Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(078)-215/2023 08.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının və iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Hüseynəliyeva (Əliyeva) Çinarə Vahid qızına qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y yə n e t d i : İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əliyeva (Hüseynəliyeva) Çinarə Vahid qızının Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış və istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddianı müdafiə edərək, xx xxxx 1956-cı ildə Bərdə rayonu, Hacılı kəndində doğulduğunu, Naxçıvan şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilin icarədarı olduğunu, 15 avqust 1992-ci il tarixli Naxçıvan şəhər XDS İcraiyyə Komitəsinin 4351 nömrəli orderinə əsasən Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 26, 34 nömrəli, 37.4 m2 mənzil sahəsində yerləşən 3 otaqdan ibarət mənzilin İddiaçı adına qeydiyyata alındığını, ailə üzvlərinin: 1. Quliyeva Güİbahar Yusif qızı, 2. X21, 3. X17, 4. X28 olduğunu, Naxçıvan Şəhər İcra Hakimiyyəti 6 saylı Mənzil-İstismar İdarəsinin 01/0475 saylı arayışına əsasən Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 26, 34 nömrəli mənzildə yaşayan onun ailə üzvlərinin: 1. X8 - həyat yoldaşı - 1962-ci il təvəİlüdlü, 2. X21 - qızı - 1986-cı il təvəllüdlü, 3. X17 - qızı - 1988-ci il təvəllüdlü, 4. X28 - oğlu - 1996-cı iİ təvəllüdlü, 5. X22 - nəvəsi - 2008-ci il təvəllüdlü, 6. X18 - nəvəsi - 2010-cu iİ təvəİlüdlü, 7. X23 - nəvəsi - 2014-cü il təvəllüdlü, 8. X24 - nəvəsi - 2017-ci il təvəİlüdlü, 9. X30 - nəvəsi - 2018-ci il təvəİlüdlü olduğunu, Naxçıvan şəhər 3 saylı Notariat Ofisinin **********470 saylı ərizəsindən Naxçıvan şəhəri, ünvan 4 ünvanında yerləşən mənzilin X5 adına özəİləşdiriİməsinə X12 heç bir etirazının olmadığının aydın olduğunu, Naxçıvan şəhər 3 saylı Notariat Ofisinin **********471 saylı ərizəsindən Naxçıvan şəhəri, ünvan 4 ünvanında yerləşən mənzilin X5 adına özəİləşdiriİməsinə X14 heç bir etirazının olmadığının aydın olduğunu, qızı Əliyeva (Hüseynəliyeva) Çinarə Vahid qızının X9 ilə ailə həyatı qurduğunu, nikahlarının Abşeron rayonu, Fatmayi kənd İcra Nümayəndəliyində qeydə alındığını, nikahlarından X6, Hüseynəİiyev Əbülfəz Əli oğlunun və X2 doğulduğunu, yəni onun mənzillə bağlı heç bir hüququnun qalmadığını, mənziİin bütün kommunal xərclərinin onun tərəfindən ödənildiyini, Əİiyeva Çinarə Vahid qızının adı mənzilin ayrılması ilə bağlı orderdə olduğuna görə mənzili özəİləşdirə, mənziİ üzərində hüquqlarını həyata keçirə bilmədiyini, X10 qeydiyyatda olduğu ünvan üzrə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyini, məhkəmənin 31 avqust 2022-ci il tarixli, 2(012)-4945/2022 nömrəli qərardadı ilə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin iddianın daşınmaz əmlakın olduğu yerə görə veriİməsi əsası ilə özünə qaytarıldığını, bunları nəzərə alaraq, Əliyeva (Hüseynəliyeva) Çinarə Vahid qızının Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə yaşayış və istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi qismində izahat verən Vəkil iddianı müdafiə etdiyini, iddiaçının izahatına əlavəsinin olmadığını, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Hüseynəliyeva (Əliyevaq) Çinarə Vahid qızına məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X31, 1986-cı ildən orada yaşadıqlarını, İddiaçı ilə qonşu olduqlarını, İddiaçı arvadının və oğlunun ailəsi ilə birlikdə qaldığını, qızı Çinarənin isə ərə getdiyini, Bakı şəhərində yaşadığını, uzun müddətdir ki, bura gəlmədiyini, Çinarənin toyunun çoxdan olduğunu bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X25, İddiaçı ilə qonşu olduqlarını, İddiaçı arvadının və oğlunun ailəsi ilə birlikdə qaldığını, qızı Çinarənin isə ərə getdiyini, uzun müddətdir ki, onu görmədiyini, Çinarənin toyunun çoxdan olduğunu bildirdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilərək ifadəsi alınan X7, İddiaçı ilə qonşu olduqlarını, İddiaçı arvadının və oğlunun ailəsi ilə birlikdə qaldığını, qızı Çinarənin isə ərə getdiyini, Bakı şəhərində yaşadığını bildirdi. İş materiallarına əlavə olunmuş: Naxçıvan Şəhər İcra Hakimiyyəti 6 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli, 01/0475 nömrəli arayışa əsasən, Naxçıvan şəhəri, ünvan 1 ünvanında yaşayan İddiaçı aşağıdakı ailə üzvləri vardır:
1. X8 - həyat yoldaşı - 1962-ci il təvəİlüdlü;
2. X21 - qızı - 1986-cı il təvəllüdlü;
3. Çinarə Vahid qızı - 1988-ci il təvəllüdlü;
4. Nahid Vahid oğlu - oğlu - 1996-cı iİ təvəllüdlü;
5. X22 - nəvəsi - 2008-ci il təvəllüdlü;
6. Zinyət Əli qızı - 2010-cu iİ təvəİlüdlü;
7. Turqay Əli oğlu - 2014-cü il təvəllüdlü;
8. X24 - 2017-ci il təvəİlüdlü;
9. X30 - 2018-ci il təvəİlüdlü. Naxçıvan Şəhər İcra Hakimiyyəti 6 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 01/0544 nömrəli arayışa əsasən, Cavabdeh Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda yoxdur və hal-hazırda həmin mənzildə yaşamır. ünvan 7ah Evi tərəfindən verilmiş 05/16-93 nömrəli, 22 aprel 2023-cü il tarixli məktuba əsasən, X3 ilə X10 nikah haqqında akt qeydi, X6, X4 və X2 doğum haqqında akt qeydləri ünvan 7ah Evinin arxivindən tapılmamışdır. Naxçıvan şəhər XDS İcraiyyə Komitəsinin 15 avqust 1992-ci il tarixli, 4351 nömrəli orderinə əsasən, Naxçıvan şəhəri, Babək məhəlləsi, ev 26, 37.4 m2 mənzil sahəsində yerləşən 3 otaqdan ibarət 34 nömrəli mənzil İddiaçı adına qeydiyyata alınmışdır. Ailə üzvləri: 1. Quliyeva Güİbahar Yusif qızı həyat yoldaşı, 2. X21 qızı, 3. X17 qızı, 4. X28 oğlu. 05 aprel 2022-ci il tarixli notarial təsdiqli ərizənin surətinə əsasən, X21 qeydiyyatda olduğu Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin Quliyeva Güİbahar Yusif qızının adına özəlləşdirilməsinə etirazının olmadığını bildirmişdir. 05 aprel 2022-ci il tarixli notarial təsdiqli ərizənin surətinə əsasən, X28 qeydiyyatda olduğu Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin Quliyeva Güİbahar Yusif qızının adına özəlləşdirilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə izahatları, işin digər hallarını nəzərdən keçirib iddianın dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, İddiaçı icarədəarı olan Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə cavabdeh Hüseynəliyeva (Əliyeva) Çinarə Vahid qızının yaşayış və istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən onun mübahisəli mənzilə ehtiyacının olmasına və iddiaçının onun mübahisəli mənzildən istifadəsini mümkünsüz etməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, cavabdehin iddiaçıya məxsus mübahisəli mənzilə ehtiyacının aradan qalxdığı və onun daimi olaraq başqa ünvanda yaşadığı müəyyən edilmişdir. Göstərilənlərə əsasən, cavabdehin mübahisəli mənzilə ehtiyacının aradan qalxdığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, onun həmin mənzilə istifadə hüququ itirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göstərilənlərə əsasən, cavabdehin mübahisəli mənzilə ehtiyacının aradan qalxdığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, onun həmin mənzilə yaşayış və istifadə hüququnun itirilməsi müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
q ə t e t d i:
İddia təmin edilsin. Naxçıvan şəhəri, ünvan 4 ünvanında yerləşən mənzilə Hüseynəliyeva (Əliyeva) Çinarə Vahid qızının yaşayış və istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Qabil Məmmədov.