Məhkəmə qərarları › İş №2(078)-186/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-186/2023

30.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-186/2023 30.03.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi və ərizəçinin vəkili Vəkil iştirakları ilə Ərizəçi miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, mərhum X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0955 ha torpaq sahəsinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbi əsaslandıraraq ərizədə qeyd etmişdir ki, əri X4 11 yanvar 2015-ci il tarixdə ölmüşdür. Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 onun vərəsələridir. X1 ölümündən sonra onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.0955 ha torpaq sahəsi miras qalmışdır. Həmin miras qalmış əmlak 19 iyun 2014-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində **********24 reystr və ********** qeydiyyat nömrə ilə rəsmiləşdirilərək X3 adına çıxarış verilmişdir. O, həmin miras qalmış əmlakı faktiki olaraq qəbul edib, istifadə edir. Digər vərəsələr hər biri ayrı-ayrılıqda notarial qaydada mirasın qəbulundan imtina barədə ərizə veriblər. Bu günədək maddi imkanı aşağı olduğuna görə müvafiq rəsmiləşdirmə aparıb ərindən miras qalmış əmlakı adına sənədləşdirə bilməmişdir. Ərizəçi mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Naxçıvan şəhər iki saylı Notariat Ofisinə müraciət etmişdir. Naxçıvan şəhər iki saylı Notariat Ofisinin 06 yanvar 2023-cü il tarixli qərarına əsasən vərəsəliyin açılmasından imtina edilmişdir. 30 mart 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Naxçıvan şəhər 2 saylı Notariat Ofisinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Naxçıvan şəhər 2 saylı Notariat Ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, Naxçıvan şəhər 2 saylı Notariat Ofisinin notariusu tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə məktub göndərilərək həmin məktubda 30 mart 2023-cü il tarixdə keçiriləcək məhkəmə prosesində iş yükü ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini qeyd edərək məhkəmə prosesini onun iştirakı olmadan keçirməyi və müvafiq qərar qəbul etməyi xahiş etmişdir. Qeyd olunan məktubu nəzərə alan məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə əsaslanmaqla Naxçıvan şəhər 2 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün saymışdır. 30 mart 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə digər maraqlı şəxslərə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə müvafiq olaraq məhkəmə iş üzrə digər maraqlı şəxslərin iştirakları olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi 30 mart 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək qeyd olunan ərizədə onun miras əmlakın qəbulu barədə məhkəmədə iddia qaldırdığını, tələbinin məhkəmədən kənar həll edildiyini, ona görə də iddiadan imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, ərizəçinin iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4cü maddələrinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2022-ci il tarixli, 26181 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: Ərizəçi miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Ərizəçi iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. Ərizəçi tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2022-ci il tarixli, 26181 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar