Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1751/2025 17.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X15 məhkəmə iclas katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil və Maraqlı şəxs14 iştirakları ilə, Ərizəçi mirasın faktiki qəbulu faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, ərizəçinin mərhum atası - X16 tərəfindən sağlığında anası Eminova Zeynəb M.Həsən qızından miras qalmış Naxçıvan şəhəri, Azərbaycan küçəsi, ev 5 ünvanında yerləşən 0.0393 ha torpaq sahəsi və üzərində 69.6 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin-miras əmlakın qəbulu faktının təsdiq olunması və Ərizəçi tərəfindən atası X1 qəbul etdiyi (Eminova Zeynəb M.Həsən qızından miras qalmış Naxçıvan şəhəri, Azərbaycan küçəsi, ev 5 ünvanında 0.0393 ha torpaq sahəsi və üzəri 69.6 kv.m yaşayış sahəsindən ibarət əmlak) qəbul etdiyi miras əmlakın qəbul edilməsi faktının təsdiq olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi iddianı əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, ərizəçinin mərhum nənəsi Eminova Zeynəb M.Həsən qızı 10 avqust 1993-cü il tarixdə vəfat etmişdir. Onun mülkiyyətində Naxçıvan şəhəri, Azərbaycan küçəsi, ev 5 ünvanında 0.0393 ha torpaq sahəsi və üzərində 69.6 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi olmuşdur. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Eminova Zeynəb M.Həsən qızının əri X17 (vəfat edib), oğlu X27, oğlu X16 (vəfat edib) (xx.xx.2001), oğlu X21 (vəfat edib), qızı Eminova (Zalova) Sümayə Mirabbas qızı (vəfat edib) (xx.xx.2022) və qızı X28 (vəfat edib) (xx.xx.2015) adlı vərəsələri olmuşdur. X11 arvadı X40 (vəfat edib), qızı Maraqlı şəxs1 (1966), oğlu X7 (1967) adlı vərəsələri var. Eminova (Zalova) Sümayə Mirabbas qızının əri X69 (xx.xx.1932) (vəfat edib), qızı Maraqlı şəxs3 (xx.xx.1959), qızı X57 (xx.xx.1960), qızı X58 (xx.xx.1961) və oğlu Maraqlı şəxs11 (xx.xx.1964) adlı vərəsələri var. X12 əri X51 (xx.xx.1932) (vəfat edib), oğlu Maraqlı şəxs12 Həsən oğlu (xx.xx.1964), qızı X44 (xx.xx.1966), qızı Maraqlı şəxs13 (xx.xx.1967), oğlu X29 (xx.xx.1973) və oğlu Maraqlı şəxs14 (xx.xx.1979) adlı vərəsələri var. X4 arvadı X22 (1960), qızı X30 (1979), qızı X31 (1980), qızı X41 (1986), qızı X42 (1990) adlı vərəsələri var. X3 Maraqlı şəxs4 (xx.xx.1973), Ərizəçi (xx.xx.1976) və Maraqlı şəxs5 Mirmahmud oğlu (xx.xx.1978) adlı vərəsələri var. Miras qoyanın vəfatından sonra ona məxsus əmlakda əvvəlcə atası onun vəfatın an sonra ərizəçi yaşamışdır. Bunu qonşular da təsdiq edə bilər. Mərhum nənəsi X8 miras qalan Naxçıvan şəhəri, Azərbaycan küçəsi, ev 5 ünvanında 0.0393 ha torpaq sahəsi və üzərində 69.6 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini Naxçıvan şəhər 3 saylı Notariat Ofisindən xahiş etsə də, Notariat Ofisi müraciətdən imtina etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 13 yanvar 2026-cı il tarixli, 2(078)-1751/2025 nömrəli qərardadı ilə Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan “Asan Xidmət” Mərkəzində Notariat Ofisi, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs1, Maraqlı şəxs2, X22, X24, X25, X35, X36, Maraqlı şəxs3, X57, X58, Maraqlı şəxs11, Maraqlı şəxs12, X44, Maraqlı şəxs13, X29 və Maraqlı şəxs14 maraqlı şəxs qismində cəlb olunmaları qərara alınmışdır. Mülki iş üzrə məhkəmə iclaslarının vaxtı və yeri barədə Ərizəçi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəçinin iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat Ofisinə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq Naxçıvan “Asan Xidmət” mərkəzində Notariat Ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, maraqlı şəxsin nümayəndəsi X45 məhkəməyə 04 fevral 2026-cı il tarixdə ərizə göndərərək ərizədə üzrlü səbəbdən 03 fevral 2026-cı il tarixə saat 09:15-a təyin edilmiş Ərizəçi miras əmlakın faktiki olaraq qəbul edilməsi tələbinə dair mülki iş üzrə məhkəmə baxış iclasında iş yükü ilə əlaqədar iştirak edə bilməyəcəklərini, bu səbəbdən də, onların iştirakı olmadan işə baxıb qanuni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin qeyd olunan ərizəsini nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri barədə maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X22, X24, X25, X35, X36, Maraqlı şəxs3, X57, X58, Maraqlı şəxs11, Maraqlı şəxs12, X44, Maraqlı şəxs13 və X18 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, X22, X24, X25, X35, X36, Maraqlı şəxs3, X57, X58, Maraqlı şəxs11, Maraqlı şəxs12, X44, Maraqlı şəxs13 və X13 iştirakları olmadan məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxslər Maraqlı şəxs4 və Maraqlı şəxs5 mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaslarına gəlməmiş, lakin Maraqlı şəxs4 16 fevral 2026-cı il tarixdə məhkəməyə teleqram göndərərək, ata evindən könüllü imtina etdiyini, heç bir etirazı olmadan qardaşı Ərizəçi keçməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, həmçinin Maraqlı şəxs5 16 fevral 2026-cı il tarixdə məhkəməyə teleqram göndərərək, atasının mülkiyyətinin qardaşı Ərizəçi adına keçirilməsinə heç bir etirazı olmadığını qeyd etmişdir. Məhkəmə maraqlı şəxslər Maraqlı şəxs4 və Maraqlı şəxs5 tərəfindən məhkəməyə göndərilmiş teleqramları nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən maraqlı şəxslər Maraqlı şəxs4 və Maraqlı şəxs5 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə keçirilmiş məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi Vəkil izahatında ərizəçinin mərhum atası X16 tərəfindən sağlığında anası Eminova Zeynəb M.Həsən qızından miras qalmış Naxçıvan şəhəri, Azərbaycan küçəsi, ev 5 ünvanında yerləşən əmlakın qəbulu faktının təsdiq olunmasını və Ərizəçi tərəfindən atası X1 qəbul etdiyi miras əmlakın qəbul edilməsi faktının təsdiq olunması istədiklərini, hazırda da ərizəçinin həmin evə faktiki sahiblik etdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs14 izahatında Ərizəçi özünün dayısının oğlu olduğunu, maraqlı şəxslərin çoxunun xaricdə olduğunu, nənəsindən miras qalmış evdə əvvəl dayısı Mirmahmudun yaşadığını, o öldükdən sonra da dayısının oğulları Məhəmməd, Mirhəsən və Əlinin yaşadığını, hazırda həmin evə faktiki sahibliyi də Əlinin həyata keçirdiyini, heç kimin evin Əlinin adına rəsmiləşdirilməsinə narazı olmadığını, onun yaşadığını, onun evi olduğunu, mirasın ərizəçi tərəfindən faktiki qəbulu faktının müəyyən edilməsinə heç bir etirazı olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X52 ifadəsində Ərizəçi ilə qonşu olduqlarını, özünün Zeynəb xalanın ölümünü də xatırladığını, o vəfat etdikdən sonra həmin evdə oğlu Mirmahmudun yaşadığını, Mirmahmud da vəfat etdikdən sonra da həmin evdə onun oğlanlarının yaşadığını, faktiki olaraq həmin evdə heç kimin yaşamadığını, ancaq qonşu kimi Əlini bildiklərini, onun arada gəlib-getdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X59 ifadəsində Ərizəçi ilə qonşu olduqlarını, özünün Zeynəb xalanın ölümünü xatırladığını, o vəfat etdikdən sonra həmin evdə oğlu Mirmahmudun yaşadığını, Mirmahmud da vəfat etdikdən sonra da həmin evdə onun oğlanlarının yaşadığını, faktiki olaraq həmin evdə heç kimin yaşamadığını, ancaq qonşu kimi Əlini bildiklərini, onun arada gəlib-getdiyini, yəqin ki evin açarının da onda olduğunu bildirdi. Mülki iş materiallarını tədqiq edən, işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyən məhkəmə müəyyən edir ki, X27, X16, X21, X32 və X12 mərhum Eminova Zeynəb M.Həsən qızının mərhum Eminova Zeynəb M.Həsən qızının vərəsələri olması, X23, Maraqlı şəxs4, Ərizəçi və Maraqlı şəxs5 isə X3 vərəsələri olması və ünvan 1 ünvanında yerləşən 0.0393 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69.6 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın Eminova Zeynəb M.Həsən qızının mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Bunların mülki işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan ünvan 1 ünvanında yerləşən 0.0393 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69.6 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın tam mülkiyyət hüququ üzrə Eminova Zeynəb M.Həsən qızının adına Daşınmaz əmlakın dövlət reyestrində 18/23 nömrəli reyestr kitabının 4406 nömrəli vərəqində qeydiyyata alınması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 28 noyabr 2024-cü il tarixli, 548942 nömrəli çıxarışdan X19 və X33 birgə nikahından 15 iyul 1948-ci il tarixdə Eminov X53 adlı övladlarının doğulması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər Zaks şöbəsi tərəfindən verilmiş 03 oktyabr 1972-ci il tarixli, 211738 nömrəli evlənmək haqqında şəhadətnamədən X16 və X5 arasında 03 oktyabr 1972-ci il tarixdə nikahın bağlanması və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 241 nömrə ilə qeyd edilməsi; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 16 avqust 2020-ci il tarixli, AZ-İİ seriyalı, 503940 nömrəli doğum haqqında şəhadətnamənin surətindən X99 M.Abbas oğlunun və X9 birgə nikahından xx xxxxx 1976-cı il tarixdə Ərizəçi adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 mart 2025-ci il tarixli, 986 nömrəli arayışdan Maraqlı şəxs2Mahmud M.Abbas oğlunun və X9 birgə nikahından xx xxxxxx 1978-ci il tarixdə Maraqlı şəxs5 adlı övladlarının doğulması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 06 dekabr 2024-cü il tarixli çıxarışdan X19 26 mart 1954-cü il tarixdə kəskin infarkt səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 54 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 iyul 2015-ci il tarixli arayışdan Eminova Zeynab M.Həsən qızının 10 avqust 1993-cü il tarixdə ürəyin işemiya xəstəliyi səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 224 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Nikah evi tərəfindən verilmiş 20 fevral 2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən X10 05 dekabr 1994-cü il tarixdə kəllədaxili travma beyinə qansızma səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 15 nömrə ilə qeyd aparılması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən verilmiş 05 dekabr 2001-ci il tarixli ölüm haqqında şəhadətnamədən X3 20 noyabr 2001-ci il tarixdə qaraciyər serrozu səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 327 nömrə ilə qeyd aparılması; -iş materiallarına əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 aprel 2011-ci il tarixli ölüm haqqında şəhadətnamədən X5 03 aprel 2011-ci il tarixdə qaraciyər çatmamazlığı səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 135 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 noyabr 2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən X11 01 noyabr 2012-ci il tarixdə bağırsaq qanaxması səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 380 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 27 oktyabr 2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən X12 10 oktyabr 2015-ci il tarixdə işemik insult səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 365 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən X20 22 oktyabr 2022-ci il tarixdə ürək çatmamazlığı səbəbi ilə Naxçıvan şəhərində vəfat etməsi və bu barədə ölüm haqqında akt qeydləri kitabında 364 nömrə ilə qeyd aparılması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 10 iyun 2025-ci il tarixli arayışdan mərhum Eminova Zeynəb M.Həsən qızının əri X37 (vəfat edib), oğlu X27 (vəfat edib), oğlu X16 (vəfat edib), oğlu X21 (vəfat edib), qızı X32 (vəfat edib) və qızı X28 (vəfat edib) adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər 2 saylı nikah evi tərəfindən verilmiş 21 noyabr 2025-ci il tarixli arayışdan mərhum Eminov X38 arvadı X23 (vəfat edib), oğlu Maraqlı şəxs4, oğlu Ərizəçi və oğlu Maraqlı şəxs5 adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti Qaraçuq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 10 iyun 2025-ci il tarixli arayışdan mərhum X11 arvadı X40 (vəfat edib), qızı Maraqlı şəxs1 və oğlu X7 adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan Şəhər İcra Hakimiyyəti 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 10 iyun 2025-ci il tarixli arayışdan mərhum Eminov X43 arvadı X22, qızı X26, qızı X25, qızı X35 və qızı X36 adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər 2 saylı nikah evi tərəfindən verilmiş 13 avqust 2025-ci il tarixli arayışdan mərhum Eminova (Zalova) Sümayə Mirabbas qızının əri X69 (vəfat edib), qızı Maraqlı şəxs3, qızı X57, qızı X58 və oğlu Maraqlı şəxs11 adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər 2 saylı nikah evi tərəfindən verilmiş 01 sentyabr 2025-ci il tarixli arayışdan mərhum X12 əri X51 (vəfat edib), oğlu Maraqlı şəxs12, qızı X44, qızı Maraqlı şəxs13, oğlu X29 və oğlu Maraqlı şəxs14 adlı vərəsələrinin olması; -iddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan şəhər 3 saylı Notariat ofisi tərəfindən qəbul edilmiş 04 dekabr 2025-ci il tarixli notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərardan ünvan 2 ünvanda qeydiyyatda olan Ərizəçi xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən xx.xx.1993-cü il tarixdə vəfat etmiş, nənəsi Eminova Zeynab M.Həsən qızından miras qalmış ünvan 2 ünvanında fərdi yaşayış evinə və torpaq sahəsinə vərəsəliyin açılmasından imtina edilməsi aydın olur. İddia ərizəsinə əlavə olunmuş Maraqlı şəxs2 tərəfindən verilmiş 18 mart 2025-ci il tarixli ərizədə Maraqlı şəxs2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci maddəsində (xx.xx.2023-cü il tarixdən əvvəlki redaksiyada) nəzərdə tutulmuş müddət ərzində xx.xx.1993-cü il tarixdə vəfat etmiş Eminova Zeynab M.Həsən qızından harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış və istənilən əsaslarla (irsi transmissiya, təmsilçilik və s.) ona çatası miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirmədiyini, miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmədiyini, onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı olmadığını qeyd etmişdir. İddia ərizəsinə əlavə olunmuş Maraqlı şəxs1 tərəfindən verilmiş 13 mart 2025-ci il tarixli ərizədə Maraqlı şəxs1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci maddəsində (xx.xx.2023-cü il tarixdən əvvəlki redaksiyada) nəzərdə tutulmuş müddət ərzində xx.xx.1993-cü il tarixdə vəfat etmiş Eminova Zeynab M.Həsən qızından harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış və istənilən əsaslarla (irsi transmissiya, təmsilçilik və s.) ona çatası miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirmədiyini, miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmədiyini, onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı olmadığını qeyd etmişdir. İddia ərizəsinə əlavə olunmuş Maraqlı şəxs10 tərəfindən verilmiş 03 aprel 2025-ci il tarixli ərizədə Maraqlı şəxs10 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci maddəsində (xx.xx.2023-cü il tarixdən əvvəlki redaksiyada) nəzərdə tutulmuş müddət ərzində xx.xx.1993-cü il tarixdə vəfat etmiş Eminova Zeynab M.Həsən qızından harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış və istənilən əsaslarla (irsi transmissiya, təmsilçilik və s.) ona çatası miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirmədiyini, miras əmlaka dair istənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmədiyini, onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı olmadığını qeyd etmişdir. İddia ərizəsinə əlavə olunmuş X34 tərəfindən verilmiş 11 avqust 2015-ci il tarixli ərizədə X34 vəfat etmiş mərhum anası X14 miras qalmış ünvan 3 ünvanında yerləşən yaşayış evindən ona düşən payı qəbul etmədiyini, qəbul etmək də istəmədiyini, həmin mülkdən ona çatan payından X6 xeyrinə imtina etdiyini, gələcəkdə müddətin buraxılması ilə əlaqədar məhkəməyə müraciət etməyəcəyini qeyd etmişdir. İddia ərizəsinə əlavə olunmuş Maraqlı şəxs5 ilə Ərizəçi arasında bağlanmış 05 mart 2025-ci il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, Maraqlı şəxs5 xx.xx.1993-cü il tarixdə vəfat etmiş Eminova Zeynab M.Həsən qızından miras qalmış payını digər vərəsə Ərizəçi bağışlamışdır. Ərizəçi mərhum atası X16 tərəfindən sağlığında anası Eminova Zeynəb M.Həsən qızından miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0393 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69.6 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın qəbul edilməsi faktının müəyyən edilməsini və atası X1 qəbul etdiyi Eminova Zeynəb M.Həsən qızından miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0393 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69.6 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini tələb etməsi isə mülki işin mübahisəli hallarıdır. Məhkəmə mülki işin mübahisəli halının araşdırılması ilə bağlı aşağıdakıları qeyd edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə görə, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 1.3-cü bəndinə əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Plenum qərarının 1.4-cü bəndinə əsasən, lazimi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Məhkəmə Ərizəçi ilk tələbi olan mərhum atası X16 tərəfindən sağlığında anası Eminova Zeynəb M.Həsən qızından miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0393 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69.6 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın qəbul edilməsi faktının müəyyən edilməsini tələb etməsinə münasibətdə aşağıdakıları qeyd edir. İddia ərizəsinə əlavə olunmuş və Naxçıvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 iyul 2015-ci il tarixli arayışdan görünür ki, Eminova Zeynab M.Həsən qızı 10 avqust 1993-cü il tarixdə ürəyin işemiya xəstəliyi səbəbi ilə Naxçıvan şəhərində vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 224 nömrə ilə qeyd aparılmışdır. Qeyd olunan hala əsasən ərizəçinin mərhum atası X16 tərəfindən sağlığında anası Eminova Zeynəb M.Həsən qızından miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0393 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69.6 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi miras qoyanın öldüyü vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd edilən qanunvericilik normasının tələbini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması kimi 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. 1964-cü ildən 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 527-ci maddəsinə görə vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan Eminova Zeynəb M.Həsən qızı tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Bu isə o deməkdir ki, hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Həmin Məcəllənin 528-ci maddəsinə görə vərəsəlik miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 529-cu maddəsinə görə miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu vərəsəliyin açıldığı yer sayılır. Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 530-cu maddəsinə əsasən miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar qanun üzrə vərəsələr sayılır. Həmin Məcəllənin 532-ci maddəsinin mahiyyətinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Qeyd olunan normaların tələbindən də göründüyü kimi X27 (vəfat edib), X16 (vəfat edib), X21 (vəfat edib), X32 (vəfat edib) və X28 (vəfat edib) mərhum Eminova Zeynəb M.Həsən qızının birinci növbə vərəsələridir. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən maddi hüquq normasından görünür ki, Azərbaycan Respublikasının qüvvədən düşən mülki qanunvericiliyi mirasın qəbul edilməsinin iki üsulunu - formal, yəni notariat kontoruna ərizə verməklə və qeyri-formal– faktiki cəhətdən qəbul edilmə üsulunu müəyyənləşdirir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu, yəni onu faktiki olaraq qəbul etmək isə iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Mirasın faktiki qəbulu üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur, onun üzərində fiziki “ağalıq” edir. Yəni bu hərəkətlərdən mirası qəbul etməsi açıq-aşkar görünür və bəlli olur. Mirasın faktiki idarə edilməsi isə üsulu isə o deməkdir ki, vərəsənin etdiyi elə hərəkətdir ki, bu hərəkətləri adətən o öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. İddia tələbinin məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, ərizəçinin mərhum atası X16 anası Eminova Zeynəb M.Həsən qızından qalan mirası qeyri-formal üsulla qəbul etmişdi. Yəni o, mirasa həm faktiki sahiblik etməklə, həm də onu faktiki idarə etməklə qəbul edib. Bu fakt həm işdə iştirak edən şəxslərin məhkəmədə verdiyi izahatları ilə, həm də məhkəmədə dindirilmiş şahid ifadələri, həmçinin digər sübutlarla öz təsdiqini tapır. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, ərizəçinin mərhum atası X16 anası Eminova Zeynəb M.Həsən qızının vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən həm faktiki sahiblik etməklə, həm də onu faktiki idarə etməklə mirası qəbul etmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən Maraqlı şəxs14 izahatında, şahidlərin ifadələrində X3 anası Eminova Zeynəb M.Həsən qızından qalan mirası qəbul etmələrini qeyd etməsini və həmçinin maraqlı şəxslər tərəfindən verilmiş ərizələri və məhkəməyə göndərilən teleqramları da nəzərə alır. Məhkəmə Ərizəçi digər tələbi olan atası X1 qəbul etdiyi Eminova Zeynəb M.Həsən qızından miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0393 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69.6 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini tələb etməsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İddia tələbinin məhkəmədə araşdırılması zamanı miras qoyan X16 tərəfindən vəsiyyətnamə tərtib edilmədiyi müəyyən edilmişdir. Buna görə də hazırkı vəziyyətdə vərəsəliyin qanunla müəyyən edilmiş əsası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinin tələbinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Qeyd olunan normaların tələbindən də göründüyü kimi X23 (vəfat edib), Maraqlı şəxs4, Ərizəçi və Maraqlı şəxs5 X3 qanun üzrə vərəsələridir. 26 dekabr 2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Həmçinin həmin qərarda qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Məhkəmə ərizəçinin vəkil və nümayəndəsinin və maraqlı şəxsin izahatlarını, mülki iş materiallarını bir-biri ilə əlaqəli şəkildə, onları isə qanunvericiliyin tələbləri daxilində tədqiq edərək belə nəticəyə gəlir ki, Ərizəçi mərhum X3 vəfatından sonra ondan qalmış miras əmlakı mərhumun öldüyü gündən faktiki idarə etmiş, bununla da faktiki idarə etmək üsulu ilə mirası qəbul etmişdir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən maraqlı şəxslərin ərizələrini və teleqramlarını, həmçinin şahidlərin ifadələrini də nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarına əsasən mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -ərizə təmin edilməli; -10 avqust 1993-cü il tarixdə ölən Eminova Zeynəb M.Həsən qızından miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0393 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69.6 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın X16 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; -20 noyabr 2001-ci il tarixdə ölən X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0393 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69.6 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; -ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. 10 avqust 1993-cü il tarixdə ölən Eminova Zeynəb M.Həsən qızından miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0393 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69.6 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın X16 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. 20 noyabr 2001-ci il tarixdə ölən X2 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0393 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 69.6 m2 olan fərdi yaşayış evindən ibarət daşınmaz əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva
Məhkəmə qərarları › İş №2(078)-1751/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1751/2025
17.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver