Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-165/2021 22.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X4 və cavabdeh təşkilat Naxçıvan “xxxx” MMC-nin İnfrastruktur İdarəsinin nümayəndələri X10 və X6 iştirakı ilə, İddiaçı cavabdeh təşkilat Naxçıvan “xxxx” MMC-nin İnfrastruktur İdarəsinə qarşı xx xxxxxx 2020-ci il tarixli 176 nömrəli əmrin ləğv olunması və işə bərpa olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh təşkilat Naxçıvan “xxxx” MMC-nin İnfrastruktur İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunmasına dair xx xxxxxx 2020-ci il tarixli 176 nömrəli əmrin ləğv olunması və işə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş iş üzrə İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, yeddi il “xxxx” MMC-də işləmiş, son iş yeri və vəzifəsi X1 və X8 4 saylı rabitə sexində elektrik mexaniki olmuşdur və işlədiyi illərdə bir dəfə də intizam pozuntusuna yol verməmişdir. Onunla bağlanmış əmək müqaviləsində vəzifəsi elektrik mexanik göstərilmişdir. 2020-ci ilin sentyabr ayında bir neçə nəfərlə birlikdə kursa göndərilmişdir. Halbuki o, elektrik mexaniki olsa da qanunsuz olaraq elektrik montyorlarının kursuna cəlb edilmişdir. Həmin vaxt kursa ehtiyacı olmadığını bildirsə də, sahə rəisləri Rövşən müəllim “kurs üçün bir yer boşdur, sən get kursa” dediyi üçün razılaşmışdır. Kurs səhər saat 10:30-da başlayıb 14:30-da qurtarırdı, kursa vaxtının bu cür başlayıb qurtarması qatarın gəliş-gediş vaxtı ilə nizamlanmışdır. Qatar Culfadan 09:00-da hərəkət etməklə, saat 11 işləmiş Naxçıvana çatdığından kursa 10:30-da başayırdı, qatar Naxçıvandan saat 15:00-da hərəkət etdiyindən kurs 14:30-da qurtarırdı. Səhər qatarla kursa gəlib, saat 15:00-da gedən qatarla Culfaya qayıtmışdır. Lakin fəhlə qatarında gedişgəliş pulsuz olduğundan, ora isə çirkli olduğu üçün həmişə digər sərnişin vaqonunda gedib-gəlmiş, gediş haqqını isə ödəmişdir. Noyabr ayının 2-si və 3-də atasının xəstəliyi ilə əlaqədar olaraq kursa getməmişdir. Noyabr ayının 4-də sahə rəisi Rövşən müəllim ona zəng vuraraq İdarənin rəisi Aslan müəllimin onu çağırdığını bildirmiş, saat 15:30-da İdarəyə getmişdir. Aslan müəllimi İdarədə bir saata yaxın gözləmiş, nəhayət gəlmiş və onun yanından keçərək otağına qalxmışdır. Bir az gözlədikdən sonra içəri keçərək onu niyə çağırdığını soruşmuş, həmin vaxt Aslan müəllim “səni mən çağırmamışam” demişdir. Sahə rəisi Rövşən müəllim də içəri keçib onu kursa getmədiyini görə çağırdıqlarını bildirmişdir. Həmin vaxt Aslan müəllim ona demişdir ki, həmkarların məhkəməsinə verib işdən çıxaracaq. Aslan müəllimlə otaqda mübahisə etmiş, sonra isə onu “xxxx” MMC-nin polis şöbəsinə aparmışlar. Orada onun və Aslan müəlimin otağında olan digər şəxslərin izahatları alınmış, onu buraxmışlar, polis rəisi bildirmişdir ki, yaxşı olar ərizə verib işdən çıxsın, yoxsa maddə ilə işdən çıxaracaqlar və vəziyyəti yaxşı olmayacaq. Həmin vaxtdan sonra poçt vasitəsilə evinə məktub göndərilmiş həmkarlar komitəsinin iclasına çağırıldığı ona bildirilmişdir. İclasda özü şəxsən iştirak etmiş, həmin vaxt həmkarlar fəhlənin tərəfində olmalı olmasına baxmayaraq müdirin tərəfində olmuş, heç bir araşdırma aparmadan işdən azad edilməsinə razılıq vermişdir. Hələ əmri almadığında Ali Məclisə şikayətə gedən zaman yolda zəng vurub onu İdarəyə çağıraraq hədələmişlər və demişdirlər ki, Aslan müəllimin otağında kamera vardır və o Aslan müəllimi vurmuşdur, həmin kameranı polisə verəcək, özü işdən azad edilmə ilə bağlı ərizəsini yazsın. Lakin o Aslan müəllimi otağında vurmadığı üçün kamera varsa istədikləri yerə təqdim etsinlər deyib ərizə verməmişdir. Məhkəmənin verdiyi suallara cavab olaraq İddiaçı bildirmişdir ki, iki gün kursda olmamasını səbəbi atasının xəstə olması olmuş, atasının xəstəliyi ilə əlaqədar İdarəyə hər hansı sənəd təqdim etməmiş, kursdan ərizə yazaraq yazılı şəkildə icazə almamış, həmçinin kursa getməməsinə dair İdarəyə nə yazılı, nə də şifahi məlumat verməmişdir. Culfa 4 saylı rabitə sahəsində elektrik mexaniki işləmiş, onu elektrik montyorlarının kursuna qanunsuz olaraq aparmışdırlar, ona görə ki, elektrik montyoru onun hazırki vəzifəsindən bir dərəcə aşağı vəzifədir və həmin vəzifədə o vaxtilə işləmiş, sonra elekrik mexaniki keçirilmişdir. Onu kursa göndərilməsi ilə bağlı əmri mübahisələndirməmişdir. Kursa göndərilmə barədə əmr ona verilməmiş, əmrlə tanış olmamışdır. İdarənin Rabitə və İşarə vermə sahəsinin Naxçıvan, Culfa, Şərur zonasında yerləşən rabitə sahəsinin işçiləri kursa cəlb olunmuşdur. Kursun ilk günü İnfrastruktur İdarəsindən heç kim kursa gəlməmiş, onlara əmri elan etməmişdir. Kurs sentyabr ayının 15-də başlayıb, noyabr ayının 15-də qurtarmalı idi. Naxçıvandan olan işçilər səhər İdarəyə gedib işə gedib-çıxma kitabına qol çəkmişdirlər. Lakin Culfa və Şərurdan gələn işçilər kursdan çıxdıqdan sonra evə getmişdir. Ona kursdan çıxdıqdan sonra işə getməli olduğunu heç kim bildirməmişdir. Kursun başlanmasından bir ay üç gün sonra İdarənin rəisi Aslan müəllim kursa qatarla gedib gələrək kursdan sonra işə getməli olduqlarını bildirmişdir. Bu sözün deyilməsinə səbəb isə Şərurdan gələn bir işçinin öz maşını ilə saat altının yarısı şəhərdə görmələri olmuşdur. Ondan sonra da bununla bağlı onun böyük elektrik mexaniki olan Əli Əsgərov heç nə bildirmədiyinə görə kursdan sonra işə getməmişdir. Digər Culfa və Şərurdan onunla birlikdə kurs keçən işçilərə o işdən azad edildikdən sonra jurnallara qol çəkdirmişlər, halbuki həmin şəxslər kursdan sonra onun kimi evlərinə getmişdir. Oktyabr ayının 30-da şəhidlərin xatirəsinə təşkil edilmiş iməcilikdə Əsgərov Əli ona vaxtında məlumat vermədiyi üçün gecikmiş, lakin yenə də iməciliyi getmişdir. Onun işdən azad edilməsinin məqsədi kursa və işə getməməsi yox, Aslan müəllimin onunla şəxsi prinsipi ilə bağlıdır. Aslan müəllimin otağında mübahisədən sonra o işdən azad edilmiş, noyabr ayının 12-də əmrini götürmüş, lakin əmr noyabrın 6-də verilmişdir. Halbuki həmin müddətdə o kursda olmuş, 11 noyabrda Dərəşamda təcrübdə olmuşdur. Noyabrın 4-dən sonra jurnala imza etmək istəsə də, Əli Əsgərov jurnalın şəhərə İdarəyə aparıldığını bidirmiş və onun imza etməsinə imkan verməmişdir. Onunla eyni vaxtda kursa gələn Orxan adlı oğlan da ona bildirmişdir ki, Aslan müəllim kursa gəlib kursa bitdikdən sonra işə getməli olduqlarını bildirdikdən sonra iş vaxtı qutarandan sonra gedib jurnallara imza etmiş, bunu Orxanın rəisi İntiqam müəllim də bildirmişdir. Əgər onu işə getmədiyinə görə azad edəcəklərsə onunla bərabər Culfa və Şərurdan gələn bütün işçiləri də eyni əsasla azad etməlidirlər, həmçinin onun sahə rəisi və böyük elektrik mexaniki də cəzalanmalıdırlar. Çünki ona kursdan sonra işə getməli olmasına dair əmri elan etməmişdirlər. Buna dair səs yazıları vardır, həmin şəxslər özləri də də bunu etiraf etmişdirlər. Özü 180 manat aliment ödəyir, atası uzun illər “xxxx” MMC-də qatar bərpanın rəisi işləyir, hazırda xəstəliyi ilə əlaqədar pensiyaya çıxmaq istəyir və xəstəxanada müalicə alır, anası hazırda “xxxx” MMC-də Culfa Yük və Sərnişin daşıma İdarəsində depo rəisi işləyir, dəmir yolçu ailəsində böyümüşdür. İşdən azad edildiyi vaxt nə aliment ödəyə biləcək, nə də özü dolana biləcəkdir. Onu haqsız yerə 70-ci maddə ilə çıxarılması qanunsuzdur. O heç bir hüquq pozuntusuna yol verməmişdir. Töhmət, şiddətli töhmət kimi intizam cəzaları olmasına baxmayaraq həmin cəzaları vermədən onun birbaşa işdən azad edilməsi düzgün deyil. Qeyd edilənləri nəzərə alaraq əmrin ləğv edilməsi və işinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı izalahında İddiaçı nümayəndəsi X7 iddianı müdafiə edərək bildirmişdir ki, özü 42 il “xxxx” MMC-də işləyəyir və bir işçi olaraq deyə bilər ki, oğlunu haqsız yerə düzgün olmayaraq işdən çıxarmışdırlar. Oğlu Emili sahə rəisləri Rövşən müəllim İdarəyə çağırmış, o getdikdən sonra İdarənin müdirini gözləsə də işə gəlməmişdir. Sonra İdarənin müdiri Emili qəbul edəndə niyə işə gəlmədiyini soruşmuş, Emil isə kursdan sonra işə gəlməli olduğunu bilmədiyini, bu barədə ona heç nə deyilmədiyini bildirmişdir. Həmin vaxt Emili ərizə yazmağa məcbur etmişlər, lakin Emil ərizə yazmadığına görə maddə ilə işdən azad etmişdirlər. Özü oğlunun işdən azd edilməsi ilə bağlı məsələni Aslan müəllimlə danışmaq üçün İdarəyə gəlmiş, lakin Aslan müəllim onu Emilin işi ilə əlaqədar olmayan 2-3 nəfər şəxsin yanında qəbul etmişdir. Oğlunun işdən çıxarılma səbəbini soruşmuş, Aslan müəllim ona bildirmişdir ki, oğlu Əmək Məcəlləsini pozmuş, işə gəlməmiş, xuliqanlıq etmişdir. O da bildirmişdir ki, əgər oğlu işdən azad ediləcəksə onunla kursa gedən bütün işçilər azad ediləcək, sahə rəsiləri və böyük elektrik mexaniki Əli Əsgərov da cəzalanacaqdır, çünki digər kursa gedən işçilər də kursdan sonra evlərinə getmiş, sahə rəsiləri və X24 əmrlə tanış etməmişdir. O bu barədə Əli Əsgərova zəng vuran zaman iş vaxtı öz evinin təmiri ilə məşğul olmuşdur. Həmin şəxs bütün vaxt içkili olmasına baxmayaraq hələ də işdə saxlamışdırlar və onu azad etməmişdirlər. Qanunsuz olaraq oğlunu işdən azad etmişdirlər. Ona görə də əmrin ləğv edilməsi və oğlunun işə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş iş üzrə cavabdeh təşkilat Naxçıvan “xxxx” MMC İnfratstruktur İdarəsinin rəisi X14 iddianı qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə İdarənin Enerji, Rabitə və İşarəvermə Sahəsinin işçilərinin peşə səviyyəsinin artırılmasına yaranamış zərurətlə əlaqədar olaraq onların X16 Tədris Mərkəzində ixrisaslaşdırma kursuna cəlb edilməsinə dair 100/1 nömrəli əmr verilmişdir. Həmin əmrdə xx xxxxxxxx 2020-ci il tarixdən adları siyahıda qeyd olunan Enerji sahəsi üzrə 13 işçinin, Rabitə və İşarəvermə sahəsi üzrə 14 işçinin kursa cəlb edilməsi, işçilərin kursa qatarlar vasitəsilə gedib-qayıtmaları, kursdan sonra bütün işçilərin kursa saatı qutardıqdan sonra iş yerlərinə qayıtmaları, Enerji Rabitə və İşarəvermə sahələrinin rəsilərinin kursda iştirak edən işçilərin kursa vaxtında gedib, kurs sona çatdıqdan sonra iş yerlərinə vaxtında qayıtmalarına nəzarət etmələri, insan resurları bölməsinin əmrlə aidiyyəti işçiləri tanış etməsi göstərilmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə özü İdarə rəisi olaraq Enerji sahəsinin rəisi ilə birlikdə peşə tədris Mərkəzinə getmiş, orada əmri işçilərə elan etmişdir. Həmin əmr öz sahələrinin işçiləri tanış edilsin deyə sahə rəsiləri tərəfindən qəbul edilərək surəti götürülmüşdür. Əmrdə işçilərin qatarla kursa gedib qayıtmalarını göstərməkdə məqsəd əgər işçi ilə bağlı hər hansı hadisə olarsa həmin vaxt qatarda olmasını təsdiq etmək, bunun əmrdən irəli gəldiyini qeyd etmək, həmçinin xxxx işçiləri üçün qatarla gediş-gəlişinin pulsuz həyata keçirilməsidir. İddiaçının qeyd etdiyi kimi təxminən oktyabr ayının 18-də yenidən kursa gedərək işçilərə kursa mütləq qaydada qatarla gedib-gəlinməsi və kursdan sonra işə gedərək saat 18:00-da işdən çıxıb jurnallara imza edilməli olduğunu bildirmişdir. Lakin istər kurs başladıqdan sonra, istərsə də təkararən kursa gedib bir daha əmrdən irəli gələn məsələləri bildirdikdən sonra iddiaçı kursdan çıxdıqdan sonra işə getməmişdir. Hətta noyabr ayının 2-nə və 3-nə kursa, nə də işə getmişdir. X17 işçilərə dərs deyən müəllim İbrahim Nəzərov “xxxx” MMC-də mühəndis olduğundan kursda iştirak edib-etməyən şəxslərlə bağlı davamlı olaraq sahə rəislərinə məlumat vermişdir. Noyabr ayının 2 və 3-də sahə rəisi İddiaçı tapa bilməmiş, telefonlarına cavab verməmişdir. Nəhayət noyabrın 4-də İddiaçı taparaq İdarəyə gəlməsini bildirmişdir. Həmin vaxt müharibə vəziyyəti ilə əlaqədar özünün mütəmadi olaraq dağlarda olduğu üçün İdarədə olmamış, İdarəyə gəldikdən sonra sahə rəisləri ilə birlikdə otaqda müşavirə keçirdiyi vaxt Həsənov etik qaydaları pozaraq içəriyə daxil olmuş və “mən sizi çox gözləməliyəm” demişdir. Bu vaxt ona iclasda olduğunu bildirmiş və nəyə görə işə getmədiyini soruşmuşdur. Həsənov isə ona təhqirli cavab verərək “sən niyə hərbi təlimlərdə iştirak etmirsən, kresloda oturub sağa-sola yellənirsən?” demiş, və onun üstünə gəlmişdir. İçəridə olan sahə rəisləri onu kabinetdən çıxarmış, yenidən içəri daxil olaraq onu hədələyərək “işdən sonra axşam təklikdə söhbət edərik” demiş və bir neçə dəfə kabinetə girməyə cəhd göstərmişdir. Bu kobud hərəkətlərinə görə dəmiryol nəqliyyatında polis şöbəsinə zəng vuraraq hadisə barəsində məlumat vermişdir. İddiaçı işdən azad edilməsi səbəbi onun dəfələrlə deyilməsinə baxmayaraq işə gəlməməsi olmuşdur. 4 saylı X18 cəmi 3 işçi vardır və böyük elektrik mexaniki Əli Əsgərov pensiya yaşına çatdığından sahəyə gedərkən həmişə iddiaçıya bildirmişdir ki, işi Əli Əsgərovdan öyrənsin və o getdikdən sonra yerində işləyə bilsin. Onun iddiaçı ilə heç bir şəxsi prinsipi ola bilməz. İdarəsində 600 yaxın işçi vardır, ona işini bilən və işinin öhdəsindən layiqincə gələn işçilər lazımdır. İddiaçı ümumiyyətlə iki gün kursda olmamasına dair atasının xəstəliyi ilə əlaqədar gəlməməsinə dair işdən azad olunduğu vaxta qədər İdarəyə heç bir məlumat verməmişdir. Hətta onu Culfa Yük və X11 zəng vuraraq ola bilsin ailəsində olan hər hansı hadisə nəticəsində kursa və işə gəlmədiyi ilə maraqlanmış, həmin vaxt anasının da özhesabına məzuniyyətdə olduğunu öyrənmişdir. Sahə rəisini zənglərinə cavab verməmişdir. İddiaçının işə gəlməməsi ilə bağlı heç bir üzürlü səbəbi olmadığından və təxminən 50 günə yaxın kursdan sonra işə getmədiyindən onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi barədə Həmkarlar Komitəsinə müraciət ünvanlamış, xx xxxxxx 2020-ci il tarixdə Həmkarların yığıncağı keçirilməklə qeyd olunan maddə ilə işdən azad edilməsinə razılıq verilmişdir. İşdən çıxarılma ilə bağlı məsələlər əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilmiş, hər hansı pozuntuya yol verilməmişdir. İşdən azad edilməsi ilə bağlı xx xxxxxx 2020-ci il tarixdə 176 nömrəli əmr vermiş, həmin vaxtdan sonra üç gün bayram gününə təsadüf etmişdir. Daha sonra İdarədən insan resursları bölməsindən iddiaçıya zəng vuraraq əmrini və əmək kitabçasının üç gün müddətində götürə biləcəyini, götürmədiyi halda poçt vasitəsi ilə göndəriləcəyi ona bildirilmişdir. İddiaçı isə 12 noyabrda İdarəyə gələrək əmrin və əmək kitabçasının surətini götürərək iş yerini tərk etmişdir. Qeyd olunanları nəzərə alaraq işdən azad edilmə barədə 176 nömrəli əmrinin qanuni olduğundan qüvvədə saxlanılması, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş iş üzrə cavabdeh təşkilatın nümayəndəsi X13 cavabdeh təşkilatın rəisinin izahatına əlavə olaraq iddiaçının 40 gündən artıq işdə olmadığını, kursa cavabdehliyin əmrə əsasən İnfrastruktur İdarəsinin sahə rəislərinin cavabdeh olduğunu, kurs keçən müəllimin “xxxx” MMC İdarəsinin işçisi olduğundan mütəmadi olaraq sahə rəisləri ilə əlaqə saxlayaraq kursa davamiyyətlə bağlı məlumat verdiyini, işə davamiyyətin isə jurnallarla yoxlanıldığını, lakin iddiaçının kurs balaşdıqdan sonra ümumiyyətlə jurnalda imzası olmadığını, onunla birlikdə kursda olan digər işçilərin hamsının davamiyyət jurnalında “getdi” qrafasında imzası olduğunu, işə nəyə görə getməməsi ilə bağlı İdarə rəisi çağırdığı halda onu etik davranış qaydalarını pozaraq təhqir etdiyini, mübahisə yaratdığını, polis çağırıldığını, iddiaçının düzgün olaraq işdən azad edildiyini, buna görə də İdarə rəisinin 176 nömrəli əmrinin qanuni olduğundan qüvvədə saxlanılması, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Abbasov Rövşən Yunis oğlu ifadəsində bildirmişdir ki, Naxçıvan MR “xxxx” MMC-nin İnfrastruktur İdarəsində rabitə sahəsinin rəisi işləyir, İddiaçı Culfa 4 saylı rabitə sahəsinin elektrik mexaniki işəmişdir. 2020-ci ilin sentyabr ayının 1-də Culfa 4 saylı rabitə sahəsinin böyük elektrik mexaniki Əli Əsgərov növbəti əmək məzuniyyətinə çıxdığından onun vəzifələrinin icrası əmrlə İddiaçı həvalə edilmişdir. Sentyabr ayının 15-də kurs başladıqdan sonra özü də iddiaçıya kursdan sonra işdə olmalı olduğunu bildirmiş, jurnallar onda olduğundan onların səliqəli saxlanılması, tabeliyinə olan işçilərə nəzarət etməsi tapşırılmışdır. Sentyabr ayının 22-də Əli Əsgərov məzuniyyətdən qayıtmışdır. İddiaçının kursa getdiyi vaxtdan sonra sentyabr ayının 22-nə qədər İddiaçı işə gəlməmiş, jurnalları işləməmişdir. Onun işdə olmaması ilə bağlı Əli Əsgərov ona məlumat verməmişdir. Noyabr ayının 2 və 3 kursa getmədiyi üçün kurs müəllimi zəng vuraraq məlumat vermiş, İddiaçı dəfələrlə zəng vursa da telefonu söndürüldüyündən əlaqə saxlaya bilməmişdir. Noyab ayının 4-də Emili tapmış və onu İdarəyə çağırmışdır. Emilin kursda olmaması və kursdan sonra ümumiyyətlə işə getməməsi barədə davamiyyət jurnallarını Əli Əsgərovdan tələb edərkən Emilin davamiyyət jurnallarına imza etmədiyini görmüşdür. Bu barədə yazılı şəkildə İdarə rəisinə məlumat vermişdir. Emil noyabrın 4-də İdarəyə gələndə onu niyə çağırdıqlarını soruşmuş, o da bildirmişdir ki, nəyə görə işə getməmiş, kursa da getməmişdir? Emil ona kursdan sonra işə getməli olduğunu bilmədiyini qeyd etsə də, ona bu barədə şəxsən məlumat verdiyini xatırlatmışdır. Sonra Aslan müəllim İdarəyə gəlmiş və bütün sahələrin rəislərinin iclasında Emil etik qaydanı kobud pozaraq içəri daxil olaraq İdarə rəisi ilə kobud şəkildə danışmış və ona təhqirli ifadələr işlətmişdir. O və digər sahə rəisləri Emili dəfələrlə kabinetdən çıxarsalar da yenidən içəri daxil olaraq kobudluq etmişdir. İdarə rəisi polis şöbəsinə məlumat vermiş və Emili polis aparmışdır. Orada iştirak edən sahə rəislərinin iştirakı ilə bu hadisə baş verdiyindən akt tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X21 ifadəsində bildirmişdir ki, Naxçıvan MR “xxxx” MMC-nin X3 4 saylı rabitə sahəsinin böyük elektrik mexaniki işəyir, İddiaçı onun işçisi olmuşdur. İddiaçı kursa başlayanda o əmək məzuniyyətində olmuş, onun vəzifəsi əmrlə Emilə həvalə olunmuşdur. Sentyabr ayının 22-də işə başlamış, jurnalların Emil tərəfindən işlənmədiyini görmüşdür və özü qalan yerdə davam edib işləmişdir. Kurs müddətində ümumiyyətlə Emili görməmişdir. Emil işə gəlməmiş və davamiyyət jurnalına imza etməmişdir. Təxminən bir müddət sonra ondan Emilin işə gəlibgəlmədiyini soruşanda bildirmişdir ki, Emil işə gəlmir. Həmin vaxt Emil ona zəng edərək kursdan sonra işə gəlməsi barədə ona məlumat verib-vermədiyini soruşmuş, o da Emilə demişdir ki, “sən özün deyirdin ki, kursda dedilər ki, kursdan sonra işə getməlisiniz”. Daha sonra Emil ona telefonda “çıxarırlar məni çıxartsınlar, mən sənə deməmişəm kursdan sonra işə gəlsin, səni niyə çıxarırlar” dediyini və səsini yazdığını, əgər ona çıxartsalar özünün də çıxmalı olduğunu bildirmişdir. Halbuki Emil kursa gedəndə o məzuniyyətdə olmuş, bütün vəzifələrini əmrlə Emil icra etmişdir. Emil özü ona “bizə deyirlər kursdan sonra işə gedin” demişdir. Məhkəmənin qiymətləndirilməsi: Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən əsas tutulmalı qaydalar bunlardır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.Həmçinin sübutların qiymətləndirilməsinin məzmunu onların mümkünlüyünü, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsindən ibarətdir. Məhkəmə sübutları müəyyən edərkən məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyinin kifayət edilməsini qiymətləndirir. İş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli əmək müqaviləsinin surətindən aydın olur ki, tərəflər arasında əmək müqaviləsi imzalanmış, İddiaçı X1 və İşarəvermə sahəsinin 4 nömrəli Rabitə sahəsinin elektrik mexaniki vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxxxx 2020-ci il tarixli 100/1 nömrəli əmri surətindən aydın olur ki, İdarənin Enerji, Rabitə və İşarəvermə Sahəsinin işçilərinin peşə səviyyəsinin artırılmasına yaranamış zərurətlə əlaqədar olaraq onların X16 Tədris Mərkəzində ixrisaslaşdırma kursuna cəlb edilmiş, həmin əmrdə xx xxxxxxxx 2020-ci il tarixdən adları siyahıda qeyd olunan Enerji sahəsi üzrə 13 işçinin, Rabitə və İşarəvermə sahəsi üzrə 14 işçinin kursa cəlb edilməsi, işçilərin kursa qatarlar vasitəsilə gedibqayıtmaları, kursdan sonra bütün işçilərin kursa saatı qutardıqdan sonra iş yerlərinə qayıtmaları, Enerji, Rabitə və İşarəvermə sahələrinin rəsilərinin kursda iştirak edən işçilərin kursa vaxtında gedib, kurs sona çatdıqdan sonra iş yerlərinə vaxtında qayıtmalarına nəzarət etmələri, insan resurları bölməsinin əmrlə aidiyyəti işçiləri tanış etməsi göstərilmişdir. Əmrə əsasən Rabitə və İşarəvermə sahəsi üzrə siyahı İddiaçı adı 8-ci sırada qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Rabitə və İşarəvermə sahəsinin rəisi Rövşən Abbasov tərəfindən İnfrastruktur İdarəsinin rəisinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məlumatda göstərilmişdir ki, Culfa Rabitə 4 sahəsinin elektrik mexaniki İddiaçı xx xxxxxxx 2020-ci il tarixdə Culfa şəhərində şəhidərin xatirəsinə keçirilən iməcilik işində iştirak etməmişdir. əvvəlcədən böyük elektrik mexaniki Əsgərov Əli tərəfindən telefon vasitəsilə tədbir haqqında məlumat verilmişdir. xx xxxxxx 2020-ci il tarixdə heç kimə demədən və icazə almadan Naxçıvan X17 ixtisaslaşdırma kursuna gəlməmiş və kursdan sonra işə çıxmamışdır. Mobil telefonuna vurulan zəngə cavab vermir. İşlə bağlı tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Rabitə və İşarəvermə sahəsinin rəisi Rövşən Abbasov tərəfindən İnfrastruktur İdarəsinin rəisinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məlumatda göstərilmişdir ki, Culfa Rabitə 4 sahəsinin elektrik mexaniki İddiaçı heç kimə demədən və icazə almadan Naxçıvan X17 ixtisaslaşdırma kursuna gəlməmiş və kursdan sonra işə çıxmamışdır. xx xxxxxx 2020-ci il tarixdə İdarəyə çağırılaraq izahat verməsi bildirilmişdir. İşlə bağlı tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 4 saylı Rabitə sahəsinin böyük elektrik mexaniki Əsgərov Əli tərəfindən İnfrastruktur İdarəsinin rəisi A.Babayevə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli izahatdan aydın olur ki, İdarə rəhbərinin müvafiq əmri ilə sahələrdən bir neçə işçisi texniki peşə məktəbinə kurs keçməyə göndərilmişdir. Onlara bildirilmişdir ki, işdən məktəbə və məktəbdən işə qatarla gedilməli, dərsdən sonra iş yerində olmalıdırlar. Bütün bunlara baxmayaraq elektrik mexaniki İddiaçı kurslarda olduğu müddətdə heç vaxt dərsdən sonra iş yerinə gəlməmiş və davamiyyət jurnalına imza etməmişdir. Bundan əlavə xx xxxxxxx 2020-ci ildə ona şəxsə deməsinə baxmayaraq xx xxxxxxx 2020-ci il tarixdə Azərbaycan şəhidlərinin xatirəsinə həsr edilmiş iməciliyə gəlməmişdir. Xidməti ərazidə ona təhkim edilən Dəmir Yol ot sahəsini hələ bu günə qədər vurmayıb. Qeyd edilənlər barəsində sahə rəisi Rövşən Abbasova şifahi olaraq məlumat vermişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli Aktdan aydın olur ki, həmin aktı yol sahəsinin rəisi Y.Həziyev, rabitə və işarəvermə sahəsinin rəisi R.Abbasov, texniki istehsalat bölməsinin rəisi F.Qocayev ondan ötrü tərtib etmişdirlər ki, xx xxxxxx 2020-ci il tarixdə idarə rəisinin iş otağında cari məsələləri müzakirə edərkən rəis köməkçisi İddiaçı sahə rəisi ilə birlikdə qəbul gəlmək istədiyini bildirmişdir. İçəriyə daxil olan kimi o kobud şəkildə idarə rəisinə iradını bildirmişdir ki, “nəyə görə mən 2-3 saat səni gözləməliyəm”?. Rəis isə ona “mən idarəyə sahədən indi gəlirəm, sən nə üçün şənbə günü şəhidlərin xatirəsinə həsr olunmuş iməcilikdə iştirak etməmisən, 2-x xxxxxx 2020-ci il tarixdlərdə isə idarə tərəfindən X16 kurslarına göndərilməyinə baxmayaraq dərsdə olmamısan, sahə rəisinin verdiyi məlumata görə dərsdən çıxandan sonra iş yerin getməmisən?”. Verilən suallara İddiaçı kobud şəkildə cavab verərək rəisə nə üçün hərbi təlimlərdə iştirak etmədiyini, kresloda oturub sağa-sola yellənərək genəlirsən deyə ondan soruşmuşdur. Y.Həziyev və R.Abbasov dəfələrlə onu kabinetdən bayıra çıxarmağa dəvət etsələr də o, hər dəfə yenidən rəisin üzərinə yeriyirdi. O idarə rəisini hədələyərək çölə çıxmağa, axşam işdən sonra görüşməyə dəvət edirdi. Sonra nəhayət ki, R.Abbasov təkidlə onu dəhlizə çıxartdı. Bundan sonra da o rəisin iş otağına bir neçə dəfə daxil olmağa cəhd göstərdi. Belə olduqda idarə rəisi A.X9 nəqliyyatında polis şöbəsinə zəng vurub hadisə barədə məlumat verdi. İş materiallarına əlavə edilmiş İdarəsinin rəisi A.Babayev tərəfindən “X19” MMC-nin X5 Həmkarlar Komitəsinin sədri H.Ələkbərova ünvanlanmış təqdimatdan aydın olur ki, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək vəzifəsini o cümlədən onunla bağlanmış əmək müqaviləsi üzrə əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Rabitə və İşarəvermə sahəsinin 4 saylı rabitə sexinin elektrik mexaniki İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə dair müvafiq rəy verilməsi təklif olunmuşdur. İş materiallarına əlavə edilmiş “X19” MMC-nin X12 Həmkarlar Komitəsinin komitə iclasının 04 nömrəli xx xxxxxx 2020-ci il tarixli Protokolundan Çıxarışdan aydın olur ki, Rabitə və X8 4 saylı Rabitə sexinin elektrik mexaniki İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilmiş, protokoldan çıxarışın işəgötürənə təqdim olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “X19” MMC-nin İnfrastruktur İdarəsinin rəisi A.Babayevin xx xxxxxx 2020-ci il tarixli 176 nömrəli Əmrin surətindən aydın olur ki, Rabitə və İşarəvermə sahəsinin 4 nömrəli rabitə sexinin elektrik mexaniki İddiaçı idarə rəisinin 100/1 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli əmrinin tələblərini yerinə yetirməyərək X16 Tədris Mərkəzində ixtisaslaşdırma kursunda iştirak etmədiyinə və eyni zamanda 02 və 03 noyabr tarixlərində üzrsüz səbəbdən işə gəlmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin dayandırılması haqqında 176 nömrəli xx xxxxxx 2020-ci il tarixli Əmrin surətindən aydın olur ki, Rabitə sahəsinin 4 nömrəli rabitə sexinin elektrik mexaniki İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılmış, işdən çıxarmanın səbəbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozması, əmək funksiyasını və əmək müqaviləsindəki öhdəlikləri yerinə yetirməməsi olmuşdur. İşdən çıxarmanın Həmkarlar ittifaqı Komitəsi ilə razılaşdırılması-komitənin 04 nömrəli xx.xx.2020-ci il tarixli protokolundan çıxarış. İş materiallarına əlavə edilmiş əmək kitabçasının qeydiyyatı kitabının Çıxarışın təsdiq olunmuş surətindən aydın olur ki, İddiaçı əmək kitabçası və əmr xx.xx.2020-ci ildə təqdim olunmuş və əmək kitabçasının alınmasına dair qrafa onun tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X16 Tədris Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 03 nömrəli məktubundan aydın olur ki, xx xxxxxxxx 2020-ci il tarixli müraciətlə əlaqədar təşkil olunmuş “Dəmiryolu nəqliyyatında rabitə montyoru” peşə hazırlığı kursunda təhsil alan müdavim İddiaçı xx xxxxxxx 2020-ci il tarixdə dərsə gecikmiş, 02-xx xxxxxx 2020-ci il tarixlərdə işə dərsdə iştirak etməmişdir. Həmçinin məlumatlı olmasına baxmayaraq xx xxxxxx 2020-ci il tarixdə təşkil olunmuş imtahanda iştirak etmədiyinə görə sertifikatla təmin olunmamışdır. Məhkəmə mülki işin materiallarını, işin faktiki və hüquqi hallarını, iddia ərizəsinə iddiaçı tərəfindən təqdim edilən sənədləri, cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi tələb olunan sənədləri, tərəflərin izahatlarını, iş üzrə dindirilmiş şahid ifadələrini əlaqəli şəkildə yoxlayıb, təqdim olunan sübutları qiymətləndirib, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən öz mövqeyini aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanı, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzimləyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə a) tərəflərdən birinin təşəbbüsü, b) əmək müqaviləsinin müddətinin qurtarması, c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), d) tərəflərin iradəsindən asılı olmayan hallar,e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsi aşağıdakı əsaslarla ləğv edilə bilər a) müəssisə ləğv edildikdə b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu halda əmək münasibətlərinə xitam verilə bilər. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda-Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə işin faktiki hallarını maddi hüquq normaları ilə müqayisəli təhlil edib qeyd edir ki, əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün X20 Komitəsinə təqdimatla müraciət olunmuş və həmin müraciətə baxılaraq Komitə tərəfindən protokoldan çıxarış işəgötürənə təqdim olunmuşdur. İddiaçı özü izahatında Həmkarlar Komitəsinin iclasına dəvət olunduğunu və iclasda iştirak etdiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək qanunvericiliyinin tələblərinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən işçidən yazılı izahat verilməsini tələb etməlidir. İşçinin yazılı izahat verməkdən imtina etməsi onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini istisna etmir. Əgər işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verirsə onun zəruriliyini əsaslandırmalıdır. İşəgötürən əmrdə göstərməlidir ki, işçi konkret olaraq hansı öhdəliklərini yerinə yetirməmiş, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə hansı formada ciddi xələl gətirmiş və bütün bu sadalanan faktlar lazımi sənədlərlə təsdiq olunmalıdır. Məhkəmə əmək qanunvericiliyinin tələblərinin mübahisənin predmeti ilə əlaqəli şəkildə təhlil edib hesab edir ki, iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənə, müəssisənin qanuni mənafeyinə hansı formada xələl gətirməsi iş materiallarında olan Culfa Rabitə-4 sahəsinin işə davamiyyət jurnalı, Dəmiryolu nəqliyyatında rabitə montyoru peşəsi üzrə kurs məşğələsi jurnalı, xx xxxxxx 2020-ci il tarixli Aktla təsdiq edilir. İddiaçı izahatında onun kursa cəlb edilməsinə dair əmrdə adının olmasının qanunsuz olduğunu, elektrik montyoru olmadığı halda onu elektrik montyorlarının kursuna aparıldığını, həmin əmrin heç kim tərəfindən ona elan edilmədiyini, əmrdə kursdan sonra işə yerinə getməsi barədə heç kimin ona məlumat vermədiyini, işə davamiyyət jurnalının digər işçilər tərəfindən onu işdən azad etdikdən sonra imzalandığını bildirmişdir. Məhkəmə iddiaçının izahatında qeyd etdiyi həmin halı araşdırmış və bununla bağlı tərəflərin izahatları və şahid ifadələri tədqiq edilmişdir. Məhkəmə tərəflərin izahatlarını və təqdim edilmiş sənədləri araşdırın belə hesab edir ki, iddiaçının bildirdiyi hallar əsassızdır. Belə ki, iddiaçı onun kursa cəlb edilməsi barədə əmri mübahisələndirməmiş, əmrdən şikayət verməmişdir. Buna baxmayaraq kursa getmişdir. İddiaçı öz izahatında Naxçıvandan olan işçilərin işdən çıxıb kursa gəldiklərini və kursdan çıxıb iş yerinə qayıtdıqlarını təsdiq etmiş, Culfa və Şərur tərəfindən gələn işçilərin kursdan sonra ümumiyyətlə işə getmədiklərini bildirmişdir. İddiaçının qeyd etdiyi həmin hallar cavabdeh tərəfindən məhkəməyə tərəflərin iştirakı ilə baxış keçirilmiş davamiyyət jurnalında öz təsdiqini tapmamışdır. Belə ki, yalnız İddiaçı kursdan sonra iş yerində olmadığından davamiyyət jurnalında “getdi” qrafasında imzası olmamışdır. Digər kursa gedən işçilərin “gəldi” qrafasında “k” (kurs) qeyd edilməklə müvafiq qeydiyyat aparılmış, “getdi” qrafasında isə imzalar mövcud olmuşdur. Naxçıvan XAZ-ATS işə davamiyyət jurnalında isə adları əmrdə göstərilmiş və kursa cəlb edilmiş işçilərin “gəldi” və “getdi” qrafasında imzalarının olması öz təsdiqini tapmışdır. Məhkəmədə dindirilən şahidlər ifadələrində iddiaçının kursdan sonra iş yerinə getməli olduğunu bildyini, bunun ona deyildiyini bildirmişdir. İddiaçı özü də izahatında bir ay üç gündən sonra rəisin kursa gələrək kursdan sonra iş yerində olmalı olmalarını bildirdiyini demişdir. Həmin vaxtdan sonra da iddiaçı iş yerinə getməmiş və davamiyyət jurnalına imza etməmişdir. İddiaçı izahatında onun işdən azad edilməsi barədə əmrinin və əmək kitabçasının 12 noyabrda ona təqdim edildiyini, həmin vaxta qədər işə davam etdiyini, təcrübi məşğələlərdə iştirak etdiyini bildirmişdir. İddiaçı işə davamiyyət jurnalının onun işdən azad etdikdən sonra digər işçilər tərəfindən imzalandığını təsdiq edən mötəbər və konkret sübutlarını məhkəməyə təqdim etməmişdi. Məhkəmə iddiaçının izahatında onun 06 noyabr tarixindən xx xxxxxx 2020-ci il tarixinədək işdə olduğunu, peşə təcrübəsində iştirak etdiyini, əmrin və əmək kitabçasının qanunsuz olaraq xx xxxxxx 2020-ci il tarixdə ona təqdim olunduğunu bildirmişdir. Məhkəmə iddiaçının qeyd etdiyi həmin halı araşdırmış, cavabdeh tərəfindən davamiyyət jurnalı məhkəməyə təqdim olunmuş, jurnallara baxış keçirilərkən İddiaçı xx xxxxxxxx 2020-ci il tarixdə “getdi” qrafasında və 15 sentyabrdan sonra işdən çıxdığı vaxta qədər “gəldi” qrafasına –“k” (kurs) qeyd edilməklə “getdi” qrafasının isə ümumiyyətlə imzalamadığı müəyyən olunmuşdur. İddiaçının işdə olması işə davamiyyət jurnalı ilə təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, əmək kitabçasının və əmrin iddiaçının işdən azad edildiyi xx xxxxxx 2020-ci il tarixdə deyil xx xxxxxx 2020-ci il tarixdə verilməsi işdən azad edilməsi haqqında əmrin həqiqətdə xx xxxxxx 2020-ci il tarixdə verilməməsi nəticəsinə gəlməyə əsas vermir. Əmrin və əmək kitabçasının verilməsi şəxsin hüquqlarının müdafiəsi üçün məhkəmə müraciət etmək hüququnun başlandığı müddətdir. Azərbaycan Respublikası əmək qanunvericiliyində müəyyən edilmiş qaydalara riayət edilməklə əmr verilmiş, əmrin verilməsindən sonra qanunla müəyyən edilmiş müddətdən gec şəxsə təqdim edilməsi həmin əmrin qanunsuz olmasına və ya tarixinin fərqli olmasına əsas vermir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2006-cı il tarixli qərarı). Nəticə: Beləliklə, yuxarıda qeyd olunan xüsusatları nəzərə alan məhkəmə sonda belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh təşkilat Naxçıvan “xxxx” MMC-nin İnfrastruktur İdarəsinə qarşı xx xxxxxx 2020-ci il tarixli 176 nömrəli əmrin ləğv olunması və işə bərpa olunması tələbinə dair iddiası təmin olunmamalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh təşkilat Naxçıvan “xxxx” MMC-nin İnfrastruktur İdarəsinə qarşı xx xxxxxx 2020-ci il tarixli 176 nömrəli əmrin ləğv olunması və işə bərpa olunması tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-165/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-165/2021
22.01.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver