Məhkəmə qərarları › İş №2(078)-193/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-193/2025

24.02.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-193/2025 24.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, cavabdeh Naxçıvan MR X7 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR X2rşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Naxçıvan MR X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1976-cı ildən 2024-cü ilədək müvafiq olaraq X7 üzvü olmadığı halda əmək haqqından qanunsuz olaraq tutulmuş üzvlük haqqının hesablanaraq müəyyən edilməsi və cavabdeh Naxçıvan MR X4 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 06 fevral 2025-ci il tarixdə tərəflər qarşılıqlı razılığa gələrək aşağıdakı məzmunda barışıq sazişi bağlamışdırlar. İddiaçı qismində iştirak edən İddiaçı, Cavabdeh Sədri kimi cavabdeh qismində çıxış edən X5 (Bundan sonra birlikdə “Tərəflər” adlandırılacaq). İddiaçı cavabdeh Şuraya ödənilmiş üzvlük haqqlarının geri qaytarılması tələbi ilə bağlı aralarındakı mübahisənin barışıq yolu ilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə uyğun olaraq, aşağıdakı məzmunda və şərtlərlə Barışıq Sazişinin bağlanılması barədə razılığa gəldilər. Sazişin 1-ci maddəsinə, əsasən, barışıq sazişinin predmetini İddiaçı Cavabdehna qarşı iddiası üzrə mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsi təşkil edir. Sazişin 2.1-ci maddəsinə, əsasən, İddiaçı və həyat yoldaşına 2025-ci ilin yay aylarında Qala-altı sanatoriyaya və X13 dəyərinin 15%- ni ödəməklə yollayış vərəqəsi verilməsini X6raq öhdəlik götürür. Sazişin 2.2-ci maddəsinə, əsasən, İddiaçı və həyat yoldaşı 2026-cı ilin yay aylarında Azərbaycanda yerləşən AHİK-in nəzdində fəaliyyət göstərən hər hansı sanatoriyaya və X13 dəyərinin 15%-ni ödəməklə yollayış vərəqələri ilə təmin olunacaqlar. Sazişin 2.3-cü maddəsinə, əsasən, tərəflər bəyan edirlər ki, bu Sazişin 2.1-2.2-ci bəndlərində müəyyən edilən hallarla bağlı bir-birilərinə qarşı əlavə tələb və ya iddiaları yoxdur və olmayacaq. Sazişin 3.1-ci maddəsinə, əsasən, bu sazişin şərtlərini tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52,191,261 -262-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. Sazişin 3.2-ci maddəsinə, əsasən, bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir. Sazişin 3.3-cü maddəsinə, əsasən, tərəflər aralarında xoşməramlı niyyətin təzahürü kimi barışıq sazişində göstərilən şərtlərin yerinə yetirildiyini nəzərə alaraq məhkəmədən barışıq sazişini qəbul etməsini, işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər. Sazişin 3.4-cü maddəsinə, əsasən, bu saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə azərbaycan dilində 3(üç) nüsxədə tərtib olunur. Nüsxələrin biri iddiaçıda, ikincisi cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Naxçıvan şəhər Məhkəməsinə təqdim olunur. Bu Saziş məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildiyi andan qüvvəyə minir. Sazişin 3.5-ci maddəsinə, əsasən,Bu Saziş ilə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının aidiyyəti məhkəmələri tərəfindən həll olunacaqdır. İddiaçı barışıq sazişinin şərtləri daxilində iddiadan imtina edirəm və barışıq sazişinin şərtləri ilə razılaşaraq təsdiq olunmasını, mülki iş üzrə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-ci maddəsinin tələbinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə İddiaçı və cavabdeh Naxçıvan MR X7 sədri X1 imzaladıqları barışıq sazişini müzakirə edib belə nəticəyə gəlir ki, işdə barışıq sazişinin təsdiq edilməməsi üçün əsas verən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar yoxdur. Bu səbəbdən də İddiaçı və cavabdeh Naxçıvan MR X7 sədri X1 arasında imzalanmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Buna görə də məhkəmə belə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir Beləliklə, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.2, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərarverdi: İddiaçının İddiaçı və cavabdeh Naxçıvan MR X7 sədri X5 arasında imzalanmış barışıq sazişi təsdiq edilsin. İddiaçı cavabdeh Naxçıvan MR X2rşı pul tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar