Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-1748/2025 04.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hаkim Heydarov Aslan Nazim оğlunun sədrliyi, Nuruyeva Zəhra Nuru qızının katibliyi Ərizəçi, ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Ərizəçi miras əmlakın qəbulu faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ:
1. Ərizəçi miras əmlakın qəbulu faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edərək X6 mülkiyyətində olan Naxçıvan MR, Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 1, ev- 29A ünvanında yerləşən 0.0603 ha həyətyanı torpaq sahəsinin miras əmlak olaraq onun tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, X3 05 may 2020-ci il, anası X4 18 iyun 2015-ci il tarixdə vəfat etmişlər. Onların arasında 05 sentyabr 1963-cü il tarixdə bağlanmış nikahlarından onunla birlikdə 4 nəfər övladları doğulmuşdur və vərəsələri aşağıda göstərilən kimidir. Ərizəçi; (11.04 1969-cu il təvəllüdlü) Maraqlı şəxs1; (xx.xx.1962-ci il təvəllüdlü) Maraqlı şəxs3; (xx.xx.1966-cı il təvəllüdlü) Maraqlı şəxs2; (xx.xx.1963-cü il təvəllüdlü)
3. X3 05 may 2020-ci il tarixdə öldükdən sonra onun Naxçıvan MR, Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 1, ev-29A ünvanında yerləşən 0.0603 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsi qeydə alınsa da, üzərində inşa edilmiş fərdi yaşayış evi qeydə alınmamışdır. O, hal-hazırda ailə üzvləri ilə birlikdə sözügedən torpaq sahəsi üzərində, mərhum atasının sağlığında tikdidkləri fərdi yaşayış evində yaşayır və onun istifadəsindədir.
4. O, həmin həyətyanı torpaq sahəsini 16 oktyabr 2025-ci il tarixdə Naxçıvan MR İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X9 ********** qeydiyyat və **********597 reyestr nömrə ilə mərhum X2 adına qeydə aldıraraq çıxarış almışdır. Lakin üzərində yerləşən fərdi yaşayış evi qeydə alınmasa da o, miras əmlak kimi faktiki olaraq qəbul edib, orada ailə üzvləri ilə birlikdə yaşamaqla torpaq sahəsini istifadə edərək əkib-becərərək meyvə ağaclarına qulluq göstərməklə, evə baxıb sahiblənmişdir. Hal-hazırda da onun istifadəsindədir.
5. Atası X1, qardaş-bacıları ailə qurub onlardan ayrılıb gedərək öz evində yaşamışdır. Hazırda miras əmlak olaraq qəbul etdiyi həyətyanı torpaq sahəsinə görə bələdiyyə əmlak vergisini, üzərində inşa etdikləri fərdi yaşayış evinin kommunal xərcləri qaz, işıq və su pulunu, ödəmişdir. Bu günə hər hansı bir borcu yoxdur. Hal-hazırda isə qardaşı Qasım və bacısı Leylan miras əmlakın onun tərəfindən qəbul edilməklə adına rəsmiləşdirilməsi barədə razılıq versələr də, digər bacısı Tərlan fikrini bildirməkdən yayınır.
6. Buna görə də o, mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Naxçıvan regional "ASAN xidmət" mərkəzində Notariat Ofisinə müraciət etmiş, lakin Naxçıvan regional "ASAN xidmət" mərkəzində Notariat Ofisinin 24 noyabr 2025-ci il tarixli qərarı ilə imtina olunaraq mirasın faktiki qəbulunun məhkəmə tərəfindən müəyyən olunduğu üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.
7. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər.
8. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə hazırlıq iclasında ərizəçi və onun vəkili və nümayəndəsi Vəkil bildirdi ki, maraqlı şəxslərdən biri Maraqlı şəxs2 mirasdan pay istəyir.
10. Məhkəmə ərizəçi və onun vəkilini dinləyib, iş mmateriallarını araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır.
11. Mülki Prosessual Məcəllənin 259.0.10-cu maddəsinə əsasən, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır.
12. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 1.2-ci bəndində göstərilmişdir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
13. Həmin Qərarın 1.5-ci bəndində göstərilmişdir ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir.
14. Məhkəmə qeyd edir ki, ərizədən və məhkəmə iclasında verilən izahatdan görünür ki, ərizəçi X5 miras qalmış Naxçıvan şəhəri, Əliabad qəsəbəsi, döngə 1, ev-29A ünvanında yerləşən 0.0603 ha həyətyanı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının təsdiq edilməsini istəsə də, maraqlı şəxslərdən biri Maraqlı şəxs2 mirasdan pay istəyir və belə olan halda görünür ki, qeyd edilən miras əmlakla bağlı tərəflər arasında mübahisə mövcuddur.
15. Məhkəmə hesab edir ki, qeyd edilən miras əmlakla bağlı mübahisə mövcud olduğundan hazırkı tələb baxılmamış saxlanılmalı və ərizəçiyə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
16. Şərh olunanlara əsasən və MPM-nin 259, 260, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
Ərizəçi miras əmlakın qəbulu faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Ödənilmiş dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verə bilər. Hakim: Aslan Heydarov