Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2(078)-196/2023 17.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı mənzillə təmin olunma tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: Quliyev X1 Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun sökülmüş yaşayış evinin yerində inşa olunmuş binadan mənzillə təmin olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsini ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina olunmalıdır. Belə ki, iddia ərizəsi nəzərdən keçirilərkən məlum olur ki, iddia Naxçıvan Şəhər İcra Hakimiyyətinin inzibati xarakterli qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədardır. Naxçıvan Şəhər İcra Hakimiyyəti inzibati orqan olmaqla, həmin orqanın inzibati qərar və hərəkətləri ilə əlaqədar mübahisələr inzibati mübahisə olmaqla, inzibati mübahisələrə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2-ci maddəsinə müvafiq olaraq, aidiyyəti üzrə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, inzibati mübahisələrə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmin qərarın 16.1-ci maddəsinə əsasən, inzibati mübahisə hüquqi təbiətinə görə mülki (iqtisadi) mübahisələrdən fərqli olduğundan mülki (iqtisadi) tələblər inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla heç bir halda birləşdirilə və onlara birgə baxıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə, iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, İddiaçı izah olunmalıdır ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin inzibati qərar, hərəkət və hərəkətsizliyi ilə əlaqədar aidiyyəti üzrə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etməlidir. 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 19 dekabr 2022-ci il tarixli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı mənzillə təmin olunma tələbinə dair iddia ərizəsini qəbul etməkdən imtina edilsin. İddiaçı izah olunsun ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin inzibati qərar, hərəkət və hərəkətsizliyi ilə əlaqədar aidiyyəti üzrə Naxçıvan MR İnzibati Məhkəməsinə müraciət etməlidir. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə 19 dekabr 2022-ci il tarixli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №2(078)-196/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №2(078)-196/2023
17.01.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver