermədən işə gəlməmişdir. «X7 Mərkəzi» X16 xx xxxxxx 2020-ci il tarixli, 358 nömrəli əmrinin surətinə əsasən, «X7 Mərkəzi» X16 Reanimasiya bölməsinin həkim anestezioloq-reanimatoloqu İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” yarımbəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş və son hesabı kəsilmişdir. Məhkəmə izahatlara, toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı «X7 Mərkəzi» X16 xx xxxxxx 2020-ci il tarixli, 358 nömrəli əmrinin ləğv edilməklə, onun «X7 Mərkəzi» X16 Reanimasiya bölməsində həkim anestezioloq-reanimatoloq vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxdığı xx xxxxxx 2020-ci ildən tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqı ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı işdən azad olunarkən Həmkarlar İttifaqının razılığı alınmışdır. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən Həmkarlar İttifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən Həmkarlar İttifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Cavabdeh təşkilat tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamı zamanı əmək qanunvericiliyinin müddəaları düzgün tətbiq edilmiş, qanunla nəzərdə tutulmuş bütün məcburi tələblərə riayət edilərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən İddiaçı işdən azad edilməsi əmək müqaviləsinin ləğv olunması əsaslarına və qaydalarına uyğun aparılmışdır. Məhkəmə prosesi gedişində işçi və işəgötürən qarşılıqlı razılığa gəlməmişlər. Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır. 70-ci maddəsinin “ç” bəndində qeyd olunur ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 76-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Nəzərə almaq lazımdır ki, işçiyə həvalə olunmuş əmək vəzifələrinin onun təqsiri üzündən icra edilməməsi və ya lazımınca icra edilməməsi (daxili əmək nizam qaydalarının, vəzifə təlimatlarının, əsasnamələrin, müdriyyətin əmrlərinin, texniki qaydaların və i.a. pozulması) əmək intizamının pozulmasıdır. Məhkəmə işçinin intizam tənbehi və ya ictimai tənbeh tədbirləri görülməsinə səbəb olmuş xətalar törədib-törətmədiyini, bu tədbirlərin görülməsi qaydalarına əməl edilibedilmədiyini, həmin tədbirlərin qüvvədən düşüb-düşmədiyini yoxlamağa borcludur. İctimai tənbeh tədbirləri dedikdə, əmək vəzifələrini icra etməməyə görə işçiyə əmək kollektivi, ictimai təşkilatlar tərəfindən onların fəaliyyətini müəyyənləşdirən əsasnamələrə və nizamnamələrə müvafiq surətdə tətbiq edilmiş tənbehlər başa düşülməlidir. Həm də işçiyə yalnız onun işdən çıxarıldığı müəssisədə, idarədə, təşkilatda verilmiş tənbehlər nəzərə alınır. Əmək intizamını pozmuş işçiyə tənbeh tətbiq edilməzdən əvvəl ondan yazılı izahat tələb edilməlidir. Əgər işçinin əmək intizamını pozması faktı, habelə təqsiri müəyyən edilmiş və sübuta yetirilmişdirsə, onun izahat verməkdən imtina etməsi və izahatının olmaması, verilmiş tənbehin qanunsuz sayılması üçün kifayət qədər əsas deyildir. Müəyyən edilmiş əmək norması qaydasında dəyişiklik edilməsi ilə əlaqədar olaraq, işçinin üzrlü səbəb olmadan əmək vəzifələrini yerinə yetirməkdən imtina etməsi əmək intizamının pozulmasıdır, ona görə ki, əmək müqaviləsinə görə işçi daxili əmək nizam qaydalarına tabe olmaqla şərtləşdirilmiş işi görməyə borcludur. Əgər işçi ona həvalə olunmuş əmək vəzifələrinin onun təqsiri üzündən icra olunmamasını və ya lazımınca icra olunmamasını intizam tənbehi və ya ictimai təsir tədbirlərinin tətbiqinə baxmayaraq davam etdirmişdirsə, ona yeni intizam tənbehi və ya ictimai təsir tədbirlərinin tətbiqinə, o cümlədən, çıxarılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı «X7 Mərkəzi» X16 xx xxxxxx 2020-ci il tarixli, 358 nömrəli əmrinin ləğv edilməklə, onun «X7 Mərkəzi» X16 Reanimasiya bölməsində həkim anestezioloqreanimatoloq vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxdığı xx xxxxxx 2020-ci ildən tarixdən hesablanmaqla işə bərpa olunma tarixinədək əmək haqqı ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar