Məhkəmə qərarları › İş №2(078)-1809/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-1809/2025

23.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-1809/2025 23.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2 ölümündən sonra miras əmlak olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.77 kvim mənzili Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsinin tələbini onunla əsaslandırmışdır ki, mərhum X8 Ərizəçi həyat yoldaşıdır. X4 27 fevral 2014-cü il tarixdə "Xroniki Böyrək çatışmazlığı” xəstəliyinə görə vəfat etmişdir. X1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.77 kv.m mənzil miras qalmışdır. X2 aşağıdakı vərəsələri var. 1. Həyat yoldaşı Ərizəçi -1956-cı il tarixdə doğulub

2. Atası -X19-xx.xx.2000-ci ildə vəfat edib 3. Anası- X13-xx.xx.2023-cü ildə vəfat edib 4. Oğlu-Maraqlı şəxs1-xx.xx.1987-ci ildə doğulub 5. Oğlu- Maraqlı şəxs2- xx.xx.1987-ci ildə doğulub 6. Oğlu-Maraqlı şəxs3-xx.xx.1992-ci ildə doğulub X2 ölümündən sonra miras əmlak olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.77 kv.m mənzili Ərizəçi tərəfindən qəbul etmiş və hamıya nümayiş etdirımişdir. Həmçinin digər vərəsələrdən Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 mirası əmlakın harada yerləşməsindən asılı olmayaraq qəbul etməməsi və gələcəkdə də bununla bağlı heç bir şikayət və tələbinin olmaması barədə ərizələri ilə öz təsdiqini tapır. Qeyd olunan notariat qaydada təsdiq olunan ərizələr də ərizəyə əlavə olunmuşdur. Vərəsəlik şəhadətnaməsinin alınması üçün Naxçıvan Regional "Asan Xidmət” mərkəzinin notariat ofisinə müraciət olunmuş. Naxçıvan "Asan Xidmət” mərkəzinin notariat ofisi xx.xx.2025- ci il tarixli imtina qərarında miras əmlakın qəbul edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət buraxıldığından vərəsəlik şəhadətnaməsi verməkdən rəsmi olaraq imtina edərək məhkəməyə müraciət olunması bildirilmişdir. Ərizəçi tələbinin hüquqi əsaslandırmasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 1145, 1243, 1243.1, 1246, 1248.1, 1268.1-ci maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq olunmuş "notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın" 99-cu bəndi ilə əsaslandırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı Ərizəçi rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər, lakin iddiaçı məhkəmə iclaslarında nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə iclaslarının Ərizəçi iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iclası zamanı izahat verən iş üzrə Ərizəçi vəkili və nümayəndəsi, Vəkil iddianı müdafiə edərək verdiyi izahatında ərizəsi ilə eyni məzmunda izahat verərək iş üzrə mübahisənin olmadığını, su kommunal ödənişləri barədə sənədi keçən iclaslarda təqdim etdiyini, işıq və qaz kommunal ödəniş sənədlərini də bugün təqdim etdiyini bildirərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Şahid1 ifadəsində Meyxanımı şəxsən tanıdığını, 65-66 yaşlarında qadın olduğunu, yoldaşının vəfat etdiyini, burada dəfn edildiyini, 3 övladlarının olduğunu, Taleh, Elmin və Əziz adlı üç oğlunun olduğunu, onların 3-cü mikrorayonda yaşadıqlarını, lakin hal hazırda orada yaşamadıqlarını, evi kirayəyə verdiklərini, Türkiyədə yaşayıb işlədiklərini bildirmişdir. Məhkəmə iclası zamanı Şahid2 İman oğlu ifadəsində 7 ildirki Meyxanımın evində kirayə qaldığını, ayda 200 manat ödədiyini, evin 2 otaqlı olduğunu, evin Fəxrəddin Hüseynovun adına olduğunu, Meyxanımın 2-3 aydan bir gəlib evə nəzarət etdiyini bildirmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatlarını ifadələrini dinləyib, onu iş materiallarına əlavə olunmuş sübutlarla əlaqəli tədqiq edib və onlara obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışa, əsasən, Ərizəçi xx.xx.2012-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışa, əsasən, Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəməyə təqdim olunan Naxçıvan Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qərarda müəyyən edilmişdir ki, Ərizəçi Naxçıvan regional "ASAN xidmət" mərkəzinde notariat ofisinə ərizə ilə müraciət etmişdir. Müraciətdə bildirilir ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş, əri X5 müvafiq əmlaklar miras qalmışdır. Həmin müvafiq əmlaklara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməyimizi xahiş etmişdir. Vərəsəlik dairəsini müəyyən edərkən aşkar oldu ki, sənədlər tam təqdim edilməyib və vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxılıb. Vərəsəlik hüququnun bərpası məhkəmənin səlahiyyətində olduğundan vətəndaş Ərizəçi ərizəsində göstərdiyi şəhadətnamənin verilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Notariat Haqqinda Azərbaycan Respublikası Qanunun 40-cı maddəsini rəhbər tutaraq ünvan 5 ünvanında yaşayan Ərizəçi ərizəsinə əsasən, xx.xx.2014-cü il tarixdə vəfat etmiş, əri X5 miras qalmış müvafiq əmlaklar dair vərəsəliyin açılması üçün qanunda nəzərdə tutulmuş müddət buraxıldığından imtina edilməsinə qərar verilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin “Hüquqların Dövlət qeydiyyatı” haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 12/31 nömrəli reyestr kitabının 6041 nömrəli vərəqində qeydiyyata alınan çıxarışdan məlum olur ki, hüququ rəsmiləşdirən şəxs X8, daşınmaz əmlakın növü- fərdi yaşayış evi, daşınmaz əmlakın ünvanı- ünvan 6üsusi, daşınmaz əmlakın üzərində hüququn növü- mülkiyyət, daşınmaz əmlakın ümumi sahəsi- 49.77m2, torpaq sahəsinin mülkiyyət növü- xüsusi, torpaq sahəsi üzərində hüququn növü- mülkiyyət, torpaq sahəsinin kateqoriyası- yaşayış məntəqələrinin torpaqları, daşınmaz əmlakın reyestr nömrəsi- **********22-05101-093043, hüquq sahibinin adı- X8, payı- tam, qeydiyyat nömrəsi- **********, qeydiyyat tarixixx.xx.2023-cü il tarixidir. Məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli 296510 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X8 xx.xx.2014-cü il tarixdə Naxçıvan şəhərində ölmüşdür. Məhkəməyə təqdim olunan xx.xx.2000-ci il tarixli 061184 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X14 xx.xx.2000-ci il tarixdə Naxçıvan şəhərində ölmüşdür. Məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli 296543 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən aydın olur ki, X13 xx.xx.2023-cü il tarixdə Naxçıvan şəhərində ölmüşdür. Məhkəməyə təqdim olunan xx.xx.2025-ci il tarixli 448716 nömrəli doğum haqqında arayışdan aydın olur ki, Maraqlı şəxs1 xx.xx.1987-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Məhkəməyə təqdim olunan xx.xx.2025-ci il tarixli 448716 nömrəli doğum haqqında arayışdan aydın olur ki, Maraqlı şəxs2 xx.xx.1988-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1988-ci ildə Naxçıvan şəhər nikah evi tərəfindən 1324 nömrəli akt qeydi tərtib olunmuşdur. Məhkəməyə təqdim olunan xx.xx.2025-ci il tarixli 448716 nömrəli doğum haqqında arayışdan aydın olur ki, Maraqlı şəxs3 xx.xx.1992-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1992-ci ildə Naxçıvan şəhər nikah evi tərəfindən 951 nömrəli akt qeydi tərtib olunmuşdur. Naxçıva Şəhər İcra Hakimiyyətinin 2 saylı Mənzil-İstismar İdairəsinin xx.xx.2023-cü il tarixli arayışından aydın olur ki, X2 aşağıdakı vərəsələri var. 1. Həyat yoldaşı Ərizəçi -1956cı il tarixdə doğulub 2. Atası -X19-xx.xx.2000-ci ildə vəfat edib 3. Anası- X13-xx.xx.2023-cü ildə vəfat edib 4. Oğlu-Maraqlı şəxs1-xx.xx.1987-ci ildə doğulub 5. Oğlu- Maraqlı şəxs2xx.xx.1987-ci ildə doğulub 6. Oğlu-Maraqlı şəxs3-xx.xx.1992-ci ildə doğulub Naxçıva Şəhər Nikah evinin xx.xx.2025-ci il tarixli 758255 nömrəli arayışına əsasən X8 və Ərizəçi xx.xx.1986-cı ildə nikah bağlamışdırlar. Bu barədə akt Babək rayon qeydiyyat şöbəsinin qeydiyyat kitabında 43 nömrə ilə qeydiyyata alınmışdır. Naxçıvan "ASAN xidmət" mərkəzində notariat ofisinin təsdiqlədiyi xx.xx.2024-cü il tarixli ərizədə Maraqlı şəxs1 bildirmişdir ki, xx.xx.2014-cü il tarixində vəfat etmiş X6 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, miras qalmış bütün əmlakdan vərəsəlik yolu ilə mənə çatası payı qəbul etməmişəm, etmirəm, etmək niyyətində deyiləm. Adımın qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmirəm. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbim olmayacaqdır. Naxçıvan "ASAN xidmət" mərkəzində notariat ofisinin təsdiqlədiyi xx.xx.2024-cü il tarixli ərizədə Maraqlı şəxs2 bildirmişdir ki, mərhum atam X8 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir və mənim tərəfimdən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, yəni buraxılmışdır. Onun ölümündən sonra qalmış mirası nədən ifadə edilməsindən və harada olmasından asılı olmayaraq nə faktiki nədə ərizə ilə qəbul etməmişəm, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmişəm buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək və miras əmlakdan pay almaq niyyətində deyiləm. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəyəm. Notarius tərəfindən mənə izah edildi ki, bu ərizə geri götürülə və ya ləğv edilə bilməz. Məhkəməyə təqdim olunan xx.xx.2025-ci il tarixli 861438 nömrəli doğum haqqında çıxarışdan aydın olur ki, X10 xx.xx.1965-ci il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Məhkəməyə təqdim olunan X17 Təchizatı və Satışı idarəsinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilir ki, ünvan 9 ünvanında qeydiyyatda olan X6 adına Naxçıvan Elektrik şəbəkəsində elektrik təchizatı ilə bağlı həqiqətən 14 sentyabr 2015-ci il tarixdə müqavilə bağlanılmışdır. X23 istismarı idarəsinin 11 fevral 2026-cı il tarixli məktubunda bildirilir ki, Naxçıvan Şəhər Vəkil Bürosundan daxil olmuş 15.01,2026-cı il tarixli 2/72 nömrəli xx.xx.2014-cü il tarixdə vəfat etmiş X7 ölümündən sonra ünvan 1 ünvanında yerləşən mənzil üzrə bu günədək qazdan istifadəyə görə ödənilən müqavilənin kiminlə bağlandığını və kimin adından ödənilməsi barədə müraciətiniz aidiyyəti üzrə “Azəriqaz” istehsalat Birliyinin (“Azəriqaz” İB) X23 istismarı idarəsi (Naxçıvan RQİİ) tərəfindən baxılmışdır.Müraciət üzrə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzil üzrə istehlak edilmiş təbii qazın dəyəri xx.xx.2014-cü il tarixdən (abonent kodu 5********) ilə 31.01,2026-cı il tarixə ödənişlər X10 adından ödənilmişdir. Naxçıvan şəhər Sukanal İdarəsinin 27 yanvar 2026-cı il tarixli məktubunda bildirilir ki, sizin Naxçıvan Şəhər Sukanal İdarəsinə ünvanladığınız xx.xx.2026-cı il tarixli 2/87 nömrəli müraciətinizə baxılmışdır. Müraciətinizə əsasən bildiririk ki, ünvan 9 ünvanında yerləşən mənzilə içməli suyun verilməsi, tullantı sularının kanalizasiya sisteminə axıdılması xidmətlərinə görə X10 ilə İdarə arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilə bağlanılmışdır və ödənişlər X7 (Abonent kodu:**********400) adından ödənilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə оlan maddi hüquq nоrmalarına və işin baхılması zamanı qüvvədə оlan prоsessual hüquq nоrmalarına uyğun çıхarılmalıdır. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, mərhum X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bu hissədə miras əmlakla bağlı hüquqi məsələlər həmin vaxt qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüquq normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 və 1133.2-ci maddələrinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə hesab edir ki, Ərizəçi X2 vəfatından sonra miras əmlakı faktiki idarə etmişdir. Belə ki, iş üzrə ərizəçinin vəkili və nümayəndəsinin və şahidlərin izahatından aydın olur ki, o yoldaşının vəfatından sonra miras əmlakı idarə etməklə evin açarı onda olmuş, bütün kommunal ödənişləri ödəmiş, evin bütün sənədləri onda olmuş, yoldaşının vəfatından sonra o evdə yaşamış, lakin hal hazırda evi kirayəyə vermiş və aylıq ödənişlər onun tərəfindən ödənilmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində ifadə verən şəxslər də miras əmlakda yaşayan şəxslərdən biri olduğunu, mirasın Ərizəçi tərəfindən qəbul edilməsi evin açarının, sənədlərinin onda olması, iş materiallarında olan elektrik, su, qaz ödənişlərinin onun tərəfindən həyata keçirilməsi, həmin kommunal xərclərlə bağlı müqavilələrin X2 adına bağlanması, kommunal ödənişləri evdə kirayə yaşayan şəxsin ödəməsi, kirayənin ödənişinin ərizəçiyə edilməsi və kirayən verilən evə Ərizəçi nəzarət etməsi barədə müəyyən edilən hallar Ərizəçi mirası qəbul etdiyini təsdiq edir. Məhkəmə bununla bağlı qeyd edir ki, mülki qanunvericilikdə mirasın qəbul edilməsi ilə bağlı nəzərdə tutulmuş normaların məzmunundan da aydın olduğu kimi, mirasın faktiki qəbulu miras əmlaka faktiki sahiblik və miras əmlakı faktiki idarə etmək üsulunu özündə ehtiva edir. Mirasın faktiki qəbulu dedikdə vərəsənin məhz miras əmlakda yaşamaqla onu qəbul etməsi ilə şərtləndirilmir, həmçinin miras əmlak barəsində vərəsə mülkiyyətçinin öz əmlakının qorunması və sahiblik etməsi ilə bağlı hərəkətlər edir. Hazırki iddia tələbi üzrə vərəsə Ərizəçi yoldaşının vəfatından sonra mirasın qorunması üçün həyata keçirdiyi hərəkətləri məhkəmə tərəfindən həmin mirasın onun tərəfindən qorunması, mirasa sahiblik etməklə faktiki idarə etməsi kimi qiymətləndirilir. İşin halları ilə müəyyən edilir ki, X2 sağ olduğu vaxtdan Ərizəçi yoldaşı ilə birgə yaşamış, X6 vəfatından sonra mirası qəbul etmişdir və bu gün də ərindən qalan miras əmlakı sahiblənmişdir. Miras qoyan ərizəçinin əridir və qanun üzrə vərəsələr sırasına daxildir. Ərizəçi hələ ərinin sağlığından onunla yaşamış və onun vəfatından sonra mirasın qəbulu üçün onun idarəçiliyi üçün bütün zəruri hərəkətləri həyata keçirmişdir. Bu halda ərizəçinin ərizəsi təmin edilməli, miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ödənilmiş dövlət rüsumu və digər xərclərlə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, ərizə təmin edildiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

Ərizə təmin edilsin. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 49.77 kvim mənzildən ibarət mərhum S X5 qalan miras əmlakın Ərizəçi tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə şamil edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar