Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-175/2024 15.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Məmmədov Şahmar Fəxrəddin oğlunun katibliyi, İddiaçı və cavabdeh və digər cavabdehin nümayəndəsi Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 9/10 hissə ilə xx.xx.2021-ci il tarixdə onun adıma, 1/10 hissə isə X2 adına qeydiyyata alınmışdır. Bununla bağlı 21 iyun 2021 -ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 18/39 nömrəli reyestr kitabının 7636 nömrəli vərəqində qeydiyyata alınaraq çıxarış verilmişdir. Mərhum atası X6 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Həmin evdə o ailəsi ilə birlikdə yaşayır. Həmin evin önündə yerləşən torpaq sahəsi kiçik olsa da, həmin sahədə əkin və meyvə ağacları əkərək istifadə edir. Qardaşı Natiq və həyat yoldaşı Gülayə ona məxsus olan yaşayış evində qanunsuz şəkildə məskunlaşmışdırlar. Dəfələrlə onlara xəbərdarlıq etməsinə baxmayaraq heç bir nəticə verməmiş, ona məxsus yaşayış sahəsindən çıxmamışdırlar. ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi onun mülkiyyətindədir. Hazırda o və ailəsi həmin evdə yaşayır. Cavabdeh1 və Cavabdeh2 ona məxsus yaşayış sahəsində qanunsuz məskunlaşması mülkiyyətindəki əmlakından lazımi qaydada istifadə hüququna imkan yaratmır. Cavabdehlərlə gərgin münasibətdə olmağı onların bir yerdə yaşamasını mümkünsüz edir. Bu səbəbdən də cavabdehlərin ünvan 3 ünvanında yerləşən ona məxsus yaşayış sahəsindən çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o məhkəmələrə və müvafiq orqanlara müraciət etmiş, lakin onların sərhədləri dəqiq müəyyənləşdirilməmişdir. Məhkəmə qətnaməsi icra oluması üçün müvafiq quruma göndərilməmişdir. Hazırki halda onların eyni evdə yaşaması mümkün deyil. Evi bölərək ayrı-ayrı qapıların açılması da mümkün deyil. Mülkin cəmi 1 hissəsi cavabdehə məxsusdur və məhkəmə həmin hissəni ayırmalıdır. Cavabdehin mətbəx, hamam-tualet tələb etməyə ixtiyarı yoxdur. Çünki ata evi bir otaqlı olub və həmin evdə mətbət, hamam-tualet olmayıb. Ədliyyə Nazirliyindən icra məmuru gəlib baxdı və dedi ki, texniki pasportda göstərilən 1 otaqlı evi söküb yerində yeni ev inşa edilib və belə olan halda bölgü aparıla bilmir. İcra məmuru ona deyir ki, torpağın bölünməsi barədə iddia verməlidir ki, onlar da bölgü apara bilsin. Əgər iddia veriləcəyi təqdirdə bölgü ola bilərsə, niyə indi o bölgü aparılmır? İş apellyasiya məhkəməsində baxılan zaman razılaşmışdılar ki, o, cavabdehə çıxış üçün 3 metrlik yol versin. Hesabladılar ki, divar çəkilmə, hasar qoyma 1200 manat pul edir. Səhəri gün cavabdeh razılaşmadı. Məhkəmə tərəfidən təyin edilmiş 20 gün müddət də başa çatdığından tələbi də təmin edilməmişdir. İddiaçı sonda qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı izahat verən cavabdeh və digər cavabdehin nümayəndəsi Cavabdeh1 iddianı rədd edərək verdiyi izahatında bildirmişdir ki, sözügedən mübahisəli evin 1/10 hissəsi ona məxsusdur. Onların mübahisələri illərdir ki, məhkəmələrdə öz həllini tamamilə tapa bilmir. Demək olar ki, bütün məhkəmələr onun xeyrinə qərar qəbul edib. Dəfələrlə ekspertizalar təyin edilib, araşdırılma aparılıb və onlara deyilib ki, bölgü mümkün deyil, onlar ya öz aralarında ortaq məxrəcə gəlib bir yerdə yaşamalı, ya da ev satılaraq pulu paylara mütənasib surətdə bölünməlidir. İddiaçının izahatına münasibət bildirən cavabdeh qeyd etmişdir ki, o vəkili ilə hesablama aparmış və xərc 1200 manat deyil 400 manat olmuşdur. O iddiaçının düzgün ədalətli hesablama aparmadığını gördüyü üçün razılaşmağa meyl etməmişdir. Eyni zamanda ona verilən yol da 3 deyil 1 metr idi. Məhkəmə prosesləri onları artıq təngə gətirib. Ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmənin qiymətləndirməsi: Mülki iş materiallarını və tərəflərin izahatlarını tədqiq edən məhkəmə müəyyən edir ki, işin mübahisəsiz hallarının olması aşağıdakılarla təsdiq olunur: Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-175/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərardadı ilə Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə icraat Naxçıvan MR İnzibati Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı ünvan 4 ünvanında yerləşən 24.1 kv.m fərdi yaşayış evinin və 0.0275 ha torpaq sahəsinin 1/10 hissəsinin daşınmaz əmalkın dövlət reyestrində mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınaraq bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsi vəzifəsinin Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə məhkəmə qərarı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Həmin mülki iş üzrə Naxçıvan MR İnzibati Məhkəməsinin 20 iyun 2024-cü il tarixli məktubu məhkəməyə daxil olmuşdur. Həmin məktuba əsasən, iddiaçı Cavabdeh1 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ünvan 3 ünvanında yerləşən 24,1 kv.m fərdi yaşayış evinin və 0.0275 ha torpaq sahəsinin 1/10 hissəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi 15 avqust 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatına daxil olmuş və məhkəmənin 05 aprel 2024-cü il tarixli, 2-1(122)-168/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmənin 05 aprel 2024-cü il tarixli, 2-1(122)-168/2024 nömrəli qərarı 27 may 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2- 1(122)-168/2024 nömrəli qərarı ilə iddiaçı Cavabdeh1 cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı ünvan 3 ünvanında yerləşən 24,1 kv.m fərdi yaşayış evinin və 0.0275 ha torpaq sahəsinin 1/10 hissəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin olunaraq ünvan 3 ünvanında yerləşən 24,1 kv.m fərdi yaşayış evinin və 0.0275 ha torpaq sahəsinin 1/10 hissəsinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınaraq, bu barədə müvafiq çıxarış və texniki pasportun verilməsi vəzifəsi Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmuşdur. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” PHŞ tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən Naxçıvan şəhəri, S.Vurğun küçəsində 0.0275 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 21.10 kv.m olan 21 nömrəli fərdi yaşayış evinin paylı mülkiyyət hüququ üzrə 9/10 hissə İddiaçı, 1/10 hissə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 18/39 nömrəli reyestr kitabının 7636 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2020-ci il tarixli 2(078)-140/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, X7, X8 və Əliyeva (Murtuzayeva) Sona Səfəralı qızına qarşı miras əmlakdan qanun və vəsiyyət üzrə payların müəyyən olunması tələbinə dair iddiası rədd edilmişdir. Naxçıvan MR Ali Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2020-ci il tarixli 2(108)- 161/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, X4, X5 və Əliyeva (Murtuzayeva) Sona Səfəralı qızına qarşı miras əmlakdan qanun və vəsiyyət üzrə payların müəyyən olunması tələbinə dair mülki iş üzrə İddiaçı Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2020-ci il tarixli 2(078)-140/2020 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilərək Naxçıvan Şəhər Məhkəməsinin 02 iyul 2020-ci il tarixli 2(078)- 140/2020 nömrəli qətnaməsi tamamilə ləğv edilərək mərhum X1 miras qalmış “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən ünvan 1 ünvanında yerləşən 21.10 kv.m fərdi yaşayış evi və 0.0275 ha torpaq sahəsindən ibarət miras əmlakda X3 payı 9/10 (onda doqquz) hissə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-2181/2021 nömrəli qərarı ilə İddiaçı cavabdehlər Cavabdeh1, X4, X5 və Əliyeva (Murtuzayeva) Sona Səfəralı qızına qarşı miras əmlakdan qanun və vəsiyyət üzrə payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Cavabdeh1 Naxçıvan MR Ali Məhkəməsi Mülki Kollegiyasının 12 noyabr 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Babək rayon Sirab kənd İƏDÜ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən aydın olur ki, Cavabdeh1 ilə Rəsulova (Əliyeva) Gülayə Mirzəli qızı arasında həmin tarixdə nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabıında 15 nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İşin mübahisəli halının həlli ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı hazırda məhkəməyə cavabdehin əmlakının mənzildən çıxarılması tələbi ilə müraciət edərkən iddia ərizəsinə bununla bağlı hər hansı bir sübut əlavə etməmiş, mülkiyyətçi prinsipindən çıxış edərək bu tələbi irəli sürmüşdür. Lakin nəzərə alınmalıdır ki, Cavabdeh1 da mülkiyyətçidir, digər Cavabdeh2 mülkiyyətçinin ailə üzvüdür. Bir mülkiyyətçinin payının əksər hissədə olması, onun digər payı az hissədə müəyyən edilən mülkiyyətçini və ailə üzvünü mübahisəli əmlakdan çıxarılması barədə tələb irəli sürməsinə əsas vermir. Mübahisəli əmlak paylı mülkiyyətdir və bu cür mülkiyyət hüquqlarının həyata keçirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin normalarına uyğun olaraq həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəməyə sübut qismində təqdim edilmiş məhkəmə qətnaməsindən cavabdehin mübahisəli mənzildə 1/10 pay hüququnun olması aydın olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində hər kəsin mənzil hüququ təsbit olunmuşdur. Konstitusiyanın müddəasına görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarının öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (yüz) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: - İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılması tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətеtdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı yaşayış sahəsindən çıxarılması tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №2(078)-175/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-175/2024
15.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver