Məhkəmə qərarları › İş №2(078)-201/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-201/2025

03.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-201/2025 03.02.2026 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Nəsibli Fərid İlham oğlunun katibliyi, İddiaçı-cavabdeh İddiaçı, iddiaçı-cavabdehin vəkili və nümayəndəsi Vəkil1 və cavabdeh-iddiaçı təşkilatın nümayəndəsi X3 iştirakları ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh MMC-yə qarşı istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabatın ödənilməsi tələbinə dair iddiasına və cavabdeh-iddiaçı Cavabdeh MMC-nin iddiaçı-cavabdeh İddiaçı qarşı şirkətə vurulmuş 20000 (iyirmi min) manat məbləğində ziyanın İddiaçı tutularaq Cavabdeh MMCyə ödənilməsi dəymiş ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı-cavabdeh İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2015-2024cü illərdə işlədiyi müddətdə istifadə edilməyən məzuniyyət pulunun və son hesabın hesablanaraq Cavabdeh MMC-dən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı-cavabdeh İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1 oktyabr 2014cü il tarixdən etibarən "Gəmiqaya Şirkətin MMСyə" yardımcı təsərrüfatına bölgə rəisi vəzifəsində işə başlamışdır. 5 yanvar 2023-cü il tarixdə "xxxx"X21i MMC" adlandırıldı. 2024-cü ilin sentyabrın 27-si AR Əmək Məcəlləsinin 69.3 bəndinə əsasən səhətini nəzərə alıb bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 2014-2024-cü illər ərzində əmək məzuniyyətindən istifadə etməmişdir və istifadə etmədiyi məzuniyyət günlərinə görə məzuniyyət pulu ödənilməmişdir. Eyni zamanda son hesabın ödənilməsi pulu qalır. 27 sentyabr 2024-cü il tarixdə Naxçıvan MR Həmkarlar İttifaqları şurasına göndərdiyi məktuba 04 oktyabr 2024-cü il tarixli cavab olaraq Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə müraciət etməsi bildirilmişdir. Daha sonra Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 23 noyabr 2024-cü il tarixli məktubuna əsasən məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. 2014- 2024-cü illər ərzində istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilmədiyinə görə məcbur qalıb məhkəməyə müraciət edir. İstifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsi tələbi ilə bağlı X2 müraciət edib müvafiq arayış almışdır və cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Mülki iş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə1 məhkəməyə xx.xx.2025-ci il tarixdə qarşılıqlı iddia ərizəsi təqdim edərək İddiaçı tərəfindən cavabdeh qismində onlara qarşı “istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsi tələbi” barədə qaldırdığı iddianın əsassız olduğundan rədd olunması, cavabdehin şirkətə vurmuş olduğu 20000 (iyirmi min) manat məbləğindəki ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, şirkətə vurmuş olduğu ziyanın hesablanması üçün Babək şəhəri, Naxçıvan Ordubad magistral yolunun 3.3-cü kilometrliyində yerləşən bağ sahəsində ekspertiza keçirilərək müvafiq rəy verilməsi tələbinin təmin edilməsi və şirkətə vurmuş olduğu ziyanın məbləği hesablandıqdan sonra şirkətin hesabına ödənilməsi barədə qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-nin (bundan sonra "Şirkət") əvvəllər işçisi olmuş İddiaçı (bundan sonra "Cavabdeh”) tərəfindən Naxçıvan şəhər məhkəməsində Cavabdeh MMC-yə qarşı məzuniyyət pulunun və son haqq hesab ödənişlərin edilməsi ilə əlaqədar iddia qaldırmışdır. Bildirilir ki, cavabdehin iddia ərizəsində qeyd etdiyi iddialar tamamilə əsassızdır və cavabdeh əmək fəaliyyətini həyata keçirdiyi zaman Şirkətə vurmuş olduğu maddi zərəri kompensasiya etməlidir. Belə ki, cavabdehin Şirkətdəki son iş günü Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişindən göründüyü kimi (Qoşma 1) 27 avqust 2024-cü il olmuşdur. xx.xx.2024-cü il tarixli, əmək müqaviləsinə xitam verilməsi barədə 113 nömrəli əmrə (Qoşma 2) əsasən, cavabdeh ilə Şirkət arasında olan əmək müqaviləsinə, AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, öz ərizəsi əsasında xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. Məhkəmənin nəzərinə çatdırdırmaq istəyir ki, cavabdeh əmək müqaviləsi bağlandığı tarixdən Babək şəhəri, Naxçıvan Ordubad magistral yolunun 3.3cü kilometrliyində yerləşən bağ sahəsinin (bundan sonra “bağ sahəsi”) sahə rəisi vəzifəsində çalışmışdır. Cavabdehin əsas vəzifəsi Babək şəhəri, Naxçıvan Ordubad magistral yolunun 3.3-cü kilometrliyində yerləşən bağ sahəsinə, ordakı meyvə ağaclarına qulluq etməkdən, ağacların lazımi qaydada dərmanlanmasına, sulanmasına və.s xidmətlərin göstərilməsinə nəzarət etməkdən ibarət olmuşdur. Belə ki, Cavabdeh MMC və "xxxx" MMC arasında 17 yanvar 2023-cü il tarixli, AXM-004/23 nömrəli Xidmət müqaviləsinə əsasən (Qoşma 3) "X21i" MMC bağ sahəsinə aqrotexniki xidmətlərin göstərilməsini öhdəsinə götürmüşdür və bu vəzifənin həyata keçirilməsi üçün həmin bağ sahəsinin sahə rəisi kimi İddiaçı tapşırılmışdır. Lakin, İddiaçı özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək həmin bağ sahəsindəki ağaclara ziyan vurmuşdur. Şirkət rəhbərliyi tərəfindən sahə rəisi İddiaçı vurduğu maddi ziyanla bağlı təftiş komissiyası yaradılmış və komissiya üzvlərinə tapşırılmışdır ki, cavabdehin əmək fəaliyyəti dövrü təftiş edilərək nəticəsi barədə akt tərtib olunsun. Komissiya üzvləri tərəfindən müvafiq qaydada araşdırma aparılaraq 24 sentyabr 2024-cü il tarixində cavabdehin yol verdiyi pozuntularla barədə AKT (Qoşma 4) tərtib edilmiş, həmin AKTla cavabdehin əmək funksiyalarını yerinə yetirdiyi öhdəliklərini layiqincə yerinə yetirmədiyindən bağ sahəsində olan ağacların əksəriyyətinə ziyan vurduğu müəyyən olunmuşdur. Cavabdehin vurduğu ziyanın dəqiqliklə müəyyən edilməsi üçün "X21" MMС tərəfindən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfat Nazirliyinə 16 dekabr 2024-cü il tarixli, 232 nömrəli məktubla (Qoşma 5) müraciət olunaraq Babək şəhəri, Naxçıvan Ordubad magistral yolunun 3.3-cü kilometrliyində yerləşən bağ sahəsində ekspertiza keçirilərək müvafiq rəyin verilməsi xahiş edilmişdir. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfat Nazirliyinin 25 dekabr 2024-cü il tarixli, 3- 22-24/2-1086/2024 nömrəli müraciətə baxılması nəticəsi haqqında cavab məktubunda (Qoşma 6) müraciətdə qaldırılan məsələnin həlli ilə bağlı köməklik göstərilməsi Nazirliyin səlahiyyəti xaricində olduğu bildirilirib. Həmçinin, mülki mübahisəyə məhkəmə icraatı qaydasında baxılarlən iş üzrə zəruri hesab edilən hallarla bağlı müvafiq rəy verilməsi üçün məhkəmənin qərardadı əsasında Nazirliyin nümayəndəsinin iştirakı ilə təmin ediləcəyi bildirilib. Yuxarıdakı siyahı üzrə cavabdeh tərəfindən vurulan ziyanın həcmi ağlabatan olaraq 20 000,00 AZN həcmində təqribi olaraq müəyyən edilmişdir. Lakin ziyanın həcminin dəqiqliklə müəyyən edilməsi üçün Babək şəhəri, Naxçıvan Ordubad magistral yolunun 3.3-cü kilometrliyində yerləşən bağ sahəsində ekspertiza keçirələrək müvafiq rəy verilməsinnə ehtiyac vardır. Ziyanın həcminin dəqiq müəyyənləşdiirlməsi üçün təqdim edilən akt üzrə müəyyənləşdirilmiş ağaclara vurulan ziyanın həcminin hesablanması üçün müvafiq ekspertizanın təyin edilməsinə görə vəsatətin təmin edilməsini xahiş edir. Bundan sonra ekspertiza rəyi nəticəsində cavabdehin iddiaçıya vurduğun ziyanın həcmi dəqiq hesablanacaqdır. Həmin hissədə iddiaçı tərəfindən ziyan həcminə uyğun iddianın həcmi barəpe dəqiqləşdirmə veriləcəkdir. İndiki halda təqribi hesablanmış ziyan həcminə uyğun olaraq dövlət rüsumu tərəfindən ödənilmişdir (Qoşma 7). № 2(078)-201/2025 saylı iş üzrə İD: ******* nömrəli qərardadda “qarşılıqlı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qalxdıqdan sonra cavabdeh ümumi qaydada məhkəməyə müraciət edə bilər” kimi qeyd edilmişdir. Ərizədə olan nöqsanlar ağlabatan müddətdə aradan qaldıraraq yenidən məhkəmənin diqqətinə çatdırır. Məhkəmənin qərardadı ilə cavabdeh X21i” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı şirkətə vurmuş olduğu 20000 (iyirmi min) manat məbləğindəki ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qarşılıqlı iddiası icraata qəbul edilməklə iddia tələbinə İddiaçı Cavabdehnə qarşı istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsi tələbinə dair iddiası və Cavabdeh İddiaçı qarşı şirkətə vurmuş olduğu 20000 (iyirmi min) manat məbləğindəki ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qarşılıqlı iddiası çərçivəsində baxılmasına qərar verilmişdir. Məhkəmə iclasında iddiaçı-cavabdeh İddiaçı verdiyi izahatında özünün şirkətə ziyan verdiyi halda özünün hər şeyi təhvil verib çıxdığını, özünün işdən çıxdığı zaman ağaclarda məhsulun olmadığını, qarşılıqlı iddianın əsassız və yalan olduğunu bildirmişdir. Özünün heç vaxt məzuniyyətə çıxmadığını, əmək haqqlarının bank hesabı ilə ödəndiyini, işdən azad olunma səbəbini bilmədiyini, axşam üstü saat 4 radələrində Əhməd müəllimin gəlib ona işdən çıxmasını dediyini, ona gedib çıxışını götürməsini dediklərini, Rahilə xanımın yanına çıxışını götürməyə göndərdiklərini, ona işdən çıxdıqdan sonra son hesabın da ödənilmədiyini, 2014-2024-cü illərdə heç bir məzuniyyətindən istifadə edə bilmədiyini, bir dəfə şirkətin işi üçün Gəncəyə göndərildiyini, Kənd Təsərrüfat nazirinin müavini ilə Gəncəyə gedib qayıtdığını, məzuniyyətlərini istifadə edə bilmədiyini, məzuniyyət barədə əmək haqqı belə almadığını, işdən 2024-cü ilin sentyabr ayının 27 də işdən olduğunu bildirmişdir. Ekspert rəyi ilə razı olduğunu bildirmişdir. İddiaçı-cavabdeh İddiaçı məhkəmə baxış iclasında verdiyi izahatında 2014-cü ildən bəri heç bir məzuniyyətinin olmadığını, çıxışını verdiklərini, çıxışını götürüb işdən çıxdığını, 10 il müddətində əmək məzuniyyətinə çıxmadığını, növbələrdə olduğunu, son əmək haqqının ödənildiyi zaman ona məzuniyyət pulunun verilmədiyini, ümumiyyətlə məzuniyyət pulu ödənilmədiyini, ayda 1500 manat əmək haqqı aldığını, sahə rəisi vəzifəsində işlədiyini, özünün məzuniyyətə çıxmadığını, məzuniyyət pulu da almadığını, bu barədə çıxarışları təqdim etdiyini, Naxçıvan Bankdan da çıxarışları alıb məhkəməyə təqdim etdiyini, onu məzuniyyətə çıxarmadıqlarını, bütün gün işdə olduğunu. Tapşırıqları yerinə yetirdiyini, özünə ümumiyyətlə heç bir məzuniyyət pulu vermədiklərini, bu barədə cavabdeh təşkilata müraciət etdikdə bizdə elə şey yoxdur deyib ona xoş getdin dediklərini bildirərək ilkin iddiasının təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı-cavabdehin vəkili və nümayəndəsi Vəkil1 verdiyi izahatında ekspertiza təyin olunmasını istədiyini, mütəxəssis cəlb olunmasına və ekspertin dindirilməsinə etiraz etmədiyini, iddiaçının uzun illər işlədiyini və heç bir məzuniyyət ödənişi almadığını, bir ilə yaxındır məhkəmənin davam etdiyini, iddiaçının yaşlı adam olduğunu, əziyyət çəkdiyini, daha doğru və dolğun rəyin verilməsini istədiyini, təkrar ekspertiza təyin olunmasına etiraz etmədiyini bildirmişdir. Rəyin verilə bilməmə səbəbi cavabdehin qəsdən sənədləri ekspert tədqiqatına təqdim etmədiyini, bu səbəbdən yenidən ekspertizaya getməsinə etiraz etdiyini, işin müddətini uzatmaq üçün cavabdehin bu şifahi vəsatəti verdiyini, iddia müddəti barədə ərizəni qəbul etmədiyini, hüquq normalarına uyğun olmadığını bildirərək məhkəmədən iddiasının təmin edilməsini və qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı izahat verən cavabdeh-iddiaçı təşkilatın nümayəndəsi Nümayəndə1 verdiyi izahatında Rastfarm şirkətinin xidmət göstərdiyini, bu barədə müqavilə bağlandığını, dəymiş ziyan barədə tələb etmək Rast farm şirkətinin öhdəliyində olduğunu, vurulmuş ziyana görə məhsul götürülə bilmədiyini, bu barədə qarşılıqlı iddia verdiklərini, ekspertiza keçirilməsini istədiyini, Ekologiya və Təbii Sərvətlər nazirliyindən mütəxəssis cəlb edilməsinə etiraz etmədiyini, son hesabın ödənməsi ilə bağlı mühasibatlıqdan çıxarış gətirəcəyini, digər lazımi sənədləri təsdiq olunmuş şəkildə məhkəməyə təqdim edəcəyini, baxış keçirilməsinə etiraz etmədiyini, məhkəmə proseslərindən avvəl quru ağacların çıxarılıb yeni ağacların əkildiyini, vaxtı ikən ağacların quruduğunu, indi dəyişdirildiyini, qulluq edildiyini bildirmişdir. İddiaçının məzuniyyətlərinin istifadə etdiyini, özünün o zamanlar orada işləmədiyini, lakin eşitdiyinə görə məzuniyyətlərə çıxdığını, lakin rəsmiləşdirilmədiyini, hətta ölkədən çıxışının da olduğunu bildirmişdir. Məhkəmə iclasında mütəxəssis X9 verdiyi izahatında əraziyə baxış keçirilən zaman ərazidə ağacların əkildiyini, köhnədən qalan ağaclar olduğunu, 90 faiz ağacın köhnə ağaclar olduğunu, quru ağac görmədiklərini, quruyan ağacların olmadığını, bu barədə rəyin təqdim ediləcəyini bildirmişdir. Məhkəmə iclasında mütəxəssis X6 verdiyi izahatında baxış keçirilən zaman ərazidə qurumuş ağacların olmadığını bu barədə mütəxəssis rəyinin təqdim ediləcəyini bildirmişdir. Məhkəmə iclasında ekspert X10 verdiyi ifadəsində ekspert rəyində hesablanan məbləğin toplam qiymət olduğunu, illər üzrə çıxarıldıqda çox fərqin olmadığını, cədvəl formasında rəyin yeni yaradıldığını, onlarda cədvəlin olmadığını, lakin cədvəldən məlumatının olduğunu, işlərinin çox olduğunu bildirmişdir. Məhkəmə iclasında cavabdeh-iddiaçı təşkilatın nümayəndəsi X7 verdiyi izahatında mühasibin işdən çıxdığını, sözü gedən sənədlərinn məhkəmədə olduğunu, özünün əmək fəaliyyətinə yeni başladığını, məhkəmədən təkrar ekspertiza keçirilməsini istədiyini, lakin elektron və ya yazılı vəsatət verə bilmədiyini, özünün noyabr ayında işə başladığını, vəkil sorğusundan məlumatının olmadığını, vəkil Cabir müəllimin növbəti proseslərdə iştirak edəcəyini, iddiaçının bir illik iddia müddətini ötürdüyünü, bu barədə ərizəsidə bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş 1 (bir) illik iddia müddətini ötürmüşdür. Belə ki, İddiaçı ilə Cavabdeh arasında 01 oktyabr 2014-cü il tarixində bağlanılmış əmək müqaviləsinə 27 avqust 2024-cü il tarixində xitam verilmiş, iddia isə 06 dekabr 2024-cü il tarixində verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, habelə ziyan vurulması ilə bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 (bir) il müddətində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən isə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə pozulduğu gündür. Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı əsasında başqa vaxta keçirilə bilər (Əmək Məcəlləsi, maddə 134.1). Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə məzuniyyətin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan digər aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülür (Əmək Məcəlləsi, maddə 134.2). Həmçinin, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir (Əmək Məcəlləsi, maddə 135.2). Göründüyü kimi, İddiaçı cari iş ili üzrə əmək məzuniyyətindən istifadə etmədiyi halda, ya tərəflər arasında həmin məzuniyyətin başqa vaxta keçirilməsi barədə qarşılıqlı razılıq əldə edilməli, ya da istifadə edilməmiş məzuniyyətə görə müvafiq kompensasiya ödənilməli idi. Qanunvericiliklə müəyyən edilmiş qaydaya əsasən, bu hərəkətlər məhz cari iş ilinin sonunda həyata keçirilməli və müvafiq qaydada sənədləşdirilməli idi. Tərəflər arasında cari iş ilinin istifadə edilməmiş məzuniyyətinin növbəti iş ilinə keçirilməsi barədə hər hansı razılaşma əldə edilməmiş, iddiaçı tərəfindən də bu istiqamətdə təşəbbüs göstərilməmişdir. Həmçinin, ötən illər ərzində hər ilin sonunda istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi də həyata keçirilməmişdir. İstifadə edilməmiş əmək məzuniyyətinin növbəti ilə keçirilməsi ilə bağlı sənədləşdirmə qaydalarının pozulmasına baxmayaraq, iddiaçı bu hallara etiraz etməmiş, habelə ötən illər ərzində kompensasiyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Hər bir iş ili üzrə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsi və ya həmin məzuniyyət günlərinin növbəti ilə keçirilməsinin razılaşdırılması müvafiq iş ilinin sonunda həyata keçirilməli olduğundan, il sonunda bu hərəkətlərin edilməməsi məzuniyyətlə bağlı hüquqların pozulması hesab edilir. Belə olan halda, növbəti iş ilinə keçildikdə artıq iddiaçının məzuniyyətə görə kompensasiya tələbi üzrə iddia müddətinin axımı başlanmış olur. Yəni, iddiaçı 2014-cü ilin istifadə edilməmiş məzuniyyətinə görə kompensasiyanı 2015-ci ildən etibarən tələb etməli idi. Eyni qayda ilə, 2016-cı ilin istifadə edilməmiş məzuniyyətinə görə kompensasiya 2017-ci ilin sonunadək tələb edilməli idi. Hər növbəti iş ili üzrə məzuniyyət puluna dair tələblər üçün iddia müddətinin hesablanması bu ardıcıllıqla həyata keçirilməlidir. Hər bir iş ili üzrə əmək müqaviləsinin məzuniyyətlə bağlı şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən pozulması faktı iddiaçıya aydın olmuşdur. Bu səbəbdən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş 1 (bir) illik iddia müddəti 2014–2023-cü illər üzrə ötürülmüşdür. Əmək Məcəlləsinin 144.2ci maddəsində qeyd edilir ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq, işçiyə işdən çıxan günədək istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Lakin bu norma işçinin işdən çıxan gün bütün əvvəlki illərə dair məzuniyyət pulunu məhdudiyyətsiz şəkildə tələb edə bilməsi mənasına gəlmir. Belə ki, Əmək Məcəlləsinin 135.2-ci maddəsi məzuniyyət pulunun ödənilməsini yalnız tərəflərin razılığı ilə növbəti iş ilinə keçirilmiş məzuniyyətin istifadə edilməməsi halı ilə əlaqələndirir və kompensasiyanın müvafiq iş ilinin sonunda ödənilməsini nəzərdə tutur. Əmək Məcəlləsinin 144.2-ci maddəsində qeyd olunan “hər hansı şərt və ya məhdudiyyət qoyulmadan” ifadəsi yalnız qanunvericiliyə uyğun şəkildə sənədləşdirilmiş məzuniyyət halları üçün keçərlidir və 1 illik iddia müddətinin tətbiqini istisna etmir. Hazırkı iş üzrə müəyyən edilir ki, tərəflər arasında istifadə edilməmiş məzuniyyətlərin növbəti iş illərinə keçirilməsi barədə hər hansı yazılı razılaşma mövcud olmamış, bu hal müvafiq qaydada sənədləşdirilməmişdir. Bununla yanaşı, iddiaçı bəzi dövrlərdə faktiki olaraq əmək məzuniyyətindən istifadə etmiş, lakin bu hallar sənədləşdirilməmişdir. Məhz bu səbəbdən, cavabdeh tərəfdən müvafiq vəkil sorğuları verilmiş, sorğuların bir qisminə cavab təqdim edilmədiyindən, məhkəmədən aidiyyatı qurumlara sorğu verilməsi barədə vəsatət qaldırılmışdır. Qeyd edilməlidir ki, hər bir iş ili üzrə əmək məzuniyyəti ilə bağlı hüquq və vəzifələr məhz həmin iş ilinin sonunda müəyyənlik qazanır. İstifadə edilməmiş məzuniyyətin ya kompensasiya ilə əvəz edilməsi, ya da növbəti iş ilinə keçirilməsi baş vermədikdə, hüququn pozulması faktı işçiyə real olaraq məlum olur və bu andan etibarən iddia müddətinin axımı başlanır. Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığından, müəyyən hallarda qanunla nəzərdə tutulmuş məhdudiyyətlərə məruz qala bilər. Belə məhdudiyyətlərdən biri də iddia müddətidir. Hüquqi müəyyənliyin və hüquqi qətiliyin təmin edilməsi, cavabdehin köhnəlmiş tələblərdən müdafiəsi, habelə uzaq keçmiş hadisələr üzrə sübutların etibarlılığının azalması nəticəsində yarana biləcək ədalətsizliyin qarşısının alınması məqsədilə iddia müddətinin tətbiqi zəruridir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı). Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 01 aprel 2024-cü il tarixli, İş № 2(102)-1049/2024 saylı məhkəmə təcrübəsinin vahidliyini təmin edən 3 (üç) ulduzlu qərarında aşağıdakı hüquqi mövqelər formalaşdırılmışdır: .......əmək münasibətlərindən irəli gələn pul tələbləri üzrə iddia müddətinin tətbiqi zamanı iddianın məhkəməyə verildiyi tarixdən geriyə doğru yalnız son bir illik dövr iddia müddətinin tətbiqindən kənarda qalır, həmin tarixdən əvvəlki dövrlər üzrə isə iddia müddəti tətbiq edilməlidir. Həmin Ali Məhkəmənin qərarında məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iddia müddətini yalnız əmək müqaviləsinə xitam verilmiş tarixlə və iddianın verildiyi tarix arasındakı müddətlə məhdud qiymətləndirməsini düzgün hesab etməmiş, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyi halda, məhkəmələrin bu ərizəyə formal deyil, mahiyyəti üzrə hüquqi qiymət verməli olduğunu açıq şəkildə göstərmişdir. Kassasiya instansiya məhkəməsi vurğulamışdır ki, işçi real olaraq pul tələbinin yerinə yetirilmədiyini bildiyi və ya bilməli olduğu halda, iddianın məhkəməyə verildiyi tarixdən bir ildən əvvəlki dövr üzrə mübahisə qaldırmaması həmin dövr üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş iddia müddətinin ötürülmüş hesab edilməsi üçün əsasdır və bu halda son bir ildən əvvəlki dövrlərə dair tələblərin təmin edilməsi maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Göstərilən kassasiya mövqeyinə uyğun olaraq, hazırkı iş üzrə də iddiaçının yalnız əmək müqaviləsinə xitam verilmiş 2024-cü iş ili üzrə tələbləri ayrıca qiymətləndirilə bilər, bundan əvvəlki - 2014–2023-cü illər üzrə istifadə edilməmiş əmək məzuniyyətinə dair tələblərə isə iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, mübahisə tərəfinin iddia müddətinin tətbiqi barədə ərizə verməsi, məhkəmənin iddiadan imtina etməsi üçün əsasdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq, göstərilən kassasiya mövqeyinə uyğun olaraq, hazırkı iş üzrə iddiaçının yalnız əmək müqaviləsinə xitam verilmiş 2024-cü iş ili üzrə tələblərinin ayrıca qiymətləndirilməsi mümkün hesab edilməklə, bundan əvvəlki 2014-2023-cü illər üzrə istifadə edilməmiş əmək məzuniyyətinə dair tələblərə iddia müddəti tətbiq edilərək həmin hissədə iddia müddəti ötürüldüyünə görə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyərək hesab edir ki, ilkin iddia qismən təmin, qarşılıqlı iddia rədd edilməlidir. İş materiallarında olan əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı xx.xx.2014-cü il tarixdə 20/k nömrəli əmrlə ilə "xxxx" Şirkətinə (hazırki adı "X21i") Məhdud Məsuliyyətli Cəmiyyətinə yuardımçı təsərrüfatına bölgə rəisi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə 112 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Kapital Bankın ödəniş kartı üzrə çıxarışına əsasən xx.xx.2014-xx.xx.2024-cü illər arası İddiaçı kartına edilən əməliyyatlar qeyd olunmuşdur. Naxçıvan MR X1 xx.xx.2024-cü il tarixli 332 nömrəli məktubunda bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsində (ərizənizdə qeyd etdiyiniz kimi) İşəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağan olunmuşdur. Və bu maddənin 2-ci hissəsində qeyd olunur ki, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq işçinin əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Bu tələbinizlə bağlı olaraq Əmək Məcəlləsinin tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə müraciət etməyinizi tövsiyə edirik. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-17-9-5/2- M21959/2024 saylı məktubunda bildirilir ki, Cavabdehndə (bundan sonra-Cəmiyyət) bölgə rəisi vəzifəsində əmək müqavilənizə xitam verilərkən hüquqlarınızın pozularaq 2015-2024-cü iş illəri üzrə istifadə etmədiyiniz əmək məzuniyyətinin verilməməsinə dair müraciətinizə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətində (bundan sonra-Xidmət) baxılmışdır. Müraciətdə qaldırdığınız məsələyə münasibət bildirilməsi və müvafiq sənədlərin təqdim olunması məqsədi ilə Cəmiyyətə sorğu göndərilmişdir. Sorğuya əsasən Cəmiyyət tərəfindən təqdim olunan sənədlərə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən sizinlə bağlanılmış 1 oktyabr 2014-cü il tarixli əmək müqaviləsinə 27 avqust 2024-cü il tarixdə işdən çıxma ərizənizin nəzərə alınaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xitam verildiyi (İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.) müəyyən edilmişdir. Bununla yanaşı təqdim edilən sənədlərdən, habelə tərəfinizdən yazılan izahatdan Cəmiyyətdə bölgə rəisi vəzifəsində işlədiyiniz dövrlər üçün istifadə etmədiyiniz əmək məzuniyyətinə görə pul əvəzinin ödənilmədiyi, həmçinin əmək müqavilənizə xitam verildikdən sonra əmək haqqınızın gecikdirilərək ödənildiyi məlum olmuşdur. Nəzərinizə çatdırırıq ki, aşkar edilmiş pozuntuda inzibati xəta əlamətləri olduğundan Cəmiyyətin işəgötürəni barəsində 25 oktyabr 2024-cü il tarixli MN № ******* nömrəli “İnzibati xəta haqqında Protokol” tərtib edilərək inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, törədilmiş xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilməsi məqsədilə 5 noyabr 2024-cü il tarixli MN N ******* nömrəli "İnzibati tənbeh vermə haqqında Qərar" qəbul edilmişdir. Həmçinin bildirilir ki, Cəmiyyətdə bölgə rəisi vəzifəsində işlədiyiniz dövrlər üçün istifadə etmədiyiniz əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi və bu barədə Xidmətə məlumat verməsi məqsədilə Cəmiyyətin işəgötürəninə göstəriş verilmişdir. Bununla yanaşı müraciətinizdə qeyd etdiyiniz məsələnin həlli ilə bağlı hüquqlarınızın təmin olunması üçün məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli X4 İştirak edilməməsi barədə arayışdan aydın olur ki, Cavabdeh sessiyada iştirak etməmişdir. İş materiallarında olan 02 dekabr 2024-cü il tarixli 576 nömrəli arayışa əsasən İddiaçı Babək rayonu, Sirab kəndində qeydiyyatdadır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfat Nazirliyinin 25 dekabr 2024-cü il tarixli 3-22-24/2-1086/2024 saylı Cavabdehnə ünvanladığı məktubunda bildirmişdir ki, Meyvə bağının mövcud vəziyyəti ilə bağlı mütəxəssis rəyinin verilməsi barədə 2024-cü il 16 dekabr tarixli 232/2024 nömrəli müraciətə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 20 sentyabr tarixli 201-Vİ FR nömrəli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 1-ci hissəsinə müvafiq olaraq Nazirlik muxtar respublikada kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və onu həyata keçirən, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata keçirən, fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanıdır. Bu səbəbdən müraciətdə qaldırılan məsələnin həlli ilə bağlı köməklik göstərilməsi Nazirliyin səlahiyyətləri xaricindədir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 60-cı maddəsinə görə qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Belə ki, mülki mübahisəyə məhkəmə icraatı qaydasında baxılarkən iş üzrə zəruri hesab edilən hallarla bağlı müvafiq rəy verilməsi üçün məhkəmənin qərardadı əsasında Nazirliyin nümayəndəsinin iştirakı təmin edilə bilər. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən xx.xx.2024-cü ildə İddiaçı əmək müqaviləsinə ARƏM-nin 69.3 maddəsinə əsasən xitam verilmişdir. Bu barədə Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 113 saylı əmr verilmişdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Babək şəhəriNaxçıvan-Ordubad magistral yolunun 3.3-cü kilometrliyində olan 25.0708 ha torpaq sahəsində yerləşən 14710.02 kv.m əmlak kompleksi kimi müəssisə tam mülkiyyət hüququ üzrə RASTFARM MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 7/1 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına xx.xx.2023-cü il tarixli AXM-004/23 saylı xidmət müqaviləsi əlavə edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından Cavabdehn nümayəndəsi Nümayəndə1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh İddiaçı qarşı şirkətə vurmuş olduğu 20000 (iyirmi min) manat məbləğindəki ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qarşılıqlı iddiası icraata qəbul edilmişdir. İddia tələbinə İddiaçı Cavabdehnə qarşı istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsi tələbinə dair iddiası və Cavabdeh İddiaçı qarşı şirkətə vurmuş olduğu 20000 (iyirmi min) manat məbləğindəki ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair qarşılıqlı iddiası çərçivəsində baxılması qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-201/2025 saylı qərardadı ilə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdehnə qarşı istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsi və cavabdehiddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı şirkətə vurulmuş 20000 (iyirmi min) manat məbləğindəki ziyanın İddiaçı tutularaq Cavabdehnə ödənilməsi tələbinə dair mülki iş üzrə işə baxılma müddəti 2 ay müddətinə uzadılmışdır. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Ağacların mövcud vəziyyətinin müəyyən edilməsi barədə 15 may 2025-ci il tarixli rəyə əsasən, 15 may 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı tərəfindən Cavabdeh "xxxx" MMC-yə məxsus meyvə bağında baxış keçirilmişdir. Sözügedən əraziyə baxış keçirilən zaman meyvə bağında ağacların yaş vəziyyətdə olduğu tərəfimizdən müəyyən edilmişdir. İddia olunan ərazidə ağacların quruma halları müşahidə edilməmişdir. Həmçinin, ərazidə kütləvi halda qurumuş ağacların qalaqlanması faktı qeydə alınmamışdır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-201/2025 saylı qərardadı ilə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdehnə qarşı istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsi və cavabdehiddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı şirkətə vurulmuş 20000 (iyirmi min) manat məbləğindəki ziyanın İddiaçı tutularaq Cavabdehnə ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunsun. Ekspert qarşısında aşağıdakı sual qoyulsun: 1. İddiaçı-cavabdeh İddiaçı ilə cavabdeh-iddiaçı Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən 2015-2024-cü illərdə işlədiyi müddətdə hesablanmalı olan məzuniyyət pulu nə qədərdir? Ekspertizanın keçirilməsi Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-201/2025 saylı qərardadı ilə İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdehnə qarşı istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsi və cavabdehiddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı şirkətə vurulmuş 20000 (iyirmi min) manat məbləğindəki ziyanın İddiaçı tutularaq Cavabdehnə ödənilməsi tələbinə dair mülki iş üzrə icraat iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. İş materiallarına əlavə olunan iddiaçı Cavabdeh 16 iyul 2025-ci il tarixli 94 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əmək haqqın hesabından çıxarışların məhkəməyə göndərilmişdir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin xx.xx.2025-ci il tarixli 3-17-9-5/2-2218/2025 saylı məktubunda bildirmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsinə dair mülki iş üzrə İddiaçı aid olan sənədlərin təqdim edilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə (bundan sonra - Xidmət) ünvanlanan 3 iyul 2025-ci il tarixli 2(078)- 201/2025 nömrəli məktubunuza baxılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə baxış zamanı əldə edilən İddiaçı aid əmək müqaviləsi bildirişi və digər sənədlər Sizə təqdim edilir. İş materiallarına əlavə olunan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı işdən azad edilmək üçün ərizə vermişdir. Mülki iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 avqust 2025-ci il tarixli, 666 saylı məhkəmə ekspertizasına dair rəyindən məlum olmuşdur ki, təqdim olunmuş hesabdan çıxarış məlumatlarına və İddiaçı-cavabdeh İddiaçı ilə cavabdeh-iddiaçı Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən 2015-2024cü illərdə işlədiyi müddətdə 9 il 10 ay üçün hesablanmış 225 gün orta günlük əməkhaqqı olan 49,35 manata vurulmuş və 11103,75 (225x49,35) (on bir min yüz üç manat yetmiş beş qəpik) manat məzuniyyət pulu əvəzi olması müəyyən edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-201/2025 saylı qərardadı ilə İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdehnə qarşı istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsi və cavabdehiddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı şirkətə vurulmuş 20000 (iyirmi min) manat məbləğindəki ziyanın İddiaçı tutularaq Cavabdehnə ödənilməsi tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-201/2025 saylı qərardadı ilə İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdehnə qarşı istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsi və cavabdehiddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı şirkətə vurulmuş 20000 (iyirmi min) manat məbləğindəki ziyanın İddiaçı tutularaq Cavabdehnə ödənilməsi tələbinə dair mülki iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin olunsun. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilsin. Ekspert qarşısında - İddiaçı-cavabdeh İddiaçı ilə cavabdehiddiaçı “X21i “ MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən 2015-2024-cü illərdə işlədiyi müddətdə hər il üzrə ayrı-ayrılıqda hesablanmaqla hesablanmalı olan məzuniyyət pulu nə qədərdir? kimi suallar qoyulmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-201/2025 saylı qərardadı ilə İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdehnə qarşı istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsi və cavabdehiddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı şirkətə vurulmuş 20000 (iyirmi min) manat məbləğindəki ziyanın İddiaçı tutularaq Cavabdehnə ödənilməsi tələbinə dair mülki iş üzrə icraat iş üzrə təyin edilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Mülki iş üzrə Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibat ekspertizasının aparılmasından imtina edilməsi barədə 29 dekabr 2025-ci il tarixli məlumatda bildirilir ki, (078)-201/2025 nömrəli iş üzrə tərəfinizdən xx.xx.2025-ci tarixdə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Bildirilir ki, hazırkı mülki iş materialları xx.xx.2025-ci il tarixdə Mərkəzə daxil olmuş, həmin iş materialları üzrə əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə xx.xx.2025-ci il tarixli ekspert vəsatəti göndərilmiş, X5 “X21i" MMC-də işlədiyi 2015-2024 dövrdə aldığı əməkhaqqı məbləği (hər il üzrə ayrılıqda göstərilməklə) barədə məlumat, varsa məzuniyyətə çıxması ilə bağlı əmrlər, tabel cədvəlləri aylar üzrə tam şəkildə, ştat cədvəlləri, əmək haqqının ödənilməsi ilə bağlı bank çıxarışı və s. iş üzrə əhəmiyyət kəsb edə biləcək digər mühasibatlıq sənədlərinin tədqiqata təqdim edilməsi xahiş olunmuşdur. Lakin, bir aydan artıq müddət keçməsinə baxmayaraq vəsatətdə adları qeyd olunan sənədlər hal-hazıradək təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq, "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat"ın 3.2.3-cü bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılır. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-cı il tarixli, 2(078)-201/2025 saylı qərardadı ilə İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdehnə qarşı istifadə edilməyən iş illərinə görə məzuniyyət pulunun və son hesabın ödənilməsi və cavabdehiddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı şirkətə vurulmuş 20000 (iyirmi min) manat məbləğindəki ziyanın İddiaçı tutularaq Cavabdehnə ödənilməsi tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. İş materiallarına əlavə olunan cavabdeh-iddiaçı təşkilatın nümayəndəsi və vəkili X8 tərəfindən verilən iddia müddətinin tətbiqi barədə ərizədə bildirilmişdir ki, İddiaçı (bundan sonra – “İddiaçı”) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4cü hissəsində nəzərdə tutulmuş 1 (bir) illik iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 01 oktyabr 2014-cü il tarixində bağlanılmış əmək müqaviləsinə 27 avqust 2024-cü il tarixində xitam verilmiş, iddia isə 06 dekabr 2024-cü il tarixində verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsində göstərildiyi kimi, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələri hesab olunur. Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər ki, qanunvericilikdə nəzərdə tutulmuş belə məhdudiyyətlərdən biri də iddia müddətidir. Hüquqi müəyyənliyin və qətiliyin təmin edilməsi, cavabdehin “köhnəlmiş” tələblərdən müdafiə edilməsi və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısının alınması məqsədi ilə iddia müddətinin tətbiq edilməsi zəruridir (AR Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin AR Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair KM-nin Plenum qərarı, xx.xx.2023) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Həmçinin Məcəllənin 140-cı maddəsinin 1-ci hissəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 137.3-cü maddəsinə əsasən, əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işlədiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək bu Məcəllənin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 195-ci maddəsinin "d" bəndinə əsasən işçinin əməkhaqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən maddi məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı işlədiyi müddət ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə pul kompensasiyası tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş bir illik iddia müddətini 2024-cü il istisna olmaqla qalan müddət üçün ötürmüşdür. Tərəflər arasında cari iş ilinin istifadə edilməmiş məzuniyyətinin növbəti işlə ötürülməsi barədə razılıq olmamış və iddiaçının bu barədə təşəbbüsü olmamışdır. Həmçinin ötən illər ərzində istifadə edilməmiş məzuniyyət əvəzinə kompensasiya ödənilməsi də həyata keçirilməmişdir. İstifadə edilməmiş əmək məzuniyyəti ilə bağlı sənədləşmə qaydalarının pozulmasına baxmayaraq iddiaçı 9 il müddətində etirazını bildirməmiş, həmin illər üzrə kompensasiya tələbi ilə müraciət etməmişdir. Hər iş ilinin istifadə edilməmiş məzuniyyəti üçün pul əvəzinin ödənilməsi və ya həmin məzuniyyət günlərinin növbəti ilə ötürülməsinin razılaşdırılması həmin iş ilinin sonunda həyata keçirilməli olduğundan, il sonunda bu hərəkətlərin edilməməsi məzuniyyətlə bağlı müddəaların pozulması hesab edilir. Belə olan halda, növbəti ilə keçdikdə artıq iddiaçının məzuniyyət əvəzinə kompensasiya ödənişinin həyata keçirilməsi tələbi üçün iddia müddətinin axımı başlamış olur. Yəni, iddiaçı misal üçün 2015-ci ilin istifadə edilməmiş məzuniyyətinin əvəzinə kompensasiyanı 2015-ci ildən etibarən tələb etməli idi, çünki hər iş ilinin məzuniyyəti ilə bağlı məsələlər həmin il sonuna qədər həll edilməlidir və həll edilmədiyi təqdirdə, növbəti ildən etibarən 1 illik iddia müddətinin axımı başlayır. Nəticə etibari ilə, misal üçün iddiaçı 2015-ci ilin istifadə edilməmiş məzuniyyətinin əvəzinə kompensasiyanı 2016-ci ilin sonunadək tələb etməli idi. Hər növbəti ilin məzuniyyət pulunun tələbi üçün iddia müddətinin hesablanması eyni qaydada həyata keçirilir. Belə olduğu halda, iddiaçının 2023-cü ilə qədər məzuniyyət pulu tələbi üçün iddia müddətinin axımı da 2024-cü ilin sonunda bitmişdir. Ondan əvvəlki illərin məzuniyyət pulu əvəzi isə əvvələ təsadüf etmişdir. Hər iş ili üçün əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin, yəni məzuniyyət və son haqq hesabla bağlı müddəaların işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən pozulması faktı iddiaçıya aydın olduğundan, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsindəki 1 (bir) illik iddia müddəti 2015-2023-cü illərə münasibətdə ötürülmüşdür. Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər ki, qanunvericilikdə nəzərdə tutulmuş belə məhdudiyyətlərdən biri də iddia müddətidir. Hüquqi müəyyənliyin və qətiliyin təmin edilməsi, cavabdehin “köhnəlmiş” tələblərdən müdafiə edilməsi və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısının alınması məqsədi ilə iddia müddətinin tətbiq edilməsi zəruridir (AR Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin AR Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair KM-nin Plenum qərarı, xx.xx.2023) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnu pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Beləliklə, iddiaçının işlədiyi müddət ərzində istifadə etmədiyi məzuniyyət günlərinə görə pul kompensasiyanın hesablanıb verilməsi tələbi üzrə iddia müddəti ötmüşdür. Mübahisə tərəfi olan cavabdeh təşkilatın nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iddia müddəti keçdiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Bu halı nəzərə alan məhkəmə iddia müddətinin tətbiq edilərək iddianın qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq etməsi barədə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar qəbul edilməsi üçün əsasdır. Əmək stajına görə əlavə məzuniyyətlə bağlı qeyd olunmalıdır ki, işçilərə beş ildən on ilədək əmək stajı olduqda 2, on ildən on beş ilədək əmək stajı olduqda 4, on beş ildən çox əmək stajı olduqda 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir (Əmək Məcəlləsinin 116-cı maddəsinin 1-ci hissəsi). Belə ki, əmək fəaliyyətinə yeni başlayanlardan fərqli olaraq uzun illər ərzində işləyən şəxslərdə peşə yorğunluğunun yaranması, fiziki və psixoloji dözümlülüyün azalması kimi amillər baş verir ki, bu baxımdan onlara verilən əlavə məzuniyyət müddəti əmək qabiliyyətinin qorunmasına yönəlmiş sosial-hüquqi tədbir kimi çıxış edir. Əmək müqaviləsindən aydın olur ki, İddiaçı 4 gün əlavə məzuniyyət verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Konstitusiyada ən azı 21 təqvim günü ödənişli məzuniyyət hüququnun təsbit olunması bu hüququn yalnız həmin hədd çərçivəsində konstitusion müdafiə olunması kimi başa düşülməməlidir. Konstitusiya ödənişli məzuniyyət hüququnun minimum həddini bəyan etməklə belə təminatın qanunvericiliklə artırılmasını nəinki istisna etmir, əksinə, bu təminatların gücləndirilməsi məhz konstitusion prinsiplərlə şərtlənir. Qanunla işçilərə verilən əlavə məzuniyyət günlərinin məqsəd və təyinatı nəzərə alınmaqla göstərilməlidir ki, bu hüququn verilməsi də bilavasitə Konstitusiyadan irəli gələn sosial ədalət və bərabərlik prinsiplərinə əsaslanır. Belə ki, əlavə məzuniyyət institutunun tətbiqi işçilər arasında bərabərliyin formal xarakter daşımamasına, ağır və ya riskli şəraitdə çalışan şəxslərin faktiki vəziyyətindəki fərqlər nəzərə alınmaqla onların mənafelərinin ədalətli və balanslı şəkildə qorunmasına yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 116-cı maddəsinin ikinci hissəsinə dair” 2000-ci il 29 noyabr tarixli Qərarında da əlavə məzuniyyət hüququna əmək məzuniyyətinin tərkib hissəsi kimi yanaşmış, həmin hüququn icra mexanizminə münasibətdə bərabərlik hüququnun pozulmasının yolverilməz olduğunu qeyd etmişdir. İstifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın ödənilməsi məsələsinə dair qeyd olunmalıdır ki, belə ödəniş əmək məzuniyyətini əvəz edən alternativ hüquqi mexanizm kimi müəyyənləşdirilməmişdir. Çünki əmək məzuniyyətinin hüquqi təbiəti, ilk növbədə, onun faktiki istifadə olunmasını tələb edir. Belə ki, Əmək Məcəlləsinin 110-cu maddəsinin 3-cü hissəsinə əsasən işçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Həmin Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşəgötürənin yazılı xəbərdarlığından sonra işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə və əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayət etməyərək əmək məzuniyyətindən istifadə etmək (tam, yaxud bir hissəsindən) üçün işəgötürənə ərizə ilə müraciət etmədiyi halda işçi işəgötürənin əmri ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndərilir (Əmək Məcəlləsinin 135-ci maddəsinin 1-ci hissəsi və 138-ci maddəsinin 2-1-ci hissəsi). X12 Təşkilatının “Ödənişli məzuniyyətlər haqqında” 132 nömrəli Konvensiyasının 12-ci maddəsində göstərilmişdir ki, bu Konvensiyanın 3-cü maddəsinin 3-cü hissəsi ilə müəyyən olunmuş minimum illik məzuniyyət hüququndan imtina və ya bu məzuniyyətin kompensasiya edilməsi qarşılığında və ya milli şərtlərə əsasən hər hansı digər şəkildə istifadə edilməməsi barədə razılaşmalar etibarsızdır, hüquqi qüvvəsi yoxdur və qadağandır. Bu baxımdan qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Yəni bu normaya görə müvafiq iş ilində əmək məzuniyyətindən istifadə edə bilməyən işçiyə hər hansı fərq qoyulmadan həm əsas, həm də əlavə məzuniyyətlə əlaqədar kompensasiya almaq imkanı tanınır. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kompensasiyasının məbləğinə münasibətdə hesab edir ki, bununla bağlı ekspert rəyi kifayət qədər tam və aydın olmadığından təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilsə də rəy verilməkdən imtina edilərək ekspertiza icrasız qalmışdır. Məhkəmə sadəcə 2024-cü il üzrə iddiaçıya kompensasiya hesablanaraq verilməsinin mümkün olması barədə mövqeyini yuxarıda əsaslandırdığından hesab edir ki, artıq bir neçə ay üçün istifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməsi əmək qanunvericliyində nəzərdə tutulmuş qaydada sadə hesablama yolu ilə mümkündür və bununla bağlı xüsusi bilik tələb edilmir. Məhkəmə tərəfindən bu sadə hesablama aparılaraq kompensasiya məbləği hesablana bilər. Belə ki, iş materiallarında olan əmək müqaviləsindən aydın olur ki, iddiaçının məzuniyyət günü 21 gün təşkil etmiş, əlavə olaraq iş stajına görə 4 gün əlavəsi olmuşdur. İddiaçı aylıq əmək haqqı 1500 (bir min beş yüz) manat təşkil etmiş, bank çıxarışlarından aydın olur ki, 2024-cü ilin 09 yanvar, 01 mart, 18 mart, 19 mart, 10 may, 25 iyun, 09 avqust, 02 sentyabr tarixlərində hər ay 1500 manat, 16 sentyabr tarixində isə 1227.24 manat əmək haqqı kartına pul yüklənmişdir. Lakin İddiaçı hesablanmış əmək haqqından aydın olur ki, 2024-cü ilin yanvar-iyul ayları müddətində 1717.92 (bir min yeddi yüz on yeddi manat doxsan iki qəpik), avqust ayı üzrə 1402.59 (bir min dörd yüz iki manat əlli doqquz qəpik) əmək haqqı hesablanmışdır. İddiaçıya 2024-cü il ərzində ümumi olaraq işlədiyi müddətdə 13428.03 (on üç min dörd yüz iyirmi səkkiz manat üç qəpik) manat əmək haqqı verilmişdir. İddiaçıya ödənilən əmək haqqına münasibətdə onun bir günlük əmək haqqısının hesablanması aparılaraq ümumi əmək haqqı işlədiyi dövrə bölünərək işlədiyi faktiki aylar üzrə tam ay-8 ay nəzərə alınaraq hesablanmış və müəyyən edilmişdir ki, bir günə düşən əmək haqqı 55.21 (əlli beş manat iyirmi bir qəpik) manat hesablanır (13428.03:8=1678.50:30.4 =55.21). İddiaçının bir gününə düşən əmək haqqı müəyyən edildiyindən onun tam ay üzrə işlədiyi dövr nəzərə alınmalı, əmək müqaviləsində nəzərdə tutulan 21 gün məzuniyyət müddəti 12 aya bölünməklə faktiki istifadə edilməyən məzuniyyət müddəti hesablanmalıdır ki, bu müddət 14 gün təşkil edir (21:12=1.75x8=14gün) İddiaçının əlavə məzuniyyət müddətinin 4 gün olması nəzərə alınmaqla 4 gün məzuniyyət müddəti 12 aya bölünməklə faktiki istifadə edilməyən məzuniyyət müddəti hesablanmalıdır ki, bu müddət 3 gün təşkil edir. Beləliklə iddiaçının 2024-cü il ərzində istifadə etmədiyi məzuniyyət günlərinin sayı 14+3=17 gün olaraq nəzərə alınmalı, bir gün düşən əmək haqqı həmin günə vurulmalı və ödənilməli olan kompensasiya məbləği müəyyən edilməlidir ki, bu məbləğ 938.57 (doqquz yüz otuz səkkiz manat əlli yeddi qəpik) manat təşkil etmişdir. (55.21x17=938.57) Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 9-cu bəndinə əsasən əmək funksiyası - əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Məhkəmə qarşılıqlı iddia ərizəsini yoxlayıb belə hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Qarşılıqlı iddianın mahiyyətindən görünür ki, iddiaçı əmək vəzifələrini təqsirli hərəkətləri nəticəsində cavabdeh təşkilata maddi ziyan vurmuşdur. Cavabdeh əmək müqaviləsi bağlandığı tarixdən Babək şəhəri, Naxçıvan Ordubad magistral yolunun 3.3cü kilometrliyində yerləşən bağ sahəsinin (bundan sonra “bağ sahəsi”) sahə rəisi vəzifəsində çalışmışdır. Cavabdehin əsas vəzifəsi Babək şəhəri, Naxçıvan Ordubad magistral yolunun 3.3-cü kilometrliyində yerləşən bağ sahəsinə, oradakı meyvə ağaclarına qulluq etməkdən, ağacların lazımi qaydada dərmanlanmasına, sulanmasına və.s xidmətlərin göstərilməsinə nəzarət etməkdən ibarət olmuşdur. Belə ki, Cavabdeh MMC və "xxxx" MMC arasında 17 yanvar 2023-cü il tarixli, AXM-004/23 nömrəli Xidmət müqaviləsinə əsasən (Qoşma 3) "X21i" MMC bağ sahəsinə aqrotexniki xidmətlərin göstərilməsini öhdəsinə götürmüşdür və bu vəzifənin həyata keçirilməsi üçün həmin bağ sahəsinin sahə rəisi kimi İddiaçı tapşırılmışdır. Lakin, İddiaçı özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək həmin bağ sahəsindəki ağaclara ziyan vurmuşdur. Şirkət rəhbərliyi tərəfindən sahə rəisi İddiaçı vurduğu maddi ziyanla bağlı təftiş komissiyası yaradılmış və komissiya üzvlərinə tapşırılmışdır ki, cavabdehin əmək fəaliyyəti dövrü təftiş edilərək nəticəsi barədə akt tərtib olunsun. Komissiya üzvləri tərəfindən müvafiq qaydada araşdırma aparılaraq 24 sentyabr 2024-cü il tarixində cavabdehin yol verdiyi pozuntularla barədə AKT (Qoşma 4) tərtib edilmiş, həmin AKTla cavabdehin əmək funksiyalarını yerinə yetirdiyi öhdəliklərini layiqincə yerinə yetirmədiyindən bağ sahəsində olan ağacların əksəriyyətinə ziyan vurduğu müəyyən olunmuşdur. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Ağacların mövcud vəziyyətinin müəyyən edilməsi barədə 15 may 2025-ci il tarixli rəyə əsasən, 15 may 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı tərəfindən Cavabdeh "xxxx" MMC-yə məxsus meyvə bağında baxış keçirilmişdir. Sözügedən əraziyə baxış keçirilən zaman meyvə bağında ağacların yaş vəziyyətdə olduğu tərəfimizdən müəyyən edilmişdir. İddia olunan ərazidə ağacların quruma halları müşahidə edilməmişdir. Həmçinin, ərazidə kütləvi halda qurumuş ağacların qalaqlanması faktı qeydə alınmamışdır. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiqprosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə görə əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191.2-ci bəndinə görə aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 194.2-ci bəndinə görə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsində görə işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Həmin Məcəllənin 202.1-ci bəndinə görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Mülki işin materiallarında olan ********** nömrəli, xx.xx.2022-ci il tarixli Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa, əsasən, Babək şəhəri, Naxçıvan Ordubad magistral yolunun 3.3cü kilometrliyi ərazisini mülkiyyətçisi "xxxx" MMC-dir. Buna görə də, "xxxx" MMC ilkin olaraq Cavabdehnə qarşı iddia qaldırdıqdan və iddia təmin edilərək müvafiq məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Cavabdeh İddiaçı qarşı reqress qaydada iddia qaldıra bilər. Yəni həmin ərazinin mülkiyyətiçisi cavabdeh-iddiaçı olmadığına görə əraziyə vurulan ziyana görə də Cavabdeh birbaşa iddia qaldırmaq hüququ məhduddur. Nəticə: Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İlkin iddia qismən əsaslı olduğundan qismən təmin edilməli; -İddiaçı 2024-cü il üzrə istifadə edilməyən məzuniyyət olaraq kompensasiya məbləği olan 938.57 (doqquz yüz otuz səkkiz manat əlli yeddi qəpik) manat pul cavabdeh-iddiaçı Cavabdeh MMC-dən tutularaq iddiaçıya qaytarılmalı, -İlkin iddia qalan hissədə əsassız olduğundan rədd edilməli, -Qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə ekspert xərci ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki: Məhkəmə mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 60 (altmış) manat cavabdeh-iddiaçı Cavabdehndən alınaraq X13 MR İdarəsinə ödənilməlidir. (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21); Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh-iddiaçı Cavabdehndən iddiaçı-cavabdeh İddiaçı 2024-cü il üzrə istifadə edilməyən məzuniyyət olaraq kompensasiya məbləği olan 938.57 (doqquz yüz otuz səkkiz manat əlli yeddi qəpik) manat pul alınaraq iddiaçı-cavabdeh İddiaçı ödənilsin. İlkin iddia qalan hissədə əsassız olduğundan rədd edilsin. Qarşılıqlı iddia əsassız olduğundan rədd edilsin Məhkəmə mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 60 (altmış) manat cavabdeh-iddiaçı Cavabdehndən alınaraq X13 MR İdarəsinə ödənilsin (Kod: 502906 VÖEN: **********, Müxbir hesab № AZ88NABZ******************** SWİFT BİK NAXCAZ21); Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar