Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-191/2021 21.06.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı əmlakın naturada ayrılması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin vermiş olduğu ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus olan 7/8 hissədə payının naturada ayrılıb verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin İddiaçı 25.02.2021-ci il tarixdə məhkəmənin ünvanına ərizə göndərərək iddianı müdafiə etdiyini, ünvan 1 ünvanında yerləşən mülkün 7/8 hissəsinin ona anasından miras qaldığını, bunun 25.11.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarışda da öz əksini tapdığını, mülkü tam təmirli şəraitlə, kondisioner sistemi, istilik sistemi və digər avadanlıqlarlı təhciz olunmuş şəkildə aldığını, Cavabdeh1 isə anası D.Bağırovaya məxsus külli miqdarda pul vəsaitini və qızıl əşyalarını onlardan xəbərsiz mənimsədiyini bildirmiş və ərizəsinin mülki işə əlavə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etirazının olmadığını bildirmiş və bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı dindirilən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək verdiyi izahatında bildirmişdir ki, təmsil etdiyi şəxsin atası X8 16 avqust 2011-ci ildə, anası X13 isə 29 iyun 2016-cı il tarixdə vəfat etmişdir. İddiaçının valideynləri arasında 24 iyun 1958-ci il tarixdə nikah bağlanmış, nikahlarından X4, X6, İddiaçı və X5 doğulmuşdur. M.Bağırova 29 iyul 2016-cı il tarixdə vəfat etmiş və onun 3 vərəsəsi var (Cavabdeh1-həyat yoldaşı, Cavabdeh3-oğlu və Cavabdeh2-oğlu). X7 Naxçıvan şəhəri, C.Naxçıvanski küçəsində mülkiyyətində olan 0.0469 ha toraq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 83.7 kv.m yaşayış, 156.0 kv.metr köməkçi sahədən ibarət 16A nömrəli fərdi yaşayış evi miras qalmış, vərəsələrdən X4 və X6 vərəsəlik yolu ilə onlara çatan paydan İddiaçı xeyrinə imtina etmişlər. Hazırda İddiaçı sözügedən miras əmlakda 7/8 hissədə pay hüququ var və İddiaçı 14.11.2020-ci il tarixdə Naxçıvan şəhər 1 saylı Notariat Ofisinə müraciət edərək 2V-95 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə edib, həmin şəhadətnamə əsasında 25.11.2020-ci il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət edərək ********** qeydiyyat nömrə ilə əmlakın 7/8 hissəsinə dair çıxarış almışdır. Paylar naturada müəyyən olunmadığından iddiaçı mülkiyyət hüquqlarını sərbəst şəkildə həyata keçirə bilmir. Buna görə də İddiaçı özünə çatan payın naturada ayrılmasını istədiyini bildirən iddiaçının vəkili və nümayəndəsi Vəkil sonda qeyd olunanların nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 iddianı rədd edərək verdiyi izahatında mərhum X1 əri olmaqla onun birinci növbəli vərəsəsidir. Mübahisəli mənzilə dair illərdir ki, müxtəlif iddia tələbli məhkəmə işlərinin davam etdiyini, özünün və övladları-hazırda həmin mənzildə yaşadıqlarını, baxmayaraq ki, məhkəmə qətnamə ilə cəmi 1/8 payın müəyyən edildiyini, iddiaçının heç bir haqqı olmasa da artıq qətnamələr qəbul edildiyini, əmlakın naturada bölünməsinin mümkün olmadığını bildirib sonda qərar qəbul edilərkən qeyd olunanaların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İşin faktiki və mübahisələndirilməyən halları ondan ibarətdir ki, X8 ilə X14 arasında Naxçıvan ZAKS Bürosunda 24 iyun 1958-ci ildə nikah bağlanmışdır. X8 xərçəg intoksikasiyası səbəbindən 16.08.2011-ci ildə Naxçıvan şəhərində vəfat etmiş, bu haqda ölüm kitabının 22.08.2011-ci il tarixdə 272 səhifəsində qeydiyyat aparılmışdır. X13 29.06.2016-cı il tarixdə beyinə qansızma səbəbindən vəfat etmiş, bu haqda ölüm haqqında akt qeydləri kitabının 26.07.2016-cı il tarixində 226 nömrə ilə qeydiyyat aparılmışdır. X2 şəhəri, C.Naxçıvanski ev 16 A-da yaşayıb və vərəsələri bunlardır: 1.X8-həyat yoldaşı-vəfat edib
2. X5 –qızı-vəfat edib 3.X4-qızı-1963 4.X6-oğlu-1965 5.İddiaçı-oğlu-1971. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 29.06.2010-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Naxçıvan şəhəri, C.Naxçıvanski küçəsində mülkiyyətində olan 0.0469 ha toraq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 83.7 kv.m yaşayış, 156.0 kv.metr köməkçi sahədən ibarət 16A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X9 adına daşınmaz əmlakın dövlət reyestrində 18/1 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 25.11.2020-ci il tarixli MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Naxçıvan şəhəri, C.Naxçıvanski küçəsində mülkiyyətində olan 0.0469 ha toraq sahəsində yerləşən 239.7 kv.m-dən ibarət 16A nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında 7/8 hissə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/1 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarına əlavə edilmiş Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2021-ci il tarixli, 78 nömrəli məhkəmə tikinti-texniki ekpertizası üzrə ekspert rəyinə əsasən, ünvan 3 ünvanında yerləşən 0.0469 ha toraq sahəsi və üzərində inşa edilmiş 239.7 kv.m-dən ibarət fərdi yaşayış evindən İddiaçı 7/8 hissəsinin təcrid olunmuş qaydada ayrılaraq verilməsi (bölünməsi) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin, eləcə də metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə araşdırması zamanı iş üzrə İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən İddiaçı verilmiş 25.11.2020-ci il tarixli MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Naxçıvan şəhəri, C.Naxçıvanski küçəsində mülkiyyətində olan 0.0469 ha toraq sahəsində yerləşən 239.7 kv.m-dən ibarət 16A nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında 7/8 hissə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 18/1 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin Naxçıvan MR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2021-ci il tarixli, 78 nömrəli əsaslılığı məhkəmədə şübhə doğurmayan məhkəmə tikinti-texniki ekspertizası üzrə rəyi ilə ünvan 3 ünvanında yerləşən 0.0469 ha toraq sahəsi və üzərində inşa edilmiş 239.7 kv.m-dən ibarət fərdi yaşayış evindən İddiaçı 7/8 hissəsinin təcrid olunmuş qaydada ayrılaraq verilməsinin (bölünməsinin) texniki cəhətdən mümkün olmadığı təsdiq olunur. Ona görə də iddia rədd edilməlidir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 4 aprel 2014-cü il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı əmlakın naturada ayrılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.