Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-164/2023 09.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ ( Ərizənin yolverilməzliyə görə qəbul etməkdən imtina barədə) Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı ərizəçi İddiaçı tikililərə mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyənetdim: Ərizəçi İddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə adına qeydiyyata alınmış Naxçıvan şəhəri 58-ci məhəllə 5/38B ünvanında yerləşən mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi tikililərə mülkiyyət hüququnun tanınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəməyə təqdim etdiyi ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdim ki, ərizə və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153-cü maddəsinin tələbinə əsasən yolverilməzliyə görə qəbul edilməkdən imtina edilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 3 nömrəli Qərarında deyilir: Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 3 nömrəli Qərarının 7.1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Həmin Qərarın 7.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. İstər ərizədən, istərsə də ona əlavə edilən torpaq sahəsinin hüquqmüəyyənedici sənədindən aydın olur ki, tikilinin inşa edildiyi torpaq sahəsi məhz ərizəçi İddiaçı mülkiyyətindədir. Belə olan halda hazırki tələbə məhz iddia icraatı qaydasında özbaşına tikinti haqqında müddəaları tənzimləyən maddi hüquq normaları əsasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul edilməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda qeyd edilənləri nəzərə alıb məhkəmə belə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə iddia icraatı qaydasında özbaşına tikiliyə mülkiyyət hüququnun tanınması ilə bağlı iddia qaldırmaq hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinin məzmununa görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul edilməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Buna görə də İddiaçı tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 26136 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.6, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi İddiaçı tikililərə mülkiyyət hüququnun tanınması tələbinə dair ərizəsi icraata qəbul edilməkdən imtina edilsin. Ərizə və ona əlavə olunmuş sənədlər rəsmi qaydada İddiaçı verilsin. Ərizəçi İddiaçı iddia icraatı qaydasında özbaşına tikintiyə mülkiyyət hüququnun tanınması tələbi ilə bağlı iddia qaldırmaq hüququ izah edilsin. İddiaçı tərəfindən “"xxxx" ASC Naxçıvan filialına xx.xx.2022-ci il tarixdə 26136 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində qərardadı qəbul edən məhkəməyə verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-164/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-164/2023
09.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver