Məhkəmə qərarları › İş №2(078)-21/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(078)-21/2025

01.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-21/2025 01.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı və cavabdeh “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X18” publik hüquqi şəxsinin nümayəndəsi X7 iştirakları ilə İddiaçı cavabdeh “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X18” X20rşı mülkiyyət hüququ tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X18” X20rşı mülkiyyət hüququ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istirahət, iş günü hesab edilməyən bayram günləri, habelə iş vaxtından əlavə işə cəlb edildiyi 2020-ci il üzrə cəmi 312 saat müqabilində 1.104,48 (bir min bir yüz dörd manat qırx səkkiz qəpik) manat, 2021-ci il üzrə cəmi 250 saat müqabilində 987,5 (doqquz yüz səksən yeddi manat əlli qəpik) manat, 2022-ci il üzrə cəmi 432 saat müqabilində 2.008,8 (iki min səkkiz manat səksən qəpik) manat, 2023-cü ilin yanvar və fevral ayları üzrə cəmi 72 saat müqabilində 334.8 (üç yüz otuz dörd manat səksən qəpik) manat olmaqla, ümumilikdə 4.435,58 (dörd min dörd yüz otuz beş manat əlli səkkiz qəpik) manat məbləğdə pul vəsaitinin, 2020-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayına qədər olan dövr ərzində ümumilikdə 33 (otuz üç) ay üçün iddiaçıya ödənilməmiş işin nəticələrinə görə həkimlərə verilən aylıq həvəsləndirici əlavə qismində cəmi 7.854 (yeddi min səkkiz yüz əlli dörd) manat məbləğdə pul vəsaitinin birdəfəlik şəkildə iddiaçı - İddiaçı ödənilməsi öhdəliyinin Əziz Əliyev adına X9 üzərinə qoyulması, ümumilikdə 12000 manat pul vəsaitinin, həmçinin 2023-cü ildən 2024-cü ilə kimi bazar günləri bayram pullarının hesablanması və acil şöbəsinin maaşının düzgün hesablanması üçün cavabdeh X6 tutularaq iddiaçı X11 ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, o, İddiaçı Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikasının X10 qəbul otağının həkimi vəzifəsində çalışır. Eyni zamanda təcili tibbi şöbənin işlərini də icra edir. İstirahət, bayram günləri və iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqının ödənilməsi tələbinə dair məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, 2020-ci ilin yanvar ayından 2023-cü ilin mart ayınadək aylıq 144 (bir yüz qırx dörd) saat işləməli olduğu halda, bu dövr ərzində istisnasız hər ay işlədiyi müəssisə tərəfindən iş vaxtından artıq işə cəlb edilmişdir. Lakin iş vaxtından əlavə işə cəlb edildiyi saatlar üzrə ona heç bir əlavə əmək haqqı ödənişi edilməmişdir. Digər bir tərəfdən, o, 01 mart 2020-ci il tarixdən növbəli iş rejiminə keçmişdir. Həmin vaxtdan etibarən bayram günləri növbədə olduğu zamanlar üçün nəzərdə tutulan əmək haqqı da bu günə qədər ona ödənilməmişdir. Beləliklə, xx.xx.2020 - xx.xx.2023-cü il aralığındakı dövr ərzində bayram günləri və iş vaxtından artıq işə cəlb edildiyi saatlar 2020-ci ilin mart ayı üzrə 48 (qırx səkkiz) saat, aprel ayı üzrə 24 (iyirmi dörd) saat, may ayı üzrə 48 (qırx səkkiz) saat, iyun ayı üzrə 24 (iyirmi dörd) saat, iyul ayı üzrə 24 (iyirmi dörd) saat, avqust ayı üzrə 48 (qırx səkkiz) saat, sentyabr ayı üzrə 24 (iyirmi dörd) saat, noyabr ayı üzrə 24 (iyirmi dörd) saat və dekabr ayı üzrə 48 (qırx səkkiz) saat olmaqla, cəmi 312 (üç yüz on iki) saat; 2021-ci ilin yanvar ayı üzrə 24 (iyirmi dörd) saat, fevral ayı üzrə 24 (iyirmi dörd) saat, mart ayı üzrə 48 (qırx səkkiz) saat, aprel ayı üzrə 24 (iyirmi dörd) saat, may ayı üzrə 48 (qırx səkkiz) saat, iyun ayı üzrə 24 (iyirmi dörd) saat, iyul ayı üzrə 24 (iyirmi dörd) saat, sentyabr ayı üzrə 24 (iyirmi dörd) saat, oktyabr ayı üzrə 48 (qırx səkkiz) saat, noyabr ayı üzrə 48 (qırx səkkiz) saat və dekabr ayı üzrə 24 (iyirmi dörd) saat olmaqla cəmi 250 (iki yüz əlli) saat; 2022-ci ilin yanvar ayı üzrə 48 (qırx səkkiz) saat, fevral ayı üzrə 24 (iyirmi dörd) saat, mart ayı üzrə 48 (qırx səkkiz) saat, aprel ayı üzrə 24 (iyirmi dörd) saat, may ayı üzrə 48 (qırx səkkiz) saat, iyun ayı üzrə 24 (iyirmi dörd) saat, iyul ayı üzrə 24 (iyirmi dörd) saat, avqust ayı üzrə 48 (qırx səkkiz) saat, sentyabr ayı üzrə 24 (iyirmi dörd) saat, oktyabr ayı üzrə 48 (qırx səkkiz) saat, noyabr ayı üzrə 24 (iyirmi dörd) saat və dekabr ayı üzrə 48 (qırx səkkiz) saat olmaqla cəmi 432 (dörd yüz otuz iki) saat; 2023-cü ilin yanvar ayı üzrə 48 (qırx səkkiz) saat və fevral ayı üzrə 24 (iyirmi dörd) saat olmaqla cəmi 72 (yetmiş iki) saat, ümumilikdə 1.066 (bir min altmış altı) saatdır. Göründüyü kimi, xx.xx.2020 - xx.xx.2023-cü illər aralığında o, ümumilikdə 1.066 (bir min altmış altı) saat iş vaxtından artıq işə cəlb edilmişdir. Lakin buna baxmayaraq həmin dövr aralığında hər ayın sonu ona yalnız normal iş vaxtına, yəni ayda 144 saatlıq iş vaxtına mütənasib əmək haqqı ödənişi edilmişdir. Azərbaycan Republikasının Əmək Məcəlləsinin 102-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Məsələ ilə bağlı işlədiyi müəssisənin mühasibatlığına müraciət etməyinə baxmayaraq, arxivdən həmin uçot vərəqəsi ona rəsmi sənəd qismində təqdim edilməmişdir. O, xx.xx.2020 - xx.xx.2023-cü illər aralığında iş vaxtından artıq işə cəlb edildiyi saatların qeydiyyatını arxivdəki sənədlərə baxaraq dəftərində özü üçün qeydlər etməklə həmin saatların dəqiq hesabatını aparmışdır. Əgər zərurət yaranarsa, qanunvericiliyə uyğun olaraq məhkəmə prosesi gedişatında özünün, yəni iddiaçının vəsatəti əsasında və ya məhkəmənin öz təşəbbüsü ilə həmin sübutun Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikasının X6 tələb edilməsi mümkündür. xx.xx.2020 xx.xx.2023-cü illər aralığındakı dövrə nəzərən onun rəsmi aylıq əmək haqqı məbləği 2020-ci il üzrə - 510 (beş yüz on) manat, 2021-ci il üzrə - 570 (beş yüz yetmiş) manat, 2022-ci il üzrə 670 (altı yüz yetmiş) manat, 2023-cü ilin yanvar və fevral ayları üzrə - 670 (altı yüz yetmiş) manat olmuşdur. Bu isə o mənaya gəlir ki, onun 1 (bir) saata düşən əmək haqqı məbləği, başqa deyimlə 1 (bir) saatlıq tarif (vəzifə) maaşı: a) 2020-ci il üzrə 3.54 (üç manat əlli dörd qəpik) manat (510 manat /144 saat (aylıq cəmi iş vaxtı)); b) 2021-ci il üzrə 3.95 (üç manat doxsan beş qəpik) manat (570 manat /144 saat (aylıq cəmi iş vaxtı); c) 2022-ci il üzrə 4.65 (dörd manat altmış beş qəpik) manat (610 manat /144 saat (aylıq cəmi iş vaxtı); d) 2023-cü ilin yanvar və fevral ayları üzrə 4.65 (dörd manat altmış beş qəpik) manat (610 manat /144 saat (aylıq cəmi iş vaxtı) təşkil edir. Beləliklə, istirahət, iş günü hesab edilməyən bayram günləri, habelə iş vaxtından əlavə işə cəlb edildiyi 2020-ci il üzrə cəmi 312 saat müqabilində 1.104,48 (bir min bir yüz dörd manat qırx səkkiz qəpik) manat (312 saat x 3.54 manat); 2021ci il üzrə cəmi 250 saat müqabilində 987,5 (doqquz yüz səksən yeddi manat əlli qəpik) manat (250 saat x 3.95 manat); 2022-ci il üzrə cəmi 432 saat müqabilində 2.008,8 (iki min səkkiz manat, səksən qəpik) manat (432 saat x 4.65 manat); 2023-cü ilin yanvar və fevral ayları üzrə cəmi 72 saat müqabilində 334,8 (üç yüz otuz dörd manat səksən qəpik) manat (72 saat x 4.65 manat) olmaqla, ümumilikdə 4.435,58 (dörd min dörd yüz otuz beş manat əlli səkkiz qəpik) manat məbləğdə pul vəsaitinin birdəfəlik şəkildə İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Əziz Əliyev adına X9 üzərinə qoyulması qanunauyğun və ədalətlidir. İşin nəticələrinə görə həkimlər üçün nəzərdə tutulmuş aylıq həvəsləndirici əlavələrin verilməsi tələbinə dair yuxarıda da qeyd edildiyi kimi o, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikasının X10 qəbul otağının həkimi vəzifəsi ilə yanaşı, eyni zamanda təcili tibbi şöbənin işlərini də icra edir. Lakin 2020-ci ilin yanvar ayından, 2023-cü ilin yanvar ayına qədər 3 (üç) ay xaric ümumilikdə 33 ay ərzində ona İcbari Tibbi Sığortaya əsasən nəzərdə tutulan ödəmələr edilməmişdir. Digər işçilər kimi ona da qanunvericiliklə nəzərdə tutulan 230 (iki yüz otuz) manat məbləğdə sabit həvəsləndirici əlavə ilə yanaşı, həm də stimullar ödənilməli idi. Belə ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasının 1.1-ci maddəsinə əsasən, bu Qaydanın məqsədi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (bundan sonra - TƏBİB) tabeliyindəki tibb müəssisələrində (bundan sonra - tibb müəssisələri) çalışan səhiyyə işçilərinin (bundan sonra - səhiyyə işçiləri) layiqli həyat səviyyəsinə uyğun əmək haqqı ilə təmin edilməsi, peşəkarlığının və səriştələrinin yüksəldilməsinə maraqlarının artırılması, səhiyyə işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və ölçülməsi əsasında əməyinin ödəniş sisteminin tənzimlənməsidir. Həmin Qaydanın 4.1-ci maddəsinə əsasən, bu Qaydanın 3-cü hissəsində müəyyən edilmiş vəsaitlər hesabına səhiyyə işçisinin əmək haqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı (4.1.1), əmək şəraitinə görə ödənilən əlavələr (4.1.2.); həvəsləndirici əlavələr (4.1.3.) daxildir. Həmin Qaydanın 18.1-ci maddəsinə əsasən, bu Qaydaların 18.3-cü bəndinə uyğun olaraq tibb müəssisələrində çalışan həkimlərin göstərdikləri tibbi xidmətlərin ölçülməsi və dəyərləndirilməsi məqsədilə həkimlərə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr verilir. Həmin Qaydanın 18.1-ci maddəsinə əsasən, həkimlərin verilən işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələrinin məbləği terapevtik və pediatrik ixtisaslar qismində ambulator fəaliyyəti üzrə çalışan həkimlər üçün iş günü ərzində 25 nəfər sığorta olunandan yuxarı olmamaq şərtilə tətbiq edilən tarifin 8%-i həcmində müəyyənləşdirilib. Özünün çalışdığı şöbədə xəstələrə tətbiq edilən tarif (müayinə xərci) 17 (on yeddi) manat təşkil edir. Qanunvericiliyə əsasən, həmin tarifin 8 (səkkiz) %-i işin nəticələrinə görə aylıq həvəsləndirici əlavə qismində həkimə verilir. Bu isə 1 xəstə üçün 1.36 (bir manat otuz altı qəpik) manat təşkil edir. O, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikasının X10 qəbul otağının həkimi vəzifəsi ilə yanaşı, eyni zamanda təcili tibbi şöbənin işlərini də icra etmişdir. Bu zaman o, 1 (bir) ay ərzində 7 (yeddi) dəfə, elə aylar olub ki, 8 dəfə növbədə olmuşdur. Növbədə olduğu hər iş günündə 25-dən (iyirmi beşdən) artıq xəstə müayinə etmişdir. Lakin qanunvericilik yuxarı kəmiyyət həddini 25 xəstə ilə məhdudlaşdırdığı üçün növbədə olduğu hər iş günü üçün müayinə etdiyi xəstə sayı 25 nəfər olaraq nəzərə alınmaqla hesablanır. Yuxarıda da qeyd etdiyi kimi, 2020-ci ilin yanvar ayından, 2023-cü ilin yanvar ayına qədər 3 (üç) ay xaric olmaqla ümumilikdə 33 (otuz üç) ay ona İcbari Tibbi Sığortaya əsasən nəzərdə tutulan ödəmələr (aylıq həvəsləndirici əlavələr daxil olmaqla) edilməmişdir. O, hər ay 7 dəfə növbətçi olduğuna görə 33 ay ərzində ümumilikdə 231 iş günü (növbədə olduğu aylıq 7 gün x 33 ay) xəstə qəbul edib, müayinə etmişdir. Hər iş günü üçün 25 xəstə müayinəsinə müvafiq olaraq sözügedən 33 ay ərzində ona ümumilikdə 7.854 (yeddi min səkkiz yüz əlli dörd) manat məbləğdə işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr ödənilməli idi. Odur ki, hazırki vəziyyətdə 2020-ci ilin yanvar ayından, 2023-cü ilin yanvar ayına qədər olan dövr ərzində ümumilikdə 33 (otuz üç) ay üçün işin nəticələrinə görə həkimlərə verilən aylıq həvəsləndirici əlavə qismində cəmi 7.854 (yeddi min səkkiz yüz əlli dörd) manat məbləğdə pul vəsaitinin birdəfəlik şəkildə İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin üzərinə qoyulması qanunauyğun və ədalətlidir. İddiaçı 30 may 2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək ərizədə istirahət, iş günü hesab edilməyən bayram günləri, habelə iş vaxtından əlavə iddiaçının işə cəlb edildiyi 2020-ci il üzrə cəmi 312 saat müqabilində 1.104,48 (bir min bir yüz dörd manat qırx səkkiz qəpik) manat, 2021-ci il üzrə cəmi 250 saat müqabilində 987,5 (doqquz yüz səksən yeddi manat əlli qəpik) manat, 2022-ci il üzrə cəmi 432 saat müqabilində 2.008,8 (iki min səkkiz manat, səksən qəpik) manat, 2023cü ilin yanvar və fevral ayları üzrə cəmi 72 saat müqabilində 334,8 (üç yüz otuz dörd manat səksən qəpik) manat olmaqla, cəmi 4.435,58 (dörd min dörd yüz otuz beş manat əlli səkkiz qəpik) manat məbləğdə pul vəsaitinin, 2020-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayına qədər olan dövr ərzində ümumilikdə 33 (otuz üç) ay üçün iddiaçıya ödənilməmiş işin nəticələrinə görə həkimlərə verilən aylıq həvəsləndirici əlavə qismində cəmi 7.854,00 (yeddi min səkkiz yüz əlli dörd) manat məbləğdə pul vəsaitinin və 2020-2023-cü illər üzrə 3 (üç) il ərzində iddiaçının əmək haqqından qanunsuz olaraq ödənilməmiş cəmi 20.520,00 (iyirmi min beş yüz iyirmi) manat məbləğdə pul vəsaiti olmaqla, ümumilikdə 32.809.58 (otuz iki min səkkiz yüz doqquz manat əlli səkkiz qəpik) manat məbləğdə pul vəsaitinin cavabdeh Əziz Əliyev adına X6 tutularaq birdəfəlik şəkildə İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-729/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərardadı ilə İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin təmin edilməsi və iddia tələbinə istirahət, iş günü hesab edilməyən bayram günləri, habelə iş vaxtından əlavə iddiaçının işə cəlb edildiyi 2020-ci il üzrə cəmi 312 saat müqabilində 1.104,48 (bir min bir yüz dörd manat qırx səkkiz qəpik) manat, 2021-ci il üzrə cəmi 250 saat müqabilində 987,5 (doqquz yüz səksən yeddi manat əlli qəpik) manat, 2022-ci il üzrə cəmi 432 saat müqabilində 2.008,8 (iki min səkkiz manat, səksən qəpik) manat, 2023-cü ilin yanvar və fevral ayları üzrə cəmi 72 saat müqabilində 334,8 (üç yüz otuz dörd manat səksən qəpik) manat olmaqla, cəmi 4.435,58 (dörd min dörd yüz otuz beş manat əlli səkkiz qəpik) manat məbləğdə pul vəsaitinin, 2020-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayına qədər olan dövr ərzində ümumilikdə 33 (otuz üç) ay üçün iddiaçıya ödənilməmiş işin nəticələrinə görə həkimlərə verilən aylıq həvəsləndirici əlavə qismində cəmi 7.854,00 (yeddi min səkkiz yüz əlli dörd) manat məbləğdə pul vəsaitinin və 2020-2023-cü illər üzrə 3 (üç) il ərzində iddiaçının əmək haqqından qanunsuz olaraq ödənilməmiş cəmi 20.520,00 (iyirmi min beş yüz iyirmi) manat məbləğdə pul vəsaiti olmaqla, ümumilikdə 32.809,58 (otuz iki min səkkiz yüz doqquz manat əlli səkkiz qəpik) manat məbləğdə pul vəsaitinin cavabdeh Əziz Əliyev adına X6 tutularaq birdəfəlik səkildə İddiaçı ödənilməsi həddində baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində də qeyd etdiyi kimi, 3 il ərzində iş saatından artıq işlədiyini, həm qəbul otağının, həm də “təcili yardım” şöbəsinin həkimi olduğunu, qəbul otağı həkiminin vəzifəsinin xəstənin hansı həkimə yönləndirilməli olduğunu demək olduğunu, lakin “təcili yardım” şöbəsinin həkiminin isə xəstəyə yardım etdiyini, özünün vəzifəsi olmadığını, lakin o işi də gördüyünü, bundan da sonra xəbəri olduğunu, bazar günləri, bayram günləri işə cəlb edildiyini, iş saatı növbəli iş rejimində 144 saat olduğunu, lakin 168 bəzən də 192 saat işlədildiyi vaxtlar olduğunu, 23 yanvar 2024-cü ildən bu vəziyyətin düzəldiyini, sığorta pullarının da ilk başlarda ödənildiyini, daha sonra ödənilmədiyini, hal-hazırda tələbinin istirahət, bayram günləri, iş saatından artıq işlədiyi vaxtların qarşılığını almaq olduğunu, hazırki işlədiyi dövr ərzində də ambulator baxışa pul ödənildiyini, lakin stasionar baxışa pul ödənilmədiyini, sonra bir həkim olduğunu, onun şikayətindən sonra 12 saat işlədildiklərini, “Təcili yardım” şöbəsinin qanunla oktyabr ayından olduğunu, onlara məlumat belə verildiyini, çünki o vaxtdan əmək haqqı aldıqlarını, heç bir əlavə əmr olmadığını, hal-hazırda “təcili yardım” şöbəsində işlədiyini, 2023-cü ilin oktyabr ayından “təcili yardım” şöbəsində işlədiyini, 3 gündən bir işə çıxdığını, sonra bir həkim olduğunu, onun şikayətindən sonra 12 saat işlədiklərini, ona 2020-ci ildə 3 ay sığorta ödənişi edildiyini, 2022-ci ildə tamamilə sığorta ödənişlərinin dayandığını, səbəbini öyrənmək üçün nazirliyə müraciət etdiyini, Niyazi həkimin qəbulunda olduğunu, bəzi həkimlərin bonusları olduğu üçün onlara sığorta ödənişi edildiyini bildirdiyini, Ali Məclisin sədrinə yazılı olaraq müraciət etdiyini, 2 ay sonra müraciətinin nazirliyə yönləndirildiyini, nazirlik tərəfindən isə büdcədə vəsait olmadığı üçün ödəniş edilə bilmədiyin bildirildiyini, həvəsləndirici əlavənin 2 növü olduğunu, sabit və işə görə əlavə olduğunu, sabit əlavənin həmişə ödənildiyini, işə görə isə 2023-cü ilin avqust ayının 1-dən ödənildiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X18” publik hüquqi şəxsinin nümayəndəsi X14 izahatında “Təcili yardım” şöbəsinin bu ilə kimi yaradılmadığını, bu səbəbdən də digər şöbələrin həkimləri xəstələrə yardım göstərməli olduğunu, 2 aydır belə bir şöbə yaradıldığını, Zeynəb həkimin baxdığı xəstə sayına görə də bütün həkimlərə ödənildiyi qaydada əmək haqqı ödənildiyini, bununla bağlı hesabatlar da mövcud olduğunu, bayram günləri 2023-cü il yanvar ayından ödənildiyini, Ali Məclis sədrinin sərəncamı əsasında 50% əlavə ödəniş ödənildiyini, sığorta ödənişinin xəstəxananın gəlirindən asılı olduğunu, yəni, həkimlərə də pul ödənilməsi üçün sığorta ödənişləri edilməli olduğunu, qaydasına düşəndən sonra sığorta ödənişinin də normal şəkildə ödənildiyini, 2024-cü ilin mart ayında yaradıldığını, “Təcili yardım” şöbəsinin yaradılması ilə bağlı rəsmi sənəd mövcud olduğunu, əvvəllər qəbul şöbəsi olduğunu, əvvəllər ödənilmədiyini, bu vəziyyətin sadəcə öz müəssisələrində olmadığını, xəstəxananın publik hüquqi şəxs olana kimi tabel cədvəlləri xəstəxana tərəfindən hazırlanaraq İcbari Tibbi Sığorta Agentliyinə verildiyini, Maliyyə Nazirliyinin nəzarəti ilə Agentlik tərəfindən büdcə ayrıldığını, publik hüquqi şəxs olduqdan sonra isə artıq nazirliyin nəzarət etmədiyini, dövlət tərəfindən ayrılan bütün məbləğlərin bütün işçilərə ödənildiyini, əvvəl işçilərin 24 saat işlədiklərini, halhazırda isə 12 saat işlədiklərini, sistemin yeni yaradıldığını, baxılan hər xəstə üzrə hesabatın sistem üzərindən tamamlanmalı olduğunu, tamamlanan bütün hesablar üzrə də ödənişlər edildiyini, bayram günləri ilə bazar günləri üst-üstə düşdüyü zaman əlavə pul ödənildiyini, işə görə isə 2023-cü ilin avqust ayının 1-dən tam şəkildə ödənildiyini, iddia müddətinin keçdiyini bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. 13 may 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən ekspert X15 izahatında iddiaçının əlavə olaraq neçə saat işə cəlb edilməsini müəyyən etməyin mümkün olmadığını, bank hesabından çıxarışlar və digər sənədlərə əsasən iddiaçıya əmək haqqının tam şəkildə ödənildiyini, 2020-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayına qədər olan dövr ərzində işin nəticələrinə görə həkimlərə verilən əlavə pul ödənişlərinin məbləğinin 1286,91 manat təşkil etdiyini, əlavələrin də hamısının iddiaçıya ödənildiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş işəgötürən Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X18 publik hüquqi şəxsinin baş həkimi X16 ilə X13 arasında bağlanılmış 01 oktyabr 2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, X3 Əliyev adına Naxçıvan Muxtar Respublikası X18 publik hüquqi şəxsində qəbul həkimi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş “X5 həkim-ftiziatr vəzifəsinə təyin edilməsi haqqında” 30 sentyabr 2019-cu il tarixli, 383 nömrəli əmrdən görünür ki, Naxçıvan MR X1 Profilaktik kabinə müdiri X13 Ə.Əliyev adına Naxçıvan MR X9 Poliklinika şöbəsində 1.0 oklad həkim-ftiziatr vəzifəsinə təyin edilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X18 publik hüquqi şəxsi tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli, 346 nömrəli əmrin məzmunundan görünür ki, xx.xx.2023-cü il tarixdən Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş "Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X18" publik hüquqi şəxsin ştat cədvəlinə uyğun olaraq işçi X2 Tibbi Yardım Bölməsində 1 ştat sayı ilə işdə hesab edilməsi əmr edilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası X31 26 dekabr 2019-cu il tarixli, 433-05/S nömrəli “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamından görünür ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsi İİ hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan şəhərində və muxtar respublikada icbari tibbi sığortanın tətbiqinin təmin olunması, dərhal göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması və müasir tələblərə uyğunlaşdırılması məqsədilə 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində icbari tibbi sığorta tətbiq edilməsi, Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasına; Naxçıvan Muxtar Respublika Xəstəxanasına; Əziz Əliyev adına X12; Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinə; Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinə publik hüquqi şəxs statusu verilməsi və işçilərinin aylıq vəzifə maaşlarının 2020-ci il yanvarın 1-dən 50 faiz artırılması, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin bu Sərəncamda nəzərdə tutulan publik hüquqi şəxslərin nizamnamələrini təsdiq etməsi və 2020-ci il yanvarın 1-dən fəaliyyətlərini təmin etməsi və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyinin bu Sərəncamdan irəli gələn məsələləri həll etmələri qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X18 publik hüquqi şəxsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı “Əziz Əliyev adına X18” X20rşı mülkiyyət hüququ tələbi araşdırılaraq müəyyən edilmişdir ki, İş vaxtından artıq vaxt ərzində 2020-2022-ci illəri əhatə etməklə görülən işin hər saatı həmin illərin vəzifə maaşı nəzərə alınaraq hesablanmışdır və aşağıdakı kimi olmuşdur. 2020-ci ildə vəzifə maaşı 360 manat olmaqla aylıq norma olan iş saatına yani 144 bölünərək əlavə iş saatına görə 2.50 manatla hesablanmışdır. Beləliklə 336 saat artıq iş saatı üçün 840 manat olmuşdur. 2021-ci ildə vəzifə maaşı 360 manat olmaqla aylıq norma olan iş saatına yəni 144 bölünərək əlavə iş saatına görə 2.50 manatla hesablanmışdır. Beləliklə 408 saat artıq iş saatı üçün 1020 manat olmuşdur. 2022-ci ildə vəzifə maaşı 432 manat olmaqla aylıq norma olan iş saatına yəni 144 bölünərək əlavə iş saatına görə 3.00 manatla hesablanmışdır. Beləliklə 360 saat artıq iş saatı üçün 1080 manat olmuşdur. 2023-cü il üçün artıq iş saatları tam olaraq ödənilmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Əmək qanunvericiliyinə riayət olunmasına dövlət nəzarəti və yoxlamalar sektorunun müdiri X22 tərəfindən verilmiş rəydə qeyd edilmişdir ki, Naxçıvan Şəhər Məhkəməsi tərəfindən X19 Xidmətinə daxil olan 14 avqust 2024-cü il tarixli, iş 2(078)-729/2024 saylı sənədin icrası ilə bağlı icraatda olan iddiaçı X5 cavabdeh Əziz Əliyev adına X18 X26 (bundan sonra - Xəstəxana) qarşı istirahət və iş günü hesab edilməyən bayram günləri və iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqının ödənilməsi, aylıq həvəsləndirici əlavələrin verilməsi tələbinə dair iddiası ilə bağlı Xəstəxana tərəfindən Naxçıvan şəhər Məhkəməsinə təqdim olunan sənədlərə uyğun olaraq bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165-ci maddəsinin 1-ci hissəsinin 1-ci abzasına əsasən işçiyə iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilməldir. Yuxarıda qeyd olunanlara əsasən bildirilir ki, Xəstəxana tərəfindən X8 2020-ci il təqvim ili üzrə cəlb edildiyi 312 artıq iş saatına görə 1497 manat 60 qəpik, 2021ci təqvim ili üzrə 250 artıq iş saatına görə 1200 manat, 2022-ci təqvim ili üzrə 432 artıq iş saatına görə 2484 manat, 2023-ci il təqvim ili üzrə 72 artıq iş saatına görə isə 450 manat, 72 qəpik olmaqla ümumilikdə bu təqvim illəri ərzində cəlb edildiyi 1066 artıq iş saatına görə ona 5632 manat 32 qəpik pul vəsaiti ödənilməlidir. Aylıq həvəsləndirici əlavələrin ödənilməsilə bağlı bildirir ki, təqdim olunan səndlərdən əlavə ödənişlərin ödənilməsinə əsas olan məlumatlar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə X21 Hüquqi Şəxsi tərəfindən verilmiş 26 may 2025ci il tarixli, 11-10-12/2-173/2025 nömrəli məktubdan görünür ki, Agentliklə razılaşdırılmaqla Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 2023-cü il 20 iyul tarixli, 13(k) nömrəli Kollegiya Qərarı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində tibbi sığorta əsasında fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən 2023-cü il 01 avqust tarixindən həkimlərə işin nəticələrinə görə həvəsləndirici əlavələrin ödənilməsinə başlanılmışdır. 2023-cü ilin 01 avqust tarixindən əvvəlki dövrlərdə hər hansı bir tibb müəssisəsində işin nəticələrinə görə həvəsləndirici əlavələrin ödənilib-ödənilmədiyi, ödənilmişdirsə, hansı Qaydaya uyğun həyata keçirilməsi ilə bağlı Agentlikdə məlumat mövcud deyil. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin istirahət, iş günü hesab edilməyən bayram günləri, habelə iş vaxtından əlavə iddiaçının işə cəlb edildiyi 2020-ci il üzrə cəmi 312 saat müqabilində 1.104,48 (bir min bir yüz dörd manat qırx səkkiz qəpik) manat, 2021-ci il üzrə cəmi 250 saat müqabilində 987,5 (doqquz yüz səksən yeddi manat əlli qəpik) manat, 2022-ci il üzrə cəmi 432 saat müqabilində 2.008,8 (iki min səkkiz manat, səksən qəpik) manat, 2023-cü ilin yanvar və fevral ayları üzrə cəmi 72 saat müqabilində 334,8 (üç yüz otuz dörd manat səksən qəpik) manat olmaqla, cəmi 4.435,58 (dörd min dörd yüz otuz beş manat əlli səkkiz qəpik) manat məbləğdə pul vəsaitinin, 2020-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayına qədər olan dövr ərzində ümumilikdə 33 (otuz üç) ay üçün iddiaçıya ödənilməmiş işin nəticələrinə görə həkimlərə verilən aylıq həvəsləndirici əlavə qismində cəmi 7.854,00 (yeddi min səkkiz yüz əlli dörd) manat məbləğdə pul vəsaitinin və 2020-2023-cü illər üzrə 3 (üç) il ərzində iddiaçının əmək haqqından qanunsuz olaraq ödənilməmiş cəmi 20.520,00 (iyirmi min beş yüz iyirmi) manat məbləğdə pul vəsaiti olmaqla, ümumilikdə 32.809,58 (otuz iki min səkkiz yüz doqquz manat əlli səkkiz qəpik) manat məbləğdə pul vəsaitinin iddiaçıya ödənilməsi ilə bağlı hissəsində aşağıdakıları qeyd edir. İddiaçı cavabdeh “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X18” publik hüquqi şəxsi tərəfindən istirahət, iş günü hesab edilməyən bayram günləri, habelə iş vaxtından əlavə işə cəlb edildiyi müddətlər ərzində işə cəlb edildiyini, həmin müddətlər ərzində ona ödənilməli olan pul vəsaitinin ödənilmədiyini, 2020-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayına qədər olan dövr ərzində işin nəticələrinə görə həkimlərə verilən aylıq həvəsləndirici əlavə qismində ona pul vəsaitinin ödənilmədiyini və 2020-2023-cü illər üzrə 3 (üç) il ərzində əmək haqqından 20.520,00 (iyirmi min beş yüz iyirmi) manat qanunsuz olaraq ödənilməmiş pul olduğunu və nəticədə iddiaçıya 32.809,58 (otuz iki min səkkiz yüz doqquz manat əlli səkkiz qəpik) manat məbləğdə pul ödənilməli olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin nümayəndəsi isə məhkəməyə verdiyi izahatlarında bu halı təkzib etmişdir. Qeyd edilən iddia tələbləri iddiaçı tərəfindən sübuta yetirilə bilməmiş, məhkəmə araşdırması zamanı da iddia tələbinin əsaslı olması ilə bağlı hallar aşkarlanmamışdır. Həmçinin qeyd edilən halın, yəni Əziz Əliyev adına X18 tərəfindən İddiaçı 2020-ci il üzrə, 2021-ci il üzrə, 2022-ci il üzrə və 2023-cü ilin yanvar və fevral ayları üzrə əlavə olaraq neçə saat işə cəlb edilməsini, həmin iş saatından əlavə olaraq işə cəlb edildiyinə görə ona haqqın ödənilib-ödənilmədiyini, ödənilməmişdirsə ödənilməli olan məbləğin nə qədər olduğunu, Əziz Əliyev adına X18 tərəfindən İddiaçı 2020-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayına qədər olan dövr ərzində (hər il üzrə ayrı-ayrılıqda olmaqla) işin nəticələrinə görə həkimlərə verilən aylıq həvəsləndirici əlavə qismində pulun ödənilib-ödənilmədiyini, ödənilməmişdirsə ödənilməli olan məbləğin nə qədər olduğunu, Əziz Əliyev adına X18 tərəfindən İddiaçı 2020-2023-cü illər üzrə (hər ay ayrı-ayrılıqda olmaqla) ödənilməli əmək haqqı və digər ödəmələrin tam ödənilib-ödənilmədiyini, ödənilməmişdirsə kəsir olan məbləğin nə qədər olduğunun müəyyən edilməsinə zərurət yaranmış, həmin halın müəyyən olunması isə xüsusi bilik tələb edən məsələ olduğundan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 729/2024 nömrəli, 03 sentyabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək, ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2025-ci il tarixli, 03 nömrəli rəyində qeyd edilmişdir ki, iş materiallarından göründüyü kimi, təqdim edilmiş növbətçilik cədvəlləri üzrə (iş materiallarından tabel olmadığından) Əziz Əliyev adına X18 tərəfindən İddiaçı 2020-ci il üzrə, 2021-ci il üzrə, 2022-ci il üzrə və 2023-cü ilin yanvar və fevral ayları üzrə əlavə olaraq neçə saat işə cəlb edilməsini müəyyən etmək mümkün olmadığından, həmin iş saatlarına görə əlavə olaraq haqq ödənilməsinidə müəyyən etmək mümkün deyil. İş materiallarından 2023cü ilin yanvar və rəyin tədqiqi hissəsindən göründüyü kimi, 2020-ci ilin yanvar verilən əlavə pul ödənişlərinin ayına qədər olan dövr ərzində işin nəticələrinə görə həkimlərə məbləği 1286,91 (bir min iki yüz səksən altı manat, doxsan bir qəpik) manat təşkil edir. İş materiallarından və rəyin tədqiqi hissəsindən göründüyü kimi, 2020-ci ilin yanvar ayından 2023-cü ilin fevral ayına qədər olan dövr ərzində Əziz Əliyev adına Naxçıvan MR X18 tərəfindən İddiaçı ödənilmiş əmək haqqı məbləği (hər bir ay ayrılıqda göstərilməklə) 19967,06 (on doqquz min doqquz yüz altmış yeddi manat, sıfır altı qəpik) manat təşkil edir. Qeyd edilən hallarla bağlı ekspert məhkəmə iclasında dindirilmiş, o iddiaçının əlavə olaraq neçə saat işə cəlb edilməsini müəyyən etməyin mümkün olmadığını, bank hesabından çıxarışlar və digər sənədlərə əsasən iddiaçıya əmək haqqının tam şəkildə ödənildiyini, 2020ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayına qədər olan dövr ərzində işin nəticələrinə görə həkimlərə verilən əlavə pul ödənişlərinin məbləğinin 1286,91 manat təşkil etdiyini, əlavələrin də hamısının iddiaçıya ödənildiyini bildirmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyini məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla birlikdə qiymətləndirərək məhkəmə belə hesab edir ki, onun sübut kimi mötəbərliyini şübhə altına alan hər hansı bir hal mövcud olmadığından, həmin rəy sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin e) bəndinə əsasən iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir. Həmin Məcəllənin 165-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində ödənilir. Həmin Məcəllənin 157-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. İddiaçı isə cavabdeh “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X18” publik hüquqi şəxsi tərəfindən istirahət, iş günü hesab edilməyən bayram günləri, habelə iş vaxtından əlavə işə cəlb edildiyi müddətlər ərzində işə cəlb edildiyini, həmin müddətlər ərzində ona ödənilməli olan pul vəsaitinin ödənilmədiyini, 2020-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayına qədər olan dövr ərzində işin nəticələrinə görə həkimlərə verilən aylıq həvəsləndirici əlavə qismində ona pul vəsaitinin ödənilmədiyini və 2020-2023-cü illər üzrə 3 (üç) il ərzində əmək haqqından 20.520,00 (iyirmi min beş yüz iyirmi) manat qanunsuz olaraq ödənilməmiş pul olduğunu və nəticədə iddiaçıya 32.809,58 (otuz iki min səkkiz yüz doqquz manat əlli səkkiz qəpik) manat məbləğdə pul ödənilməli olması ilə bağlı iddia tələbinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı iddia tələbində qeyd etdiyi tələbləri ilə bağlı elə həmin vaxtlarda məlumatlı olmuşdur. Bunu iddiaçı məhkəməyə verdiyi izahatlarında da təsdiq etmişdir. Cavabdeh “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X18” publik hüquqi şəxsinin nümayəndəsi X14 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə qeyd etmişdir ki, İddiaçı “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X18” X20rşı Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan 2(078)-21/2025 nömrəli mülki işlə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin dördüncü hissəsinə (pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər) və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarının üçüncü hissəsinə əsasən (fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar) əsasən iddia müddəti buxarılmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X18” X20rşı Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan 2(078)-21/2025 nömrəli mülki işlə bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-ci maddəsinin dördüncü hissəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarının üçüncü hissəsinə əsasən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərə məhkəmə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Həmin Qərarda həmçinin qeyd olunur ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüququ vardır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərə əsasən belə qənaətə gəlir ki, iddiaçı məhkəmə araşdırması gedişində cavabdeh tərəfindən iddiaçının subyektiv hüququnun pozulduğunu sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir...” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Cavabdeh “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X18” publik hüquqi şəxsinin nümayəndəsi X14 ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi istirahət, iş günü hesab edilməyən bayram günləri, habelə iş vaxtından əlavə işə cəlb edildiyindən, 2020-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayına qədər olan dövr ərzində işin nəticələrinə görə həkimlərə verilən aylıq həvəsləndirici əlavənin ona verilməməsindən və 2020-2023-cü illər üzrə 3 (üç) il ərzində əmək haqqının qanunsuz olaraq ödənilməməsindən elə həmin vaxtlarda məlumatlı olmuş, həmin vaxtdan da iddia müddətinin axımı başlanmış və 1 illik iddia müddəti başa çatmışdır. İş üzrə iddiaçı 2024-cü ilin mart ayında mediasiya təşkilatına müraciət etmiş, 05 aprel 2024-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Bundan sonra iddiaçının iddia ərizəsi 16 aprel 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən 1 illik iddia müddəti keçdikdən sonra müəyyən hərəkətlər edilmiş və bununla da onun tərəfindən iddia müddəti buraxılmışdır. Yəni, iş üzrə iddiaçı iddia müddətinin başa çatmasından sonra mediasiya təşkilatına və sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin məhkəmə iddia müddəti keçməsəydi belə iddianın hüquqi talehi ilə bağlı bir daha qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tərəfindən iddia tələbinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin iddiaçının iddia tələbinin 2023-cü ildən 2024-cü ilə kimi bazar günləri bayram pullarının hesablanıb ödənilməsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin hissədə də iddia tələbinin əsaslılığı ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, işin məhkəmədə araşdırması zamanı da qeyd edilən halların əsaslı olması aşkarlanmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia rədd edilməli olduğundan məhkəməmühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 60 (altmış) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçının istirahət, iş günü hesab edilməyən bayram günləri, habelə iş vaxtından əlavə iddiaçının işə cəlb edildiyi 2020-ci il üzrə cəmi 312 saat müqabilində 1.104,48 (bir min bir yüz dörd manat qırx səkkiz qəpik) manat, 2021-ci il üzrə cəmi 250 saat müqabilində 987,5 (doqquz yüz səksən yeddi manat əlli qəpik) manat, 2022-ci il üzrə cəmi 432 saat müqabilində 2.008,8 (iki min səkkiz manat, səksən qəpik) manat, 2023-cü ilin yanvar və fevral ayları üzrə cəmi 72 saat müqabilində 334,8 (üç yüz otuz dörd manat səksən qəpik) manat olmaqla, cəmi 4.435,58 (dörd min dörd yüz otuz beş manat əlli səkkiz qəpik) manat məbləğdə pul vəsaitinin, 2020-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayına qədər olan dövr ərzində ümumilikdə 33 (otuz üç) ay üçün iddiaçıya ödənilməmiş işin nəticələrinə görə həkimlərə verilən aylıq həvəsləndirici əlavə qismində cəmi 7.854,00 (yeddi min səkkiz yüz əlli dörd) manat məbləğdə pul vəsaitinin və 2020-2023-cü illər üzrə 3 (üç) il ərzində iddiaçının əmək haqqından qanunsuz olaraq ödənilməmiş cəmi 20.520,00 (iyirmi min beş yüz iyirmi) manat məbləğdə pul vəsaitinin, 2023-cü ildən 2024-cü ilə kimi bazar günləri bayram pullarının hesablanıb cavabdeh “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X18” publik hüquqi şəxsindən tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddiası rədd edilməli; -iddia rədd edilməli olduğundan məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 60 (altmış) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddiaçının istirahət, iş günü hesab edilməyən bayram günləri, habelə iş vaxtından əlavə iddiaçının işə cəlb edildiyi 2020-ci il üzrə cəmi 312 saat müqabilində 1.104,48 (bir min bir yüz dörd manat qırx səkkiz qəpik) manat, 2021-ci il üzrə cəmi 250 saat müqabilində 987,5 (doqquz yüz səksən yeddi manat əlli qəpik) manat, 2022-ci il üzrə cəmi 432 saat müqabilində 2.008,8 (iki min səkkiz manat, səksən qəpik) manat, 2023-cü ilin yanvar və fevral ayları üzrə cəmi 72 saat müqabilində 334,8 (üç yüz otuz dörd manat səksən qəpik) manat olmaqla, cəmi 4.435,58 (dörd min dörd yüz otuz beş manat əlli səkkiz qəpik) manat məbləğdə pul vəsaitinin, 2020-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayına qədər olan dövr ərzində ümumilikdə 33 (otuz üç) ay üçün iddiaçıya ödənilməmiş işin nəticələrinə görə həkimlərə verilən aylıq həvəsləndirici əlavə qismində cəmi 7.854,00 (yeddi min səkkiz yüz əlli dörd) manat məbləğdə pul vəsaitinin və 2020-2023-cü illər üzrə 3 (üç) il ərzində iddiaçının əmək haqqından qanunsuz olaraq ödənilməmiş cəmi 20.520,00 (iyirmi min beş yüz iyirmi) manat məbləğdə pul vəsaitinin, 2023-cü ildən 2024-cü ilə kimi bazar günləri bayram pullarının hesablanıb cavabdeh “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası X18” publik hüquqi şəxsindən tutularaq İddiaçı ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia rədd edildiyindən məhkəmə-mühasibatlıq ekspertizasının aparılması üçün ekspertiza xərci olan 60 (altmış) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar