Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-190/2024 18.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı yaşama və istifadə hüququnun verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən yaşama və istifadə hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil atası X5 tərəfindən onlara miras qalmışdır. Qardaşı Cavabdeh atasından qalan mirası sataraq 06 noyabr 1998-ci il tarixdə ona ev almışdır. Lakin qardaşı onu aldadaraq həmin mənzili öz adına sənədləşdirmişdir. Qardaşı onu həmin mənzildən çıxarmaq üçün polisə müraciət etmişdir. Onun başqa yaşayacaq evi olmadığından yaşama və istifadə hüququ üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı əvvəl atası və anası ilə birlikdə yaşadığını, ünvan 3 ünvanında yerləşən evdə yaşadığını, orada qeydiyyatda olduğunu, həyətin sonunda öz torpağının da olduğunu, onu özünün aldığını, ata və anası öldükdən sonra qardaşının gələrək ona evin onun olduğunu dediyini, ona “evi satım sənə də ev alacam” dediyini, 1998-ci ilin noyabr ayınının təxminən 4-5-i qardaşı Cavabdeh gələrək ona evi aldığını dediyini, gedib evə baxdıqlarını, evin yaxşı vəziyyətdə olmadığını, ancaq buna da razı olduğunu, təxminən 1998-ci ilin noyabr ayının 30-da həmin evə köçdüyünü, həmin vaxtdan həmin evdə yaşadığını, 2001-ci ilin dekabr ayında qeyri-rəsmi nikaha girdiyini, həmin vaxtdan həyat yoldaşının da həmin evdə yaşadığını, 2002-ci ilin yanvar ayında yoldaşını hərbiyə apardıqlarını, 2005-ci ildə rəsmi nikaha daxil olduqlarını, həmin evdə yaşadıqlarını, sonra onu polislərin çağırdığını, başqasının evini zəbt etdiyini dediklərini, o evdə yaşamağa qardaşının icazə verdiyini, sonra da polisə evdən çıxarılması üçün qardaşının müraciət etdiyini, cavabdehin təklif etdiyi pulun az olduğunu, o məbləğlə heç nə edə bilməyəcəyini, yaşamağa yerinin olmasını istədiyini, bunun da ona kifayət etmədiyini, qaynatasından qaldığı qeyd edilən evdə qaynının, baldızının yaşadığını, həmin evin sadəcə il ərzində 3 ay boş olduğunu, bunun səbəbinin də onların Türkiyə Respublikasına işləməyə getmələri olduğunu, yaşamağa yerinin olmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh atası və anası sağ olan vaxtı bacısı İddiaçı qaçdığını eşitdiklərini, sonra evləndiyini eşidərək heç nə etmədiklərini, 1991-ci ildə bir qadının 2 uşaqla gəldiyini, bacısının onun ailəsini dağıtdığını dediyini, bundan sonra atasının vəsiyyətnamə yazmaq qərarına gəldiyini, hər şeyini ona bağışlamaq istədiyini, bacılarının hətta İddiaçı da notariusa gedərək buna razılıq verdiyini, anasının 1992-ci ildə, atasının da 1997-ci ildə vəfat etdiyini, sonra onun atasından miras qalan evi sataraq özünə 1 otaqlı mənzil aldığını, sonra bacısının ayrılıb gəldiyini, o da ünvan 1 ünvanında yerləşən özü üçün aldığı evi evlənənə qədər yaşaması üçün bacısına verdiyini, bacısının o evə təxminən 2005-ci ildə köçdüyünü, vaxtın tam olaraq yadına gəlmədiyini, bacısının 1998-ci ildə həmin evə köçmədiyini, ancaq bununla bağlı heç bir sübutu olmadığını, 1998-ci ildə həmin evi alarkən fikrinin evi kirayə vermək olduğunu, özünün 6 nəfərlik ailəsi ilə birlikdə bir evdə yaşadığını, təqaüdə çıxdıqdan sonra yoldaşı ilə tək yaşamaq istədiyini, sakitlik istədiyini, bacısına yaşayış və istifadə hüququ verilərsə bunun mümkün olmayacağını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X4 Cavabdeh iddiaçıya 5000 manat kompensasiya təklif etdiyini, iddiaçının qaynatasından qalan ev olduğunu, orada yaşaya biləcəyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində İddiaçı ilə qonşu olduqlarını, cavabdehi tanımadığını, həmin şəxsi heç görmədiyini, 1981-ci ildən orada yaşadığını, İddiaçı təxminən 27-28 ildir ki, mübahisəli mənzildə yaşadığını, özünün 1-ci mərtəbədə İddiaçı isə digər blokda 5-ci mərtəbədə yaşadığını, İddiaçı subay görmədiyini, evli olduğunu, həyətə düşdüyünü orada oturduqlarını, orada görüdüyünü bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində İddiaçı ilə qonşu olduqlarını, cavabdehi tanımadığını, həmin şəxsi heç görmədiyini, özünün 2011-ci ilin fevral ayından həmin binaya köçdüyünü, 2011-ci ilin fevral ayından 2023-cü ilin avqust ayınadək İddiaçı ilə qonşu olduqlarını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddia ərizəsinə əlavə olunmuş Naxçıvan şəhər İcra Hakimiyyəti 1 saylı mənzilistismar idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1005 nömrəli arayışdan İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olması aydın olur. İş materiallarında olan Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin sahibi Cavabdehdur. İş materiallarında olan 26 oktyabr 1998-ci il tarixli müqavilədən görünür ki, Babək rayon, Tumbul kəndində yaşayan X2 şəhəri, Əlincə məhəlləsi, bina 6, mənzil 50 ünvanında yerləşən mənzili ünvan 4şayan Cavabdeh alğı-satqı müqaviləsi əsasında satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil şəxsi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli, 13/35 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Sovetabad kəndinin 1986- 1990-cı illərə dair 11 №-li Təsərrüfatbaşına kitabında mərhum X5 ailə başçısı olmaqla adına 0.06 HA torpaq sahəsi qeyd edilmiş və aşağıdakı ailə üzvləri göstərilmişdir:
1. X5-ailə başçısı 1909-cu il
2. X8-arvadı 1928-ci il
3. İddiaçı-qızı xx.xx.1964-cü il İddiaçı mübahisəli evdən istifadə ilə bağlı hüquq münasibətləri 1 sentyabr 2000-ci ilə qədər yarandığından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddibüluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətindədir. İddiaçı izahatında İddiaçı 1998-ci ildən yəni, 26 ildir həmin evdə yaşadığını qeyd etmişdir. Cavabdehin bu halı izahatında təkzib etmiş və tarixin dəqiq yadına gəlmədiyini, İddiaçı təxminən 2005-ci ildən ünvan 1 ünvanında yerləşən mənzildə yaşamağa başladığını qeyd etmişdir. Məhkəmə tərəfindən cavabdehə bu halı təsdiq etməyinə dair sübutu məhkəməyə təqdim etməsinin təklif olunmasına baxmayaraq, cavabdeh bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçının vəsatəti əsasında dinlənilmiş şahid də iddiaçının təxminən 27 ildir ki, ünvan 1 ünvanında yerləşən evdə yaşadığını qeyd etmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından və 31 oktyabr 2015ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsindən də görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh iddiaçının 2005-ci ildən mübahisəli mənzildə yaşadığını bildirsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İşin məhkəmə araşdırması zamanı da qeyd olunan hal öz təsdiqini tapmamışdır. Əksinə məhkəmə araşdırması zamanı şahid ifadəsi ilə təsdiq olunmuşdur ki, iddiaçı 2000-ci ildən əvvəl həmin evə köçmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə cavabdehin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən cavabdeh etirazının əsasını təşkil edən halları sübut etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə araşdırması zamanı cavabdehin 1998-ci ildə iddiaçını özünün mübahisəli mənzilə köçürməsi və orada yaşamasına icazə verməsi öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən iddiaçının mübahisəli mənzildən istifadə hüququ yaranmışdır və ona görə də hazırki iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində hər kəsin mənzil hüququ təsbit olunmuşdur. Konstitusiyanın müddəasına görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarının öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia tələbi təmin edilməli; -İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququ verilməli; -iddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququ verilsin. İddia təmin edildiyindən iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Gülsüm Əliyeva.