Məhkəmə qərarları › İş №2(078)-184/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-184/2025

18.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-184/2025 18.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında, 0.0474 kv.m torpaq sahəsinsə yerləşən, 6 otaqdan ibarət olan, ümumi sahəsi 135.74 kv.m yaşayış sahəsi 83.82 kv.m yardımçı sahəsi 51.92 kv.m olan yaşayış sahəsinə yaşayış və istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı vəkil və nümayəndəsi Vəkil 30 yanvar 2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, həmin maddənin məzmununa əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də iddia ərizəsinə əlavə olunmuş İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2024-cü il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə yaşayış və istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X1 Portalına xx.xx.2024-cü il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar