Məhkəmə qərarları › İş №2(078)-177/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-177/2025

28.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-177/2025 28.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə və Naxçıvan Muxtar Respublikası Cavabdeh1 nümayəndəsi X17 iştirakları ilə, İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə və Naxçıvan Muxtar Respublikası Cavabdeh1nə qarşı əmrlərin ləğvi, işə (direktor vəzifəsinə) bərpa və əmək haqqının hesablanmaqla ödənilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə və Naxçıvan Muxtar Respublikası Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin 23 oktyabr 2024-cü il tarixli 254 saylı əmrin əsassız olduğundan ləğv edilməsi, Cavabdeh1 həmin əmr əsasında verdiyi 23 oktyabr 2024-cü il tarixli 153 saylı əmrinin əsassız olduğundan ləğv edilməsi, onun Babək rayonu Yarımca kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa olunması, direktor vəzifəsindən azad olunduğu gündə 23 oktyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay üçün 879 (səkkiz yüz yetmiş doqquz) manat olmaqla 3 aylıq ümumilikdə 2637 (iki min altı yüz yetmiş doqquz) manat pulun (ödənilməyən əmək haqqının) ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı uzun müddətdir ki, (təxminən 30 ildən çoxdur ki) müəllim işləyir və bu şərəfli peşəni şərəf və vicdanla icra edir. Bir müəllim kimi ölkəmizdə savadlı, tərbiyərli gənclərin yetişməsi üçün əlindən gələni edir. Nümayəndəsi olduğu şəxs öz müəllim peşəsini icra edərkən hər zaman vicdanlı olmuş, öz bilik və bacarıqlarını öz şagirdlərinə aşılamağa çalışmış, hər zaman öz işinə hörmətlə yanaşmışdır. Məhz bunun nəticəsi olaraq da ona etimad göstərilərək 5 may 2021-ci il tarixindən Babək Rayon Yarımca kənd tam orta məktəbinin direktor vəzifələrinin icrası ona həvalə edilmişdir. Həmin vəzifənin öhdəsindən layiqincə gəldiyinə görə də 31 avqust 2021-ci il tarixindən müvafiq əmrlə həmin məktəbin direktoru vəzifəsinə təyin olunmuşdur. Vəzifəyə təyin olunduqdan sonra da iddiaçı (nümayəndəsi olduğu şəxs) hər zaman işinə və vəzifəsinə vicdan və hörmətlə yanaşmış, hər zaman məktəbin uğurları üçün çalışmış, məktəbin universitetə nəticələrinin (qəbul nəticələrinin) yüksək olması üçün əlindən gələni əsirgəməmişdir. İşlədiyi müddət ərzində həmin məktəb 500 və 600 baldan yuxarı bir neçə nəticələr də göstərmişdir. İddiaçı direktor vəzifələrini icra edərkən istər təhsil qanunvericiliyinin, istər daxili qayda-qanunların tələb və normalarına əməl etmiş, direktroun vəzifə təlimatına uyğun olaraq da öz vəzifə və öhdəliklərini icra etmişdir. Hər zaman qanunları üstün tutmuş, inzibati idarəetmədə qanunları hər şeydən üstün tutmuşdur. Lakin iddiaçı barəsində işdən çıxma əmri (direktor vəzifəsindən azad olma barədə) əmr verilməmişdən bir neçə gün əvvəl onunla şəxsi prinsiplər zəminində münasibətlər korlanmış, müəlliməyə heç bir əsas olmadan ərizə yazmaqla işdən azad olunmağı, əks təqdirdə müvafiq maddə ilə işdən çıxarılacağına dair xəbərdarlıq edilmişdir. Hətta 2024-2025-ci tədris ilinin başlanılması ilə eyni vaxtda məktəbə heç bir əsas olmadan yoxlama komissiyası gəlmiş, lakin yoxlama komissiyası da əsl həqiqətdə hər şeyin qaydasında olduğunu görmüşdür. Lakin bundan sonra da münasibətlər kəskinləmiş və iddiaçının əmək müqaviləsinə müvafiq maddə ilə xitam verilmişdir. Yoxlama tərəfindən akt tərtib olunmuş və akta nöqsanlara dair bir neçə bənd əlavə edilmişdir. O, məhkəmədən həmin bəndlərin tək-tək araşdırılmasını və hüquqi qiymət verilməsini xahiş edir. Aktın məzmunundan və orada yazılan "nöqsanlar” dan aydın olur ki, bu akt tamamilə formal və sadəcə nöqsan xatirinə yazılmış aktdan başqa bir şey deyildir. Həmin nöqsanlar heç bir halda 30 ildən çox müəllim işləmiş bir müəllimənin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi işdən azad olunmasına əsas ola bilməz. İddiaçı direktor işlədiyi müddətdə dəfələrlə Naxçıvan MR Ali Məclisindən və digər səlahiyyətli qurumlardan yoxlama gəlmiş və hər şeyin yüksək səviyyədə olduğu qeyd edilmişdir. Hər hansı şəxsi prinsip zəminində yaxşı işləyən, vəzifəsinin öhdəsindən layiqincə gələn, şagirdləri bu illər ərzində yüksək nəticələr göstərən bir direktorun o maddə ilə işdən çıxarılması heç bir halda qəbuledilən deyildir. Qanunverciliyin tələbinə görə müvafiq maddə ilə işədən çıxarılan zaman işçi barəsində verilmiş əmr kifayət qədər əsaslandırılmalı və işçinin hansı əmək funksiyasını, hansı vəzifə öhdəliklərini pozması və ya AR Əmək məcəlləsinin 72-ci maddəsində tutulan hallardan hansının olması qeyd edilməli idi. Lakin iddiaçı barəsində verilmiş əmrdə heç bir əsaslandırma yoxdur və ola da bilməzdi. Ona görə ki, iddiaçı direktor vəzifələrini icra edərkən həm vəzifə təlimatının, həm "təhsilverənlərin etik davranış qaydaları" nın, həm də digər qanunvericilik aktalarının və məktəbin daxili qayda qanunalarının tələblərinə tam əməl etmişdir. Müvafiq maddə ilə işdən çıxarılan zaman işçinin işədiyi yerdə həmkarlar ittifaqı komitəsinin mütləq razılığı alınmalı, həmçinin işçiyə həmkarlar ittifaqının iclasının yeri, vaxtı və gündəliyi barədə rəsmi qaydada məlumat (bildiriş) göndərilməli idi. Bütün bunların heç biri olmamış, iddiaçıya iclas barədə bildiriş göndərilməmiş, həmçinin həmkarlar ittifaqı komitəsi də formal iclas keçirmiş (iclas kağız üzərində olmuş) və razılıq verilmişdir. Necə ola bilər ki, həmkarlar ittifaqı komitəsi işə götürənin müvafiq təqdimatın baxarkən iddiaçının hansı sənədlər əsasən bu maddə ilə işdən çıxarılmasını araşdırmamış və yalnız və yalnız akta qiymət verərək iddiaçının əmək müqaviləsinə müvafiq maddə ilə xitam verilməsinə razılıq vermişdir. Halbuki həmkarlar ittifaqı komitəsi məsələni araşdırmalı və əgər həqiqətən də bu maddə ilə xitama əsas var idisə, o zaman razılıq verə bilərdi. Tərəfindən müvafiq orqanlara sorğular göndərilmiş, sorğuların bəzilərinə cavab verilmiş, lakin müəyyən sorğulara hələ də cavab verilməmişdir. Naxçıvan MR X52 Sosial Müdafiəsi Nazirliyi yanında X22 hal-hazırda bu məsələ çox ciddi şəkildə araşdırılır. Həmçinin Naxçıvan MR X2 da da bu məsələnin ciddi şəkildə araşdırlması davam edir. Eyni zamanda Naxçıvan MR Təhsil Nazirliyinə sorğular ünvanlanmış, lakin hələ cavab verilməmişdir. Həmçinin Naxçıvan MR Təhsil Nazirliyinin Cavabdeh1nə də sorğu ünvanlanmış, sənədlər ona rəsmi qaydada təqdim edilmişdir (iddia ərizəsinə əlavə edilir). Həmin sənədlərə əlavə olunmuş telefonoqramdan belə məlum olur ki, iddiaçıya həmkarlar ittifaqı komitəsinin iclası barədə zəng edilmiş, lakin iddiaçı iclasda iştirakdan imtina etmişdir. Belə bir hal olmamış, iddiaçıya iclasın yer və vatxı barədə bildiriş göndərilməmişdir. Bu tamamilə yalandan ibarətdir. Hətta həmin zəng və iclasa çağırılma aktlaşdırılmışdır. Bu sənədlər sonradan hazırlanan sənədlərdir və işəgötüənin birtərəfli qaydada hazırladığı sənədlər olduğu üçün sübutu mötəbərliliyindən də söhbət gedə bilməz. İddiaçı barəsində verilmiş əmrlər (hər iki əmrə münasibətdə) əsassızdır və iddiaçı bu maddə ilə işdən çıxarılmasına əsas olan heç bir əmək funksiyasını pozmamış, vəzifə öhdəliklərini tam icra etmiş, hər zaman işinə və peşəsinə vicdanla yanaşmışdır. Lakin işəgötürən tamamilə əsassız əmr verməklə müəllimənin bütün əmək və zəhmətini heçə endirmişdir. Son ümid yeri olaraq da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İdidaçı əmək kitabçasını və müvafiq əmrin sürətini 27 oktyabr 2024-cü il tarixində rəsmi qaydada aldıqdan sonra mediasiya təşkilatına 28 oktyabr və 04 noyabr (hər iki əmr üçün) 2024-cü il tarixində müraciət etmiş və daha sonra 29 noyabr 2024-cü il tarixində isə mediasiyadan arayış almışdır (bu müddət ərzində qanunla nəzərdə tutulmuş iddia müddətinin axımı dayanır). Mübahisənin məhkəmədən kənar həlli üçün mediasiya təşkilatına müraciət etsə də, bunun bir nəticəsi olmamış və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, o, 1982-ci ildə Bakı Dövlət Universitetinə daxil olub, 1987-ci ildə həmin universiteti bitirmiş, həmin ildən əmək fəaliiyətinə başlayıb, bir çox yerlərdə fəaliyyət göstərib. 2015ci il tarixdə Yarımca Kənd Məktəbində dərs hissə müdiri kimi fəaliiyətə başalayıb, 2021-ci il tarixdə müdir vəzifəsinə təyin olunub, 2024-cü il tarixdə vzəifəsindən azad olunub. Hər zaman qanunlara uyğun fəaliyyət göstərib, heç bir qohumu olmayan məktəbdə gözəl abu-hava yaradıb. Toğrul müəllim ona sentyabr ayına qədər onların məktəbində şikayət olmadığını deyibdir. Məktəbin yüksək nailiyyətləri Muxtar Respublikaya səs salıb, kənd məktəbində hər il gümüş, qızıl medal alan şagirdlər olubdur. 26 nəfərə yaxın yüksək bal toplayıb mükafatlandırılan, 9 nəfər fərqlənmə atesttatı alan şagird olub. Son 2 ayda 4 dəfə yoxlama oldu. Yoxlama zamanı heç bir nöqsan tapılmadı. Əmr kitabı yoxlama zamanı nümunəvi oldu. Sentyabr ayının 16-dan etibarən yoxlama gəldi, sənədlər nə tələb edildirdisə verirdi. Əmrləşmə işləri çox zaman vaxt alırdı. Ondan nə tələb olunsa, onlara təqdim edirdi. Ondan sonra yenidən yoxlama gəldi. Əlavə olaraq iddiaçı bildirmişdir ki, onlara nöqsan olaraq 11-ci sinif şagirdlərindən dərsdə iştirak edənlərin sayının az olduğunu deyildiyini, bunun bütün məktəblərdə problem olduğunu, onun şagirdlərin dərsdə iştirak etməsi üçün çalışdığını, onların bu iradın qarşısını almaq üçün çalışdığını, daha sonra yenidən yoxlama gəldiyini, ayın 18-də iclas olacağını, yarışa getdiklərini, saat 4-də Toğrul müəllimin ona zəng etdiyini, müəllimi məktəbə çağırdığını, Toğrul müəllimin ona “müəlliməyə deyin ərizəsini yazın” dediklərini, o nazirin qəbuluna getdiyini, qəbula yazıldığını, həmin vaxtdan saat 7-ə qədər gözlədiyini, nazirin orada olmadığını, nazir müavinin yuxarıdan zəng vuraraq ona getməsini dediyini, nazirə teleqram vurduğunu, Toğrul müəllimə nazirlə görüşmədiyinə görə ərizəsini yazmadığını bildirdiyini, Mahir və Elşən müəllimin məktəbə gəldiyini, ona ərizəsini yazmağı dediyini, əgər belə olmasa, yoxlama aparıb qərarla çıxarılacağını dediklərini, təhsil naziri X31 səfəri zamanı onların məktəbinə gəldiyini, nazirin çox razı getdiyini, direktor kimi çıxarılmasının onun kariyerası üçün zərbə olduğunu, bu qərarla razılaşa bilmədiyini, uzun illər təhsilin keşiyində durduğunu, ədalətli şəkildə dərs bölgüsü etdiyini, vitamin və dərman satılması barədə məlumatının olmadığını, onun yoldaşının atesttat verməsinə ixtiyarı olmadığını, bunu bildiyini, lakin bunun üçün əsaslı səbəbinin olduğunu, ağır əməliyyat keçirdiyini, diz əriməsindən əməliyyat olduğunu, məzuniyyətə çıxan günü əməliyyata getdiyini, neçə illərdir ki, atesttatı onun verdiyini, əməliyyatın gecikdiyini, ağır vəziyyətdə xəstəxanada olduğunu, ona ayağa qalxmağa icazə verilmədiyini, o Elşən müəllimə zəng vuraraq dərs hissə müdirinə etibarnamə verməsini deyəndə ona özünün gəlməli olmasını dediyini, arabada Naxçıvana gəldiyini, ora gələnə qədər Elşən müəllim ona 10 dəfədən artıq zəng etdiyini, evdə attestatı yazıb, möhürlədiyini, yoldaşına verdiyini ki, aparıb versin, Sədaqət müəllimə çantanı aldığını, Sədaqət müəlliməyə attestatı paylamağı dediyini, yoldaşının səhv etdiyini, yoldaşının hamı ilə görüşüb attesta vermədiyini, qırmızı alanlarla görüşdüyünü ona dediyini, 3 il yarım direktor işlədiyini, may ayında 4 il olacağını, 2023-cü ilin dekabr ayı iclas olduğunu, orada şagirdlərin, dərslərin davamiyyətinə fikir verilməsi tapşırıldığını, dərs hissə müdirinə daha ciddi davamiyyətə yanaşılmasını tapşırıldığı, pandemiyadan sonra dərs davamiyyətində problem yaşandığını, 7-ci saatın zənginin 20 dəqiqə tez vurulduğunu, müəllimə düşən zaman onlara sinifə qayıtmasını dediyini, 1 həftə boyunca bu prosesin davam etdiyini, müəllimənin xadimənin yanında niyə ona söz dediyini dediyini, müəllimənin konfilikt yaratdığını, Vahid müəllimə zəng vurduğunu, zəngi tez vurmağa ixtiyar olub-olmadığını dediyini, Sədaqət müəllimənin telefonu alıb ona tez vurmağını dediyini, Elşən müəllim bu məsələni eşitdiyini, ona töhmət yazılmasını dediyini, ona töhmət verməyib, xəbərdarlıq edildiyini, müəllimənin izahatını aldığını, izahatı alıb stolun üstünə qoyduğunu, səhər izahatı tapmadığını, atesttatı özü yazdığını, ayağına görə atesstatı özünün gəlib şagirdlərə paylaması mümkün olmadığını, orada problem yarandığını, vitaminlə bağlı şöbəyə çağırıldığını, ona “sən deməlisən ki, məktəbdə vitamin satılmasını” dediyini, Elşən Qəbulovun ona qışqırdığını, yumruğunu stola çırpdığını, gedib-gəlib ona “boynuva al” dediyini, onun orada ağladığını, 18 bəndə izahat yazdığını, digərlərinə yazmağa qoymadıqlarını, verdiyi izahatları təsdiq etdiyini, ona açıqca deyildi ki, kimin səhvi olsa ona yazılacaq, onu işə birbaşa nazir götürdüyünü, əmək müqaviləsini Cavabdeh1 ilə bağlandığını, müəllimə kimi də əmək müqaviləsini bağlandığını, əmək müfəttişliyinə ərizə göndərdiyini, araşdırılma aparıldığını, sistemdə vəzifə dəyişikliyi kimi göstərildiyini, lakin burada 70-ci maddənin ç bəndi olduğunu, nazirliyin həmkarlarının üzvü olmadığını, direktor təyin olunanda aktla ona möhür, ştamp verildiyini, 2019-cu ilə qədər məktəbin həmkarlar ittifaqının üzvü olduğunu, ona iclas barədə zəng vurulmadığını, Vahid müəllimin ona zəng vuraraq gəl bura dediyini, onun isə onu qol çəkdirmək üçün çağırırsınızsa, gəlməyəcəyini dediyini, daha sonra taksi çağıraraq getdiyini, saat 4-də qalmış Qoşadizəyə təhsil şöbəsinə getdiyini, Vahid müəllimin ona ərizəni yazmasını dediyini, ona bu məsələnin kəskinləşəcəyini dediyini, onun oradan çıxdığını, daha sonra ona zəng edərək Vahid müəllimin yenidən çağırdığını, kargüzarlıqda hər yerdə səhv edilə biləcəyini, həmkarların əməkçinin və işçinin hüquqlarını qorumalı olduğunu, həmkarların 59 üzvü ola-ola 17 nəfər ilə iclas keçirildiyini, 28 oktyabrdan qabaq zənglərin silindiyini, boltdan taksi sifariş etdiyini, 15:36 boltla getdiyini, vəziyyətinin pisləşdiyini, Vahid müəllimin ona 15 dəqiqəyə bu qərarı verməliyəm dediyini, akt tərtib olunubsa, o demək deyil ki, o işdən çıxarılmalıdır, ona iclasın keçiriləcəyinin deyilmədiyini, onun şöbəyə çağırıldığını, ona ərizə yazın, yazmasanız qərarla gedəcəksiniz dediyini, nə tapşırıq olubsa, qanunauyğun olaraq yerinə yetirməyə çalışdığını, akt tərtib edilən zaman öz izahatını yazdığını, Nuray xanımı tanıdığını bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək izahatında iddiaçının işin faktiki hallarını dediyini, cavabdehin nümayəndələrinin dedikləri iddialarla bağlı materialları verməsini, şifahi formada müəlliməni ittiham etdiklərini, bu işdən əlavə olaraq onları məhkəməyə verməyə əsas verdiyini, təqdim edilən sənədlərə baxılsa, 2-3 gün içində tərtib edilən sənədlər olduğunu, müəllimə iclasa çağırılb, dəvət olunmadığını, yoxlama barədə arayışın yalnız Yarımca kənd ilə bağlı olduğunu, həmin arayışı çıxarış kimi təqdim edilmədiyini, arayış olduğunu, Emin Əmrullayevin getdiyi məktəbin Yarımca məktəbin olması onun nümunəvi olmasına əsas verdiyini, aktda qeyd olunan 25 bəndin birmənalı olaraq 70 maddənin ç bəndi ilə çıxarılmağa əsas ola bilməyəcəyini, müəllimənin vəzifə təlimatları olduğunu, izahatları görmədiyini, hüquq bəyanedici sənəd yoxdursa, o barədə izahat verilmədiyini, pulu alıb onun öz cibinə qoymadığını, önlüyü şagirdlərin özü almalı olduğunu, vitamin məsələsinin niyə araşdırılmadığını, hansı əmək funksiyasını pozduğunu, əmək müqaviləsinə pozduğuna görə əmək müfəttişliyinə müraciət edilibmi? Bu halların heç birinin mövcud olmadığını, müəllim şagirdi məcburi edərək kitabxanayamı aparacaq?, iclas həmin gün mütləq olmalıydı?, niyə həmin gün iclas keçirildiyini?, Vahid müəllim iclasda da onsuz işdən çıxarılmasını bildirdiyini, sənədə etiraz etdiyini, işəgötürən sənəd təqdim etmədiyindən işçiyə münasibətdə daha üstün mövqe tutduğunu, həmin sənədin nə vaxt tərtib edildiyinin belə aydın olmadığını, telefonoqramda artıq iddiaçının hansı əsasla işdən çıxarılacağı ilə bağlı qeydiyyat aparıldığını bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə izahatında Əmək müfəttişliyi tərəfindən idarəyə məktub ünvanlandını, sənədlərin təqdim edilməsinin bildirildiyini, əmək müfəttişliyinə onlar tərəfindən müraciət edilmədiyi, müvafiq sənədlərin məhkəməyə təqdim ediləcəyini, yoxlama zamanı direktor tərəfindən müəllimə ilə əmək müqaviləsinin bağlanmadığının aşkar olunduğunu, bunun pozuntu olduğunu, əmək funksiyalarının direktor tərəfindən lazımınca icra edilmədiyini, qarşı tərəfin özünü müdafiə etdiyini, müəllimin işə götürülməsində və bu bazan əmas sisteminə işlənməsində qarşı tərəfin təqsirli olduğunu, həmkarların iclasına məsələnin müzakirəyə verildiyini, qarşı tərəf nöqsanlara görə iclasa gəlməkdən yayındığını, əmək qanunvericiliyinin tələbini pozduğunu, əmək müqaviləsi olmadan əməkdən sui-istifadə edildiyini, monitorinq aparılması qaydalarının qanunla müəyyən olduğunu, nöqsanlar olarsa, arayışa yazıldığını, əmək haqqının da Cavabdeh1nə aid olduğunu, həmkarların heyət üzvü daimi fəaliyyət göstərdiyini, müəllimənin həmkarlar ittifaqına çağırılmasından məlumatlı olduğunu, belə ki, onun narahat olduğunu deməsi onun bu iclasdan məlumatlı olduğunu, müəllimənin yayınmağa çalışdığını bildirmiş və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Naxçıvan Muxtar Respublikası Cavabdeh1 nümayəndəsi X29 izahatında iddiaçınn fəaliyyətində olan nöqsanlarla akt tərtib edildiyini, vitaminlərlə bağlı akt tərtib edildiyini, bəzi şagirdlər attestat alarkən imza çəkmədiyini, tarifləşməklə bağlı dərslərin üst-üstə düşdüyünü, 2023-cü ildə məktəbdə yoxlama aparıldığını, müəlliməyə intizam tənbehi verildiyini, müvafiq sənədləri təqdim edəcəyini, Babək rayonunda 42 məktəb direktoru olduğunu, əgər müəllimdə bir nöqsan olmayıbsa niyə ondan davamlı olaraq izahat alındığını, bu aktın əmək müfəttişliyə təqdim edilmədiyini, müəllimənin müfəttişliyə müraciət etdiyini, köhnə müdir Həsən Zeynalovun vaxtında 5 manat pul yığaraq şagirdlərə önlük alındığını, həmin vaxt müəllimə direktor olduğunu, müəllimə izahat yazdığını, önlük yığılmaq üçün aldığını təsdiq etdiyini, sonra qaytardığını, orada 12 müəllim dəvət edildiyini, müxtəlif növ dərman və vitamin satılması ilə bağlı akt tərtib edildiyini, bu məsələ ilə araşdırılma aparılmadığını, aktın məktəbdə tərtib edildiyini, orta məktəblərin həmkarlar komitəsi olduğunu, sədr və katib seçildiyini, Babək rayonu ərazisində 1200 yaxın müəllim olduğunu, onların hər ay pulunun Cavabdeh1 tərəfindən ödənildiyini, pedoqoji şuranın 2 aydan bir iclası keçirildiyini, Şamxal müəllimin kiməsə yalan danışır deməsinin doğru olmadığını, həmin iclasda özünün də iştirak etdiyini, 20-25 dəqiqə iclasın çəkdiyini, müəllimə kolidordan Vahid müəllimin otağına getdiyini, səhv etmirsə saat 14:00-dan sonra olduğunu, 17 nəfər iştirak etdiyini, əgər daimi üzləri varsa yetərsayın tələb edilmədiyini, əgər aktdan imtina edərsə, ayrıca imtina barədə akt tərtib olunmalı olduğunu, rəyasət heyətinin üzvlərinin ən azı 5 nəfər olduğunu, orada ən azır 3-4 nəfər iştirak edərsə, iclas yetərsayda olacağını, bunun həmkarlar ittifaqı haqqında qanunda olduğunu, həmkarların iclasında müdiri əvəzi kimi üzv olaraq iştirak etdiyini bildirmiş və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid X23 ifadəsində Cavabdeh1ndə aparıcı məsləhətçi və həmkarlar ittifaqının sədri kimi işlədiyini, təhsil nazirliyinin yoxlama keçirildiyini, təqdimat verildiyini, həmin təqdimatla tanış olduqlarını, daha sonra vəzifəsinin öhdəsindən gələ bilmədiyi qənaətə gəldiklərini, yığıncaqda onun barəsində 70-ci maddənin ç bəndinin uyğun görüldüyünü, dəvət edildiyini, zəng etdiyini, yığıncaqda iştirak etməli olduğunu dediyini, müəllimənin təzyiqi qalxdığına görə gələ bilmədiyini dediyini, səhər-səhər çağırıldığını, əmr kitabı ilə bağlı məsələlərə görə çağırdığını, bu məsələyə komitənin də baxacağını, müəlliməyə zəng edən zaman müəllimənin məktəbdə olmasını dediyini, onun məsələsinə komitənin iclasında baxılacağını bildirdiyini, həmkarların üzvlərinin 3/2si iştirak edərsə, səlahiyyətli olacağını, həmkarlar ittifaqı komitəsinin 21 nəfər üzvü olduğunu, direktorlar həmin komitənin üzvü olduğunu, ümumilikdə 42 rəhbər olduğunu, məktəblərdə həmkarlar təşkilatı yaradıldığını, direktorlar təhsil şöbəsinin həmkarlar ittifaqı təşkilatının üzvü olduğunu, 17 nəfər iştirak etdiyini, yığıncaqlarda onları üzv olaraq təyin edildiyini, çünki onun barəsində məsələ olduğunu, təbii ki, onun işə maraqlanmalı olduğunu, onun barəsində artıq əmrinin olduğunu, 2 dəfə zəng etdiyini, akt tərtib edildiyini, o özünün narahat olduğunu dediyini bildirmişdir. Məhkəmə iclası zamanı şahid X30 ifadəsində tərəflərlə qohumluğunun olmadığını, həmin müddətdə orada olmadığını, onlar idarədə olan zaman iclas keçirilməsi barədə məlumat verildiyini, Billurə müəlliməyə zəng vuraraq iclasa çağırılmasını dediyini, Vahid müəllimə Billurə müəllimənin narahat olduğuna görə iştirak edə bilmədiyini dediyini, həmkarlar iclasının katibi olduğunu, telefonoqramı onun tərtib etmədiyini, müəlliməni şöbədə gördüyünü, Vahid müəllimin yanında oturduğunu, narahat olduğunu gördüyünü, həmin vaxt saat neçə olmasının dəqiq yadında olmadığını, iclasda iştirak etmədiyini, iclasın zalda olduğunu, neçə nəfər olduğunu bilmədiyini, iclası Toğrul müəllimin başladığını, sonra Vahid müəllimə söz verildiyini, xəbərinin olmadığını, ora hər kəsin qol çəkdiklərini, həmkarların üzvü və şöbənin işçiləri olduğunu bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. xx.xx.2015-ci il tarixli İddiaçı təlim-tərbiyə işlər üzrə direktor müavini təyin olunmasına köməklik göstərilməsi ilə bağlı Ş.Əliyeva tərəfindən təqdimat verilmişdir. xx.xx.2021-ci il tarixli 2776 nömrəli sertifikata, əsasən, İddiaçı ümumi təhsil müssisələrində pedoqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. xx.xx.2021-ci il tarixli, 1/140 nömrəli Zeynalov Həsənin məktuba, əsasən, Naxçıvan MR Təhsil nazirindən İddiaçı direktor vəzifəsinə namizədliyi irəli sürməsini qeyd etmiş və müvafiq sərəncam verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli Naxçıvan MR Təhsil Nazirliyinin 204 nömrəli əmrinə, əsasən, ali təhsilli coğrafiya müəllimi, 33 illik pedaqoji təcrübəyə malik, Yarımca kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı tutduğu vəzifədən azad edilərək 01 sentyabr 2021-ci il tarixdən Babək rayon Yarımca kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilməsi, Cavabdeh1 müdiri Həsən Zeynalov bu əmrdən irəli gələn vəzifələrin icrasını təmin etməsi əmr edilmişdir. Cavabdeh1 üzrə xx.xx.2021-ci il, 30 nömrəli əmrə, əsasən, İddiaçı Babək Rayon Yarımca kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh1 müdiri ilə İddiaçı arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. Əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 30 nömrəli əmrlə həmin tarixdən tutduğu vəzifədən azad edilərək 01 sentyabr 2021-ci il tarixdən Babək rayon Yarımca kənd tam orta məktəbin direktoru vəzifəsinə təyin edilmiş, əsas: Naxçıvan MR Təhsil Naziriyinin xx.xx.2021-ci il tarixli 204 nömrəli əmri; xx.xx.2024cü il tarixdə 254 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh1 91№-li əmrinin surəti iş materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli Naxçıvan MR Təhsil Nazirliyinin 246№-li Ümumi təhsil müəssisələrində növbəti monitorinqlərin aparılması haqqında əmri iş materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli Cavabdeh1 tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində aparılan yoxlama barədə arayış iş materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli X6, 11-ci sinif rəhbəri, Xəyalə Səfərovanın izahatı iş materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı Naxçıvan MR Təhsil Nazirliyinin Yoxlama Komissyasına olan izahatının surəti əlavə edilmişdir. xx.xx.2024-cü il tarixdə Babək rayon Yarımca kənd tam orta məktəbdə 1. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri vəzifələrini müvəqqəti icra edən X24;

2. Nazirliyin baş məsləhətçisi X9; 3. Nazirliyin məsləhətçisi X5; 4. Cavabdeh1 müdiri vəzifələrini müvəqqəti icra edən baş məsləhətçi X18; 5. Yarımca kənd tam orta məktəbinin direktoru X1 məktəbdə aparılan yoxlama ilə bağlı akt tərtib edilmişdir. xx.xx.2024-cü il X37 Respublikası Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumitəhsilin idareolunması şöbəsinin müdiri səlahiyyətlərini icra edən X34 tərəfindən verilmiş təqdimata, əsasən, Qeyd edilənlərlə əlaqədar olaraq, məktəbdə təlim-tərbiyə prosesinin, rəhbərlik və nəzarətin təşkilində ciddi nöqsanlara yol verdiyinə, bununla da özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə məktəbin direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsi və məktəbdə ixtisası üzrə müəllim axlanması barədə razılıq verilməsini xahiş edilmişdir. xx.xx.2024-cü il tarixli akta, əsasən, Babək Rayon Təhsil X13 Komitəsinin iclası keçirilmişdir. İclasa Yarımca kənd tam orta məktəbinin direktoru İddiaçı dəvət olunsa da, iclasda iştirak etməmişdir. Babək rayon Y.Seyidov adına Yarımca kənd tam orta məktəbin direktoru İddiaçı barəsində daxil olmuş təqdimata baxılması barədə Babək Rayon Təhsil X14 iclasının 2 nömrəli protokolu xx.xx.2024-cü il tarixdə Babək rayon, Qoşadizə məhəlləsində tərtib edilmişdir. Babək Rayon Təhsil X27 Komitəsinin Naxçıvan Muxtar Respublikası Təhsil Naziriyinin monitorinq komissiyasının təqdimatına baxılması barədə xx.xx.2024-cü il tarixli, 4 nömrəli qərarının surəti iş materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli, 254№-li Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əmri ilə 1. ali təhsilli coğrafiya müəllimi İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə funkiyalarını lazımınca yerinə yetirmədiyinə, eləcə də vəzifə öhdəliklərini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən Babək rayon Yarımca kənd tam orta məktəbinin direktoru vəzifəsindən azad edilməsi və məktəbdə ixtisası üzrə müəllim saxlanılması, Təhsil Nazirliyi Aparatının İnsan resursları sektorunun müdiri (A. Əmiyev) və Cavabdeh1 müdiri vəzifəsini müvəqqəti icra edən (T.Kərimov) bu əmrdən irəli gələn vəzifələri icra etməsi əmr edilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh1 xx.xx.2024-cü il tarixli, 153 nömrəli əmri ali təhsilli coğrafiya müəllimi İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifə funksiyalarını lazımınca yerinə yetirmədiyinə, eləcə də vəzifə öhdəliklərini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70- ci maddəsinin "ç" bəndinə əsasən Babək rayon Yarımca kənd tam orta məktəbinin direktoru vəzifəsindən azad edilməsi və məktəbdə ixtisası üzrə müəllim saxlanılması, məktəbin direktoru vəzifəsi müvəqqəti olaraq məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavini X10 həvalə edilməsi, Şöbənin kadr üzrə məsləhətçisi Nuray Həsənova və baş mühasib əvəzi Səbinə Əliyeva bu əmrdən irəli gələn vəzifələrin icrasını təmin etməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* nömrəli arayışa, əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli X15 Barədə Təklifin surətləri əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli X16 (İms) X28 Arayışa, əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Cavabdeh1 iştirak etməmişdir. Azərbaycan Respublikası X52 Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 18-1 nömrəli, xx.xx.2017-ci il tarixli "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X8"nın təsdiq edilməsi barədə qərarının surəti iş materiallarına əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikasının X52 Sosial Müdafiəsi Nazirliyi Yanında X32 Xidmətinin xx.xx.2024-cü il tarixli məktuba, əsasən, vətəndaş İddiaçı Cavabdeh1 (bundan sonra – Şöbə) Yarımca kənd tam orta məktəbinin direktoru vəzifəsindən qanunsuz olaraq əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsinə dair müraciətinə Naxçıvan Muxtar Respublikasının X52 Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidmətində (bundan sonra Xidmət) baxılır. Bununla əlaqədar Şöbənin müraciətə aydınlıq gətirməsi və vətəndaşa aid sənədlərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci və “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 7.9-cu maddələrinin tələblərinə uyğun olaraq 7 (yeddi) iş günündən gec olmayaraq Xidmətə təqdim edilməsi ilə bağlı 31 oktyabr 2024-cü il tarixli 3-17-9- 5/2-1598/2024 nömrəli sorğu məktubu ünvanlanmış, lakin hal-hazırda Şöbə tərəfindən sorğuya cavab verilməmişdir. xx.xx.2025-ci il X37 Respublikasının X52 Sosial Müdafiəsi Nazirliyi Yanında X32 Xidmətinin Cavabdeh1nə göndərdiyi məktubun surətindən aydın olur ki, vətəndaş İddiaçı Cavabdeh1 Yarımca kənd tam orta məktəbinin direktor vəzifəsində işləyərkən qanunsuz olaraq əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsinə dair 25 oktyabr 2024-cü il tarixli müraciətinə Naxçıvan Muxtar Respublikasının X52 Sosial Müdafiəsi Nazirliyi yanında X32 Xidmətində baxılmışdır. Araşdırma dövründə İddiaçı müraciətə baxılmasının dayandırılmasına dair 3 dekabr 2024-cü il tarixli ərizəsi nəzərə alınaraq "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.6-cı maddəsinə əsasən müraciəti baxılmamış saxlanılmışdır. xx.xx.2024-cü il tarixli, 236-Vİ FR nömrəli Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Naxçıvan Muxtar Respublikası X45 Fərmanının surəti, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin surəti və Cavabdeh1 Haqqında Əsasnamə iş materiallarına əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 26 yanvar 2024-cü il tarixli həmkarlar ittifaqı komitəsinin iclasının 2 nömrəli protokoluna, əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Həmkarlar ittifaqı komitəsinin ötən dövr üçün fəaliyyəti qənaətbəxş hesab edilməsi və həmkarlar ittifaqı komitəsinin üzvlərinin sayı 44 nəfər müəyyən olunması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 26 yanvar 2024-cü il tarixli həmkarlar ittifaqı komitəsinin iclasının 2 nömrəli protokoluna əlavəyə, əsasən, həmkarlar ittifaqı komitəsinin üzvlərinin siyahısı iş materiallarəna əlavə edilmişdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 19 yanvar 2024-cü il tarixli həmkarlar ittifaqı komitəsinin iclasının 2 nömrəli protokoluna, əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Həmkarlar ittifaqı komitəsinin ötən dövr üçün fəaliyyəti qənaətbəxş hesab edilməsi və həmkarlar ittifaqı komitəsinin üzvlərinin sayı 59 nəfər müəyyən olunması qərara alınmışdır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 19 yanvar 2024-cü il tarixli həmkarlar ittifaqı komitəsinin iclasının 2 nömrəli protokoluna əlavəyə, əsasən, həmkarlar ittifaqı komitəsinin üzvlərinin siyahısı iş materiallarına əlavə edilmişdir. Naxçıvan MR X3 Nizamnaməsinin surəti iş materiallarına əlavə edilmişdir. Babək Rayon Təhsil X27 Komitəsinin Rəyasət heyət üzvlərinin siyahısının surəti əlavə edilmişdir. X7, X19, X11, X20, X21 adları qeyd edilmişdir. İddiaçı anket məlumatları, diplomun surəti, şəxsiyyət vəsiqəsinin surəti, tərcümeyihal, Naxçıvan pedoqoji kadrların ixtisasartırma institutunun arayışı, attestasiya vərəqəsi, Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 1№-li X50 Dairəsi üzrə nümayəndəlikdən arayış iş materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin məktubuna, əsasən, abunəçi zənglərinin mövcud olmadığını bildirmiş və nömrə məlumat sistemindən çıxarış əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli "xxxx" MMC-nin məktubuna, əsasən, məlumat CD şəklində təqdim edildiyi qeyd edilmiş və 1 ədəd CD əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən, hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 6-cı madəsinə əsasən, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımlar atacaqlar. İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi həmkarlar ittifaqı təşkilatının üzvü olan işçinin əmək müqaviləsi onun üzv olduğu həmkarlar ittifaqı təşkilatının razılığı alınmadan ləğv edilə bilməz, cavabdeh təşkilat iddiaçı ilə olan əmək müqaviləsini ləğv etməmişdən əvvəl həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, təqdimata müvafiq əsaslandırma sənədlərini əlavə etməli, həmin məsələyə həmkarlar ittifaqı təşkilatı tərəfindən baxılaraq qərar qəbul edildikdən sonra işçinin əmək müqaviləsinin ləğvi məsələsinə baxılmalı idi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin 23 oktyabr 2024-cü il tarixli, 254 nömrəli əmrinin qanuniliyi yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə olan əmək müqaviləsi ləğv edilərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına müraciət edilməmiş, müəssisənin həmkarlar ittifaqı təşkilatının razılığı alınmamış, səlahiyyəti olmayan həmkarlar ittifaqı təşkilatının razılığı alınmışdır. İşə baxılan zaman müəyyən edilmişdir ki, direktor vəzifəsinə təyin edilmə və vəzifədən azad edilməsi nazirin səlahiyyətindədir və yerli təhsil şöbələri həmin əmrin icrasından irəli gələn məsələlərin həllini təmin və icra edirlər. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin strukturu Nazirliyin Aparatı (şöbələr və sektorlar) və şəhər (rayon) təhsil şöbələrindən ibarət olmaqla iş materiallarında olan əsasnamələr əsasında fəaliyyət göstərirlər. Naxçıvan Muxtar Respublikası X51 19 mart 2024-cü il tarixli 236-Vİ FR nömrəli fərmanı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Əsasnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının işəgötürən qismində Naxçıvan MR Təhsil Nazirliyi çıxış edir və onun işəgötürmə işdən çıxarılma əmrini nazir imzalayır (Əsasnamənin 5.5.8-ci bəndi). Göründüyü kimi hazırki mübahisə üzrə işəgötürən qismində Naxçıvan MR Təhsil Nazirliyi çıxış etdiyinə görə iddiaçının işdən çıxarılmasına razılıq verilməsi üçün həmkarlar ittifaqına müraciət də onun tərəfindən təqdimatla yazılı şəkildə olunmalı və müraciət əsasında onun həmkarlar ittifaqının iclası keçirilməli idi. Lakin işin araşdırılması zamanı məhkəməyə təqdim olunan sənədlərdən görünür ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin monitorinq komissiyasının sədri Elşən Qəbulovun təqdimatı əsasında Babək Rayon Təhsil X4 iclası keçirilmiş və iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsini 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmasına razılıq verilmişdir. Həmkarlar ittifaqına müraciət işəgötürən tərəfindən olmadığından və işəgötürən qismində çıxış edən orqanın həmkarlar ittifaqının iclası keçirilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılarkən həmkarlar ittifaqı təşkilatına müraciət edilməmiş və onun razılığı alınmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, keçirilən həmkarlar iclası bunun üçün səlahiyyətli olmamışdır. İşin araşdırılması zamanı cavabdeh təşkilat Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Həmkarlar İttifaqının üzvlərinin siyahısı, Babək Rayon Təhsil X4 üzvlərinin siyahısı təqdim edilmiş, müəyyən edilmişdir ki, İddiaçı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Həmkarlar İttifaqının üzvü olmamış, lakin Babək Rayon Təhsil X4 üzvü olmuşdur. Halbuki iddiaçının məktəb direktoru olaraq rəhbər vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsi birbaşa olaraq nazirin səlahiyyətində olduğundan, bu səlahiyyət həmin struktur üçün təsdiq edilmiş Əsasnamə ilə müəyyən edildiyindən, tabeli sturkturun Əsasnaməsinə görə nazirin əmrindən irəli gələn vəzifələrin icrasını təmin etdiyindən onun məktəb direktorunun işdən azad edilməsi məsələsinə özünün Həmkarlarının iclasında müzakirə etmək, bunun üçün qərar qəbul etmək səlahiyyəti də olmamışdır. Baxmayaraq ki, məktəb direktoru rayon təhsil şöbəsinin müdirinin təqdimatı əsasında işə təyin edilir, lakin işəgötürənin onu işdən azad edilməsi ilə bağlı məsələdə təhsil şöbəsinin sadəcə əmrindən irəli gələn məsələlərin həllini və icrasını təmin edir. Həmin əmrin verilməsi ilə bağlı tələb edilən əsaslar isə-qanunvericiliyə uyğun qaydada keçirilən həmkarlar iclasının protokolu məhz işəgötürənin təqdimatı əsasında həmin müəssisədə fəaliyyət göstərən həmkarlar iclasının razılığı ilə yolverilən olardı. Buna görə də Cavabdeh1ndə keçirilən həmkarlar iclası üçün iddiaçının dəvət edilib-edilməməsi, onun iştirakının təmin edilib-edilməməsi, iclasın keçirilməsi üçün yetərsay normalarına riayət edilib-edilməməsi kimi məsələlərin araşdırılmasının işin həlli üçün əhəmiyyəti yoxdur. Ona görə ki, iddiaçı üzvü olduğu həmkarların bu təqdimatı müzakirəyə çıxarmaq səlahiyyəti olmamış, bununla yanaşı iddiaçı təqdimatı müzakirə etməli olan həmkarların isə üzvü olmamışdır. Halbuki əmək qanunvericiliyi və Həmkarlar İttifaqı haqqında qanunun normalarından da birmənalı şəkildə aydın olur ki, işçinin işdən azad edilməsi üçün qabaqcadan razılığının alınması qaydası-qanunla müəyyən edildiyi kimi həmin həmkarlar ittifaqı təşkilatı işəgötürənin təqdimatı əsasında bu müəssisədə fəaliyyət göstərməli və işçinin üzvü olduğu həmkarlar təşkilatı olmalıdır. Hazırki iddiaya baxılarkən isə bu hal qanunvericilikdə tənzimlənmiş həmin normalara uyğun olmayan şəkildə həmkarlar iclası keçirilmişdir. Bu həmkarlar iclası işəgötürənin təqdimatı əsasında deyil monitorinq komissiyasının sədrinin təqdimatı əsasında keçirilmiş, işəgötürənin fəaliyyət göstərdiyi yer üzrə mövcud olan həmkarlar ittifaqında müzakirə olunmamış, müzakirə olunması təsəvvür olduqda belə iddiaçı işəgötürənin həmkarlar ittifaqının üzvü olmamış, iddiaçının üzvü olduğu və məsələnin müzakirə edildiyi həmkarlar iclası isə bunu keçirmək və müzakirəyə çıxarmaq səlahiyyətində olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi həmkarlar ittifaqı təşkilatının üzvü olan işçinin əmək müqaviləsi onun üzv olduğu həmkarlar ittifaqı təşkilatının razılığı alınmadan ləğv edilə bilməz, cavabdeh təşkilat iddiaçı ilə olan əmək müqaviləsini ləğv etməmişdən əvvəl həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, təqdimata müvafiq əsaslandırma sənədlərini əlavə etməli, həmin məsələyə həmkarlar ittifaqı təşkilatı tərəfindən baxılaraq qərar qəbul edildikdən sonra işçinin əmək müqaviləsinin ləğvi məsələsinə baxılmalı idi. Lakin cavabdeh Naxçıvan MR Təhsil Nazirliyinin naziri tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr verilərkən qeyd olunan tələblərə əməl edilməmişdir. Məhkəmə tərəfindən cavabdeh təşkilata yuxarıda qeyd olunan sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmiş, cavabdeh təşkilat tərəfindən isə Naxçıvan MR Təhsil Nazirliyinin monitorinq komissiyasının sədrinin müraciəti əsasında Cavabdeh1ndə keçirilmiş həmkarlar ittifaqının iclas protokolu və qərarı məhkəməyə təqdim edilmişdir. Məhkəmənin yuxarıda da qeyd etdiyi kimi həmin müraciət əsasında keçirilən həmkarlar ittifaqının iclası qanunvericiliyin tələbinə uyğun olaraq nəzərə alına və qanuni hesab edilə bilməz. Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları haqqında Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məşğulluğa kömək göstərilməsi tədbirlərin həyata keçirilməsində iştirak edirlər. Qanunvericiliyin sadalanan normalarının da tələbindən göründüyü kimi Həmkarlar İttifaqı işçilərin əmək hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün yaradılan bir təşkilatdır, Həmkarlar İttifaqları işçinin əmək hüququnun müdafiəsi üçün yaradılsa da hazırki mülki iş üzrə müəyyən edilmişdir ki, Cavabdeh1 həmkarlar ittifaqı təşkilatı işəgötürən sayılmayan şəxs tərəfindən verilmiş və ona baxmaq səlahiyyəti olmayan təqdimata baxaraq iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılmasına razılıq verməklə işçinin əmək hüquqlarını pozmuşdur. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının işdən çıxarılma məsələsi onun iştirakı ilə araşdırılmamış, onun iclasa dəvət edilməsi məsələsi qanunauyğun həyata keçirilməmişdir. Lakin məhkəmə iclasın qanunauyğun keçirilib-keçirilməsi məsələsinin ətraflı şəkildə qiymətləndirilməsinin işin həlli üçün əhəmiyyət kəsb etməməsini bir daha vurğulayır. Belə ki, səlahiyyəti olmadığı halda həmkarlar tərəfindən keçirilən iclasın qanunauyğun aparılıbaparılmamasının nəticə üçün əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərti ilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin ə bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmə qeyd edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyinə görə arqumenti də onun bu maddə ilə işdən azad edilməsi üçün əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının öz vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməməsi və bu vəzifə funksiyalarının yerinə yetirilməməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi işin faktiki halları ilə sübut olunmur. İddiaçı tərəfindən vurulması barədə iddia edilən ziyanın real mənfi nəticələri işə baxılan zaman təsdiq edilmir. Cavabdehlər iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyinə istinad edərkən bunun nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə monitorinq komissiyasının aktına istinad etmişdir. Həmin akta nəzər saldıqda orada qeyd edilən halların əmək qanunvericiliyində şəxsin məhz əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutan ən ciddi əsasla 70-ci maddənin “ç” bəndi ilə azad edilməsini zəruri edən kobud pozuntular müəyyən edilməmişdir. Həmin pozuntular aradan qaldırılması mümkün olan, pozuntu törədən şəxsə digər intizam tənbehlərinin verilməsinə adekvat olan pozuntular hesab edilə bilərdi. Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70- ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi cavabdeh tərəf iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edərkən yuxarıda sadalanan tələblərə əməl etməli idi. Ancaq cavabdeh Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Bununla belə məhkəmə qeyd edir ki, Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin əmri qanunsuz olduğundan ləğv edilməli və iddiaçı əvvəlki vəzifəsinə-Babək rayon Yarımca kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa edilməlidir. Eləcə də sözügedən həmin əmrin icrası məqsədilə Cavabdeh1 müdiri vəzifəsini müvəqqəti icra edən şəxs tərəfindən verilmiş 153 nömrəli 23 oktyabr 2024-cü il tarixli əmr də ləğv edilməlidir. Belə ki, sözügedən əmrin verilməsi əsası qanuni hesab edilməyən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin 23 oktyabr 2024-cü il tarixli əmri təşkil etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının əmrlərin ləğv edilməsi tələbinə dair hissədə tələbi əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki vəzifəsinə bərpa olunmalı olduğundan, iddia tələbi işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının iddiaçıya ödənilməsi hissəsində də təmin edilməlidir. İddiaçı iddia tələbində direktor vəzifəsindən azad olunduğu gündən 23 oktyabr 2024-cü il tarixindən hesablanmaqla hər ay üçün 879 (səkkiz yüz yetmiş doqquz) manat olmaqla 3 aylıq ümumilikdə 2637 (iki min altı yüz otuz yeddi) manat pulun (ödənilməyən əmək haqqının) ona ödənilməsini xahiş etmişdir. Məhkəmə bu hissədə tələbin təmin edilib-edilməməsini ilkin tələbdən asılı olaraq qiymətləndirir. Belə ki, əmr ləğv edildiyi, iddiaçı işə bərpa edildiyi halda onun məcburi işburaxma müddəti üçün ödənilməyən əmək haqqının ödənilməsi iddia tələbində nəzərdə tutulan müddətdən və məbləğdən asılı olmayaraq işəgötürənin vəzifəsidir və bununla bağlı məhkəmənin səlahiyyəti Əmək Məcəlləsinin 300-cü maddəsində nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafıq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin qeyd hissəsində deyilir: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Hazırki halda iddiaçı dəymiş zərər olaraq ödənilməyən əmək haqqını tələb etmiş və digər tələbləri olmamışdır. Buna görə də məhkəmə iddia tələbinin sonuncu hissəsində qeyd edilən müddət və məbləğdən asılı olmayaraq iddiaçının işdən azad edilməsi barədə əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün ödənilməyən əmək haqqının hesablanıb ödənilməsi nəticəsinə gəlir və qeyd edir ki, iddia tələbinin sonuncu hissəsində qeyd edilən müddət və məbləğin göstərilmədən ümumi olaraq iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi nəticəsinə gəlinməsi iddia tələbindən kənara çıxma olaraq qiymətləndirilməməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 2-ci hissəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Nəticə: Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; -İddiaçı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin 23 oktyabr 2024-cü il tarixli, 153 nömrəli əmri ləğv edilməli; - Həmin əmrinin əsasında Cavabdeh1 müdiri vəzifəsini müvəqqəti icra edən şəxs tərəfindən verilmiş 153 nömrəli 23 oktyabr 2024-cü il tarixli əmr ləğv edilməli; -İddiaçı Babək rayon Yarımca kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa edilməli; -İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq

qətetdi:

İddia təmin edilsin. İddiaçı işdən azad edilməsinə dair Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin 23 oktyabr 2024-cü il tarixli, 254 saylı əmri əsassız olduğundan ləğv edilsin. Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin həmin əmri əsasında verilmiş Cavabdeh1 23 oktyabr 2024-cü il tarixli, 153 saylı əmri ləğv edilsin. İddiaçı Babək Rayon Yarımca kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa olunsun. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar