Məhkəmə qərarları › İş №2(078)-167/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-167/2025

14.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-167/2025 14.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməklə payların müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atam X1 mülkiyyətində olan Naxçıvan şəhəri, X5 küçəsi, döngə 7, ev 18 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evinin miras əmlak olaraq onun tərəfindən miras əmlakın faktiki olaraq qəbul edilməklə payların müəyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs qismində məhkəməyə dəvət olunmuşdur. Maraqlı şəxslər Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəmənin keçiriləcəyi qanuni yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Ərizəçi izahatında bildirmişdir ki, anası X2 19 dekabr 2013-cü il tarixdə vəfat edəndən sonra o və qardaşı Əli həmin evdə yaşamışdır. 2019-cu ildə ailə qurub qısa müddət sonra ayrılıb atası evinə qayıtmaq istəmişdir. Lakin qardaşı Əli və ailəsi onu evə buraxmamışdır. Həmin vaxtdan Naxçıvan şəhərində müxtəlif ünvanlarda kirayə yaşayır. Əlinin miras əmlakla bağlı mübahisəsi vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cü maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə hakim ərizəni baxılmamış saxlayır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 10.1-ci maddəsinə görə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. İşə baxılarkən müəyyən edilmişdir ki, hüquq haqqında mübahisə vardır və Maraqlı şəxs bu mübahisəsinin olması ərizəçinin öz izahatı ilə təsdiq eidlir. Belə olan halda hüquq haqqında mübahisə yarandığından ərizə baxılmamış saxlanılmalı, ərizəçiyə iddia icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə görə ərizə baxılmamış saxlanıldığından Ərizəçi tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 1446 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənləri, Azərbaycan Respublikası MPM-in 259.0.10, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən "xxxx" ASC Naxçıvan filialına xx.xx.2024-cü il tarixdə 1446 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar